Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAM
    • İKİNCİ FƏSİL: ƏRƏFATDA VUQUF ETMƏK
    • ÜÇÜNCÜ FƏSİL: MƏŞ`ƏRUL-HƏRAMDA VUQUF ETMƏK
    • DÖRDÜNCÜ FƏSİL: RƏMYİ-CƏMƏRƏ
    • BEŞİNCİ FƏSİL: QURBAN KƏSMƏK
    • ALTINCI FƏSİL: TƏQSİR VƏ YA HƏLQ
    • YEDDİNCİ FƏSİL: MƏKKƏNİN ƏMƏLLƏRİ
    • SƏKKİZİNCİ FƏSİL: MİNADA BEYTUTƏ
      Çap versiyası  ;  PDF
       
      SƏKKİZİNCİ FƏSİL: MİNADA BEYTUTƏ

       

      Məsələ 433. Həccin on ikinci vacib əməli və Minanın dördüncü əməli “beytutə”dir.
      Məsələ 434. Zil-hiccənin 11-ci və 12-ci gecələri Minada beytutə etmək, yəni gecələmək vacibdir. Beləliklə, Qurban bayramı günü iki təvafı yerinə yetirmək və bu təvafların namazını qılmaq, həmçinin səyi yerinə yetirmək üçün Minadan Məkkəyə gedən şəxs beytutə üçün Minaya geri qayıtmalıdır.
      Məsələ 435. Qeyd edilən gecələrdə Minada beytutə etmək aşağıdakı şəxslərə vacib deyildir:
      1- Xəstələr və onlara xidmət göstərən şəxslər, ümumiyyətlə müəyyən üzrə görə beytutə etməkdə çətinlik çəkən şəxslər;
      2- Malının və yol azuqəsinin Məkkədə itməsindən və ya oğurlanmasından qorxan şəxslər;
      3- Bu iki gecəni sübhədək Məkkədə ibadətlə keçirən və ibadətdən qeyri bir iş görməyən və yalnız zəruri iş üçün, məsələn, ehtiyac miqdarında yemək və içmək, yaxud ayaqyoluna getmək və dəstəmaz almaq üçün ibadətdən ayrılan şəxslər.
      Məsələ 436. Minada beytutə etmək ibadətdir və bunun üçün niyyət etmək lazımdır. Niyyətin qaydası əvvəldə açıqlanıbdır.
      Məsələ 437. Günəş qürub etdikdən etibarən gecə yarısınadək Minada gecələmək “beytutə” üçün kifayət edir. Əgər bir şəxs heç bir üzrü olmadan gecənin birinci yarısını və ya onun bir hissəsini beytutə etməzsə, gecənin ikinci yarısını beytutə etməlidir. Əlbəttə, gecənin ikinci yarısında ixtiyari şəkildə beytutə etməyin icazəli olması uzaq ehtimal deyildir.
      Məsələ 438. Minada vacib beytutəni tərk edən və gecəni Məkkədə də ibadətlə məşğul olmayan şəxs hər gecə üçün bir qoyun kəffarə verməlidir. Ehtiyata görə, bu hökm baxımından üzrlü şəxs ilə üzrü olmayan şəxs arasında, yaxud məsələni bilməyən şəxs ilə məsələni unudan şəxs arasında fərq yoxdur.
      Məsələ 439. Zil-hiccənin 12-ci günü Minadan xaric olmağa icazəsi olan şəxs şəri zöhrdən sonra Minadan xaric olmalıdır. O, şəri zöhrdən qabaq Minadan xaric ola bilməz.
    • DOQQUZUNCU FƏSİL: ÜÇ SÜTUNU DAŞLAMAQ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /