Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
    • Vəqfin şərtləri
    • Vəqf qəyyumunun şərtləri
    • Vəqf edilən əmlakın şərtləri
    • “Moqufun-ələyh”in şərtləri
    • Vəqf olunan şеyin şərtləri
      Çap versiyası  ;  PDF
       
      Vəqf olunan şеyin şərtləri

       

      Sual 2030: Bir məntəqənin əhalisi üçün tikilən hüseyniyyədə əzadarlıq məclislərində iştirak edənlər, həmçinin bu məntəqənin əhalisi vəqfnamənin bəndlərinin açıqlamasına müdaxilə etmək haqqına malikdirlərmi?
      Cavab: Vəqfnamənin bəndlərində müxtəsərlik və ya qeyri-müəyyənlik olduğu təqdirdə onların başa düşülməsi üçün “haliyyə qərinə”lər və ya “məqaliyyə qərinə”lərə, yaxud ürfə müraciət olunmalıdır. Heç kimin onları öz düşüncəsinə uyğun açıqlamaq haqqı yoxdur.

       

      Sual 2031: Əgər bir məkan dini elmlərin tədrisi və təhsili üçün vəqf edilərsə, bu məkanda tələblər təhsil aldığı bir halda adi insanlar və müsafirlər oranın imkanlarından istifadə edə bilərlərmi?
      Cavab: Əgər bu məkan yalnız dini elmlər tələbələrinə, yaxud dini elmlərin tədrisi və təhsili məqsədilə vəqf edilərsə, başqalarının bu məkandan istifadə etmələrinə icazə verilmir.

       

      Sual 2032: Bu cümlə vəqfnamədə qeyd edilmişdir: “Vəqfdə şərt qoyulur ki, bütün əhali arasından bir heyət “idarə heyəti” ünvanında seçilsin.” Bu cümlə seçicilərin təyin edildiyinə dəlalət edirmi? Dəlalət etmədiyi təqdirdə, idarə heyətini seçmək haqqı kimlərə aiddir?
      Cavab: Sözügedən cümlənin zahiri idarə heyətinin seçilməsində bütün əhalinin iştirak etmələrinə dəlalət edir. Ümumiyyətlə, əgər vəqf edən şəxs vəqf əqdində idarə heyətini seçən şəxsi və ya şəxsləri müəyyən etməzsə, vəqf xüsusi vəqf qəyyumuna malik olduğu təqdirdə idarə heyətini seçmək vəqf qəyyumunun səlahiyyətidir. Bir neçə xüsusi vəqf qəyyumuna malik olduğu və onlar arasında fikirayrılığı mövcud olduğu təqdirdə, yaxud da vəqf edən şəxs tərəfindən vəqf qəyyumu təyin edilmədiyi təqdirdə, bu məsələ barəsində şəri-hakimə müraciət olunmalıdır.

       

      Sual 2033: Əgər “moqufun-ələyhim”[1] arasında yaş baxımından hamıdan böyük olan oğlan övladının vəqf qəyyumluğunda “ən yetkin və ən saleh” xüsusiyyəti şərt qoyularsa, yetkinlik və salehliyin sübuta yetməsi vacibdirmi? Yoxsa bu şəxsin təkcə yaş baxımından böyük olması, onun ən yetkin və ən saleh olmasının qəbul edilməsinə əsas verir?
      Cavab: Vəqf qəyyumu üçün müəyyən edilən bütün şərtlər dəqiqləşməli və öz təsdiqini tapmalıdır.

       

      Sual 2034: Bir şəxs öz əmlakını Həzrət Əba Əbdillah Hüseynin (ə) məhərrəmlikdə və başqa günlərdə təşkil edilən əzadarlıq məclislərinə vəqf etmişdir.  O özündən sonra övladlarını əbədi olaraq bu vəqfi əmlakın qəyyumu təyin etmiş, həmçinin əmlakın gəlirinin üçdə birini vəqf qəyyumu üçün müəyyən etmişdir. Əgər bir zamanlar vəqf edən şəxsin varislər mərtəbəsinin birinci, ikinci və üçüncü mərtəbəsindən oğlan və qız övladları olarsa, vəqf qəyyumluğu onların hamısı üçün müştərək şəkildə olacaqdırmı və bu vəzifə onlar arasında bölüşdürüləcəkdirmi? Bu vəzifə onların hamısı arasında bölüşdürüldüyü təqdirdə, oğlan və qız övladları arasında bərabər şəkildə, yoxsa müəyyən fərqlərlə bölüşdürüləcəkdir?
      Cavab: Əgər varislər mərtəbələri əsasında ardıcıllığa və əvvəlki nəslin sonrakı nəsildən öndə olduğuna dəlalət edən əlamət və sübut mövcud olmazsa, hər zamanda mövcud olan bütün varislər mərtəbələri müştərək və bərabər şəkildə vəqf qəyyumu olacaqdır. Qəyyumluq vəzifəsi oğlan və qız arasında fərq qoyulmadan, onların arasında bərabər şəkildə bölüşdürüləcəkdir.

       

      Sual 2035: Əgər vəqf edən şəxs vəqf qəyyumluğu vəzifəsini özündən sonra ümumi şəkildə alimlər və müctəhidlər üçün qərar verərsə, müctəhid olmayan bir din aliminin vəqf qəyyumluğu vəzifəsini öz öhdəsinə götürməyə haqqı vardırmı?
      Cavab: Vəqf edən şəxsin “alimlər” dedikdə, “müctəhidlər”i nəzərdə tutduğu dəqiqləşməyənədək, bir din aliminin  - hətta ictihad dərəcəsinə çatmasa belə - vəqf qəyyumluğu vəzifəsini öz öhdəsinə götürməsinin maneəsi yoxdur.

       


      [1] Vəqf kimlərə edilibdirsə, həmin şəxslər “moqufun-ələyhim” adlanır.
    • Vəqfin hökmləri
    • Həbs
    • Vəqfin əmlakın satılması və ya vəqfin dəyişdirilməsi
  • Qəbiristanlığın hökmləri
700 /