Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
      Çap versiyası  ;  PDF
       
      Təxəllinin[1] hökmləri

       

      Sual 89: Köçəri tayfaların, xüsusilə köç zamanı, paklanmaq üçün kifayət qədər suyu olmur. Sidiyin məxrəcini (xaric olduğu yeri) paklamaq üçün çubuq və xırda daşlar kifayət edirmi? Onlar bu vəziyyətdə namaz qıla bilərlərmi?
      Cavab: Sidiyin məxrəci ancaq su ilə paklanır. Amma bədənini su ilə paklamaq imkanı olmayan şəxsin namazı düzgündür.

       

      Sual 90: “Az su”[2] ilə sidik və nəcisin məxrəcini paklamağın hökmü nədir?
      Cavab: Az su ilə sidiyin məxrəcini paklamaq üçün sidiyin özünü aradan apardıqdan sonra ehtiyata görə, həmin yeri iki dəfə yumaq lazımdır. Nəcisin məxrəcini paklamaq üçün nəcis və onun əlamətləri aradan gedənədək, həmin yeri yumaq lazımdır.

       

      Sual 91: Qaydaya görə, namaz qılan bir şəxs sidik ifraz etdikdən sonra istibra etməlidir[3]. Mənim cinsiyyət üzvümdə yara vardır. İstibra edərkən sıxma nəticəsində bu yaradan qan gəlir və özümü paklayan zaman istifadə etdiyim suya qarışaraq bədənimin və paltarımın napak olmasına səbəb olur. Əgər istibra etməsəm, yaranın daha tez sağalması ehtimal olunur. Amma istibra etdikdə cinsiyyət üzvü sıxıldığına görə yaranın sağalması uzanır. Sizdən xahiş edirəm, deyəsiniz ki, mən istibra edim, yoxsa etməyim?
      Cavab: İstibra etmək vacib deyildir. Hətta əgər ciddi bir ziyanı olarsa, istibra etməyə icazə verilmir. Bunu da qeyd etməliyik ki, əgər şəxs istibra etməsə və sidik ifraz etdikdən sonra ondan az da olsa şübhəli bir su xaric olsa, bu su sidik hökmündə olacaq.

       

      Sual 92: Bəzən sidik ifraz etdikdən və istibra etdikdən sonra ixtiyarsız olaraq insandan sidiyə oxşar bir rütubət xaric olur. Bu rütubət napakdırmı, yoxsa pakdır? Əgər insan bir müddətdən sonra təsadüfi olaraq bu məsələni başa düşsə, qıldığı namazların hökmü nədir? Bundan sonra o, ixtiyarsız xaric olan bu rütubətin xaric olub-olmadığını araşdırmalıdırmı?
      Cavab: Əgər istibradan sonra sidik olması şübhəli olan bir rütubət xaric olarsa, bu rütubət sidik hökmündə deyildir və pak hesab olunur. Bu xüsusda araşdırma aparmaq lazım deyildir.

       

      Sual 93: Əgər mümkünsə, zəhmət olmasa, bəzən insandan xaric olan rütubətin qisimləri barəsində açıqlama verərdiniz.
      Cavab: Bəzən məni (sperma) xaric olduqdan sonra insandan rütubət xaric olur və bu rütubət “vəzy” adlanır. Bəzi vaxtlar sidik ifraz etdikdən sonra insandan rütubət xaric olur və bu rütubət “vədy” adlanır. Kişi ilə qadın mazaqlaşdıqdan sonra xaric olan rütubət isə “məzy” adlanır. Bütün bu rütubətlər pakdır və təharətin (paklığın, həmçinin qüsl və dəstəmazın) pozulmasına səbəb olmur.

       

      Sual 94: Əgər ayaqyolu çanağı qiblə qəbul edilən istiqamətdən tam fərqli istiqamətdə quraşdırılsa və bir müddətdən sonra başa düşsək ki, çanağın qoyulduğu istiqamət qiblə istiqamətindən 20-22 dərəcə fərqlidir, çanağın istiqamətini dəyidirmək vacibdirmi, yoxsa vacib deyildir?
      Cavab: Əgər qiblə istiqamətindən dönmək “qiblə istiqamətindən dönmüşmüşdür” deyiləcək həddə olsa, kifayətdir və maneəsi yoxdur.

       

      Sual 95: Sidik yollarının xəstəliyi nəticəsində sidik ifraz etdikdən və istibra etdikdən sonra sidiyim kəsilmir və paltarıma rütubət dəyir. Müalicə olunmaq üçün həkimə müraciət etdim və onun göstərişlərinə əməl etdim. Amma xəstəliyim sağalmadı. Mənim şəri vəzifəm nədir?
      Cavab: İstibradan sonra sidiyin xaric olduğuna şəkk edilərsə, bu şəkkə etina olunmur. Amma əgər sidiyin damcı-damcı xaric olduğuna yəqininiz varsa, İmam Xomeyninin (r.ə) risaləsində açıqlanan “məslus şəxs”in[4] vəzifəsinə əməl edin. Sizin bundan başqa bir vəzifəniz yoxdur.

       

      Sual 96: Nəcisin məxrəcini paklamamışdan qabaq istibra hansı qaydada edilir?
      Cavab: Nəcisin məxrəcini paklamamışdan qabaq və paklayandan sonra edilən istibranın qaydası arasında heç bir fərq yoxdur.

       

      Sual 97: Bəzi şirkətlərə və müəssisələrə işə düzəlmək üçün tibbi müayinə tələb olunur və bəzən bu müayinədə övrətin[5] açılması lazım gəlir. Lazım olduğu təqdirdə, bu işə icazə verilirmi?

      Cavab: Hətta işə düzəlmək üçün tələb olunsa belə, övrəti açmağa və ona baxmağa icazə verilmir. Amma əgər həkim ehtimal versə ki, müraciət edən şəxsin xüsusi bir xəstəliyi vardır və bu xəstəliklə onu işə götürmək olmaz, habelə onun bu xəstəliyə düçar olmadığını birbaşa müayinədən qeyri bir yol ilə müəyyən etmək mümkün deyildir, yalnız bu halda övrətə baxmağa icazə verilir.

       

      Sual 98: Təxəllidən sonra sidiyin məxrəci neçə dəfə yuyulduqda paklanır?
      Cavab: Ehtiyat-vacibə görə, sidiyin məxrəci “az su” ilə iki dəfə yuyulduqda paklanır.

       

      Sual 99: Nəcisin məxrəcini necə paklamaq olar?
      Cavab: Nəcisin məxrəcini iki qaydada paklamaq olar. Birinci qayda budur ki, nəcis aradan gedənədək nəcisin məxrəci su ilə yuyulsun və nəcis aradan gedəndən sonra suya çəkmək lazım deyildir. İkinci qayda budur ki, üç ədəd daş və ya parça və bu kimi şeylərlə nəcis təmizlənsin. Əgər üç ədəd daş və ya parça ilə nəcis təmizlənməzsə, başqa daş və ya parça götürülsün və nəcisin məxrəci tam təmizlənsin. Üç ədəd daş və ya parça əvəzinə bir ədəd daşın və ya parçanın üç yerindən də istifadə etmək olar.
       

      [1] Təxəlli – sidik və nəcis ifrazı deməkdir.
      [2] Az su (ya qəlil su) - kürr su miqdarından az olan və yerdən qaynamayan sudur.
      [3] İstibra etmək – sidik ifraz etdikdın sonra kişilərin yerinə yetirdikləri müstəhəb əməldir, başqa sözlə, sidik kanalının şəriətin buyurduğu qaydada təmizlənməsidir.
      [4] Məslus şəxs – xəstəliyə görə sidiyini saxlamaqda aciz olan şəxsdir.
      [5] İnsanın ayıb yerləri - qabağı və arxası.
    • Dəstəmazın hökmləri
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /