Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
    • Təqlidin şərtləri
      Çap versiyası  ;  PDF
       
      Təqlidin şərtləri
       
      Sual 9: Mərcəiyyət[1] vəzifəsini öhdəsinə almayan və risaləsi olmayan (yəni “Şəriət hökmlərinin izahı” kitabı nəşr olunmayan) bir müctəhidə təqlid etmək olarmı?
      Cavab: Camiuş-şərait müctəhidə təqlidin düzgün sayılmasında mərcəiyyət vəzifəsini öhdəyə almaq və ya “Şəriət hökmlərinin izahı” adlı kitaba sahib olmaq şərt deyildir. Ona görə də, əgər təqlid etmək istədiyi müctəhidin camiuş-şərait müctəhid olduğu mükəlləf üçün sübuta yetsə, ona təqlid etməyin maneəsi yoxdur.

       

      Sual 10: Fiqhin[2] müəyyən bir bölümündə, məsələn, namaz və ya oruc bölümündə ictihad dərəcəsinə çatan şəxsə[3] təqlid etmək olarmı?
      Cavab: “Mütəcəzzi müctəhid”in[4] fətvası onun özü üçün dəlildir. Fiqhin həmin bölümlərində – hansı ki, mütəcəzzi müctəhid həmin bölümlərdə fətvaya və ictihadi nəzərə sahibdir – başqaları da ona təqlid edə bilərlər. Baxmayaraq ki, “mütləq müctəhid”ə təqlid etmək ehtiyat-müstəhəbə müvafiqdir.
       
      Sual 11: Başqa ölkələrin şəriət alimlərinə təqlid etmək olarmı? Belə ki, onlarla əlaqə qurmaq mümkün deyildir.
      Cavab: Camiuş-şərait mütcəhidə təqlid etməkdə müctəhidin mükəlləfin ölkəsinin vətəndaşı olması və ya mükəlləfin yaşadığı yerin sakini olması şərt deyildir.

       

      Sual 12: Müctəhid və mərcəyi-təqliddə əsas götürülən ədalət xüsusiyyəti ilə imam-camaatda[5] əsas götürülən ədalət xüsusiyyəti arasında güclü və ya zəif olma baxımından fərq varmı?
      Cavab: Mərcəiyyət mənsəbinin həssas və əhəmiyyətli bir mənsəb olduğunu nəzərə alaraq, ədalət xüsusiyyətindən əlavə mərcəyi-təqlidin tüğyankar nəfsə hakim olmaq qüdrətinə sahib olması və dünyaya həris olmaması ehtiyat-vacibə[6] görə şərtdir.

       

      Sual 13: Deyilir ki, ədalətli müctəhidə təqlid etmək gərəkdir. Ədalətli şəxs dedikdə, necə bir şəxs nəzərdə tutulur?
      Cavab: Ədalətli şəxs - böyük təqvasına görə bilərəkdən günah işlətməyən şəxsdir.

       

      Sual 14: Dövrün və məntəqənin vəziyyətindən xəbərdar olmaq ictihadın (müctəhidliyin) şərtlərindəndirmi?
      Cavab: Bu şərtin bəzi məsələlərdə rolu ola bilər.

       

      Sual 15: Mərhum İmam Xomeyninin (r.ə) nəzərinə görə mərcəyi-təqlid “ibadətlər” və “sövdələşmələr”in əhkamını bilməkdən əlavə, siyasi, iqtisadi, hərbi, ictimai və rəhbərlik məsələlərini də bilməlidir. Biz əvvəllər İmam Xomeyniyə (r.ə) təqlid edirdik və o, vəfat etdikdən sonra bir qrup alimin istiqamətləndirmələri və özümüzün də seçimi ilə sizə müraciət və təqlid etməyi lazımlı bildik. Beləcə, həm mərcəyi-təqlidə, həm də rəhbərə bir arada təqlid etmiş oluruq. Bu barədə sizin nəzəriniz nədir?
      Cavab: Mərcəiyyət mənsəbinin şərtləri “Təhrirul-vəsilə” və başqa kitablarda təfsilatı ilə qeyd edilmişdir və təqlid olunmağa səlahiyyəti çatan şəxsi müəyyənləşdirmək mükəlləfin öz nəzərinə həvalə olunur.

       

      Sual 16: Tədlid etmək üçün mərcəyi-təqlidin ə`ləm olması şərtdirmi, yoxsa şərt deyildir? Ə`ləmliyin meyarı nədir?
      Cavab: Əgər bir məsələdə ə`ləm müctəhidin fətvası ilə qeyri-ə`ləm müctəhidin fətvası fərqli olarsa, ehtiyata görə (ehtiyat-vacib), həmin məsələdə ə`ləm müctəhidə təqlid etmək lazımdır. Ə`ləmliyin meyarı budur ki, bir mərcəyi-təqlid şəriət hökmlərini tanımaqda və bu hökmləri dini mənbələrdən əldə etməkdə başqa mərcəyi-təqlidlərlə müqayisədə daha bacarıqlıdır. Belə ki, onunla başqa mərcəyi-təqlidlər arasındakı fərq bu elmin mütəxəssisləri üçün aydındır. Həmçinin o, öz dövrünün tələblərini – əhkamın mövzularını müəyyən etmək və bu barədə fiqhi nəzəri bildirməkdə təsirli olan tələbləri – daha yaxşı bilir.

       

      Sual 17: Əgər bir şəxs ə`ləm bir müctəhiddə mərcəyi-təqlidin şərtlərinin olmadığını ehtimal edib qeyri-ə`ləm bir müctəhidə təqlid edibsə, onun təqlidi yanlış hesab olunurmu?
      Cavab: Ə`ləm müctəhiddə lazımi şərtlərin (mərcəyi-təqlidin şərtlərinin) olmadığını sadəcə ehtimal edib, ixtilaflı məsələlərdə qeyri-ə`ləm müctəhidə təqlid etməyə ehtiyata (ehtiyat-vacib) görə icazə verilmir.

       

      Sual 18: Əgər bir qrup alimin hər birinin müəyyən məsələdə ə`ləm olduğu sübuta yetsə, onların hər birinə təqlid etmək olarmı?
      Cavab: Fiqhin müxtəlif bölümlərində ayrı-ayrı müctəhidlərə təqlid etməyin maneəsi yoxdur. Əgər mükəlləfin təqlid etmək istədiyi məsələdə həmin müctəhidin ə`ləm olduğu dəqiqləşərsə, ehtiyata görə, müqəllidə[7] lazım olan məsələlərdə mövcud fətvalar arasında ixtilaf olduğu təqdirdə ayrı-ayrı müctəhidlərə təqlid etmək vacibdir.

       

      Sual 19: Ə`ləm müctəhid mövcud olduğu halda qeyri-ə`ləm müctəhidə təqlid etmək olarmı?
      Cavab: Hansı məsələlərdə qeyri-ə`ləm müctəhidin fətvası ə`ləm müctəhidin fətvasına zidd deyildirsə, həmin məsələlərdə qeyri-ə`ləm müctəhidə müraciət etməyin maneəsi yoxdur.

       

      Sual 20: Mərcəyi-təqlidin ə`ləm olması şərti barədə sizin rəyiniz nədir və bunun dəlili nədir?
      Cavab: Bir neçə camiuş-şərait müctəhidin fətvaları arasında ziddiyyət olduğu təqdirdə, ehtiyat-vacibə görə, mükəlləf ə`ləm müctəhidə təqlid etməlidir. Amma əgər ə`ləm müctəhidin fətvasının ehtiyata zidd və qeyri-ə`ləm müctəhidin fətvasının ehtiyata müvafiq olduğu dəqiqləşərsə, bu təqdirdə, qeyri-ə`ləm müctəhidə təqlid etmək olar. Ə`ləm müctəhidə təqlid etməyin vacibliyinin dəlili, ağıllı insanların qəbul etdiyi bir məsələdir və əqlin hökmüdür. Çünki ə`ləm müctəhidin fətvası müqəlliddə yəqinlik yaradır, qeyri-ə`ləm müctəhidin nəzəri isə ehtimal doğurur.

       

      Sual 21: Biz kimə təqlid etməliyik?
      Cavab: Camiuş-şərait müctəhidə təqlid etmək lazımdır. Ehtiyata görə, təqlid olunan müctəhid ə`ləm olmalıdır.

       

      Sual 22: Dünyasını dəyişmiş müctəhidə ibtidai təqlid[8] etmək olarmı?
      Cavab: İbtidai təqliddə ə`ləm və həyatda olan müctəhidə təqlid etmək ehtiyatı tərk olunmamalıdır.

       

      Sual 23: Dünyasını dəyişmiş müctəhidə ibtidai təqlid, həyatda olan müctəhidə təqlid etməyə bağlıdırmı?
      Cavab: Dünyasını dəyişmiş müctəhidə ibtidai təqlid etmək və ya onun təqlidində qalmaq, həyatda olan ə`ləm müctəhidə təqlid əsasında olmalıdır.
       

      [1] Mərcəyi-təqlid olma.
      [2] Şəriət hökmlərinin məcmusu və ya şəriət elmi.
      [3] İctihad dərəcəsinə çatan şəxsə “müctəhid” deyilir.
      [4] Fiqhin bir və ya bir neçə bölümündə şəri hökmləri əldə etmək bacarığı olan, başqa sözlə, fətvaya və ictihadi nəzərə sahib olan müctəhid.
      [5] İmam-camaat – yəni pişnamaz: namazda iqtida olunan (təqlid olunan) şəxs.
      [6] Ehtiyat-vacib, fətva ilə yanaşı olmayan ehtiyatdır və ona əməl etmək vacibdir. Amma təqlid edən şəxs bu ehtiyatın əvəzinə başqa bir müctəhidin fətvasına – belə ki, başqa müctəhidin elmi səviyyəsi bu müctəhiddən aşağı, amma digər müctəhidlərdən yuxarıdır - müraciət edə bilər.
      [7] Təqlid edən şəxs.
      [8] İbtidai təqlid, yəni ilk dəfə olaraq təqlid etmək, başqa sözlə, təqlid etməyə başlamaq.
    • İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları
    • Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək
    • Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq
    • Müxtəlif məsələlər
    • Mərcəiyyət və rəhbərlik
    • Vəliyyi-fəqih və hakimin hökmü
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /