Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
    • Hamiləliyin qarşısının alınması
    • Uşaq saldırmaq
    • Süni mayalanma
    • Cinsiyyəti dəyişdirmək
    • Meyitin yarılması və üzv köçürülmə
      Çap versiyası  ;  PDF
       
      Meyitin yarılması və üzv köçürülmə

       

      Sual 1281: Ürək-damar xəstəliklərinin araşdırılması və bu sahədə yeni məsələlərin kəşfi üçün silsilə bəhslərin aparılması ölmüş insanın ürək və damarları üzərində müayinə və təcrübə aparılmasına bağlıdır. Qeyd etmək lazımdır ki, cənazə üzərində bir və ya bir neçə gün təcrübə və araşdırma aparıldıqdan sonra cənazə dəfn edilir. Sualım budur ki:
      1) Müsəlmanın cənazəsi üzərində belə təcrübə və araşdırmalar aparmaq olarmı?
      2) Cənazədən ayrılmış ürək və damarlar cənazədən ayrı dəfn edilə bilərmi?
      3) Ürək və damarların cənazədən ayrı şəkildə dəfn edilməsinin çətinliyini nəzərə alaraq, onları başqa bir cənazə ilə dəfn etmək olarmı?
      Cavab: Əgər insan həyatını qurtarmaq, yaxud insanların ehtiyac duyduqları tibb elminin yeni məsələlərini kəşf etmək, yaxud da insanların həyatını hədələyən xəstəliklər barədə məlumatlar əldə etmək buna bağlı olarsa, meyitin yarılmasının maneəsi yoxdur. Amma mümkün qədər müsəlmanın cənazəsindən istifadə olunmamalıdır. Müsəlmanın cənazəsindən ayrılan hissələrə gəlincə, əgər onları cənazə ilə birlikdə dəfn etməyin böyük çətinliyi və ya maneəsi olmazsa, cənazənin özü ilə dəfn edilməsi vacibdir. Əks təqdirdə, onları ayrıca, yaxud başqa bir cənazə ilə dəfn etmək olar.

       

      Sual 1282: Şübhəli ölümlərdə ölümün səbəbini - məsələn, ölümün zəhərlənmə, yoxsa boğulma, yoxsa başqa bir səbəbə görə baş verdiyini - araşdırmaq və aşkarlamaq üçün meyitin yarılmasına icazə verilirmi, yoxsa yox?
      Cavab: Əgər həqiqətin aşkarlanması buna bağlı olarsa, maneəsi yoxdur.

       

      Sual 1283: Toxumaların öyrənilməsi sahəsində yeni məlumatların əldə olunması üçün müxtəlif inkişaf mərhələlərində olan düşmüş uşağı yarmağın hökmü nədir? Qeyd edək ki, tibb universitetində meyitin yarılması dərsinin keçirilməsi zəruridir.
      Cavab: Əgər insan həyatını qurtarmaq, yaxud insanların ehtiyac duyduğu tibb elminin yeni məsələlərini kəşf etmək, yaxud da insanların həyatını hədələyən xəstəliklər barədə məlumatlar əldə etmək düşmüş uşağın yarılmasına bağlı olarsa, bu işin maneəsi yoxdur. Amma ruhu verilmiş müsəlman uşaqdan mümkün qədər istifadə olunmasın.

       

      Sual 1284: Platinin qiymətli və az tapılan metal olduğunu nəzərə alaraq, dəfn edilməmişdən qabaq müsəlmanın cənazəsini yarıb platin parçasını çıxarmaq olarmı?
      Cavab: Sualda qeyd olunanları nəzərə alaraq, müsəlmanın cənazəsinə hörmətsizlik sayılmaması şərtilə platin parçasını çıxarmaq olar.

       

      Sual 1285: Tibb universitetində tədris zamanı əyani vəsait kimi istifadə edilməsi məqsədilə insan sümükləri əldə etməkdən ötrü qəbirləri açmaq – istər müsəlmanların qəbiristanlığında olsun, istər qeyri-müsəlmanların qəbiristanlığında – olarmı?
      Cavab: Bu iş üçün müsəlmanların qəbrini açmağa icazə verilmir. Yalnız tibb tədrisində insan sümüklərini əldə etməyə təcili ehtiyac duyulduğu və qeyri-müsəlman cənazəsinin sümüklərini əldə etmək mümkün olmadığı təqdirdə icazə verilir.

       

      Sual 1286: Saçları yanan və buna görə ümumi məkanlarda sıxıntı keçirən şəxs saç əkdirə bilərmi?
      Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur, bu şərtlə ki, əti halal olan heyvanın tükündən, yaxud insan saçından istifadə edilməlidir.

       

      Sual 1287: Əgər bir şəxs elə bir xəstəliyə tutulsa ki, həkimlər onun sağalacağına ümid olmadığını və tezliklə dünyadan köçəcəyini desələr, bu şəxs vəfat etməmişdən qabaq onun həyat əhəmiyyətli bədən üzvlərini, məsələn, ürəyini, böyrəklərini və başqa üzvlərini götürmək və başqa bir şəxsə köçürmək olarmı?
      Cavab: Əgər bu şəxsin bədən üzvlərini götürmək onun ölümü ilə nəticələnərsə, onun qətlə yetirilməsi hökmünü daşıyır. Bu hökmü daşımadığı təqdirdə, əgər onun özünün icazəsi ilə olarsa, bu işin maneəsi yoxdur.

       

      Sual 1288: Ölmüş insanın bədənindən damarları götürüb, xəstə bir şəxsə köçürmək olarmı?
      Cavab: Əgər həyatda ikən şəxsin özü bu işə icazə veribdirsə, yaxud insan həyatını qurtarmaq bu işə bağlıdırsa, maneəsi yoxdur.

       

      Sual 1289: Əgər ölmüş insanın gözünün buynuz təbəqəsi götürülüb başqa bir insana köçürülsə, adətən, bu işin meyitin sahiblərinin icazəsi olmadan yerinə yetirildiyini nəzərə alaraq, bu işə diyə vacib olurmu? Vacib olduğu təqdirdə, gözün və gözün buynuz təbəqəsinin diyəsi nə qədərdir?
      Cavab: Müsəlmanın cənazəsindən gözün buynuz təbəqəsinin götürülməsi haramdır və bu iş diyəyə səbəb olur. Bunun diyəsi əlli dinardır. Amma əgər mərhum həyatda ikən bu işə icazə veribdirsə, maneəsi yoxdur və diyəyə səbəb olmur.

       

      Sual 1290: Bir müharibə əlili xaya nahiyəsindən yaralanmışdır, belə ki, onun xayaları kəsilmişdir. O, cinsi əlaqədə olmaq qabiliyyətini qorumaq üçün hormonlu dərmanlardan istifadə edə bilərmi? Əgər cinsi əlaqədə olmaq və övlad sahibi olmaq qabiliyyətinə malik olmağın yeganə yolu başqa bir şəxsin xayalarının bu şəxsə köçürülməsi olarsa, bunun hökmü nədir?
      Cavab: Əgər xayanın onun bədəninə köçürülməsi mümkün olarsa, belə ki, üzv köçürülmə əməliyyatından sonra bu xaya onun bədəninin bir hissəsi olarsa, paklıq və nəcasət baxımından maneəsi yoxdur. Həmçinin övlad sahibi olmaq qabiliyyətinə malik olması və dünyaya gələn uşağın ona aid olması baxımından da bir problemi yoxdur. Cinsi əlaqədə olmaq qabiliyyətini qorumaq üçün hormonlu dərmanlardan istifadə etməsinin də maneəsi yoxdur.

       

      Sual 1291: Böyrək xəstələrinin həyatını xilas etmək üçün böyrək köçürülməsi əməliyyatının əhəmiyyətini nəzərə alaraq, həkimlər böyrək məlumat bankı yaratmaq qərarına gəldilər. Burada bir çox insanlar öz böyrəklərini ixtiyari olaraq hədiyyə etdiklərini və ya satdıqlarını elan verirlər. Böyrəyi və ya bədənin hər hansı bir üzvünü ixtiyari olaraq satmaq və ya hədiyyə etmək olarmı? Zəruri olduğu təqdirdə, bu işin hökmü nədir?
      Cavab: Mükəlləf həyatda ikən öz böyrəyini və ya bədəninin hər hansı bir üzvünü xəstələrin istifadə etməsi üçün hədiyyə edə və ya sata bilər, bu şərtlə ki, bu işin onun özünə etina olunacaq bir zərəri olmamalıdır. Bir insan həyatını qurtarmaq buna bağlı olduqda isə, böyrəyini hədiyyə etmək və ya satmaq istəyən şəxsin özünə böyük bir əziyyəti və ya zərəri olmadığı təqdirdə bu işi görməsi vacibdir.

       

      Sual 1292: Bəzi insanlar müalicəsi və bərpası mümkün olmayan beyin travması alırlar, belə ki, bu travma nəticəsində onların beyin fəaliyyəti tamamilə aradan gedir və onlar tam olaraq komaya düşürlər. Həmçinin nəfəs almır, işıq şüalarına və fiziki toxunuşlara reaksiya vermirlər. Belə hallarda bədənin sözügedən fəaliyyətlərinin təbii şəklinə qayıtması ehtimalı tamamilə aradan gedir və xəstənin təkcə ürəyinin avtomatik döyüntüsü qalır ki, bu da müvəqqətidir və süni tənəffüs aparatı ilə baş verir. Bu vəziyyət bir neçə saat, yaxud ən çoxu bir neçə gün davam edir. Tibb elmində bu vəziyyət beyin ölümü adlanır və insan öz şüurunu, hissiyyatını, ixtiyari hərəkətlərini itirir. Digər tərəfdən isə, elə xəstələr vardır ki, onların həyatını xilas etmək beyin ölümü keçirən xəstələrin bədən üzvlərindən istifadə etməyə bağlıdır. Elə isə, başqa xəstələrin həyatını xilas etmək üçün beyin ölümü keçirən xəstələrin bədən üzvlərindən istifadə etmək olarmı?
      Cavab: Sualda qeyd edilən xəstələrin bədən üzvlərindən başqa xəstələrin müalicəsi üçün istifadə etmək əgər həmin xəstələrin ölümünün tezləşməsinə və onların həyatına son qoyulmasına səbəb olarsa, buna icazə verilmir. Əks təqdirdə, əgər bu iş həmin xəstənin əvvəlcədən verdiyi icazə əsasında görülərsə, yaxud insan həyatını xilas etmək ehtiyac duyulan o bədən üvzünə bağlı olarsa, bu işi görməyin maneəsi yoxdur.

       

      Sual 1293: Mən öz bədən üzvlərimi bağışlamaq və ölümümdən sonra mənim bədənimdən istifadə olunmasını istəyirəm. Öz istəyimi də aidiyyatı təşkilatların məsullarına bildirmişəm. Onlar da mənə bu istəyimi vəsiyyətnamədə yazmağımı və bu məsələni varislərə deməyimi söyləyiblər. Mənim belə bir haqqım vardırmı?
      Cavab: Bir insanın canını xilas etmək üçün, yaxud xəstəliyinin müalicəsi üçün ölü insanın bədən üzvlərini ona köçürməyin maneəsi yoxdur. Bu məsələni vəsiyyət etməyin də manəesi yoxdur. Amma əgər ölü insanın bədənindən hansısa bir əzasının çıxarılması “müslə” (əzaların kəsilməsi ilə insanın eybəcər hala salınması) adını kəsb edərsə, yaxud ürfdə meyitə hörmətsizlik hesab olunarsa, bu əzanın çıxarılmasının maneəsi vardır.

       

      Sual 1294: Estetik cərrahiyyə əməliyyatının hökmü nədir?
      Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur.

       

      Sual 1295: Hərbi bir müəssisə tərəfindən övrətin müayinə olunmasına icazə verilirmi?
      Cavab: Kiminsə övrətini açıb baxmağa və başqalarının qarşısında övrətini açmasına onu vadar etməyə icazə verilmir. Amma əgər qanuna riayət və ya müalicə kimi bir zərurət bu işin görülməsini tələb edərsə, icazə verilir.

       

      Sual 1296: “Zərurət” ifadəsi həkimin qadının bədəninə toxunması və ya baxmasının icazəli olması şərti kimi tez-tez vurğulanır. “Zərurət” nə deməkdir və onun hüdudları hansılardır?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, “zərurət” dedikdə, xəstəliyin təyin edilməsi və müalicə edilməsinin xəstənin bədəninə toxunmağa və baxmağa bağlı olması nəzərdə tutulur. Zərurətin hüdudları isə, bu işin hansı miqdarda yerinə yetirilməsinə duyulan ehtiyaca bağlıdır.

       

      Sual 1297: Qadın həkim qadın xəstəni müayinə etmək və xəstəliyini təyin etmək üçün onun övrətinə baxa və toxuna bilərmi?

       

      Cavab: Zəruri hallardan qeyri hallarda icazə verilmir.

       

      Sual 1298: Müayinə zamanı kişi həkim qadın xəstənin bədəninə toxuna və baxa bilərmi?
      Cavab: Əgər xəstəliyin müalicəsi kişi həkimin qadın posiyentin bədəninə toxunmasına və baxmasına bağlı olarsa, həmçinin qadın həkimə müraciət etməklə xəstəliyin müalicəsi mümkün olmazsa, bu işin maneəsi yoxdur.

       

      Sual 1299: Ayna vasitəsilə müayinə etmək mümkün olduğu bir halda qadın həkimin qadın xəstənin övrətinə baxması və ona toxunmasının hökmü nədir?
      Cavab: Əgər ayna vasitəsilə baxmaq mümkün olarsa və birbaşa baxmaq və toxunmağa zərurət olmazsa, bu işə icazə verilmir.

       

      Sual 1300: Xəstə ilə eyni cinsin nümayəndəsi olmayan tibb bacısı və ya tibb qardaşı təzyiqi ölçmək kimi bədənə toxunmağa ehtiyac duyulan işləri görərkən əlinə tibbi əlçək geyinməsi mümkün olduğu bir halda əlcəkdən istifadə etmədən bu işləri görə bilərmi?
      Cavab: Müayinə və müalicə zamanı paltarın üstündən bədənə toxunmaq və ya ələ əlcək geyinmək mümkün olduğu halda eyni cinsin nümayəndəsi olmayan xəstənin bədəninə toxunmağa zərurət qalmır, buna görə də, sualda qeyd edilən işə icazə verilmir.

       

      Sual 1301: Əgər estetik cərrahiyyə əməliyyatı zamanı kişi həkimin qadın posiyentin bədəninə baxması və toxunması gərəkirsə, bu cərrahiyyə əməliyyatını etdirməyə icazə verilirmi?
      Cavab: Estetik cərrahiyyə əməliyyatı xəstəliyin müalicəsi hesab olunmur və bu əməliyyata görə haram baxışa və toxunuşa icazə verilmir. Amma əgər yanığın müalicəsi və bu kimi işlər üçün olarsa və həkim xəstənin bədəninə baxmaq və toxunmaq məcburiyyətində olarsa, bu işə icazə verilir.

       

      Sual 1302: Qadının övrətinə ərindən başqasının, hətta həkimin baxması birmənalı olaraq haramdırmı?
      Cavab: Qadının övrətinə ərindən başqasının, hətta həkimin və qadın həkimin belə baxması haramdır, amma məcburiyyət halında və xəstəliyin müalicəsi üçün baxmaq istisnadır.

       

      Sual 1303: Əgər qadın xəstəlikləri üzrə mütəxəssis kişi həkimin təcrübəsi və bacarığı qadın həkimlərdən çox olarsa, yaxud qadın həkimə müraciət etməyin böyük çətinliyi olarsa, qadınlar bu kişi həkimə müraciət edə bilərlərmi?
      Cavab: Əgər müayinə və müalicə haram baxışa və toxunuşa bağlı olarsa, qadınların kişi həkimə müraciət etmələrinə icazə verilmir. Amma əgər təcrübəli və bacarıqlı qadın həkimə müraciət etmək qeyri-mümkün və ya olduqca çətin olarsa, qadınların kişi həkimə müraciət etmələrinə icazə verilir.

       

      Sual 1304: Məninin (sperma) analizi və yoxlanışı üçün həkimin göstərişi ilə istimna etməyə icazə verilirmi?
      Cavab: Əgər xəstəliyin müalicəsi buna bağlı olarsa və istimnanın həyat yoldaşı vasitəsilə yerinə yetirilməsi mümkün olmazsa, bunun maneəsi yoxdur.

       

    • Sünnət etmək
    • Tibbi təhsil
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /