Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
    • Dövlət əmlakı
      Çap versiyası  ;  PDF
       
      Dövlət əmlakı

       

      Sual 1955: Beytülmala aid müəyyən məbləğ pul bir neçə ildir məndədir və hal-hazırda mən borcdan çıxmaq istəyirəm. Mənim vəzifəm nədir?
      Cavab: Əgər sizdə olan beytülmala aid pul müəyyən bir dövlət idarəsinə aid dövlət əmlakıdırsa, mümkün olduğu təqdirdə pulu həmin idarəyə qaytarmalısınız. Mümkün olmadığı təqdirdə isə, dövlətin ümumi xəzinəsinə təhvil verməlisiniz.

       

      Sual 1956: Mən beytülmaldan şəxsi istifadə etmişəm. Borcdan çıxmaq üçün mənim vəzifəm nədir? İdarə işçiləri beytülmala aid imkanlardan hansı həddə istifadə edə bilərlər? Əgər aidiyyatı məsul şəxslərin icazəsi ilə istifadə edilərsə, hökmü nədir?
      Cavab: İdarə işçilərinin beytülmala aid imkanlardan rəsmi iş saatlarında zəruri və ehtiyac olan işlərə adi qaydada istifadə etmələrinin – belə ki, iş şəraiti işçilərin bu həddə istifadə etmələrinə icazə verildiyini göstərir - maneəsi yoxdur. Həmçinin beytülmala aid imkanlardan istifadə edilməsinə şəriət və qanun baxımından icazə vermək haqqına malik olan şəxsin icazəsi ilə bu imkanlardan istifadə etməyin maneəsi yoxdur. Beləliklə, əgər beytülmaldan sizin şəxsi istifadəniz sözükeçən iki surətdən biri şəklində olarsa, bununla bağlı sizin öhdənizə heç nə düşmür. Yox əgər beytülmaldan adi olmayan qaydada istifadə etmisinizsə, yaxud beytülmala aid imkanlardan istifadə edilməsinə icazə vermək haqqına malik olan şəxsin icazəsi olmadan bu imkanlardan istifadə etmisinizsə, buna zaminsiniz. Əgər həmin əmlakın özü mövcuddursa, onun özünü beytülmala qaytarmalısınız. Yox əgər aradan gedibdirsə, onun əvəzini beytülmala qaytarmalısınız. Həmçinin əgər bu əmlakdan istifadə etməyin ücrəti olarsa, ücrətül-mislini beytülmala ödəməlisiniz.

       

      Sual 1957: Müayinə üçün təyin edilən həkim heyəti mənim barəmdə əmək qabiliyyətinin itirilməsi faizini müəyyən etdikdən sonra mən dövlətdən müəyyən məbləğdə müavinət aldım. Amma mən ehtimal verirəm ki, bu məbləğdə müavinət almaq mənim haqqım deyildir və həkimlər mənimlə tanış olduqlarına görə mənə güzəşt etmişlər. Nəzərə alsaq ki, mənim yaralarım olduqca çoxdur və həmin məbləğdən artıq məbləğdə müavinət almaq mənim haqqım ola bilər, bu halda mənim vəzifəm nədir?
      Cavab: Müayinə üçün təyin edilən həkim heyətinin müəyyən etdiyi əmək qabiliyyətinin itirilməsi faizi əsasında sizə verilən müavinəti almağınızın maneəsi yoxdur. Amma əgər yəqinliyiniz olsa ki, bu məbləği almaq qanun baxımından sizin haqqınız deyildir, bu halda həmin müavinəti almağınızın maneəsi vardır.

       

      Sual 1958: Mühasibatda yol verilən səhv nəticəsində mən aylıq əmək haqqımın iki misli qədər əlavə pul aldım və bu barədə müəssisənin məsuluna məlumat verdim. Amma bu pulu geri qaytarmadım. İndi bu hadisədən təxminən dörd il keçir. Nəzərə alsaq ki, bu pul dövlət müəssisəsinin illik maliyyə büdcəsinə aiddir, bu pulu müəssisəyə necə geri qaytara bilərəm?
      Cavab: Mühasibatçının səhvi sizin öz haqqınızdan artıq pul almağınıza qanuni əsas deyildir. Siz artıq məbləği – hətta bu pul ötən ilin büdcəsinə aid olsa belə – inflyasiya miqdarını da hesablayaraq, həmin müəssisəyə geri qaytarmalısınız.

       

      Sual 1959: Qanuna  əsasən, əmək qabiliyyətinin itirilməsi faizi iyirmi beş faizdən yuxarı olan müharibə əlilləri müəssisədən pul krediti götürmək üçün güzəştlərdən istifadə edə bilərlər. Əmək qabiliyyətinin itirilməsi faizi qeyd edilən faizdən aşağı olan əlil şəxs bu güzəştlərdən istifadə edə bilərmi? Əgər bu güzəştlərdən istifadə etsə və müəssisədən müəyyən məbləğdə pul krediti götürsə, bu puldan istifadə edə bilərmi?
      Cavab: Beytülmaldan pul krediti götürmək şərtlərinə malik olmayan şəxsin həmin şərtlər və məziyyətlər ünvanında beytülmaldan pul krediti götürməsinə icazə verilmir. Əgər bu ünvanda pul krediti götürsə, ondan istifadə edə bilməz.

       

      Sual 1960: Dövlət əmlakı olan malların dövlət büdcəsindən olan pul ilə alındığını nəzərə alaraq, dövlət büdcəsinə bağlı olan hansısa bir şirkət, fabrik və ya zavod, idarə özünə lazım olan vasitələri, xammalı və malları dövlət büdcəsinə bağlı olan başqa bir şirkətdən, fabrik və ya zavoddan, idarədən ala bilərmi?
      Cavab: Əgər alış-veriş şəriət qaydalarına və dövlət qanunlara müvafiq olaraq yerinə yetirilərsə, bunun maneəsi yoxdur.

       

      Sual 1961: Dövlətin, yaxud dövlətə bağlı fabrik və zavodların, şirkətlərin və müəssisələrin ixtiyarında olan əmlakın – istər islami dövlət, istərsə də qeyri-islami dövlət olsun – hökmü nədir? Bu əmlak “sahibi bilinməyən mal” hökmündədirmi, yoxsa dövlətin əmlakı hesab olunur?
      Cavab: Dövlət əmlakı – hətta qeyri-islami dövlət olsa belə - şəriət baxımından dövlətin əmlakı hesab olunur və bu əmlak ilə “sahibi bilinən mal” kimi davranılmaldır. Bu əmlakdan istifadə etmək məsul şəxsin icazəsinə bağlıdır.

       

      Sual 1962: Küfr ölkələrində ümumi əmlakda dövlətin, xüsusi əmlakda isə əmlak sahibinin haqq-hüququna riayət etmək vacibdirmi? Təhsil ocaqlarının imkanlarından həmin ölkələrin qanunlarının icazə verdiyi məqsədlərdən qeyri məqsədlər üçün istifadə etmək olarmı?
      Cavab: Başqasının əmlakının haqq-hüququna riayət etməyin vacibliyi və əmlak sahibindən icazəsiz ondan istifadə etməyin haramlığı baxımından şəxsi əmlak ilə dövlət əmlakı arasında fərq yoxdur: istər müsəlman olsun, istərsə də qeyri-müsəlman. Həmçinin küfr ölkələrində və ya islam ölkələrində olmaları, yaxud da əmlak sahibinin müsəlman və ya kafir olması arasında fərq yoxdur. Ümumiyyətlə, əgər başqasının hansısa bir malından istifadə etmək şəriət baxımından icazəli deyildirsə, bu maldan istifadə etmək qəsb sayılır və haramdır, həmçininn zaminliyə səbəb olur.

       

      Sual 1963: Əgər universitet tələbələrinə verilən yemək talonlarının etibarlılıq müddəti təyin edilən gündə yemək alınmadıqda talonun pulu geri qaytarılmadan qurtararsa, yemək almaq üçün etibarlılıq müddəti qurtaran talonları etibarlı sayılan talonların yerinə vermək olarmı? Bu şəkildə alınan yeməyin hökmü nədir?
      Cavab: Yemək almaq üçün etibarlılıq müddəti qurtaran talonlardan istifadə etmək olmaz. Bu talonlar vasitəsilə alınan yemək qəsbdir və ondan istifadə etmək haramdır, həmçinin yeməyin qiymətinə zaminliyə səbəb olur.

       

      Sual 1964: Universitetlərdə və ali təhsil müəssisələrində tələbələrə yemək və onların ehtiyacı olan bu kimi başqa vasitələr verilir. Bu imkanlar Ticarət Nazirliyi və başqa müəssisələr tərəfindən universitetdə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Bu vasitələr universitet işçilərinə də verilə bilərmi?
      Cavab: Universitetdə təhsil alan tələbələrin ehtiyacı olan və onlar üçün nəzərdə tutulan vasitələrin universitet işçilərinə verilməsinə icazə verilmir.

       

      Sual 1965: Aidiyyatı qurumlar tərəfindən müəssisə müdirlərinin və hərbi məsulların ixtiyarına avtomobillər qoyulur ki, onlardan idarə işlərində istifadə edilsin. Şəxsi məqsədlər və idarə işlərindən qeyri işlər üçün bu avtomobillərdən istifadə edilməsinə şəriət baxımından icazə verilirmi?
      Cavab: Müdirlər, məsul işçilər və digər işçilər dövlət əmlakından şəxsi istifadə edə bilməzlər. Yalnız aidiyyatı qurumun qanuni icazəsi ilə dövlət əmlakından şəxsi istifadə edə bilərlər.

       

      Sual 1966: Əgər bəzi məsul şəxslər idarənin rəsmi qonaqlarına yemək və meyvə alınması üçün ayrılan büdcədən sui-istifadə edib onu başqa yerlərə xərcləsələr, bu işin hökmü nədir?
      Cavab: Dövlət əmlakını nəzərdə tutulan məqsəddən qeyri məqsədlərə xərcləmək qəsb hökmündədir və zaminliyə səbəb olur. Bu iş yalnız yuxarı vəzifədə olan məsul şəxsin qanuni icazəsi ilə yerinə yetirilə bilər.

       

      Sual 1967: Əgər bir şəxsin dövlətdən müəyyən miqdar əmək haqqı və ya qanuni şəkildə ona verilən müəyyən məziyyətlər tələbi olarsa, amma öz haqqını isbatlamaq üçün əlində qanuni dəlillər olmazsa, yaxud öz haqqını almaq iqtidarında olmazsa, bu şəxs əvəzçıxma ünvanında ixtiyarında olan dövlət əmlakından öz haqqı miqdarında götürə bilərmi?
      Cavab: Bu şəxs əmanət olaraq onun ixtiyarında və istifadəsində olan dövlət əmlakından əvəzçıxma ünvanında özünə götürə bilməz. Beləliklə, əgər dövlətdən pul və ya haqq tələbi olarsa və onu almaq istəyərsə, haqqını isbatlamaq və onu almaq üçün qanuni yollarla hərəkət etməlidir.

       

      Sual 1968: Su idarəsi balığı olan çayların suyunun töküldüyü su səddinə balıqyetişdirmə məqsədilə balıq tökmüşdür. Amma idarə su səddinin balıqlarını yalnız öz işçiləri arasında paylaşdırır və camaatın bu su səddindən balıq tutmasına mane olur. Camaat bu su səddindən balıq tuta bilərmi?
      Cavab: Su səddinin sularındakı balıqlar, hətta su səddinə tökülən çayların balıqları olsa belə, su idarəsinin ixtiyarında olan sulara aiddir. Beləliklə, bu balıqları tutmaq və onlardan istifadə etmək su idarəsinin icazəsinə bağlıdır.

       

    • Dövlət müəssisələrində işləmək
    • Dövlət qanunları
    • Vergilər və rüsumlar
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /