Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
    • Şahmat
    • Qumar alətləri
      Çap versiyası  ;  PDF
       
      Qumar alətləri

       

      Sual 1121: Əgər insan mərcləşmədən, qumar, udub-uduzmaq və gəlir əldə etmək məqsədi olmadan, əksinə, yalnız əyləncə məqsədilə kart oynasa, haram iş görmüşdürmü? Əyləncə məqsədilə kart oynanılan məclisdə istirak etməyin hökmü nədir?
      Cavab: Ürfdə qumar alətlərindən hesab olunan kartla oynamaq birmənalı olaraq haramdır. Qumar məclisində və ya qumar alətləri ilə oyun oynanılan məclisdə insan ixtiyari şəkildə iştirak edə bilməz.

       

      Sual 1122: Sırf məntiq oyunları olub, elmi və dini məzmuna malik olan oyun kartlarından mərcləşmədən istifadə etmək olarmı? Xüsusi şəkildə düzüldüyü zaman bəzi şəkillər məsələn, motosiklet və ya maşın şəkli əmələ gələn, eyni zamanda mərcləşmə və yarışmaq üçün istifadə oluna bilən kartlarla oynamağın hökmü nədir?
      Cavab: Ürfdə qumar alətləri hesab olunan kartlarla oynamağa birmənalı olaraq icazə verilmir. Amma ürfdə qumar aləti hesab olunmayan kartlarla mərcləşmədən oynamağın maneəsi yoxdur. Ümumiyyətlə, mükəlləfin qənaətinə görə qumar aləti hesab olunan hər hansı bir şeylə oyun oynamağa, yaxud oyunda mərcləşməyə heç bir vəchlə icazə verilmir. Qumar aləti hesab olunmayan hər hansı bir şeylə mərcləşmədən oyun oynamağın maneəsi yoxdur.

       

      Sual 1123: Qoz-qoz oyunu və yumurta döyüşdürmək oyunu oynamağın, ümumiyyətlə, şəri baxımdan “mal” hesab olunan hər bir başqa şeylə oyun oynamağın hökmü nədir? Uşaqlar bu oyunları oynaya bilərlərmi?
      Cavab: Əgər oyun qumar və mərcləşmə olarsa, şəri baxımdan haramdır. Udan tərəf udduğu və qarşı tərəfdən aldığı şeyin sahibi olmur. Amma əgər bu oyunları oynayanlar həddi-büluğa çatmayan uşaqlar olarsa, şəri baxımdan vəzifə daşımırlar. Eyni zamanda, udduqları şeyin sahibi olmurlar.

       

      Sual 1124: Qeyri-qumar alətləri ilə oyun oynayanda pul və ya başqa bir şey ilə mərcləşmək olarmı?
      Cavab: Oyunda şərt bağlamağa icazə verilmir, baxmayaraq ki, oyun qeyri-qumar alətləri ilə oynanılır.

       

      Sual 1125: Kompyuterdə qumar alətləri ilə məsələn, kart oyunu oynamağın hökmü nədir?
      Cavab: Əgər iki nəfər bir-birilə oynayarsa, qumar aləti ilə oyun hökmündədir. Amma əgər bir şəxs təklikdə oynayarsa, fəsadı olmadığı təqdirdə maneəsi yoxdur.

       

      Sual 1126: “Uno” ilə oynamağın (amerikan kart oyununun kartları) hökmü nədir?
      Cavab: Əgər ürfdə qumar alətlərindən hesab olunarsa -  hətta mərcləşmədən olsa belə - onunla oynamaq olmaz.

       

      Sual 1127: Əgər bəzi oyun vasitələri bir şəhərdə qumar alətlərindən hesab olunarsa, amma başqa bir şəhərdə qumar alətlərindən hesab olunmazsa, bu vasitələrlə oynamaq olarmı?
      Cavab: Hər iki məkanın ürfü nəzərə alınmalıdır. Bu mənada ki, əgər bu vasitələr bu iki şəhərdən birindən qumar alətlərindən hesab olunursa və əvvəllər hər iki şəhərdə qumar alətlərindən hesab olunubdursa, indiki dövrdə də onlarla oynamaq haramdır.

       

  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /