Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
      Çap versiyası  ;  PDF
       
      Suların hökmləri

       

      Sual 70: Əgər təzyiqsiz üzüaşağı tökülən “az su”yun[1] aşağı hissəsi nəcasətlə[2] təmasda olarsa, bu suyun yuxarı hissəsi pak olaraq qalırmı?
      Cavab: Əgər su elə bir şəkildə üzüaşağı axsa ki, ona “su yuxarıdan aşağıya axır” deyilsə, suyun yuxarı hissəsi pakdır.

       

      Sual 71: Kürr su və ya axar su[3] ilə napak paltarları yuduqda, paltarları sıxmaq lazımdırmı? Yoxsa nəcasətin özü aradan getdikdən sonra su paltarı bürüsə, kifayət edir?
      Cavab: Ehtiyata görə, paltarı sıxmaq və ya hərəkət etdirmək lazımdır.

       

      Sual 72: Napak paltarı kürr su və ya axar su ilə paklayarkən paltarı sudan çıxardıqdan sonra da sıxmaq lazımdırmı? Yoxsa paltarı suyun daxilində sıxdıqda, paltar paklanır?
      Cavab: Suyun daxilində sıxmaq və ya hərəkət etdirmək kifayət edir.

       

      Sual 73: Əgər napak kilim və ya xalçanı şəhərin su mənbəyinə birləşən borulardan gələn su ilə yusaq, borulardan gələn su napak yerə dəyən kimi kilim və ya xalça paklanırmı? Yoxsa qüsalə su[4] kilim və ya xalçadan ayrılmalıdır?
      Cavab: Napak kilim və ya xalçanı borulardan gələn su ilə paklayarkən qüsalə suyun ondan ayrılması şərt deyildir. Nəcasət aradan getdikdən sonra suyun napak yerə dəyməsi və su töküldüyü halda xalçaya əl çəkmək vasitəsilə qüsalə suyun öz yerindən hərəkət etməsi ilə paklıq hasil olur.

       

      Sual 74: Təbii halda qatı olan su ilə dəstəmaz almaq və qüsl etməyin hökmü nədir? Məsələn, duzların və mineralların çoxluğu nəticəsində qatı suyu olan dəniz və göl suları, o cümlədən, Urmiyyə gölünün suyu və s.
      Cavab: Sadəcə duzların və mineralların çoxluğu nəticəsində suyun qatı olması, həmin suyun “mütləq su”[5] adlanmasına mane olmur. Mütləq suya aid olan şəri hökmləri daşıması üçün ürfdə (yəni camaatın nəzərində) “mütləq su” deyə adlanması kifayət edir.

       

      Sual 75: Kürr suyun şəri hökmlərini daşıması üçün suyun kürr olduğuna yəqin etmək vacibdirmi? Yoxsa suyun kürr olduğunu qəbul etmək kifayət edir? (Məsələn, qatar və ya təyyarənin ayaqyolunda mövcud olan su kimi.)
      Cavab: Əgər suyun əvvəldə kürr olduğu dəqiqləşərsə, onun kürr olduğunu qəbul etmək olar.

       

      Sual 76: İmam Xomeyninin (r.ə) risaləsində 147-ci məsələdə belə qeyd edilir: “Paklıq və napaklıq məsələlərində şəri büluğa çatmayan müməyyiz uşağın[6] sözünə etina olunmur.” Bu fətva ağır vəzifə yaradır. Çünki bu fətvaya əsasən, məsələn, on beş yaşı tamamlananadək oğlan uşağını ayaqyolunda ata və ana paklamalıdır. Xahiş edirəm, bizim şəri vəzifəmizi açıqlayasınız.

      Cavab: Əgər büluğ astanasında olan uşaq özünün və ya ixtiyarında olan bir şeyin pak və ya napak olduğunu söyləsə, onun sözünə etibar olunur. Bundan qeyri halda, əgər onun sözü yəqinliyin və ya əminliyin yaranmasına səbəb olmazsa, onun sözünə etibar olunmayacaq.

       

      Sual 77: Bəzən suya müəyyən maddələr qatırlar və su süd rəngi alır. Bu su “müzaf su”[7] olurmu? Belə su ilə dəstəmaz almağın və paklamanın hökmü nədir?
      Cavab: Bu su, müzaf su hökmündə deyildir.

       

      Sual 78: Paklamada kürr su ilə axar su arasında fərq nədir?
      Cavab: Bu xüsusda onlar arasında bir fərq yoxdur.

       

      Sual 79: Əgər şor su qaynadılsa, onun buxarından əldə edilən su ilə dəstəmaz almaq olarmı?
      Cavab: Əgər ona mütləq su deyilsə, mütləq su hökmündədir.

       

      Sual 80: Ayağın və ya ayaqqabının altının paklanması üçün on beş addım yol getmək şərtdir. Nəcasət aradan getdikdən sonra on beş addım yol getmək lazımdır, yoxsa nəcasət mövcud olduğu halda da on beş addım yol getmək kifayət edir? Nəcasət on beş addım yol getmək nəticəsində aradan getdiyi təqdirdə, ayağın və ya ayaqqabının altı paklanırmı?
      Cavab: Əgər yerin üstündə yol getmək nəticəsində ayağının altı və ya ayaqqabısının altı napak olan bir şəxs quru və pak torpağın üstündə təxminən on addım yol gedərsə və “nəcasət” və ya “nəcasətə bulaşan şey” yol getmək, yaxud ayağı yerə sürtmək nəticəsində aradan gedərsə, onun ayağının və ya ayaqqabısının altı paklanar.

       

      Sual 81: Asfalt yolda yol getməklə ayağın və ya ayaqqabının altı paklanırmı?
      Cavab: Asfalt və ya qırlanmış yollar ayağın və ya ayaqqabının altını paklamır.

       

      Sual 82: Günəş “paklayıcı”dırmı[8]? Əgər paklayıcıdırsa, onun paklayıcılıq şərtləri hansılardır?
      Cavab: Günəşin saçması Yerin, eləcə də daşınması mümkün olmayan bütün əşyaların, məsələn, ağac, bitki, bina və tikililər, binanın tikintisində istifadə olunan taxta, qapı, pəncərə və s. bu kimi əşyaların paklanmasına səbəb olur. Amma bu şərtlə ki, onlarda olan “nəcasət” öncədən aradan getmiş olmalı, bu əşyaların üzərinə günəşin birbaşa saçmasının qarşısını kəsən bulud və ya pərdə kimi bir şey mövcud olmamalı, həmçinin günəş saçarkən bu əşyalar yaş olmalı və sırf günəş vasitəsilə qurumalıdır.

       

      Sual 83: Paklama zamanı rəngi suya çıxan napak paltarlar necə paklanar?
      Cavab: Əgər paltarın rənginin suya çıxması suyun müzaf olmasına səbəb olmursa, napak paltarların üstünə su tökməklə paklanar.

       

      Sual 84: Bir şəxs cənabət qüslü etmək üçün bir qabda su götürür və qüsl edərkən suyun damcıları bədənindən həmin qaba tökülür. Bu, suyun napak olmasına səbəb olurmu və həmin su ilə qüslü tamamlamağa maneə yaradırmı?
      Cavab: Əgər suyun damcıları bədənin pak hissəsindən həmin qaba tökülürsə, su pakdır və onunla qüslü tamamlamağın maneəsi yoxdur.

       

      Sual 85: Napak su ilə qarışdırılmış palçıqdan düzəldilən təndiri paklamaq mümkündürmü?
      Cavab: Təndirin divarlarının üst tərəfini yumaqla paklamaq olar və xəmirin yapıldığı bu hissənin pak olması çörək bişirmək üçün kifayət edir.

       

      Sual 86: Əgər napak yağ üstündə kimyəvi reaksiyalar aparılsa və nəticədə yağın maddələri yeni xüsusiyyətlərə malik olsa, bu yağ napak olaraq qalırmı? Yoxsa “istihalə”[9] hökmünü kəsb edir?
      Cavab: Napak maddələrin paklanması üçün ancaq maddələrə yeni xüsusiyyətlər verən kimyəvi reaksiyaların aparılması kifayət etmir.

       

      Sual 87: Bizim kəndimizdə bir hamam vardır ki, onun tavanı düzdür və suyun buxarından yaranan su damcıları hamamlanan insanların başına damcılayır. Bu su damcıları pakdırmı? Bu su damcıları töküldükdən sonra qüsl düzgündürmü?
      Cavab: Hamamın buxarı və pak tavandan tökülən damcılar pak hökmündədir. Bu damcıların bədənə tökülməsi bədənin napak olmasına səbəb olmur və qüslün düzgünlüyünə xələl gətirmir.

       

      Sual 88: Elmi araşdırmalara əsasən, çirkab suların çəkisi minerallarla qarışma və mikroblarla çirklənmə nəticəsində təbii suların çəkisindən on faiz ağır olur. Əgər təmizləmə-saflaşdırma qurğuları vasitəsilə bu suların üzərində müəyyən fiziki, kimyəvi və bioloji əməliyyatlar aparılsa və bu sular çirklənmiş minerallardan və mikroblardan təmizlənsə, belə ki, tam saflaşdırmadan sonra fiziki (rəng, iy, dad), kimyəvi (çirklənmiş minerallar) və gigiyena (zərərverici mikroblar və parazit yumurtaları) baxımından bir çox çayların və dənizlərin suyundan, xüsusilə də suvarmada istifadə olunan sulardan daha gigiyenik və daha yaxşı olsa, saflaşdırmadan qabaq napak olan bu sular sözügedən əməliyyatlardan sonra paklanırmı və istihalə hökmü ona aid olurmu? Yoxsa saflaşdırmadan sonra da napak su hökmündədir?
      Cavab: Yuxarıda deyilənləri nəzərə alaraq, çirkab suların çirklənmiş minerallardan, mikroblardan və s. təmizlənməsi ilə “istihalə” baş vermir. Amma əgər təmizləmə- saflaşdırma işi suyun buxarlandırılması və buxarın yenidən suya çevrilməsi şəklində aparılarsa, istihalə baş verir.
       

      [1] Az su – “kür”dən az olan və yerdən qaynayıb çıxmayan sudur. Kürr su - uzunluğu, eni və dərinliyi üç qarış yarım olan bir qabın tutumu miqdarında olan sudur və 384 litr suya bərabərdir.
      [2] “Nəcasətlər” müəyyən saydadır və bunlardan ibarətdir: bövl (sidik), ğait (nəcis), məni (sperma), murdar olmuş heyvan, qan, it, donuz, kafir, şərab, pivə, haramdan cənabətli olan şəxsin təri, nəcasət yeyən dəvənin təri.
      [3] Axar su - yerdən qaynayan və cərəyan edən sudur, məsələn, bulaq suyu və yeraltı çayların suyu.
      [4] Qüsalə su - bir şeyin (məsələn, bədən, paltar, qab və s.) yuyulmasına sərf olunan sudur: istər həmin şeydən ayrılmış olsun, istərsə də həmin şeyin daxilində qalmış olsun.
      [5] Mütləq su - bir şeydən çəkilməmiş və ya bir şeylə qarışmamış sudur. Hətta əgər bir şeylə qarışmış olsa, “su” deyə adlanmayacaq həddə deyildir.
      [6] Müməyyiz uşaq – şəri büluğa çatmayan, amma yaxşı və pisi ayırd edə bilən uşağa deyilir.
      [7] Müzaf su, mütləq suyun əksidir. Müzaf su – bir şeydən çəkilən (məsələn, nar, limon və gül suyu kimi) və ya bir şeylə qarışan sudur, belə ki, daha ona “su” deyilmir (məsələn, şərbət kimi).
      [8] Paklayıcılar – napak əşyaları paklayanlardır. Paklayıcılar bunlardır: su, Yer, Günəş, istihalə, üzüm suyunun üçdə ikisinin azalması, intiqal, İslama gəlmək, təbəiyyət, nəcasətin aradan getməsi, nəcasət yeyən heyvanın istibrası, müsəlmanın qeyb olması. Bunların hər biri müəyyən şərtlər daxilində napak əşyaları pak edir.
      [9] İsithalə - bir haldan başqa bir hala düşmək deməkdir. Yəni müəyyən bir şey elə bir şəkildə dəyişir ki, daha başqa bir şey hesab olunur. Məsələn, napak çubuq yanıb kül olur.
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /