Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
    • Orucu pozan işlər
    • Cənabətli qalmaq
    • İstimna
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
    • Orucun qəzası
      Çap versiyası  ;  PDF
       
      Orucun qəzası

       

      Sual 808: Dini vəzifəni yerinə yetirməkdən ötrü ramazan ayında səfər etdiyim üçün on səkkiz gün oruc tutmamışam. Mənim vəzifəm nədir? Bu orucların qəzası mənə vacibdirmi?
      Cavab: Ramazan ayında səfər səbəbilə tutmadığınız orucların qəzasını tutmaq sizə vacibdir.

       

      Sual 809: Əgər bir şəxs ramazan ayının qəza orucunu tutmaq üçün əcir olsa və zöhr azanından sonra iftar etsə, kəffarə ona vacibdirmi, yoxsa vacib deyildir?
      Cavab: Kəffarə ona vacib deyildir.

       

      Sual 810: Bir şəxs öz dini vəzifəsini yerinə yetirmək üçün ramazan ayında səfər etmiş və buna görə də oruc tuta bilməmişdir. Əgər o, bir neçə il keçdikdən sonra həmin orucların qəzasını tutmaq istəsə, kəffarə də verməlidirmi?
      Cavab: Əgər “oruc tutmağa maneə olan hansısa bir üzr” qarşıda gələn ramazan ayınadək davam etsə və buna görə də ramazan ayının orucunun qəzası təxirə düşsə və mükəlləf orucun qəzasını tuta bilməsə, təkcə orucun qəzasını tutmaq kifayət edir. Bu halda hər gün üçün bir müdd təam fidyə vermək vacib deyildir, baxmayaraq ki, orucun qəzasından əlavə, fidyə vermək ehtiyata müvafiqdir. Amma əgər səhlənkarlıq ucbatından və heç bir üzr olmadan orucun qəzası təxirə düşsə və mükəlləf orucun qəzasını yerinə yetirməsə, orucun qəzasından əlavə, fidyə vermək ona vacib olur.

       

      Sual 811: Bir şəxs cahillik ucbatından on il müddətində namaz qılmamış və oruc tutmamışdır. İndi isə tövbə edərək Allaha tərəf qayıtmış və ibadətlərinin qəzasını yerinə yetirməyi qərara almışdır. Amma tutmadığı orucların hamısının qəzasını tutmaq iqtidarında deyildir və orucların kəffarəsini vermək üçün malı-pulu da yoxdur. Təkcə istiğfarla (bağışlanma diləmək) kifayətlənməsi düzgündürmü?
      Cavab: Tutmadığı orucların qəzası heç bir vəchlə onun boynundan götürülmür. Ramazan ayının orucunu bilərəkdən iftar etməyin kəffarəsinə gəlincə, əgər hər gün üçün iki ay oruc tutmaq və ya altmış fəqirə təam vermək iqtidarında deyilsə, neçə fəqirə təam verməyə imkanı çatırsa, təam versin. Ehtiyata görə, istiğfar da etsin. Əgər fəqirə təam verməyə heç bir vəchlə imkanı yoxdursa, təkcə istiğfar etmək kifayət edir. Yəni qəlbində və dilində desin: “Əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)”.

       

      Sual 812: Maddi imkanım olmadığına və bədənimin qüvvəsi çatmadığına görə mənə vacib olan kəffarələri verməkdən ötrü oruc tuta və ya fəqirə təam verə bilmədim. Nəticədə, Allahdan bağışlanma dilədim. Amma indi Allahın lütfü sayəsində oruc tutmaq və ya fəqirə təam vermək iqtidarındayam. Mənim vəzifəm nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, kəffarəni vermək lazım deyildir. Baxmayaraq ki, onu vermək ehtiyat-müstəhəbdir.

       

      Sual 813: Əgər bir şəxs gələn ilin ramazan ayı çatanadək bu ilin ramazan ayının orucunun qəzasını tutmalı olduğunu bilməyib, orucun qəzasını tutmasa və təxirə salsa, hökmü nədir?
      Cavab: Mükəlləf bu məsələni (yəni gələn ilin ramazan ayı çatanadək bu ilin ramazan ayının orucunun qəzasını tutmalı olduğunu) bilmədiyinə görə qəza orucunun “təxir fidyəsi” onun boynundan götürülmür.

       

      Sual 814: Yüz iyirmi gün oruc tutmayan şəxsin vəzifəsi nədir? Hər gün üçün altmış gün oruc tutmalıdırmı? Kəffarə ona vacibdirmi?
      Cavab: Əgər ramazan ayının orucunu tutmayıbsa, orucların qəzasını tutmalıdır. Əgər bilərəkdən və heç bir şəri üzr olmadan iftar edibsə, qəzadan əlavə hər günün kəffarəsi də ona vacibdir. Bu kəffarə ya altmış gün oruc tutmaq, ya altmış fəqiri yedirtmək, ya da altmış müdd təamı altmış fəqirə - hər fəqirə bir müdd olaraq - verməkdir.

       

      Sual 815: Mən təxminən bir ay bu niyyətlə oruc tutdum ki, əgər boynumda qəza orucum varsa, qəza orucu hesab olunsun və əgər boynumda oruc yoxdursa, sırf “qürbətən iləllah” hesab olunsun. Əgər boynumda qəza oruclarım varsa, tutduğum bu bir ay oruc qəza orucu hesab olunurmı?
      Cavab: Əgər oruc tutduğunuz vaxt şəri baxımdan boynunuza düşən vəzifə - istər qəza orucu, istərsə də müstəhəb oruc – niyyəti ilə oruc tutmusunuzsa və boynunuzda qəza orucu da olubsa, qəza orucu hesab olunacaqdır.

       

      Sual 816: Bir şəxs nə qədər qəza orucunun olduğunu bilmir və qəza orucunun olması ehtimalı ilə yanaşı müstəhəb oruc tutur. Əgər bu şəxs qəza orucunun olmadığını qəbul edərsə, onun tutduğu müstəhəb oruc qəza orucunun yerinə hesab olunurmu?
      Cavab: Müstəhəb oruc niyyəti ilə tutduğu oruclar onun boynunda olan qəza orucların yerinə hesab olunmur.

       

      Sual 817: Şəri məsələni bilməmək səbəbilə orucunu bilərəkdən iftar edən şəxs barəsində sizin nəzəriniz nədir? Ona təkcə orucun qəzası vacibdir, yoxsa kəffarə də verməlidir?
      Cavab: Əgər mükəlləf şəri məsələni bilmədiyinə görə orucu pozan bir iş görsə – məsələn, dərman içməyin orucu pozduğunu bilməsə və ramazan ayının gündüzündə dərman içsə – orucu pozulur və qəzasını tutmalıdır. Amma kəffarə ona vacib deyildir.

       

      Sual 818: Əgər büluğ yaşına yeni çatan bir fərd bədəninin zəifliyinə və qüvvəsinin çatmadığına görə oruc tuta bilməyibdirsə, ona təkcə orucun qəzası vacib olur, yoxsa orucun qəzası ilə yanaşı kəffarəsi də vacib olur?
      Cavab: Əgər oruc tutmağın ona böyük əziyyət və çətinliyi olmayıbsa və o, bilərəkdən iftar edibsə, qəzadan əlavə kəffarə də ona vacib olur. Amma əgər oruc tutub xəstələnəcəyindən qorxubsa, onun öhdəsinə təkcə orucun qəzası düşür.

       

      Sual 819: Əgər bir şəxs oruc tutmadığı günlərin sayını və qılmadığı namazların sayını bilmirsə, vəzifəsi nədir? Orucunu şəri bir üzrə görə iftar etdiyini, yoxsa bilərəkdən yediyini bilməyən şəxsin hökmü nədir?
      Cavab: Qəza etdiyini yəqinliklə bildiyi namaz və orucların qəzasını yerinə yetirməklə kifayətlənə bilər. Orucunu bilərəkdən iftar etdiyinə şəkk etdiyi təqdirdə, kəffarə vacib deyildir.

       

      Sual 820: Əgər ramazan ayında oruc tutan şəxs bir gün sahur[1] yemək üçün oyana bilməsə və buna görə də, qüruba qədər orucunu davam etdirə bilməsə, belə ki, gündüz ərzində onun üçün bir hadisə baş versə və o da orucunu iftar etsə, bu şəxsə orucun kəffarəsi vacib olurmu?
      Cavab: Əgər bu şəxs orucunu o həddə qədər davam etdirsə ki, susuzluq və aclığa görə oruc onun üçün böyük əziyyətə çevrilsə və buna görə də, orucunu iftar etsə, təkcə orucun qəzası ona vacib olur, kəffarə vacib olmur.

       

      Sual 821: Əgər mən boynumda olan qəza oruclarını tutub-tutmadığıma şəkk etsəm, vəzifəm nədir?
      Cavab: Əgər boynunuzda qəza orucunun olduğuna ilk əvvəldə yəqinliyiniz var idisə, vəzifənizi yerinə yetirdiyinizə yəqinlik yaradacaq qədər qəza orucu tutmağınız vacibdir.

       

      Sual 822: Bir şəxs şəri vəzifə yaşına çatdığı il ramazan ayında yalnız on bir gün oruc tutubdur və bir günün orucunu da zöhr vaxtı iftar edibdir. Beləliklə, o, on səkkiz gün oruc tutmayıbdır və orucu bilərəkdən tutmadığına görə ona kəffarənin vacib olduğunu da bilməyibdir. Bu şəxsin hökmü nədir?
      Cavab: Əgər o, ramazan ayının orucunu bilərəkdən və heç bir şəri üzr olmadan iftar edibsə, orucun qəzasından əlavə, kəffarə də verməlidir – istər orucu iftar etdiyi vaxt kəffarənin ona vacib olduğunu bilmişdir, istərsə də bunu bilməmişdir.

       

      Sual 823: Əgər həkim xəstəyə orucun ona zərəri olduğunu desə və xəstə də oruc tutmasa, amma bir neçə ildən sonra xəstə orucun ona zərəri olmadığını və həkimin qənaətinin səhv olduğunu başa düşsə, xəstəyə orucun qəzası və kəffarəsi vacib olurmu?
      Cavab: Əgər mütəxəssis və etibarlı bir həkimin sözünə, yaxud başqa bir məntiqi əsasa görə xəstədə oruc tutmağın ona zərəri olacağına dair qorxu yaransa və buna görə oruc tutmasa, ona təkcə orucun qəzası vacib olur.
       

      [1] Sahur – obaşdanlıq, yəni oruc tutan müsəlmanların sübh azanından qabaq yedikləri yemək deməkdir.
    • Orucun müxtəlif məsələləri
    • Hilalı görmək
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /