Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
    • Əmr bil-məruf və nəhy ənil-munkərin vacib olma şərtləri
    • Əmr bil-məruf və nəhy ənil-munkər etməyin qaydaları
      Çap versiyası  ;  PDF
       
      Əmr bil-məruf və nəhy ənil-munkər etməyin qaydaları

       

      Sual 1069: Ata və ana xüms vermədikdə övladın onların qarşısında, yaxud ər xüms vermədikdə qadının onun qarşısında vəzifəsi nədir? Onlar xümsü verilməmiş və harama qarışmış maldan istifadə edə bilərlərmi? Nəzərə almalıyıq ki, ruhu çirkləndirdiyinə görə, belə maldan istifadə etməmək hədislərdə təkid edilir.
      Cavab: Əgər övlad ata və anasının, yaxud qadın ərinin vacib bir əməli tərk etdiyini və ya haram bir işi gördüyünü müşahidə edərsə, şərait mövcud olduğu təqdirdə əmr bil-məruf və nəhy ənil-munkər etməlidir. Amma onların malından istifadə etməsinin maneəsi yoxdur.

       

      Sual 1070: Dini vəzifələrə tam etiqadı olmadığına görə, əgər valideyn bu vəzifələrə əhəmiyyət verməzsə, övlad valideyninə qarşı necə davranmalıdır?
      Cavab: Valideynin ehtiramını qoruyaraq, yumşaq dillə onları yaxşı işlərə dəvət etməli və pis işlərdən çəkindirməlidir.

       

      Sual 1071: Mənim qardaşım şəri və əxlaqi məsələlərə riayət etmir və indiyədək öyüd-nəsihət ona təsir etməmişdir. Onun bu hərəkətlərini müşahidə etdiyim vaxt mənim vəzifəm nədir?
      Cavab: Onun şəriətə zidd hərəkətlərinə nifrət etdiyinizi büruzə verin və faydalı və təsirli ola biləcək hər hansı bir yolla ona qardaşcasına öyüd-nəsihət verin. Amma onunla əlaqəni və get-gəli kəsməyə icazə verilmir.

       

      Sual 1072: Əvvəllər günah işlər görən, məsələn, şərab içən şəxslərlə hansı şəkildə əlaqə qurmalıyıq?
      Cavab: İnsanların indiki vəziyyəti meyar götürülür. Əgər onlar etdikləri əməllərə görə tövbə ediblərsə, başqa möminlərlə əlaqə qurduğunuz kimi onlarla əlaqə qurun. Amma hal-hazırda haram işlər görən şəxsi bu işlərdən çəkindirməlisiniz. Əgər o, haram işlərdən çəkinməzsə və onu bu işlərdən çəkindirməyin tək yolu onunla əlaqəni kəsmək, ondan uzaqlaşmaq olarsa, nəhy ənil-munkər ünvanında onunla əlaqəni kəsmək vacibdir.

       

      Sual 1073: Bildiyiniz kimi, İslama zidd olan qərb mədəniyyətinin ardı-arası kəsilməyən basqısı nəticəsində cəmiyyətimizdə bəzi qeyri-islami adətlər yayılmaqdadır. Məsələn, bəzi kişilərin boyunlarından qızıl xaç asmaları, yaxud bəzi qadınların al-əlvan üst geyimləri geyinmələri, yaxud da bəzi kişi və qadınların diqqəti cəlb edən və ürfdə onlardan istifadə etmək qəbahət sayılan bəzək əşyalarından, tünd rəngli eynəklərdən, saatlardan istifadə etmələrini qeyd etmək olar. Bəzən bu kimi şəxslərə əmr bil-məruf və nəhy ənil-munkər etdikdən sonra da onlar öz işlərindən əl çəkmirlər. Xahiş edirəm ki, bu kimi şəxslərlə necə rəftar etməli olduğumuzu açıqlayardınız.
      Cavab: Kişilərin qızıl bəzək əşyalarından istifadə etmələri və qızıl bir əşyanı boyunlarından asmaları birmənalı olaraq haramdır. Modelinə və ya rənginə və ya başqa bir cəhətinə görə ürfdə qeyri-müsəlmanların mədəniyyətini təqlid etmək və bu mədəniyyəti yaymaq hesab olunan geyimləri geyinməyə icazə verilmir. Həmçinin İslam və müsəlmanların düşmənlərinin mədəniyyətini təqlid etmək və onların mədəniyyətini yaymaq hesab olunan bəzək əşyalarından istifadə etməyə icazə verilmir. Yad mədəniyyəti təqlid edən işlər görən şəxsləri dildə nəhy ənil-munkər etmək hamıya vacibdir.

       

      Sual 1074: Bəzən bir universitet tələbəsinin və ya bir idarə işçisinin haram iş gördüyünü müşahidə edirik. Amma ona dəfələrlə öyüd-nəsihət və xəbərdarlıq edilsə də, o öz işindən əl çəkmir. Əksinə, universitet və ya idarə mühitində fəsad atmosferinin yaranmasına səbəb olan işlərini yerinə yetirməkdə davam edir. Belə şəxslər barəsində bəzi idarə cəzalarının tətbiq olunması, məsələn, onlara töhmət verilməsi barədə sizin nəzəriniz nədir?
      Cavab: Universitet və ya idarə nizamnaməsinə müvafiq cəzaların verilməsinin maneəsi yoxdur. Əziz gənclərimiz əmr bil-məruf və nəhy ənil-munkər məsələsinə ciddi yanaşmalı, onun şəri hökmlərini və şərtlərini diqqətlə öyrənməlidirlər. Bu ilahi vacib əməli kütləviləşdirməli, yaxşı işlərə rəğbətləndirmək və haram işlərin qarşısını almaq üçün əxlaq çərçivəsində olan təsirli üsullardan istifadə etməlidirilər. Bu vacib əməli öz şəxsi məqsədləri üçün həyata keçirməkdən çəkinməli və bilməlidirlər ki, bu yol yaxşı işləri yaymaq və pis işlərin qarşısını almaq üçün ən yaxşı və təsirli yoldur. Allah sizə Özünün razı qaldığı işləri nəsib etsin.

       

      Sual 1075: Haram bir işi görən şəxsi cəzalandırmaq məqsədilə onun salamının cavabını verməmək olarmı?
      Cavab: Müsəlmanın salamının cavabını vermək şəri baxımdan vacibdir. Amma əgər nəhy ənil-munkər məqsədilə salamın cavabını verməmək ürfdə nəhy ənil-munkər hesab olunarsa, bu işi görmək olar.

       

      Sual 1076: Əgər idarənin məsuluna sübuta yetsə ki, idarənin bəzi işçiləri namaza səhlənkar yanaşır, yaxud ümumiyyətlə namaz qılmırlar və onlara öyüd-nəsihətin də təsiri yoxdur, bu şəxslərə qarşı onun vəzifəsi nədir?
      Cavab: Hər halda, əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə riayət edərək davamlı surətdə əmr bil-məruf və nəhy ənil-minkər etməyin təsirini nəzərdən qaçırmasın. Əmr bil-məruf və nəhy ənil-munkərin onlara təsir edəcəyindən ümidini üzdükdə, əgər idarənin qanunları çərçivəsində belə şəxsləri bəzi güzəştlərdən məhrum etmək mümkün olarsa, bu qanunlar onlar barəsində icra olunmalıdır. Eyni zamanda, onlara xəbərdarlıq edilməlidir ki, bu, onların ilahi vacib əmələ qarşı səhlənkarlıqlarına görədir.

       

    • Əmr bil-məruf və nəhy ənil-munkərin müxtəlif məsələləri
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /