Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
    • Təqlidin şərtləri
    • İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları
    • Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək
      Çap versiyası  ;  PDF
       
      Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək

       

      Sual 29: Dünyasını dəyişmiş müctəhidin təqlidində bu vaxtadək qeyri-ə`ləm müctəhidin icazəsi əsasında qalmışam. Əgər dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq üçün ə`ləm müctəhidin icazəsi şərtdirsə, onda təqlidi ə`ləm müctəhidə dəyişmək və dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq üçün ondan icazə almaq bizə vacibdirmi?
      Cavab: Əgər bu məsələdə qeyri-ə`ləm müctəhidin fətvası ə`ləm müctəhidin fətvasına müvafiq olarsa, qeyri-ə`ləm müctəhidin fətvasına əməl etməyin maneəsi yoxdur və təqlidi ə`ləm müctəhidə dəyişməyə ehtiyac yoxdur.

       

      Sual 30: İmam Xomeyninin (r.ə) müəyyən bir fətvasında təqlidi dəyişmək istədikdə, dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq üçün icazə aldığımız müctəhidin fətvalarına müraciət etməliyikmi? Yoxsa başqa müctəhidlərin fətvalarına da müraciət edə bilərik?
      Cavab: Həmin müctəhidin fətvalarına müraciət etmək ehtiyata müvafiqdir. Amma əgər həyatda olan başqa bir müctəhid həmin müctəhiddən ə`ləm (yəni daha elmli) olarsa və sözügedən məsələdə ə`ləm müctəhidin fətvaları birinci müctəhidin fətvalarına zidd olarsa, bu halda ehtiyat-vacibə görə, ə`ləm müctəhidə müraciət etmək lazımdır.

       

      Sual 31: Mərcəyi-təqlidi dəyişdirməyə icazə verilirmi?
      Cavab: Ehtiyat-vacibə görə, təqlidi həyatda olan bir müctəhiddən həyatda olan başqa bir müctəhidə dəyişməyə icazə verilmir. Yalnız başqa müctəhid ə`ləm olduğu, yaxud ə`ləm olduğu ehtimal verildiyi təqdirdə icazə verilir.

       

      Sual 32: Mən şəriət hökmlərinə riayət edən bir gəncəm. Şəri vəzifə yaşına çatmamışdan qabaq İmam Xomeyniyə (r.ə) təqlid etmişəm. Amma bu təqlid “şəri bəyyinə”yə əsaslanmamışdı. Əksinə, buna əsaslanmışdı ki, İmam Xomeyniyə (r.ə) təqlid etməklə mükəlləf üzərinə düşən vəzifəyə əməl etmiş olur. Bir müddətdən sonra mən təqlidimi başqa bir mərcəyi-təqlidə dəyişdim, halbuki, bu təqlidim də düzgün olmamışdır. Həmin mərcəyi-təqlid dünyasını dəyişdikdən sonra mən təqlidimi sizə dəyişdim. Sizdən xahiş edirəm ki, həmin mərcəyi-təqlidə təqlidimin hökmünü, habelə, həmin müddətdə yerinə yetirdiyim əməllərin hökmünü və hal-hazırda üzərimə düşən vəzifəni açıqlayasınız.
      Cavab: İmam Xomeyninin (r.ə) fətvaları əsasında yerinə yetirdiyiniz əməllər – istər o, həyatda olarkən, istərsə də vəfat etdikdən sonra dünyasını dəyişmiş müctəhidin təqlidində qalıb yerinə yetirdiyiniz əməllər – düzgün hesab olunur. Amma başqa bir mərcəyi-təqlidə şəri meyarlara müvafiq olmayan şəkildə təqlid edərək yerinə yetirdiyiniz əməllərə gəlincə, əgər bu əməllər hal-hazırda təqlid etməli olduğunuz mərcəyi-təqlidin fətvalarına müvafiq olarsa, düzgün hesab olunur və üzərinizə düşən vəzifəyə əməl etməyinizə səbəb olur. Əks təqdirdə, həmin əməllərin qəzasını yerinə yetirmək vacibdir. Hal-hazırda isə siz İmam Xomeyninin (r.ə) təqlidində qalmaq, yaxud təqlidinizi şəri meyarlar əsasında təqlid olunmağa layiq bildiyiniz müctəhidə dəyişmək arasında seçim edə bilərsiniz.

       

    • Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq
    • Müxtəlif məsələlər
    • Mərcəiyyət və rəhbərlik
    • Vəliyyi-fəqih və hakimin hökmü
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /