Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
    • Orucu pozan işlər
      Çap versiyası  ;  PDF
       
      Orucu pozan işlər

       

      Sual 758: Mən ramazan ayının gündüzündə şeytanın vəsvəsəsinə uyub orucumu pozmaq qərarına gəldim, amma orucu pozan bir işi yerinə yetirməmişdən qabaq qərarımdan döndüm. Mənim orucumun hökmü nədir? Əgər ramazan ayının orucunda deyil, qeyri bir orucda bu məsələ qarşıya çıxarsa, orucun hökmü nədir?
      Cavab: Əgər ramazan ayında oruc tutan şəxs gün[1] əsnasında oruc tutmaq niyyətindən dönərsə, belə ki, daha orucu davam etdirmək niyyətində olmazsa, bu şəxsin orucu pozulur və yenidən orucunu davam etdirmək qərarına gəlməsinin bir faydası yoxdur. Əlbəttə, o, məğrib azanınadək orucu pozan işlərdən çəkinməlidir. Amma əgər orucu davam etdirib-etdirməməkdə tərəddüd edərsə, yaxud orucu pozan bir işi yerinə yetirməyi qərara alsa, amma hələ bu işi yerinə yetirməsə, bu iki halda onun orucunun düzgünlüyü məhəlli-işkaldır (iradlıdır). Ehtiyat-vacibə görə, o, orucunu başa çatdırmalı və sonradan həmin günün orucunun qəzasını tutmalıdır.
       
      Sual 759: Əgər oruc tutmuş şəxsin ağzından qan gəlsə, orucu pozulurmu?
      Cavab: Bu səbəbə görə oruc pozulmur. Amma qanın boğaza çatmasının qarşısını almaq vacibdir.

       

      Sual 760: Oruc halında siqaret kimi tütün məhsullarından istifadə etməyin hökmü nədir?
      Cavab: Ehtiyat-vacibə görə, oruc tutmuş şəxs hər növ tütün məhsullarının tüstüsündən, həmçinin burun yolu ilə çəkilən və ya dilin altına qoymaqla sovrulan narkotik maddələrin istifadəsindən çəkinməlidir.

       

      Sual 761: Tütün və başqa otların qarışığından hazırlanan burunotunu bir neçə dəqiqəliyə dilin altına qoymaq və sonra çıxarıb atmaq orucu pozurmu, yoxsa yox?
      Cavab: Ehtiyat-vacibə görə, oruc tutmuş şəxs hər növ tütün məhsullarının, həmçinin burun yolu ilə çəkilən və ya dilin altına qoymaqla sovrulan narkotik maddələrin istifadəsindən çəkinməlidir.

       

      Sual 762: Şiddətli təngnəfəsliyi olan xəstələr aerozol qablaşdırmada olan bir dərmandan istifadə edirlər. Belə ki, preslənmiş maye olan bu dərmanı ağıza sıxdıqda, dərman qaz tozu şəklində ağız yolu ilə xəstənin ağ ciyərlərinə daxil olur və təngnəfəsliyi aradan qaldırır. Bəzən xəstə gün ərzində bu dərmandan bir neçə dəfə istifadə etmək məcburiyyətində olur. Bu dərmandan istifadə edərək oruc tutmaq olarmı? Nəzərə almaq lazımdır ki, bu dərmandan istifadə etmədən oruc tumaq qeyri-mümkün və ya çox çətin olacaqdır.
      Cavab: Sözügedən vasitə tənəffüs yollarını açmaqdan ötrü istifadə olunduğuna görə, orucu pozmur.

       

      Sual 763: Çox vaxt damağımdan gələn qan ağzımın suyuna qarışır və bəzən mən ağzımın suyunu udduqda onun qanla qarışıb-qarışmadığını bilmirəm. Bu halda mənim orucumun hökmü nədir?
      Cavab: Əgər damaqdan gələn qan ağzın suyuna qarışıb yox olarsa, ağız suyu pak hökmündədir və onu udmağın maneəsi yoxdur, orucu da pozmur. Həmçinin ağız suyunun qanla qarışıb-qarışmadığına şəkk etdikdə, onu udmağın maneəsi yoxdur və orucun düzgünlüyünə xələl gətirmir.

       

      Sual 764: Ramazan ayında oruc tutduğum bir gün dişlərimi fırçalamamışdım. Dişlərimin arasında qalan yemək qırıntılarını bilərəkdən udmasam da, bunlar öz-özünə boğazıma getdi. Həmin günün orucunun qəzasını tutmaq mənə vacib olurmu?
      Cavab: Əgər dişlərinizin arasında yemək qırıntılarının qaldığına və ya bunların boğazınıza getdiyinə yəqinliyiniz yoxdursa, yemək qırıntılarının boğazınıza getməsi də bilərəkdən və ixtiyari olmayıbdırsa, orucun qəzasını tutmaq sizə vacib deyildir.

       

      Sual 765: Əgər oruc tutmuş şəxsin damağından çoxlu qan axsa, orucu pozulurmu? O, qab ilə başına su tökə bilərmi?
      Cavab: Əgər damaqdan axan qanı udmazsa, oruc pozulmur. Həmçinin qab ilə başa su tökmək orucun düzgünlüyünə xələl gətirmir.

       

      Sual 766: Bəzi qadın xəstəliklərinin müalicəsi üçün istifadə edilən xüsusi dərmanlar (yağ tərkibli müalicəvi şamlar) vardır və bu dərmanlar bədənin daxilinə qoyulur. Bunlardan istifadə etmək orucun pozulmasına səbəb olurmu?
      Cavab: Bu dərmanlardan istifadə etmək oruca xələl gətirmir.

       

      Sual 767: Mübarək ramazan ayında oruc tutan şəxsin iynə vurdurması barəsində sizin nəzəriniz nədir?
      Cavab: Ehtiyat-vacibə görə, oruc tutmuş şəxs əzələ daxilinə vurulan qüvvətləndirici və ya qidalandırıcı iynələrdən, həmçinin damara vurulan heç bir iynədən və damara köçürülən heç bir sistemdən istifadə etməməlidir. Amma əzələ daxilinə vurulan və qüvvətləndirici və ya qidalandırıcı olmayan iynələrdən, məsələn, antibiotiklər və ağrıkəsicilərdən, həmçinin bədənin hansısa bir nahiyəsini hissiyyatsız etmək üçün istifadə edilən iynələrdən istifadə etməsinin maneəsi yoxdur.

       

      Sual 768: Oruc halında təzyiq həbi udmağa icazə verilirmi, yoxsa icazə verilmir?
      Cavab: Əgər ramazan ayında təzyiqi tənzimləmək üçün təzyiq həbi udmaq zəruri olarsa, onu udmağın maneəsi yoxdur. Amma həb udduqda, oruc pozulur.

       

      Sual 769: Əgər mən və bəzi insanlar bu əqidədə olsaq ki, müalicə məqsədilə həb udmağa yeyib-içmək ünvanı aid olmur, bu əqidəyə müvafiq əməl etməyə icazə verilirmi və oruca xələl gəlirmi?
      Cavab: Həb udmaq orucu pozur.

       

      Sual 770: Əgər ramazan ayında bir kişi öz qadını ilə cinsi əlaqədə olsa və qadın da cinsi əlaqəyə razı olsa, onların hökmü nədir?
      Cavab: Onların hər ikisi orucu bilərəkdən iftar etmişdir və orucun qəzasından əlavə, orucun kəffarəsi də hər ikisinə vacibdir.

       

      Sual 771: Əgər ramazan ayının gündüzündə bir kişi öz qadını ilə mazaqlaşsa, orucuna xələl gələrmi?
      Cavab: Əgər məninin xaric olmasına səbəb olmazsa, oruca xələl gətirmir.
       

      [1] Müqəddəs şəriət sahibi “gün” anlayışının tərifini verdiyi hallarda, buna əsasən əməl olunacaq. Məsələn, oruc və etikafda “gün” dedikdə, fəcr doğandan şəri məğribə qədər olan müddət nəzərdə tutulur. Bundan qeyri hallarda isə, ürfün nəzəri meyar götürülür və “gün” – Günəş doğandan qüruba qədərdir.
    • Cənabətli qalmaq
    • İstimna
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
    • Orucun qəzası
    • Orucun müxtəlif məsələləri
    • Hilalı görmək
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /