Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
      Çap versiyası  ;  PDF
       
      Əmlakdan istifadə etmək zəminində qəyyumlar

       

      Sual 1484: Əgər ata öz azyaşlı övladları üçün bir mal alarsa və sövdələşmə əqdinin şəri ifadələri də söylənilərsə, öz övladları üzərində olan qəyyumluğu əsasında atanın satılan malı təhvil alması ilə sövdələşmə reallaşırmı?
      Cavab: Atanın öz azyaşlı övladları üçün sövdələşməsi düzgün şəkildə baş tutduqdan sonra azyaşlı övladları üzərində olan qəyyumluğu əsasında atanın satılan malı təhvil alması, sövdələşmənin hökmlərinin qüvvədə olması üçün kifayət edir.

       

      Sual 1485: Mən uşaq ikən mənim qəyyumum mənim torpaq sahəmi satmış və alıcıdan beh ünvanında müəyyən məbləğdə pul almışdır. Mən onlar arasında sövdələşmənin başa çatıb-çatmadığını bilmirəm, amma torpaq sahəsi daimi surətdə alıcının ixtiyarındadır və ondan istifadə etməkdədir. Bu sövdələşmə düzgündürmü və mənim üçün də keçərli sayılırmı? Yoxsa mən mülkün həqiqi sahibi olaraq torpaq sahəsini alıcıdan geri ala bilərəm?
      Cavab: Əgər məlum olsa ki, sizin şəri qəyyumunuz sizin torpaq sahənizi o dövrdə sizin üzərinizdə olan qəyyumluğu əsasında satmışdır, sövdələşmə şəri baxımdan düzgündür. Hal-hazırda həmin sövdələşmənin pozulduğu sübuta yetməyənədək sizin torpaq sahəsini geri almağa haqqınız yoxdur.

       

      Sual 1486: Əgər mərhumun əmlakından müəyyən miqdar nağd pul qalarsa və qəyyum (azyaşlı varislərin qəyyumu) onu özündə saxlayıb dövriyyəyə buraxmazsa, pulun gəliri bankların verdiyi məbləğdə (məsələn, 13%), yaxud bazarda və camaat arasında olan adi məbləğdə qəyyumun öhdəsindədirmi? Əgər o, sözügedən pul ilə ticarət edərsə və məlum olmayan məbləğdə gəlir əldə edərsə, bunun hökmü nədir?
      Cavab: Qəyyum azyaşlı uşaqların əmlakının qeyri-faktiki gəlirinə zamin deyildir. Amma əgər o, azyaşlı uşaqların əmlakı ilə ticarət edərsə, əldə edilən gəlirin hamısı o uşaqlara aiddir və qəyyuma onların əmlakı ilə ticarət etməyə şəri baxımdan icazə verildiyi təqdirdə, qəyyuma ancaq gördüyü işin ücrətül-misli düşür.

       

      Sual 1487: Həyatda olan və hüququndan məhrum edilməyən bir şəxsin kürəkəni və övladları bu şəxsin əmlakını ondan icazə almadan və bu şəxs onlara vəkillik vermədən sata bilərlərmi?
      Cavab: Başqasının əmlakını onun icazəsi olmadan satmaq füzuli sövdələşmədir və sövdələşmənin düzgünlüyü onun icazəsinə bağlıdır, baxmayaraq ki, satıcı əmlak sahibinin kürəkəni və ya övladlarıdır. Buna görə də, əmlak sahibi icazə verməyənədək sövdələşmənin hökmləri bu sövdələşmə barəsində qüvvədə deyildir.

       

      Sual 1488: Bir şəxs beyin infarktı keçirmiş və əsəb pozuntusuna düçar olmuşdur. Bu halda onun övladları onun əmlakından hansı şəkildə istifadə edə bilərlər? Şəri-hakimin və digər övladların icazəsi olmadan övladlardan birinin bu əmlakdan istifadə etməsinin hökmü nədir?
      Cavab: Əgər bu şəxsin əsəb pozuntusu ürfdə dəli hesab olunacaq bir həddə olsa, onun və əmlakının qəyyumu şəri-hakimdir. Şəri-hakimin icazəsi olmadan onun əmlakından heç kim, hətta övladları istifadə edə bilməzlər. Əgər şəri-hakimdən icazə almadan onun əmlakından istifadə etsələr, qəsb hesab olunur və istifadə etdikləri şeyə zamindirlər. Bu əmlak ilə əlaqədar edilən sövdələşmələr füzulidir və şəri-hakimin icazəsinə bağlıdır.

       

      Sual 1489: Əgər bir şəxs şəhidin həyat yoldaşı ilə ailə qursa və onun başçılığını öhdəsinə götürsə, bu halda onun özü, övladları və həyat yoldaşı (yəni şəhid övladlarının anası) şəhid övladlarına Şəhid Fondunun verdiyi pul ilə alınan şeylərdən istifadə edə bilərlərmi? Şəhid övladlarına verilən təqaüddən və Şəhid Fondunun ərzaq-əşya və ya nağd pul şəklində göstərdiyi yardımlardan hansı şəkildə istifadə olunmalıdır? Bunları ayırmaq və dəqiq şəkildə yalnız şəhid övladlarına sərf etmək lazımdırmı?
      Cavab: Şəhidin azyaşlı övladlarına aid olan əmlakdan onların dolanışıq xərclərinə və ya başqalarına sərf etmək üçün – hətta azyaşlı uşaqların məsləhətinə və xeyrinə olsa belə - onların şəri qəyyumundan icazə alınmalıdır.

       

      Sual 1490: Şəhidin dostları şəhid ailəsinin görüşünə gedərkən ailəyə verdikləri hədiyyələrin hökmü nədir? Bu hədiyyələr şəhid övladlarının əmlakı hesab olunurmu?
      Cavab: Əgər hədiyyələr şəhid övladlarına verilərsə, şəri qəyyum onları qəbul etdiyi təqdirdə şəhid övladlarının əmlakı hesab olunur və başqalarının bunlardan istifadə etmələri uşaqların şəri qəyyumunun icazəsinə bağlıdır.

       

      Sual 1491: Atamın bir mağazası var idi və o, vəfat etdikdən sonra əmilərim oranı işlədir, bizə icarə pulu verirdilər. Bir müddətdən sonra anam – belə ki, o bizim qəyyumumuz idi - əmilərimin birindən müəyyən məbləğ pul borc aldı. Əmilərim də icarə pulunu verdikləri borcdan çıxırlar və icarə pulunu vermirlər. Daha sonra “büluğ yaşına çatanadək azyaşlı uşaqların əmlakının qorunub saxlanılması”na dair qanunun ziddinə olaraq həmin mağazanı anamdan satın aldılar və sövdələşmə əvvəlki hökumətin dövründə bəzi hökumət adamlarının köməkliyi ilə rəsmi şəkildə həyata keçirilib başa çatdı. Hal-hazırda bizim vəzifəmiz nədir? Sözügedən istifadələr və sövdələşmə düzgündürmü, yoxsa bu sövdələşməni pozmağa şəri baxımdan bizim haqqımız vardır? Azyaşlı uşağın haqqı zamanın keçməsi ilə aradan gedirmi?
      Cavab: Mağazanın icarəyə verilməsi, icarə pulunun verilən borcdan çıxılması, həmçinin mağazanın satılması şəri baxımdan düzgündür. Amma əgər şəri və qanuni yolla sübuta yetsə ki, həmin dövrdə azyaşlı uşaqların əmlakının satılması onların məsləhətinə deyilmiş, yaxud onların qəyyumu bu əmlakı sata bilməzmiş, uşaqlar büluğ yaşına çatdıqdan sonra bu sövdələşməyə icazə vermədikləri təqdirdə sövdələşmə pozulmuş hesab olunur. Sövdələşmə pozulduğu sübuta yetdiyi təqdirdə, zamanın keçməsi azyaşlı uşaqların haqqının aradan getməsinə səbəb olmur.

       

      Sual 1492: Ərim yol qəzasında dünyasını dəyişmişdir. Maşının sürücüsü onun dostlarından biri idi. Mən azyaşlı övladlarımın şəri və qanuni qəyyumu oldum. Sualım budur:
      1) Mən sürücüdən diyə (qanbahası), yaxud sığorta məsələsini həll etməsini tələb etməliyəmmi?
      2) Uşaqlara aid əmlakdan onların atasının yas məclisini keçirmək üçün istifadə edə bilərəmmi?
      3) Mən diyə barəsində övladlarımın haqqından keçə bilərəmmi?
      4) Əgər onların haqqından keçsəm və onlar büluğ yaşına çatdıqdan sonra buna razı olmasalar, mən diyəyə zaminəmmi?
      Cavab:
      1) Əgər sürücü və ya başqa bir fərd şəri baxımdan diyəyə zamindirsə, siz azyaşlı uşaqların qəyyumu olaraq, onların haqqını diyəyə zamin olan şəxsdən tələb edərək qorumalısınız. Həmçinin sığorta məsələsində əgər uşaqlar qanuna müvafiq olaraq belə bir haqqa malikdirlərsə, eyni vəzifəni daşıyırsınız.
      2) Uşaqların əmlakından onların atasının yas məclisində istifadə etməyə - hətta bu əmlak atadan onlara irs çatmış olsa belə - icazə verilmir.
      3 və 4) Uşaqların haqqından keçmək onların məsləhətinə və xeyrinə olmadığına görə, uşaqların haqqından keçməyə icazə verilmir. Onlar büluğ yaşına çatdıqdan sonra diyəni tələb edə bilərlər.

       

      Sual 1493: Ərim vəfat etmiş və onun bir neçə azyaşlı övladı qalmışdır. Məhkəmənin qərarı ilə uşaqların ata tərəfdən olan babası onların hamısının qəyyumu olmuşdur. Əgər övladlarımdan biri büluğ yaşına çatsa, öz qardaşlarının qəyyumu olurmu? Əgər olmazsa, mənim öz övladlarımın qəyyumu və başçısı olmaq haqqım varmı? Digər tərəfdən uşaqların babası məhkəmə qərarı ilə mərhumun əmlakının altıda birini götürmək niyyətindədir. Bu məsələnin hökmü nədir?
      Cavab: Azyaşlı uşaqlar büluğ və yetkinlik yaşına çatanadək onların qəyyumu ata tərəfdən olan babasıdır və bu xüsusda məhkəmə qərarına ehtiyac yoxdur. Amma ata tərəfdən olan babanın azyaşlı uşaqların əmlakından istifadə etməsi uşaqların məsləhətinə və xeyrinə müvafiq olmalıdır. Əgər o, azyaşlı uşaqların məsləhətinə zidd olan bir iş görərsə, onlar məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Uşaqlardan biri büluğ və yetkinlik yaşına çatdıqda ata tərəfdən olan babanın qəyyumluğundan çıxır və öz işlərinin ixtiyar sahibi olur. Amma nə onun özü, nə də anası digər uşaqların qəyyumu olmur. Uşaqların atasının əmlakının altıda biri onların ata tərəfdən olan babasına irs çatdığı üçün ata tərəfdən olan babanın mərhumun əmlakının altıda birini özünə götürməsinin manəesi yoxdur.

       

      Sual 1494: Atası, anası və üç azyaşlı övladı olan ərli bir qadın qətlə yetirilmiş və məhkəmə hökm çıxarmışdır ki, onun qatili öz qaynıdır və qan sahiblərinə diyə verməlidir. Amma azyaşlı uşaqların atası – belə ki, o, uşaqların həm də şəri qəyyumudur – öz qardaşını qatil hesab etmir və buna görə də, öz qardaşından özü və övladları üçün diyə almaqdan imtina edir. Atanın bu işi görməsinə icazə verilirmi? Həmçinin azyaşlı uşaqların atası və ata tərəfdən olan babası həyatda olduğu halda, başqa bir şəxsin hər hansı bir ünvanda bu işə dəxalət etmək və uşaqların əmisindən onlar üçün diyə alınmasına təkid etmək haqqı vardırmı, yoxsa yoxdur?
      Cavab:
      1) Əgər azyaşlı uşaqların atası əmin olsa ki, həyat yoldaşının qətlində ittiham olunan qardaşı həqiqətən qatil deyildir və diyə onun boynunda deyildir, ondan diyə ala bilməz və azyaşlı uşaqların haqqını almaq ünvanında ondan diyə tələb edə bilməz.
      2) Uşaqların qəyyumu olan ata və ya ata tərəfdən olan babası həyatda olduğu halda, başqa bir şəxsin bu uşaqların işlərinə müdaxilə etmək haqqı yoxdur.

       

      Sual 1495: Əgər qətlə yetirilən şəxsin uşaqlarının hamısı azyaşlıdırsa və onlar üçün təyin edilən qəyyum qan sahiblərindən deyildirsə, bu qəyyum qatili əvf edə, yaxud qisası diyəyə dəyişdirə bilərmi?
      Cavab: Əgər şəri qəyyumun səlahiyyətləri təyin edilən qəyyuma həvalə olunubsa, bu qəyyum azyaşlı uşaqların məsləhət və mənafeyinə riayət edərək qatilin əfvinə və ya qisasın diyəyə dəyişdirilməsinə qərar verə bilər.

       

      Sual 1496: Azyaşlı bir uşağın bankda müəyyən məbləğdə pulu vardır. Uşağın qəyyumu onun üçün ticarət etmək və onun xərclərini təmin etmək məqsədilə bu pulun bir miqdarını bankdan götürmək niyyətindədir. O, bu işi görə bilərmi?
      Cavab: Azyaşlı uşağın qəyyumu uşağın məsləhət və mənafeyinə riayət edərək onun pulu ilə onun üçün müzaribə ünvanında iş görə bilər. Yaxud iş görməsi üçün bu pulu başqa bir şəxsə verə bilər. Bu şərtlə ki, iş görən şəxs etibarlı və əmanətdar şəxs olmalıdır. Əks təqdirdə, azyaşlı uşağın malına zamindirlər.

       

      Sual 1497: Əgər qan sahiblərinin hamısı və ya onların bəzisi azyaşlı uşaq olarsa və onların haqqını tələb etməkdə şəri-hakim onların qəyyumu olarsa, cinayətkarın maddi imkanının olmadığı şəri-hakimə aydın olduğu halda, qisası diyəyə dəyişərək cinayətkarı qisas olunmaqdan əfv edə bilərmi?
      Cavab: Əgər şəri-hakim azyaşlı uşaqların məsləhət və mənafeyini qisası diyəyə dəyişməkdə görərsə, qisas haqqını diyəyə dəyişə bilər.

       

      Sual 1498: Azyaşlı uşağın şəri qəyyumunun uşağın əmlakına ziyan vurduğu sübuta yetdiyi təqdirdə, şəri-hakim bu şəxsi qəyyumluqdan kənarlaşdıra bilərmi?
      Cavab: Əgər şəri-hakimə, hətta əlamətlər və şahidlər vasitəsilə aydın olsa ki, azyaşlı uşağın şəri qəyyumunun uşağın əmlakından istifadə etməsi və onun qəyyumluğunun davam etməsi uşağın ziyanınadır, onu qəyyumluqdan kənarlaşdırmaq şəri-hakimə vacibdir.

       

      Sual 1499: Uşağın qəyyumunun uşağa verilən əvəzsiz hədiyyəni və sülhü[1], ümumiyyətlə, uşağın xeyrinə olan bu kimi şeyləri qəbul etməkdən imtina etməsi, uşağı ziyana salmaq və ya onun məsləhətinə riayət etməmək hesab olunurmu?
      Cavab: Uşağa verilən əvəzsiz hədiyyəni və hədiyyəni qəbul etməkdən imtina etmək öz-özlüyündə uşağı ziyana salmaq və onun məsləhətinə riayət etməmək hesab olunmur. Buna görə də, bu işin öz-özlüyündə maneəsi yoxdur. Çünki uşaq üçün əmlak əldə etmək qəyyuma vacib deyildir. Əksinə, bəzi hallarda mümkündür ki, uşağa verilən hədiyyələri qəbul etməkdən imtina etmək, qəyyumun nəzərinə görə uşağın məsləhətinədir.

       

      Sual 1500: Əgər dövlət şəhid övladları üçün torpaq sahəsi və ya maddi vəsait ayırarsa və bunların şəhid övladlarının adına rəsmi qeydiyyata salınmasına dair qərar imzalayarsa, amma uşaqların qəyyumu onların sənədlərini imzalamaqdan imtina edərsə, şəri-hakim uşaqların qəyyumu ünvanında bu işi görə bilərmi?
      Cavab: Əgər azyaşlı uşaqlar üçün əmlak əldə etmək qəyyumun imzasına bağlıdırsa, bu işi yerinə yetirmək ona vacib deyildir. Şəri qəyyum olduğu halda şəri-hakimin uşaqlar üzərində qəyyumluğu yoxdur. Amma əgər azyaşlı uşaqlara aid olan əmlakı qorumaq qəyyumun imzasına bağlıdırsa, bu işi yerinə yetirməkdən imtina etməyə onun haqqı yoxdur. Əgər bu işi yerinə yetirməkdən imtina edərsə, şəri-hakim onu həmin sənədləri imzalamağa vadar etməlidir, yaxud uşaqların qəyyumu ünvanında özü bu işi görməlidir.

       

      Sual 1501: Uşağa qəyyumluqda “ədalət” xüsusiyyəti şərtdirmi? Əgər uşağın qəyyumu fasiq şəxs olarsa və uşağın fəsada sürüklənməsi və ya onun əmlakının dağıdılması qorxusu mövcud olarsa, şəri-hakimin vəzifəsi nədir?
      Cavab: Ədalət xüsusuiyyəti atanın və ata tərəfdən olan babanın uşaq üzərində olan qəyyumluğunda şərt deyildir. Amma əgər şəri-hakim üçün - hətta “haliyyə qərinə”lər[2] əsasında - sübuta yetsə ki, ata və ya ata tərəfdən olan baba uşağa zərər dəyməsinə səbəb olacaqlar, şəri-hakim onları qəyyumluqdan kənarlaşdırmalı və uşağın əmlakından istifadə etmələrinə qadağa qoymalıdır.

       

      Sual 1502: Əgər bilərəkdən yerinə yetirilən qətldə qətlə yetirilən şəxsin qan sahiblərinin hamısı azyaşlı uşaqlar və ya dəli olarsa, şəri qəyyumun (ata və ya ata tərəfdən olan baba) və ya məhkəmənin təyin etdiyi qəyyumun qisas və ya diyə tələb etməyə haqqı vardırmı?
      Cavab: Azyaşlı uşağa və dəliyə qəyyumluq barəsində olan dəlillərin məcmusundan bu nəticə əldə olunur ki, müqəddəs şəriət sahibi tərəfindən onlara qəyyumun təyin edilməsi onların məsləhət və mənafeyinin qorunması məqsədini daşıyır. Buna görə də, bəhs edilən məsələdə onların şəri qəyyumu onların məsləhət və mənafeyinə riayət edərək davranmalıdır və qəyyumun qisas və ya diyə, əvəzli və ya əvəzsiz əfv barədə qərarı qüvvədədir. Aydın məsələdir ki, azyaşlı uşağın və dəlinin məsləhətini müəyyən etmək üçün bütün cəhətlər, o cümlədən, onun büluğ yaşına yaxın və ya uzaq olması nəzərə alınmalıdır.

       

      Sual 1503: Əgər yetkin bir şəxs (yəni həddi-büluğ və ağıllı olan şəxs) cinayətə məruz qalarsa, onun icazəsi olmadan atasının və ya ata tərəfdən olan babasının onun üçün diyə tələb etmək və almaq haqqı vardırmı? Yəni əgər onun atası və ya ata tərəfdən olan babası cinayətkardan diyə tələb edərsə, cinayətkar şəxs onu cinayətə məruz qalan şəxsə verməlidirmi?
      Cavab: Atanın və ya ata tərəfdən olan babanın həddi-büluğ və ağıllı şəxs üzərində qəyyumluğu yoxdur, buna görə də, onun icazəsi olmadan onun haqqını tələb edə bilməzlər.

       

      Sual 1504: Azyaşlı uşaqların qəyyumu irsin üçdə bir hissəsindən artıq qalan vəsait ilə mərhumun vəsiyyətinin yerinə yetirilməsinə icazə verə bilərmi?
      Cavab: Şəri qəyyum azyaşlı uşaqların məsləhət və mənafeyinə riayət edərək bu işə icazə verə bilər.

       

      Sual 1505: Övladla əlaqədar ata anaya nisbətdə daha çox haqqa və birincilik haqqına malikdirmi? Əgər ata və ya ata tərəfdən olan baba birincilik haqqına malik deyildirlərsə, əksinə, ata və ananın eyni dərəcədə haqqı vardırsa, fikirayrılığı zamanı atanın sözü öndə dayanır, yoxsa ananın sözü?
      Cavab: Bu sualın cavabı haqların müxtəlifliyinə görə dəyişir. Azyaşlı uşağın qəyyumluğu ataya və ata tərəfdən olan babaya aiddir. Oğlan uşağının hizanəti[3] iki yaşına qədər və qız uşağının hizanəti yeddi yaşına qədər anaya aiddir, bu yaşdan sonra isə ataya aiddir. Övladın valideynə itaətinin vacibliyi və valideyni incitməyin haramlığı ata və ana barəsində eyni dərəcədədir. Övlad anaya daha artıq ehtiram göstərməlidir. Çünki hədislərdə qeyd olunubdur ki, cənnət anaların ayaqları altındadır.

       

      Sual 1506: Mənim ərim şəhid olmuş və ondan iki övladım vardır. Ərimin qardaşı və anası iki övladımı, həmçinin ev əşyalarını və uşaqların bütün əmlakını götürmüşlər, uşaqları mənə vermirlər. Qeyd etməliyəm ki, mən uşaqlara görə izdivac etməmişəm və etməyəcəyəm də. Elə isə, kimin onlara və onların əmlakına nəzarət etmək haqqı vardır?
      Cavab: Yetim uşaqlar şəri vəzifə yaşına çatanadək onlara baxmaq ananın haqqıdır. Amma onların əmlakına qəyyumluq onların şəri qəyyumuna aiddir və şəri qəyyum həyatda olmadığı təqdirdə, bu vəzifə şəri-hakimə aiddir. Uşaqların əmisi və nənəsi hizanət haqqına və uşaqlara və onların əmlakına qəyyumluq haqqına malik deyildirlər.

       

      Sual 1507: Mərhumun həyat yoldaşı izdivac etdikdən sonra azyaşlı uşaqların qəyyumlarından bəziləri ananın və onun hizanəti altında olan övladların atadan uşaqlara çatan irsdən, o cümlədən, evdən və ehtiyac duyulan digər əşyalardan istifadə etmələrinə mane olurlar. Onları irsdən uşaqlara çatan payın uşaqların hizanətinə öhdədar olan anaya vermələrinə vadar edən hansısa bir şəri əsas mövcuddurmu?
      Cavab: Azyaşlı uşaqların şəri qəyyumu onların məsləhət və mənafeyini nəzərə alaraq hərəkət etməlidir və məsləhəti şəri qəyyum müəyyən edir. Əgər o, məsləhətin ziddinə hərəkət edərsə və ixtilafın yaranmasına səbəb olarsa, şəri-hakimə müraciət olunmalıdır.

       

      Sual 1508: Azyaşlı uşaqların qəyyumunun uşaqların əmlakı ilə onların mənafeyi qoruyaraq ticarət etməsi düzgündürmü?
      Cavab: Uşaqların məsləhət və mənafeyinə riayət edildiyi təqdirdə maneəsi yoxdur.

       

      Sual 1509: Baba, əmi, dayı və mərhumun həyat yoldaşı həyatda olduğu təqdirdə qəyyumluq haqqı onlardan hansı birinə aiddir?
      Cavab: Azyaşlı yetim uşağın və onun əmlakının şəri qəyyumu onun ata tərəfdən olan babasıdır və uşağın hizanət haqqı da yalnız anaya aiddir. Əmi və dayı qəyyumluq və hizanət haqqına malik deyildirlər.

       

      Sual 1510: Yetim uşaqların əmlakı Ali Məhkəmənin icazəsi ilə uşaqların hizanətini qəbul etdiyinə görə ananın ixtiyarına verilə bilərmi, belə ki, uşaqların ata tərəfdən olan babası yalnız nəzarət etmək haqqına malik olsun və birbaşa müdaxilə etmək haqqı olmasın?
      Cavab: Uşaqların şəri qəyyumu olan babanın (atanın atası) razılığı olmadan bu iş görülə bilməz. Amma əgər yetim uşaqların əmlakının ata tərəfdən olan babanın ixtiyarında qalması onların ziyanına olarsa, bu təqdirdə şəri-hakim bunun qarşısını almalı və uşaqların əmlakına qəyyumluğu bu işə layiq bildiyi şəxsə – bu şəxs istər ana olsun, istərsə də anadan qeyrisi - tapşırmalıdır.

       

      Sual 1511: Diyəni ödəməli olan şəxsdən azyaşlı uşağın haqqı olan diyəni almaq onun qəyyumuna vacibdirmi? Uşağın mənafeyinə olduğu təqdirdə diyədən uşağa düşən pay ilə iş görmək, o cümlədən, banka sərmayə ünvanında yatırmaq onun qəyyumuna vacibdirmi?
      Cavab: Cinayət diyəyə səbəb olduğu təqdirdə uşağın haqqı olan diyəni cinayətkar şəxsdən tələb etmək və almaq, habelə, uşaq büluğ və yetkinlik yaşına çatana qədər bunu onun üçün qoruyub saxlamaq uşağın qəyyumuna vacibdir. Amma bu əmlak ilə uşaq üçün ticarət etmək və gəlir əldə etmək ona vacib deyildir. Əlbəttə, uşağın məsləhətinə və mənafeyinə olduğu təqdirdə, bu işi görməsinin maneəsi yoxdur.

       

      Sual 1512: Əgər şirkətin üvzlərindən biri vəfat etsə və onun azyaşlı varisi olsa, şirkətin əmlakında pay sahibinə çevrildiyinə görə bu uşaq şirkətin digər üzvləri ilə şərik olarsa, şirkətin əmlakından istifadə etmək barəsində digər üzvlərin vəzifəsi nədir?
      Cavab: Azyaşlı uşağın payı barəsində onun şəri qəyyumuna və ya şəri-hakimə müraciət olunmalıdır.

       

      Sual 1513: Ata tərəfdən olan babanın yetim uşaqlar və onların əmlakı üzərində olan qəyyumluğunun tələbinə görə, uşaqlara irs çatan əmlakın qorunması üçün bu əmlakı ata tərəfdən olan babaya təhvil vermək vacibdirmi? Əgər vacibdirsə, uşaqlar ana ilə birlikdə harada yaşamalıdırlar? Nəzərə alsaq ki, uşaqlar məktəbli və ya körpədirlər, ana da evdar qadındır, onlar dolanışıq xərclərini haradan təmin etməlidirlər?
      Cavab: Azyaşlı uşaqlara qəyyumluq onların əmlakının qəyyuma təhvil verilməsi və büluğ yaşına çatana qədər bu əmlakdan istifadə etməkdən məhrum qalmaları anlamında deyildir. Qəyyumluq - qəyyumun uşaqlara və onların əmlakına nəzarət etməsi, onların əmlakı barəsində məsuliyyət daşıması anlamındadır. Uşaqların əmlakından istifadə etmək onun icazəsinə bağlıdır. Qəyyum da azyaşlı uşaqların əmlakından onların ehtiyacları qədər onlara verməlidir. O, istifadə etmələri üçün uşaqların əmlakının ananın və uşaqların ixtiyarında qoyulmasını məsləhət bilərsə, bu işi görə bilər.

       

      Sual 1514: Ata ondan müstəqil olan həddi-büluğ və ağıllı övladının əmlakından hansı miqdarda istifadə edə bilər? Əgər icazəsi olmadığı bir halda övladının əmlakından istifadə edərsə, istifadə etdiyi şeyə zamindirmi?
      Cavab: Həddi-büluğ və ağıllı övladının əmlakından atanın istifadə etməsinə icazə verilmir və yalnız övladının icazəsi ilə istifadə edə bilər. Bəzi hallar istisna olmaqla, övladının icazəsi olmadan onun əmlakından atanın istifadə etməsi haramdır və zaminliyə səbəb olur.

       

      Sual 1515: Mömin bir şəxs öz yetim qardaşlarına başçılıq edir. Qardaşlarının müəyyən məbləğdə pulu onun əlindədir və o, bu pul ilə onlar üçün sənədi olmayan torpaq sahəsi almışdır. Gələcəkdə bu torpaq sahəsi üçün sənəd alacağını, yaxud aldığı qiymətdən baha qiymətə satacağına ümid etmişdir. Amma indi başqa bir şəxsin mülkiyyət iddiası edəcəyindən, yaxud ondan istifadə edəcəyindən qorxusu vardır. Əgər o, indi bu torpaq sahəsini satarsa, alış qiymətini belə əldə edə bilməyəcəkdir. Əgər o, bu torpaq sahəsini alış qiymətindən aşağı qiymətə satarsa, yaxud qəsbkar bir şəxs onu qəsb edərsə, yetim uşaqların puluna zamindirmi?
      Cavab: Əgər o, şəri surətdə uşaqların qəyyumu olarsa və onların məsləhət və mənafeyinə riayət edərək onlar üçün torpaq sahəsi alarsa, onun boynunda heç bir haqq yoxdur. Əks təqdirdə, sövdələşmə füzulidir və sövdələşmənin düzgünlüyü şəri qəyyumun icazəsinə, yaxud büluğ yaşına çatdıqdan sonra onların özünün icazəsinə bağlıdır. Həmçinin o, yetim uşaqların əmlakına zamindir.

       

      Sual 1516: Ata öz azyaşlı uşağının əmlakından borc ünvanında götürə bilərmi və ya başqa bir şəxsə borc verə bilərmi?
      Cavab: Əgər uşağın məsləhət və mənafeyinə riayət edərsə, manəesi yoxdur.

       

      Sual 1517: Əgər uşağa geyim və ya başqa bir şey, məsələn, oyuncaq hədiyyə verilərsə və uşaq böyüdüyünə görə, yaxud başqa səbəblərə görə daha bunlar onun üçün istifadəyə yararlı olmazsa, uşağın qəyyumu bunları sədəqə verə bilərmi?
      Cavab: Uşağın qəyyumu uşağın məsləhət və mənafeyinə riayət edərək məsləhət bildiyi şəkildə onlardan istifadə edə bilər.
       

      [1] Sülh – şəri əqdlərdən (müqavilə) biridir və burada əqdin hər iki tərəfi mal-mülkə sahiblənmə, borcun bağışlanması, haqqın ortadan qalxması və s. bu kimi məsələlərdə öz razılıqlarını elan edirlər.
      [2] “Sarifə-qərinə” (yəni sözü həqiqi mənadan məcazi mənaya yönəldən əlamət, sübut) 2 qismdir: 1) Əgər “söz və kəlam” olarsa, “məqaliyyə və ya ləfziyyə qərinə” adlanır. 2) Əgər halət (vəziyyət və durum) olarsa, “məqamiyyə və ya haliyyə qərinə” adlanır.
      [3] Hizanət – yəni azyaşlı uşağı böyütmək məqsədilə ona başçılıq etmək.
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /