Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ
    • XÜMSÜ AYIRIB KƏNARA QOYMAĞIN KİFAYƏT ETMƏMƏSİ 
    • XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
    • XÜMS İLİ
    • XÜMSÜN SƏLAHİYYƏTLİSİ
    • XÜMSÜN MÜSALİHƏSİ(1), MÖHLƏT ALMAQ VƏ DƏSTGƏRDAN ETMƏK(2)
    • XÜMSÜN ÖDƏNİLMƏSİNƏ VƏKİL TUTMAQ
    • BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
      Çap versiyası  ;  PDF
       
      BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
      XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİŞİNƏ DAİR MƏSƏLƏLƏR

       

      • Xüms vacib əməllərdəndir və onun ödənilməsi “təcili vacib”dir. Əgər xümsü təcili ödəmək çətindirsə, ödəmə imkanı yarananadək mükəlləf mərcəyi-təqlidin idarəsindən və ya onun nümayəndəsindən icazə ala bilər.
      • Xüms pulunu ayırıb bir kənara qoymaqla şəri vəzifə mükəlləfin öhdəsindən götürülmür.
      • Xümsü ödəməyə imkanı olmayan şəxs mərcəyi-təqlidin vəkilindən möhlət almalı, mümkün olan ilk fürsətdə borcunu ödəməlidir. 
      • Mükəlləf öz xümsünü hesablaya bilər. Amma xüms məsələlərinin incəliklərini nəzərə alaraq, yaxşı olar ki, mərcəyi-təqlidin idarəsinin “şəri əmlak vergiləri” (vücuhat) şöbəsi, yaxud mərcəyi-təqlidin nümayəndəsi, yaxud da xüms məsələlərini bilən alimlə məsləhətləşərək xümsünü hesablasın. 
      • Əgər mükəlləf müəyyən bir malın xümsünü xümsü verilməmiş başqa bir maldan ödəmək istəsə, əvvəlcə ikinci malın xümsünü verməli, sonra xümsü verilən mal ilə birinci malın xümsünü ödəməlidir.
      • Əgər borc xüms ilinin yaşam ehtiyaclarına görə olsa, bu borc gəlirdən çıxılır.
      • Mükəlləf öldüyü gün onun xüms ilinin sonu sayılır və bu tarix əsasında onun malının xümsü hesablanıb ödənməlidir.
      • Mağaza sahibi xüms ili tamamlananda malının və nağd pulunun hamısını hesablayıb qiymətini çıxarmalı, sonra toplam qiyməti sərmayə ilə müqayisə etməlidir. Əgər sərmayədən artıq məbləğ varsa, bu, gəlir sayılır və ona xüms düşür. 
      • Əgər mükəlləf bir pula-mala xüms düşdüyünü bilsə, amma daha öncə onun xümsünü ödəyib-ödəmədiyini bilməsə, onun xümsünü ödəməlidir. 
      • Əgər xümsü verilmiş pul xümsü verilməmiş pula qarışarsa və bu qarışıq pulun bir hissəsi istifadə olunarsa, xüms ili tamamlananda mövcud pulun xümsü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində hesablanacaqdır. Məsələn, əgər xümsü verilmiş pul 1000 manat, xümsü verilməmiş pul isə 500 manatdırsa, bu ikisinin nisbəti 2-nin 1-ə nisbətidir. Bu halda əgər xüms ili tamamlananda 600 manat qalıbsa, onun 400 manatının xümsü yoxdur, 200 manatının isə xümsü ödənilməlidir.
      • Əgər bir şəxs xümsü verilmiş pulu xümsü verilməmiş pul ilə eyni bank hesabında saxlayırsa, hesabdan pul götürdüyü zaman xümsü verilməmiş puldan götürdüyünü niyyət edə bilər. 
      • Xümsü hesablamaq üçün mükəlləfin xüms ilinə sahib olması şərtdir. Xüms ili isə mükəlləfin niyyəti ilə təyin edilmir, əksinə, ilk maaşı aldığı gün, yaxud sərmayədən ilk gəliri əldə etdiyi gün, yaxud da ilk məhsulu götürdüyü gün onun xüms ilinin başlanğıcı olacaqdır. 
      • Xüms ili qəməri və ya şəmsi təqvimlə hesablana bilər.
      • Xüms ilinə sahib olmaqda meyar, gəlirin olmasıdır. Deməli, əgər evdar qadının və ya valideynləri ilə birlikdə yaşayan övladın gəliri olsa, xüms ilinə sahib ola bilər. 
      • Yalnız xüms səlahiyyətlisi tərəfindən icazəsi olan şəxslər xümsü təhvil ala bilərlər. Xümsü təhvil aldıqları halda xüms səlahiyyətlisinin möhürlü qəbzini təqdim etməyə borcludurlar. 
      • Xüms bağışlanmır və vəkillərdən heç biri xümsü bağışlamaq səlahiyyətinə malik deyil.
      • Bəzi hallarda xümsün məbləğini dəqiqliklə təyin etmək mümkün olmadıqda, mərcəyi-təqlidin vəkilləri xüms verən şəxs ilə müsalihə edə bilərlər (razılaşma əldə edə bilərlər).
      • Mərcəyi-təqlid və ya onun vəkilinin icazəsi olmadan mükəlləf öz xümsünü yoxsul seyidə verə, yaxud xeyir işlərə xərcləyə bilməz.
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /