Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
      Çap versiyası  ;  PDF
       
      Düzgün olmayan qüslün hökmləri

       

      Sual 194: Şəri vəzifə yaşına çatan, amma qüslün vacib olduğunu və onun qaydasını bilməyən bir şəxs bir müddətdən sonra, təxminən on il keçdikdən sonra təqlid məsələsini və qüslün ona vacib olduğunu başa düşür. Bu şəxsin hökmü nədir? Keçmiş namazlar və orucların qəzası barəsində onun vəzifəsi nədir?
      Cavab: Cənabətli vəziyyətdə qıldığı namazların qəzasını qılmalıdır. Amma oruca gəlincə, əgər o, şəkk edibsə ki, görəsən, cənabətli qalmaq orucu pozur, yoxsa pozmur və cənabətli vəziyyətdə də oruc tutubsa, ehtiyat-vacibə görə, onun orucu düzgün deyildir[1] və orucun qəzasını da tutmalıdır. Amma əgər cənabətli qalmağın orucu pozmadığına yəqinliyi olubsa və bu əsasla da oruc tutubsa, onun orucu düzgündür. Baxmayaraq ki, ehtiyat üzrə orucun qəzasını tutmaq yaxşıdır.

       

      Sual 195: Bir gənc cəhalət üzündən həm on dörd yaşından qabaq, həm də sonra istimna[2] edib və ondan məni xaric olub. Amma o, bilməyib ki, məninin xaric olması cənabətə səbəb olur və namaz və oruc üçün qüsl etməlidir. Onun vəzifəsi nədir? İstimna etdiyi və ondan məninin xaric olduğu vaxtlara görə qüsl etməlidirmi? İndiyədək cənabətli halda qıldığı namazlar və tutduğu oruclar düzgün deyildir? Onların qəzasını yerinə yetirməsi vacibdirmi?
      Cavab: Əgər ondan dəfələrlə məni xaric olubsa və indiyədək qüsl etməyibsə, bir cənabət qüslü etməsi kifayətdir. Cənabətli vəziyyətdə qıldığını yəqinliklə bildiyi bütün namazların qəzasını qılmalıdır. Əgər o, bu işi Ramazan ayının gecələrində görübsə və bu işin cənabətə səbəb olduğunu bilməyibsə, onun oruclarının qəzası yoxdur və tutduğu oruclar düzgün hesab olunur. Amma əgər məninin xaric olduğunu və bu işin cənabətə səbəb olduğunu bilibsə, eyni zamanda şəkk edibsə ki, görəsən, cənabətli qalmaq orucu pozur, yoxsa pozmur və cənabətli vəziyyətdə da oruc tutubsa, ehtiyat-vacibə görə, onun orucu düzgün deyildir və orucun qəzasını da tutmalıdır. Amma əgər cənabətli qalmağın orucu pozmadığına yəqinliyi olubsa və bu əsasla da oruc tutubsa, onun orucu düzgündür. Baxmayaraq ki, ehtiyat üzrə orucun qəzasını tutmaq yaxşıdır.

       

      Sual 196: Cənabətli olduqdan sonra yanlış bir şəkildə qüsl edən şəxsin bu qüsl ilə qıldığı namazların hökmü nədir? Nəzərə almaq lazımdır ki, o, qüslü yanlış şəkildə yerinə yetirdiyini bilmir.
      Cavab: Düzgün olmayan qüsl ilə qılınan namazlar da düzgün deyildir və bu namazlar yenidən qılınmalı, yaxud qəzası qılınmalıdır.

       

      Sual 197: Vacib qüsllərdən biri niyyətilə qüsl etdim. Hamamdan çıxandan sonra tərtibə riayət edib-etmədiyimə şəkk etdim. Tərtib niyyətinin kifayət etdiyini ehtimal verdiyimə görə, yenidən qüsl etmədim. İndi nə edəcəyimi bilmirəm. Qıldığım bütün namazların qəzasını qılmaq mənə vacibdirmi?
      Cavab: Sualda qeyd olunanlara əsasən, sizin öhdənizə heç nə düşmür. Amma əgər qüslün düzgün olmadığına yəqin etsəniz, bütün namazların qəzasını qılmaq sizə vacibdir.

       

      Sual 198: Mən cənabət qüslünü bu tərtiblə etmişəm: əvvəlcə bədənin sağ tərəfini, sonra başı və daha sonra bədənin sol tərəfini yumuşam. Bu barədə soruşub araşdırma aparmaqda da səhlənkarlıq etmişəm. Mənim namaz və oruclarımın hökmü nədir?
      Cavab: Bu qaydada edilən qüsl düzgün deyildir. Odur ki, belə qüsl ilə qılınan namazlar düzgün deyildir və onların qəzasını qılmaq vacibdir. Amma oruclara gəlincə, belə qaydada edilən qüslün düzgün olduğuna etiqad etdiyinizə və bilərəkdən cənabətli qalmadığınıza görə, oruclarınız düzgün hesab olunur.

       

      Sual 199: Vacib səcdəsi olan surələri oxumaq cənabətli şəxsə haramdırmı?
      Cavab: Cənabətli şəxsə haram olan işlərdən biri də, bu surələrin vacib səcdəsi olan ayəsini oxumaqdır. Amma bu surələrin digər ayələrini oxumağın maneəsi yoxdur.
       

      [1] Orucun ehtiyat-vacibə görə düzgün olmadığı qeyd olunduğu hallarda mükəlləf həm orucu tutmalı, həm də orucun qəzasını tutmalıdır.

       [2] İstimna etmək (masturbasiya) – insanın özü ilə məninin xaric olmasına səbəb olan bir iş görməsidir.

    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /