Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
    • Təqlidin şərtləri
    • İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları
    • Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək
    • Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq
      Çap versiyası  ;  PDF
       
      Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq

       

      Sual 33: İmam Xomeyniyə (r.ə) təqlid edən bir şəxs o, vəfat etdikdən sonra başqa bir mərcəyi-təqlidə təqlid etmişdir. Hal-hazırda yenidən İmam Xomeyniyə (r.ə) təqlid etmək istəyir. Bu təqlidə icazə verilirmi?
      Cavab: Təqlidi həyatda olan camiuş-şərait bir müctəhiddən dünyasını dəyişmiş müctəhidə dəyişməyə, ehtiyata görə, icazə verilmir. Amma əgər təqlidi həyatda olan müctəhidə dəyişərkən həyatda olan müctəhid camiuş-şərait olmamışdırsa, təqlidi dəyişmək elə əvvəldən düzgün deyilmiş. Hal-hazırda bu şəxs İmam Xomeyninin (r.ə) təqlidində qala bilər, yaxud təqlid edilməsinə icazə verilən və həyatda olan bir müctəhidə təqlidini dəyişə bilər.

       

      Sual 34: İmam Xomeyni (r.ə) həyatda olarkən mən şəri vəzifə yaşına çatmışdım və bəzi məsələlərdə ona təqlid etmişəm. Halbuki, təqlid məsələsi mənə tam aydın deyildi. İndi mənim vəzifəm nədir?
      Cavab: Əgər İmam Xomeyni (r.ə) həyatda ikən ibadi[1] və qeyri-ibadi[2] əməllərdə onun fətvalarına əməl etmisinizsə, hətta bütün məsələlərdə deyil, bir qisim məsələlərdə əməli surətdə ona təqlid etmisinizsə, hal-hazırda bütün məsələlərdə İmam Xomeyninin (r.ə) təqlidində qalmağınıza icazə verilir.

       

      Sual 35: Əgər dünyasını dəyişmiş müctəhid ə`ləmdirsə, onun təqlidində qalmağın hökmü nədir?
      Cavab: Dünyasını dəyişmiş müctəhid ə`ləm olsa belə, onun təqlidində qalmaq vacib deyildir. Amma yaxşı olar ki, dünyasını dəyişmiş ə`ləm müctəhidin təqlidində qalmaq ehtiyatı tərk edilməsin.

       

      Sual 36: Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq üçün həyatda olan ə`ləm müctəhidin icazəsi şərtdirmi? Yoxsa hər bir müctəhidin icazəsi kifayət edir?
      Cavab: Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağın icazəli olması barədə müctəhidlər arasında rəy birliyi olduğu təqdirdə, ə`ləm müctəhiddən icazə almaq vacib deyildir.

       

      Sual 37: Bir şəxs İmam Xomeyniyə (r.ə) təqlid etmiş və onun vəfatından sonra bəzi məsələlərdə başqa bir müctəhidə təqlid etmişdir. İndi həmin müctəhid də vəfat etmişdir. Bu şəxsin vəzifəsi nədir?
      Cavab: Bu şəxs təqlidini İmam Xomeynidən (r.ə) dəyişmədiyi məsələlərdə əvvəllər olduğu kimi onun təqlidində qala bilər. Təqlidini dəyişdiyi məsələlərdə isə, ya ikinci müctəhidin təqlidində qala bilər, ya da təqlidini həyatda olan bir müctəhidə dəyişə bilər.

       

      Sual 38: İmam Xomeyni (r.ə) vəfat etdikdən sonra mən elə güman etmişdim ki, onun öz fətvasına əsasən, dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağa icazə yoxdur. Odur ki, təqlid etmək üçün həyatda olan başqa bir müctəhid seçdim. Mən yenidən İmam Xomeyninin (r.ə) təqlidinə qayıda bilərəmmi?
      Cavab: Hansı məsələlərdə təqlidinizi İmam Xomeynidən (r.ə) həyatda olan bir müctəhidə dəyişmisinizsə, ehtiyata görə, həmin məsələlərdə yenidən İmam Xomeyninin (r.ə) təqlidinə qayıda bilməzsiniz. Yalnız o halda qayıda bilərsiniz ki, həyatda olan müctəhid dünyasını dəyişmiş ə`ləm müctəhidin təqlidində qalmağın vacibliyinə dair fətva vermişdir və siz də bu qənaətdəsiniz ki, İmam Xomeyni (r.ə) həyatda olan müctəhidlə müqayisədə ə`ləmdir. Belə olduğu təqdirdə, İmam Xomeyninin (r.ə) təqlidində qalmaq vacibdir.

       

      Sual 39: Müəyyən bir məsələdə fətvalar arasında ziddiyyət olduğu təqdirdə bəzən dünyasını dəyişmiş müctəhidin, bəzən də həyatda olan ə`ləm müctəhidin fətvasına müraciət edə bilərəmmi?
      Cavab: Təqlidi həyatda olan müctəhidə dəyişməyənədək, dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağa icazə verilir. Amma təqlidi həyatda olan müctəhidə dəyişdikdən sonra dünyasını dəyişmiş müctəhidə yenidən müraciət etməyə, ehtiyata görə, icazə verilmir.

       

      Sual 40: İmam Xomeyniyə (r.ə) təqlid edənlər və onun təqlidində qalmağı qərara alanlar həyatda olan müctəhidlərin birindən icazə almalıdırlarmı? Yoxsa dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağın icazəli olması barədə əksər mərcəyi-təqlidlərin və din alimlərinin eyni fikirdə olmaları kifayət edir?
      Cavab: Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağın icazəli olması barədə alimlər eyni fikirdə olduqları təqdirdə İmam Xomeyninin (r.ə) təqlidində qalmağa icazə verilir və bu xüsusda müəyyən bir müctəhidə müraciət etməyə ehtiyac yoxdur.

       

      Sual 41: Müəyyən bir məsələdə dünyasını dəyişmiş müctəhidin təqldində qalmaq barədə – mərcəyi-təqlid həyatda ikən mükəlləf bu məsələyə əməl etmişdir, yaxud da əməl etməmişdir - sizin nəzəriniz nədir?
      Cavab: Bütün məsələlərdə – hətta indiyədək mükəlləfin əməl etmədiyi məsələlərdə belə – dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağa icazə verilir və bu, kifayət edir.

       

      Sual 42: Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağın icazəli olması hökmü, müctəhid həyatda ikən şəri vəzifə yaşına çatmayan, amma həmin müctəhidin fətvalarına əməl edən şəxslərə də şamil olurmu?
      Cavab: Əgər şəri vəzifə yaşına çatmayan şəxs camiuş-şərait müctəhidə düzgün şəkildə təqlid edibsə, həmin müctəhid vəfat etdikdən sonra onun təqlidində qala bilər.

       

      Sual 43: Biz İmam Xomeyniyə (r.ə) təqlid etmişik və o, vəfat etdikdən sonra da onun təqlidində qalmışıq. Müsəlman millətinin dünya hegemoları ilə qarşı-qarşıya durduğu hazırkı çətin dövrdə yeni şəri məsələlərlə qarşılaşırıq və belə başa düşürük ki, sizə müraciət etməli və sizə təqlid etməliyik. Biz bunu edə bilərikmi?
      Cavab: Siz İmam Xomeyninin (r.ə) təqlidində qala bilərsiniz və təqlidinizi dəyişməyə hələ ki, ehtiyac yoxdur. Yeni məsələlərin şəri hökmünü bilməyə ehtiyac duyduğunuz vaxt suallarınızı yazılı şəkildə bizdən soruşa bilərsiniz.

       

      Sual 44: Əgər müqəllid üçün başqa bir mərcəyi-təqlidin daha elmli olduğu dəqiqləşərsə, onun öz mərcəyi-təqlidi qarşısındakı vəzifəsi nədir?
      Cavab: Hansı məsələlələrdə onun mərcəyi-təqlidinin fətvası ə`ləm mərcəyi-təqlidin fətvasına ziddirsə, ehtiyata görə, həmin məsələlələrdə o, təqidini ə`ləm mərcəyi-təqlidə dəyişməlidir.

       

      Sual 45:
      1) Hansı halda müqəllid öz təqlidini başqa mərcəyi-təqlidə dəyişə bilər?
      2) Əgər ə`ləm müctəhidin müəyyən fətvaları zəmanəyə uyğun olmazsa, yaxud bu fətvalara əməl etmək olduqca çətin olarsa, təqlidi ə`ləm müctəhiddən qeyri-ə`ləm müctəhidə dəyişmək olarmı?
      Cavab:
      1) Əhvətə[3] görə, təqlidi həyatda olan bir müctəhiddən başqa bir müctəhidə dəyişməyə icazə verilmir. Yalnız ikinci mərcəyi-təqlid birinci mərcəyi-təqliddən daha elmli olduğu və müəyyən bir məsələdə onun fətvası birinci mərcəyi-təqlidin fətvasına zidd olduğu təqdirdə icazə verilir.
      2) Mərcəyi-təqlidin fətvalarının zəmanəyə və mövcud şəraitə uyğun olmadığını sadəcə güman etmək, yaxud onun fətvalarına əməl etməyin çətin olduğunu hesab etmək təqlidi ə`ləm müctəhiddən başqa bir müctəhidə dəyişməyə əsas vermir.
       

      [1] İbadi əməllər – məsələn, namaz, oruc, həcc, zəkat, xüms və s.
      [2] Qeyri-ibadi əməllər – məsələn, alış-veriş, nikah, ov və s.
      [3] Əhvət – yəni “ehtiyat”a müvafiq.
      Ehtiyat – ya ehtiyat-vacibdir, ya ehtiyat-müstəhəbdir.
      Ehtiyat-vacib – fətva ilə yanaşı olmayan ehtiyatdır və ona əməl etmək vacibdir. Amma müqəllid (təqlid edən şəxs) ehtiyat-vacibə əməl etmək yerinə, təqlid etdiyi müctəhiddən sonra digər müctəhidlərdən ələm (ən bilikli) olan müctəhidin fətvasına müraciət edə, həmin fətvaya əməl edə bilər.
      Ehtiyat-müstəhəb- müctəhidin fətvası ilə yanaşı olan ehtiyatdır və ona əməl etmək tövsiyə olunur, amma vacib deyildir. Müqəllid həmin məsələdə başqa müctəhidə müraciət edə bilməz.
    • Müxtəlif məsələlər
    • Mərcəiyyət və rəhbərlik
    • Vəliyyi-fəqih və hakimin hökmü
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /