Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
    • Orucu pozan işlər
    • Cənabətli qalmaq
    • İstimna
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
    • Orucun qəzası
    • Orucun müxtəlif məsələləri
    • Hilalı görmək
      Çap versiyası  ;  PDF
       
      Hilalı görmək

       

      Sual 834: Bildiyiniz kimi, ayın axırında və ya əvvəlində hilal aşağıdakı vəziyyətlərdən birində olur:
      a) Hilal, günəş qürub etməmişdən qabaq qürub edir;
      b) Hilal, günəşlə eyni vaxtda qürub edir;
      c) Hilal, günəş qürub edəndən sonra qürub edir.
      Xahiş edirəm, açıqlayasınız ki, ayın əvvəlini müəyyən etmək üçün yuxarıdakı vəziyyətlərdən hansını əsas götürmək olar?
      Cavab: Hər üç vəziyyətdə, əsr çağı hilalı görmək həmin gecədən etibarən yeni qəməri ayının başlanmasının sübutu üçün kifayət edir.

       

      Sual 835: Yeni ayı müəyyən cihazlar və vasitələrlə görməyin hökmü nədir? CCD kameralardan istifadə edilərək, işığın əks olunmasının kompyuterdə qeydə alınması və bu məlumatların oxunması ilə ayın hilalının şəklini görmək, ayın əvvəlinin sübuta yetməsi üçün kifayət edirmi?
      Cavab: Hilalı müəyyən cihazlar və vasitələrlə görmək və ya adi gözlə görmək arasında fərq yoxdur və etibarlı sayılır. Əsas odur ki, “görmək” adlansın. Deməli, gözlə görmək, eynəklə görmək, teleskopla görmək – bunların hamısı eyni hökmü daşıyır. Amma yeni qəməri ayınının başlanmasının sübutu üçün işığın əks olunmasının kompyuterdə qeydə alınması və bu yolla ayın hilalının şəklini görmək məsələsinə gəlincə, bunun “görmək” adlanması məlum olmadığına görə, iradlıdır.

       

      Sual 836: Əgər şəvval ayının hilalı bir şəhərdə müşahidə edilməsə, amma televiziya və radioda yeni ayın başlandığı xəbər verilsə, bu, kifayət edirmi? Yoxsa daha artıq araşdırma aparmaq vacibdir?

       

      Cavab: Əgər televiziya və radioda verilən xəbər yeni ayın başlandığına dair mükəlləfdə yəqinlik və ya əminlik yaradarsa, yaxud bu xəbər yeni ayın başlandığına dair vəliyyi-fəqihin hökmü əsasında olarsa, bu, kifayət edir və araşdırma aparmağa ehtiyac yoxdur.

       

      Sual 837: Əgər səma buludlu olduğuna və ya başqa səbəblərə görə ayın əvvəlinin hilalını görmək mümkün olmazsa və bu səbəbdən də ramazan ayının birinci gününü və mübarək Fitr bayramı gününü müəyyən etmək mümkün olmazsa, eyni zamanda şaban ayının və ya ramazan ayının otuz günü tamamlanmış olmazsa, bu halda Yaponiyada yaşayan bizim kimi mükəlləflər İran üfüqünə əməl edə və ya təqvimə əsaslana bilərlərmi? Bizim vəzifəmiz nədir?
      Cavab: Əgər ramazan ayının başlandığı və ayın birinci günü olduğu sübuta yetməzsə, oruc tutmaq vacib deyildir. Amma əgər ayın başlanmış olduğu sonradan məlum olarsa, həmin günün orucunun qəzasını tutmaq vacibdir.
      Əgər şəvval ayının başlandığı və ayın birinci günü olduğu hilalın görünməsi ilə – hətta üfüqü eyni olan qonşu şəhərlərdə hilalın görünməsi ilə – yaxud iki ədalətli şəxsin şahidliyi ilə, yaxud da şəri-hakimin hökmü ilə sübuta yetməzsə, həmin günü oruc tutmaq vacibdir.

       

      Sual 838: Hilalın göründüyünə hökm verməkdə üfüqün eyni olması şərtdirmi, yoxsa şərt deyildir?
      Cavab: Bəli, şərtdir.

       

      Sual 839: “Üfüqün eyni olması” nə deməkdir və üfüqü eyni olan regionlar hansı regionlardır?
      Cavab: “Üfüqün eyni olması” dedikdə, hilalı görməyin mümkün olub-olmaması baxımından bir regionun başqa bir regionla eyni olması nəzərdə tutulur.

       

      Sual 840: Əgər ayın iyirmi doqquzu elan olunsa ki, sabah Tehranda və Xorasanda bayramdır, Buşəhr kimi şəhərlərin sakinləri də iftar edə bilərlərmi? Nəzərə almaq lazımdır ki, Tehran və Xorasanın üfüqü Buşəhrin üfüqü ilə eyni deyildir.
      Cavab: Ümumiyyətlə, əgər iki şəhərin üfüqü arasındakı fərq o qədər olsa ki, onların birində hilal göründükdə, digərində hilalın görünməsi qeyri-mümkündür, bu halda bir şəhərdə hilalın görünməsi digər şəhər üçün kifayət etmir.

       

      Sual 841: Əgər bir şəhərin alimləri arasında hilalın görünüb-görünmədiyi barədə fikirayrılığı yaranarsa, eyni zamanda onların ədalətinə və öz dəlillərində diqqətli olmalarına mükəlləfin yəqinliyi olarsa, mükəlləfin vacib vəzifəsi nədir?
      Cavab: Əgər iki bəyyinənin ziddiyyəti “inkar” və “təsdiq” şəklində olarsa, yəni alimlərdən biri hilalın göründüyünü və digəri görünmədiyini söyləyərsə, bu fikirayrılığı “iki bəyyinənin ziddiyyəti”nə və hər ikisinin qüvvədən düşməsinə səbəb olur. Mükəlləfin vəzifəsi hər iki nəzəri kənara qoymaq və iftar edib, yoxsa oruc tutmaq barəsində əsas hökmün tələbinə uyğun əməl etməkdir.
      Amma əgər bir şəhərin alimləri arasındakı fikirayrılığı, hilalın görünməsi ilə hilalın göründüyünə yəqinliyin olmaması arasında olarsa, yəni əgər alimlərdən bəziləri hilalın göründüyünü və bəziləri hilalın müşahidə edilmədiyini söyləyərlərsə, bu təqdirdə əgər hilalın göründüyünü söyləyən alimlər ədalətlidirlərsə, onların sözü bütün mükəlləflər üçün şəri dəlildir və bu nəzərə əməl etməlidirlər.

       

      Sual 842: Əgər bir nəfər ayın hilalını görsə və bilsə ki, hilalı görmək onun şəhərinin şəri-hakiminə hansısa bir səbəbə görə mümkün olmayacaqdır, hilalı gördüyünü şəri-hakimə xəbər vermək onun vəzifəsidirmi?
      Cavab: Bunu xəbər vermək ona vacib deyildir. Əlbəttə, əgər bu işi tərk etmək fəsada yol açarsa, bunu xəbər verməlidir.

       

      Sual 843: Bildiyiniz kimi, hörmətli fəqihlərin əksəriyyəti öz risalələrində (“Şəriət hökmlərinin izahı” adlı kitablarda) şəvval ayının əvvəlinin sübutu üçün beş yol qeyd etmişlər və bunların arasında “ayın əvvəlinin şəri-hakim üçün sübuta yetməsi” yer almamışdır. Bunu nəzərə alaraq, möminlərin əksəriyyəti sırf mərcəyi-təqlidlər üçün ayın əvvəlinin sübuta yetməsilə öz oruclarını necə iftar edirlər?
      Cavab: Şəri-hakim hilalın göründüyünə hökm verməyənədək, ayın görünməsinin onun üçün sübuta yetməsi başqalarının ona tabe olmasında kifayət etmir. Əlbəttə, əgər hilalın görünməsinin sübuta yetməsinə yəqin edərlərsə, kifayət edir.

       

      Sual 844: Əgər müsəlmanların vəliyyi-əmri sabahısı günün Fitr bayramı günü olduğuna hökm verərsə və radio və televiziyada hilalın bir neçə şəhərdə göründüyü elan edilərsə, ölkənin bütün bölgələrində bayram olduğu sübuta yetirmi? Yoxsa təkcə ayın göründüyü şəhərlər və bu şəhərlərlə üfüqü eyni olan şəhərlər üçün sübuta yetir?
      Cavab: Əgər şəri-hakimin hökmü bütün ölkəyə şamil olarsa, onun hökmü şəri olaraq bütün şəhərlər üçün etibarlıdır.

       

      Sual 845: Hilalın kiçik və nazik olması və birinci gecənin hilalının xüsusiyyətlərinə sahib olması əvvəlki gecənin ayın birinci gecəsi deyil, əvvəlki ayın otuzuncu gecəsi olduğuna dəlildirmi? Əgər bir şəxs üçün bayram olduğu sübuta yetərsə və bu yolla əvvəlki günün bayram olmadığına yəqin edərsə, o, ramazan ayının otuzuncu gününün orucunun qəzasını tutmalıdırmı?
      Cavab: Sırf hilalın kiçik və aşağıda olması, yaxud böyük və yuxarıda olması, yaxud da enli və ya nazik olması gecənin birinci və ya ikinci gecə olmasına şəri dəlil deyildir. Amma əgər mükəlləf bu xüsusiyyətlərdən hansısa bir məsələyə yəqin edərsə, bu xüsusda öz yəqinliyinə müvafiq əməl etməlidir.

       

      Sual 846: Ayın bədirləndiyi gecəyə (on dördüncü gecə) istinad etmək və ayın əvvəlini hesablamaq üçün buna bir dəlil ünvanında əsaslanmaq olarmı? Belə ki, “şəkk günü”nün vəziyyəti bu yolla məlum olsun? Məsələn, məlum olsun ki, ramazan ayının otuzuncu günüdür və ramazan ayının gününə aid olan hökmlər bu günə də aid olsun? Yaxud da “bəyyinə”[1] əsasında bu günü oruc tutmayan şəxsə orucun qəzasını tutmağın vacib olduğuna hökm verilsin, digər tərəfdən “istishab qaydası”na[2] əsasən ramazan ayının olduğunu qəbul edib oruc tutan şəxsin boynuna heç bir vəzifə gəlməsin?
      Cavab: Sözükeçən məsələ sualda qeyd olunanlara şəri dəlil deyildir. Amma əgər sözükeçən məsələ mükəlləfdə hansısa bir məsələyə yəqinlik yaradarsa, bu yəqinliyə müvafiq əməl etməsi vacibdir.

       

      Sual 847: Hər ayın əvvəlində ayın hilalını görmək kifayi-vacibdir[3], yoxsa ehtiyat-vacibdir?
      Cavab: Ayın hilalını görmək öz-özlüyündə şəri vacib əməl deyildir.

       

      Sual 848: Mübarək ramazan ayının əvvəli və axırı hilalı görməklə sübuta yetir, yoxsa təqvim vasitəsilə sübuta yetir, hətta şaban ayı otuz gün olmasa belə?
      Cavab: Mübarək ramazan ayının əvvəli və ya axırı bu yollardan biri ilə sübuta yetir:
      - Mükəlləfin özü yeni ayın hilalını görür;
      - iki ədalətli şəxs şahidlik edir, bu şərtlə ki, əksəriyyət hilalın göründüyünü inkar etməsinlər və bu iki ədalətli şəxsin səhv etdiyinə güman artmasın;
      - yəqinlik və ya əminlik yaradan xəbər geniş yayılır;
      - əvvəlki ayın başlanmasından otuz gün keçir;

      - şəri-hakim hökm verir.

       

      Sual 849: Əgər hilalın görünməsinə dair dövlət tərəfindən verilən elana müvafiq əməl etməyə icazə verilsə və bu elan başqa ölkələrdə də hilalın görünməsinin sübuta yetməsi üçün elmi bir əsas hesab olunsa, bu dövlətin islami dövlət olması şərtdirmi? Yoxsa həmin dövlət ədalətsiz bir dövlət olsa belə, bu elana əməl etmək olar?
      Cavab: Bu məsələdə əsas meyar, mükəlləfin regionunda hilalın göründüyünə dair yəqinliyin və ya əminliyin hasil olmasıdır.

       

      Sual 850: Xahiş edirəm ki, “dörd məscid”dən[4] qeyri məscidlərdə (istər cami məscid[5] olsun, istərsə də qeyri-cami məscid olsun) etikaf etmək barədə nəzərinizi söyləyin.
      Cavab: Bütün cami məscidlərdə etikaf etmək olar. Qeyri-cami məscidlərə gəlincə, əgər bu məscidlərdə camaat namazı təşkil olunursa və ədalətli imam-camaatı varsa, orada qəsdi-rəca[6] ilə etikaf etmək düzgündür.
       

      [1] Bəyyinə - elə şahidlərdir ki, onların şahidliyi müəyyən bir məsələni sübuta yetirə bilər.
      [2] İstishab qaydası – üsuli-fiqh termini olub, “əvvəlki yəqinin qüvvədə qalmasına hökm vermək” mənasını bildirir.
      [3] Kifayi-vacib əməli hər bir mükəlləf yerinə yetirməlidir. Amma əgər bəzi mükəlləflər kifayət həddə onu yerinə yetirsələr, həmin vacib əməl digər mükəlləflərin boynundan götürülür. Məsələn, Allah yolunda cihad. Əgər kifayət sayda mükəlləf cihadda iştirak edərsə, digər mükəllərin boynundan götürülür. (Leader.ir saytına istinadən)
      [4] Etikaf üçün dörd məscid Məscidul-həram, Məscidun-Nəbi, Kufə və Bəsrə məscidlərindən ibarətdir.
      [5] Cami məscid – adətən şəhərin əsas və mərkəzi yerində inşa edilən və ibadi ayinlərin, xüsusilə, cümə namazının və eləcə də siyasi, ictimai və mədəni toplantıların təşkil edildiyi məsciddir.
      [6] Qəsdi-rəca – Mütəal Allahın göstərişi və ya qadağası olduğunu ehtimal verərək hansısa bir əməli yerinə yetirməyi və ya tərk etməyi niyyət etmək.
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /