Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
      Çap versiyası  ;  PDF
       
      Nağd və nisyə sövdələşmə

       

      Sual 1592: Malı bir il müddətinə nisyə şəklində onun nağd qiymətindən baha qiymətə almağın hökmü nədir? Müəyyən müddət sonra nağd edilə bilən pul çekini bu çekdə qeyd edilən məbləğdən yuxarı və ya aşağı qiymətə satmağın hökmü nədir?
      Cavab: Malı nisyə şəklində onun nağd qiymətindən baha qiymətə almağın və satmağın maneəsi yoxdur. Pul çekinin alğı-satqısının hökmü isə 1950-ci məsələdə qeyd edilmişdir.

       

      Sual 1593: Maşını satan şəxs maşının nağd qiymətinin filan məbləğ, on aylıq kreditlə satış qiymətinin isə filan məbləğ olduğunu söyləyir. Alıcı da maşının kreditlə satış qiymətindəki artıq məbləğin pulun on ay ərzindəki faizi olduğunu düşünür və bu əsasla sövdələşmə baş tutur. Nəzərə alsaq ki, alıcı maşının nağd qiymətindən artıq olan məbləği pulun faizi ünvanında ödədiyini və sövdələşmənin “sələmli sövdələşmə” olduğunu düşünür, belə olduğu halda bu sövdələşmə sələmli və düzgün olmayan sövdələşmə hesab olunmurmu?
      Cavab: Bu sövdələşmə əgər nisyə şəklindədirsə və maşının pulu kredit şəklində ödənilirsə, maneəsi yoxdur. Bu kimi sövdələşmələr sələmli sövdələşmə hesab olunmur.

       

      Sual 1594: Sövdələşmə əqdində mal və malın pulu üçün bu şəkildə müddət qeyd edilmişdir ki, malın pulu bir il ərzində kredit şəklində ödəniləcəkdir, mal isə birinci ödəniş edilən tarixdən etibarən bir il sonra alıcıya təhvil veriləcəkdir. Əgər birinci ödəniş müəyyən edilən vaxtdan xeyli gecikdirilərsə, satıcının sövdələşməni pozmaq ixtiyarı vardırmı?
      Cavab: Sualda deyilənlərə əsasən, bu sövdələşmə “sələf sövdələşməsi” şəklindədir və burada sövdələşmə əqdi zamanı pul nağd şəkildə ödənməlidir, əks təqdirdə, sövdələşmə kökündən yanlışdır.

       

      Sual 1595: Əgər malın pulu kredit şəklində ödənilərsə və birinci ödəniş adi vaxtından gecikdirilərsə, eyni zamanda əgər ödəniş üçün müəyyən vaxt müəyyən edilməyibsə və ödəniş gecikdirildiyi təqdirdə satıcı üçün sövdələşməni pozmaq ixtiyarının yaranacağı da qeyd edilməyibsə, sözügedən gecikməyə görə satıcı üçün sövdələşməni pozmaq ixtiyarı yaranırmı, yoxsa yox?
      Cavab: Nisyə sövdələşmədə malın pulunun ödəniş vaxtı müəyyən edilməlidir. Buna görə də, əgər kredit şəklində olan ödənişin vaxtı müəyyən edilmədən nisyə sövdələşmə baş tutarsa, bu sövdələşmə kökündən yanlışdır. Amma əgər ödəniş vaxtı müəyyən edilərsə və alıcı ödənişi müəyyən edilən vaxtdan gecikdirərsə, bu gecikdirmə satıcı üçün sövdələşməni pozmaq ixtiyarının yaranmasına səbəb olmur.

       

      Sual 1596: Bir ərazidə bir texniki peşə məktəbi tikilmiş və təhsil nazirliyi bu torpaq sahəsinin pulunu onun sahiblərinə verəcəyini öhdəsinə götürmüşdür. Amma peşə məktəbinin binası tikilib qurtardıqdan sonra təhsil nazirliyi torpaq sahəsinin pulunu onun sahiblərinə verməkdən boyun qaçırır. Torpaq sahəsinin sahibləri də bu məsələyə öz narazılıqlarını bildirmişlər və məktəb binasının qəsbi olduğunu, orada namaz qılmağın düzgün olmadığını hesab edirlər. Bu məsələnin hökmü nədir?
      Cavab: Torpaq sahəsinin sahibləri bu ərazini təhsil nazirliyinə təhvil verməklə peşə məktəbinin tikilməsinə razı olduqdan və torpaq sahəsinin pulunu təhsil nazirliyindən almaq şərtilə bu ərazini sözükeçən nazirliyin ixtiyarına verdikdən sonra daha bu torpaq sahəsində onların heç bir haqqı yoxdur və bu torpaq sahəsi qəsbi deyildir. Əlbəttə, torpaq sahəsinin pulunu təhsil nazirliyindən tələb etmək haqları vardır. Buna görə də, həmin binada təhsil almaq və namaz qılmağın şəri baxımdan maneəsi yoxdur və torpaq sahəsinin əvvəlki sahiblərinin razılığına bağlı deyildir.

       

    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /