Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
    • Dövlət əmlakı
    • Dövlət müəssisələrində işləmək
    • Dövlət qanunları
    • Vergilər və rüsumlar
      Çap versiyası  ;  PDF
       
      Vergilər və rüsumlar

       

      Sual 1990: Bəzi şəxslər, şirkətlər, özəl və dövlət müəssisələri dövlətin müəyyən etdiyi vergiləri və rüsumları ödəməkdən yayınmaq üçün müxtəlif yollarla bəzi həqiqətləri gizlətməyə çalışırlar. Onlar bu işi görə bilərlərmi?
      Cavab: İslam Respublikası dövlətinin qanunlarını icra etməkdən və İslam dövlətinin müəyyən etdiyi vergiləri, rüsumları və digər qanuni haqları ödəməkdən boyun qaçırmaq heç kimə icazə verilmir.

       

      Sual 1991: Bir şəxs bankların biri ilə bağladığı müzaribə müqaviləsi vasitəsilə gəlir əldə edir və müqaviləyə əsasən əldə olunan gəlirin bir hissəsini banka verir. Vergilər idarəsi bu şəxsdən tələb edə bilərmi ki, gəlirdən öz payının vergisini ödəməklə yanaşı, bankın payının vergisini də ödəsin?
      Cavab: Bu məsələ gəlirin vergisi barəsindəki qanunlara bağlıdır. Buna görə də, əgər mükəlləf qanun baxımından gəlirdən yalnız öz payının vergisini ödəmək məsuliyyətini daşıyırsa, şərikinin gəlirdən olan payının vergisinə zamin deyildir.

       

      Sual 1992: Mən bir şəxsdən ev aldım və şərtə görə evin alğı-satqı vergisini yarı-yarıya ödəməliydik. Az vergi ödəyək deyə, evi satan şəxs məndən vergi məmuruna evin qiymətini alış qiymətindən aşağı söyləməyimi istədi. Evin qiyməti ilə mənim vergi məmuruna söylədiyim qiymət arasındakı pul fərqinin vergisini ödəmək mənə vacibdirmi?
      Cavab: Evin həqiqi qiymətinə aid olan vergidən sizin payınıza düşən hissənin qalanını ödəmək sizə vacibdir.

       

      Sual 1993: Bizim məntəqənin əhalisi arasında bu fikir geniş yayılmışdır ki, öz müsəlman əhalisini incidən, xüsusilə də, öz milləti ilə münasibətdə Əhli-beyt (ə) ardıcılları ilə başqaları arasında ayrıseçkilik qoyan qeyri-islami dövlətə su və işıq pulunu ödəmək vacib deyildir. Bu dövlətə su və işıq pulunu ödəməkdən imtina edə bilərikmi?
      Cavab: Bu işə icazə verilmir. Əksinə, dövlətin su və işıq xidmətindən istifadə edən hər bir şəxs onun pulunu dövlətə, hətta qeyri-islami dövlət olsa belə, ödəməlidir.

       

      Sual 1994: Ərim vəfat etmişdir və onun bank hesabında müəyyən məbləğ pul vardır. Bank ərimin vəfat etdiyi barədə məlumat aldıqdan sonra onun hesabını bağlamışdır. Digər tərəfdən Şəhər İcra Hakimiyyəti bildiriş yollamışdır ki, mərhum tikintiyə icazə sertifikatı və başqa işlərə görə öz ticarət obyektinin rüsumunu ödəməlidir, əks təqdirdə, həmin obyektləri bağlayacaqdır. Bizim övladlarımızın hamısı azyaşlıdır və bu rüsumu ödəmək iqtidarında deyilik. Sözügedən vergiləri və rüsumları ödəmək bizə vacibdirmi?
      Cavab: Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi rüsumlar və rəsmi vergilər dövlət qanunlarına müvafiq şəkildə ödənməlidir. Beləliklə, əgər bu rüsumlar və vergilər mərhumun öhdəsində olarsa, mərhumun irsinin üçdə biri ayrılmamış və irs bölüşdürülməmiş bu rüsumlar və vergilər irsdən ödənməlidir. Yox əgər bunlar varislərin öhsədində olarsa, varislərin əmlakından ödənilməlidir.

       

  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /