Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
      Çap versiyası  ;  PDF
       
      Sələf sövdələşməsi

       

      Sual 1597: Mən bir yaşayış mənzilini bir şirkətdən sələf sövdələşməsi şəklində almışam. Evin pulunun bir hissəsini kredit şəklində ödəyib qəbz almışam, pulun qalan hissəsini isə hələ də borcluyam. Amma həmin şirkət mənim evimi “Məskən Bankı”na satmış və qərar vermişdir ki, mən başqa bir mənzili günün qiymətinə, yəni əvvəlki qiymətin dörd misli qədər olan bir qiymətə şirkətdən təhvil alım. Bu məsələnin hökmü nədir?
      Cavab: Sözükeçən mənzili kredit şəklində almaq kökündən yanlışdır, çünki sələf sövdələşməsinin düzgün olma şərtlərindən biri malın pulun hamısını nağd şəkildə elə sövdələşmə məclisində satıcıya verməkdir. Buna görə də, əgər sözükeçən mənzil sələf sövdələşməsi şəklində alınıbsa və sövdələşmə məclisində malın pulunun hamısı nağd şəkildə satıcıya verilibsə, satıcı satılan malı alıcıya təhvil verməlidir. Satılan malı alıcının təhvil ala bilməsi üçün satıcının alıcıdan artıq pul tələb etməyə haqqı yoxdur. Həmçinin satıcının satılan maldan qeyrisini alıcıya təhvil verməyə haqqı yoxdur və nəinki alıcıdan artıq pul tələb etməyə, hətta bu malı eyni qiymətə ona satsa belə, alıcı bunu qəbul etməyə məcbur deyildir.

       

      Sual 1598: Mən tikintisi tamamlanmamış bir yaşayış mənzilini kredit şəklində aldım. Sonra isə mənzilin tikintisi tamamlanmamışdan və mən onu satıcıdan təhvil almamışdan qabaq onu başqa bir şəxsə satdım. Bu alğı-satqı düzgündürmü?
      Cavab: Əgər aldığınız mənzil müəyyən və bəlli bir mənzildirsə və siz onu nisyə və kredit şəklində almısınızsa, bu şərtlə ki, satıcı onun tikintisini tamamlayacaqdır, bu mənzili almağın, həmçinin mənzilin tikintisi tamamlanmamış onu satmağın və onu satıcıdan təhvil almağın maneəsi yoxdur.

       

      Sual 1599: Mən Tehran Beynəlxalq Kitab Sərgisindən sələf sövdələşməsi şəklində bir neçə kitab aldım, belə ki, kitabların pulunun yarısını məndən aldılar, yarısını isə kitabları təhvil verərkən alacaqlar. Ödəniş vaxtı isə müəyyən deyildir. Bu sövdələşmə düzgündürmü?
      Cavab: Əgər öncədən ödənilən məbləğ beh ünvanında olarsa və sövdələşmə kitablar təhvil verilərkən və pulun qalan hissəsi ödənilərkən baş tutarsa, sövdələşmənin maneəsi yoxdur. Amma əgər sövdələşmə kitabların pulunun bir hissəsi ödənilərkən baş tutarsa və nisyə şəklində olarsa, eyni zamanda pulun qalan hissəsinin ödəniş vaxtı müəyyən edilməzsə, yaxud sövdələşmə sələf sövdələşməsi şəklində olarsa, amma kitabların pulunun hamısı sövdələşmə məclisində nağd şəkildə ödənilməzsə, bu sövdələşmə şəri baxımdan düzgün deyildir. Qeyd etmək lazımdır ki, sələf sövdələşməsində ödənilən məbləğ barəsində sövdələşmə düzgündür, amma satıcı həmin məbləğ barəsində də sövdələşməni poza bilər.

       

      Sual 1600: Bir şəxs başqa bir şəxsdən müəyyən malı bu şərtlə alır ki, malı bir müddətdən sonra təhvil alacaqdır. Amma müəyyən edilən vaxt çatanda sözügedən mal öz dəyərini itirir. Bu halda alıcı malın özünü təhvil almalıdır, yoxsa malın pulunu geri almalıdır?
      Cavab: Əgər sövdələşmə şəri baxımdan düzgün şəkildə baş tutarsa, alıcı malın özünü təhvil almalıdır. Əlbəttə, əgər sözükeçən malın öz dəyərini tamamilə itirməsi ürfdə malın tələf olması hesab olunarsa, bu halda sövdələşmə öz-özünə pozulur və satıcı malın pulunu alıcıya qaytarmalıdır.

       

    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /