Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
      • BİRİNCİ DƏRS: Təqlid (1)
      • İkinci dərs: Təqlid (2)
      • Üçüncü dərs: Təqlid (3)
      • Dördüncü dərs: Vilayəti-fəqih və rəhbərlİk
        Çap versiyası  ;  PDF
         
        Dördüncü dərs: Vilayəti-fəqih və rəhbərlİk

         

        Vilayəti-fəqihin mənası
        Vilayəti-fəqih – ədalətli və dinşünas fəqihin hakimiyyəti deməkdir.
         
        Diqqət:
        • Müsəlman cəmiyyətinə rəhbərlik etmək və onların ictimai işlərini idarə etməkdə “vilayəti-fəqih” məsələsi hər bir dövrdə şiə məzhəbinin əsaslarındandır və “İmamət” əqidəsindən qaynaqlanır.
        • İmam Zamanın (ə.f) qeybi dövründə vilayəti-fəqihə etiqad etməmək – istər ictihad, istərsə də təqlid əsasında olsun – mürtədliyə və İslam dinindən çıxmağa səbəb olmur. Hər kim dəlil-sübut əsasında vilayəti-fəqih məsələsinə etiqad etməmək qənaətinə gələrsə, üzrlü sayılır. Lakin müsəlmanlar arasında ixtilaf və təfriqə salmasına icazə verilmir.
         
        Vilayəti-fəqihin zəruriliyi
        Sonuncu səmavi din olan və qanunları Qiyamətədək qüvvədə olan müqəddəs İslam dini ictimai dindir və cəmiyyətin idarəçiliyinə dair qanunları vardır. Elə bu səbəbdən müsəlman cəmiyyətini və İslam hakimiyyətini düşmənlərdən qoruyan, ictimai ədaləti bərqərar edən, zülm və zorakılığın qar­şısını alan, mədəni-ictimai-siyasi tərəqqini təmin edən ədalətli bir rəhbərin olması zəruridir.
        Diqqət:
        • Vilayəti-fəqih məsələsi “təəbbudi şəri hökm”[1] olmaq­la yanaşı, əql də onu təsdiqləyir.
         
        Vəliyyi-fəqihin hakimiyyətinin hüdudları
        1. Vəliyyi-fəqihin əmrləri
        Bü­tün müsəlmanlar vəliyyi-fəqihin hökumət əmrlərinə tabe olmalı, onun göstəriş və qadağalarına əməl etməlidirlər. Bu hökm həm böyük din alimlərinə, həm də onlara təqlid edənlərə aiddir.
         
        2. Vəliyyi-fəqihin fərmanları
        Əgər vəliyyi-fəqihin fərmanı ilə müəyyən şəxslər müəyyən vəzifələrə müvəqqəti təyin edilməyiblərsə, yeni vəliy­yi-fəqih bu qərarı ləğv etməyənədək əvvəlki vəliyyi-fəqihin fərmanı qüvvədədir.
         
        3. Cəzaların icrası
        Cəzaların icrası (məsələn, zina və oğurluq üçün nəzərdə tutulan cəzalar) İmam Zamanın (ə.f) qeybi dövründə də vacibdir və buna müsəlmanların rəhbəri hökm verir.
         
        4. Vəliyyi-fəqihin qərarları cəmiyyətin qərarların­dan öndədir
        İslam dininin və müsəlmanların ümumi mənafeyi istiqamətində vəliyyi-fəqihin aldığı qərarlar ümumi xalq kütləsinin istəyinə zidd olduğu təqdirdə, vəliyyi-fəqihin qərarı xalqın qərarından öndə dayanır.
         
        5. Kütləvi informasiya vasitələrinə nəzarət
        Kütləvi informasiya vasitələri vəliyyi-fəqihin nəzarəti altında olmalı və İslam dininə və müsəlmanlara xidmət göstər­məlidir. O cümlədən dini maarifin yayılması, müsəlmanların dünyagörüşünün artması, cəmiyyətin çətinliklərinin həlli, müsəlmanlar arasında vəhdət və qardaşlıq bağlarının yaranması və s. bu kimi məqsədlərə xidmət etməlidir.
         
        Vəliyyi-fəqih ilə mərcəyi-təqlid arasında fikirayrılığı
        Əgər kafirlər və təcavüzkar dövlətlər qarşısında dinin və ümmətin müdafiəsi kimi İslam hökumətinin idarəçiliyinə və müsəlmanların ümumi mənafeyinə aid məsələlərdə vəliyyi-fəqih ilə mərcəyi-təqlid arasında fikirayrılığı yaranarsa, bu halda vəliyyi-fəqihin rəyinə tabe olmaq lazımdır. Amma əgər fərdi şəriət məsələlərində fikirayrılığı olarsa, hər bir mükəlləf öz mərcəyi-təqlidinin fətvasına əməl etməlidir.
         
        Suallar:
        1- Vilayəti-fəqih nə deməkdir və nə üçün zəruridir?
        2- Vəliyyi-fəqihin əmrləri qarşısında müsəlman­ların şəri vəzifəsi nədir?
        3- Dünyasını dəyişmiş vəliyyi-fəqihin fərmanları yeni vəliyyi-fəqihin icazəsi olmadan qüvvədə qalırmı?
        4- İmam Zamanın (ə.f) qeybi dövründə camiuş-şərait bir müctəhid şəriətdə müəyyən edilən cəzaların icrasına dair hökm verə bilərmi?
        5- Əgər hansısa bir məsələdə vəliyyi-fəqih ilə mərcəyi-təqlid arasında fikirayrılığı olarsa, mükəlləf nə etməlidir?
         

        [1] Qeyd-şərtsiz qəbul etmək və tabe olmaq. Müt.
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /