Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
      Çap versiyası  ;  PDF
       
      Qızıl, gümüş, pul alışı və satışı

       

      Sual 1601: Əgər qızıl külçəsi nağd şəkildə bugünkü günün məzənnəsinə görə müəyyən qiymətə satılırsa, iki tərəfin razılığı ilə bu qızıl külçəsini bir ay müddətinə nisyə şəklində bugünkü günün məzənnəsindən baha qiymətə satmaq olarmı? Onun satışından əldə edilən gəlir halaldır, yoxsa yox?
      Cavab: Sövdələşmə əqdində – sövdələşmə istər nağd olsun, istər nisyə olsun – qiymətin müəyyən edilməsi iki tərəfin razılığına bağlıdır. Buna görə də, sözügedən sövdələşmə və ondan əldə edilən gəlirin maneəsi yoxdur. Qeyd etmək lazımdır ki, qızılın qızıla sövdələşməsinin nisyə şəklində olmasına, yaxud satılan qızılın qarşılığında dəyəri artıq olan qızılı almağa icazə verilmir.

       

      Sual 1602: Qızıl zinət əşyaları düşəltməyin (zərgərlik) hökmü nədir? Qızılın sövdələşməsinin hansı şərtləri vardır?
      Cavab: Qızıl zinət əşyaları düzəltməyin və satmağın maneəsi yoxdur. Amma qızılın qızıla sövdələşməsinin nağd olması, satılan və alınan malın bərabər dəyərdə olması, habelə, bunların sövdələşmə məclisində verilib-alınması şərtdir.

       

      Sual 1603: Kağız pulu nisyə şəklində onun məbləğindən artıq qiymətə satmağın və almağın hökmü nədir?
      Cavab: Əgər sözügedən sövdələşmə ciddi və məntiqi məqsəd daşıyarsa, məsələn, kağız pullar köhnə və təzə olma baxımından fərqlənərsə, yaxud xüsusi əlamətlərə malik olarsa, yaxud onların qiyməti bir-birindən fərqlənərsə, bu sövdələşmənin maneəsi yoxdur. Amma əgər bu sövdələşmə formal olub ribadan (sələmdən) qaçmaq məqsədi daşıyarsa və həqiqətdə pulun faizini əldə etməkdən ötrü olarsa, bu sövdələşmə şəri baxımdan haramdır və düzgün deyildir.

       

      Sual 1604: Bəzi şəxslər ümumi telefonlarda istifadə olunan dəmir pulları onların öz dəyərindən artıq qiymətə satırlar. Məsələn, otuz beş tumən dəmir pul verib əlli tumən kağız pul alırlar. Bu pulları satmağın və almağın hökmü nədir?
      Cavab: Ümumi telefonlarda və ya başqa məqsədlə istifadə olunması üçün dəmir pulları onların öz məbləğindən artıq qiymətə satmağın və almağın maneəsi yoxdur.

       

      Sual 1605: Əgər bir şəxs köhnə pulu yeni və işlənən pul qiymətinə satarsa və ya alarsa, amma köhnə pulun dəyərinin yeni pulun dəyərinin yarısı qədər olduğunu bilməzsə, sonra alıcı da bu pulu başqa bir şəxsə yeni pul qiymətinə satarsa, bu halda ziyana səbəbkar olan şəxs ziyana düşən şəxsi ziyana düşdüyündən xəbərdar etməlidirmi? Alıcının ziyana düşməsilə nəticələnən bu sövdələşmələr düzgün hesab olunurmu? Bu yolla əldə edilən puldan istifadə etmək olarmı, yoxsa bu pul “sahibi bilinməyən mal” və ya “harama qarışmış halal mal” hökmündədir?
      Cavab: Köhnə pulları satıcı və alıcının razılığa gəldikləri qiymətə almağın maneəsi yoxdur, baxmayaraq ki, köhnə pulun dəyəri yeni və işlənən pulun dəyərindən olduqca azdır. Satılan köhnə pul “mal” hesab olunduğu və dəyəri işlənən puldan az olsa da bazarda bir dəyəri olduğu təqdirdə sövdələşmə düzgündür, baxmayaraq ki, bu sövdələşmə alıcının ziyana düşməsilə nəticələnir. Ziyana səbəbkar olan şəxsin ziyana düşən şəxsi ziyana düşdüyündən xəbərdar etməsi vacib deyildir. Ziyana səbəbkar olan şəxsin belə sövdələşmədən əldə etdiyi pul onun başqa əmlakı hökmündədir (yəni onun əmlakı hesab olunur) və ziyana düşən şəxs sövdələşməni pozmayanadək o, bu puldan istifadə edə bilər.

       

      Sual 1606: Bəzi kağız pulları “mal” ünvanında və ya mal hesab olunduğuna və etibalılığı olduğuna görə deyil, xüsusi bir kağız olması baxımından satmaq və almağın hökmü nədir? Məsələn, İmam Xomeyninin (r.ə) şəkli olan min tümənlik yaşıl kağız pulu onun öz məbləğindən artıq qiymətə satmağın və almağın hökmü nədir?
      Cavab: Əgər bu kağız pulları satmaq və almaq ciddi və məntiqi bir məqsəd daşıyarsa, maneəsi yoxdur. Amma əgər sövdələşmə formal olub “borc sələmi”ndən qaçmaq məqsədi daşıyarsa, haramdır və düzgün deyildir.

       

      Sual 1607: Valyuta mübadiləsi işi üzrə işləmək və az tapılan valyutaları satmaq və almağın hökmü nədir?
      Cavab: Öz-özlüyündə maneəsi yoxdur.

       

      Sual 1608: Dövlət istiqrazlarını almağın hökmü nədir? Bu istiqrazları almağa və satmağa şəri baxımdan icazə verilirmi?
      Cavab: Əgər milli istiqraz vərəqlərinin çap edilməsi və satılması yolu ilə dövlətin millətdən borc alması nəzərdə tutulursa, bu vərəqləri alaraq millətin dövlətə borc verməkdə iştirak etməsinin maneəsi yoxdur. Həmçinin əgər bu vərəqləri başqalarına satmaq qanuna zidd olmazsa, onu satmağın maneəsi yoxdur.

       

    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /