Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
    • BİRİNCİ FƏSİL: HƏCCƏTUL-İSLAM
    • İKİNCİ FƏSİL: NİYABİ-HƏCC
      • Naib şəxsin şərtləri
      • Naibliyi edilən şəxsin şərtləri
      • Həcc üçün naibliyə aid məsələlər
        Çap versiyası  ;  PDF
         
        Həcc üçün naibliyə aid məsələlər

         

        Məsələ 83. Naib şəxs ilə naibliyi edilən şəxsin eyni cinsin nümayəndəsi olması şərt deyildir. Deməli, qadın kişi üçün və kişi də qadın üçün naib ola bilər.
        Məsələ 84. “Sərurə şəxs” (yəni indiyədək həcc yerinə yetirməyən və ilk dəfə həcci yerinə yetirən şəxs) həm “sərurə şəxs”ə, həm də “qeyri-sərurə şəxs”ə naib ola bilər. Burada naib şəxsin və ya naibliyi edilən şəxsin kişi, yaxud qadın olmasının fərqi yoxdur.
        Məsələ 85. Niyabi-həcdə “naib şəxs”in naiblik niyyəti etməsi və “naibliyi edilən şəxs”in, hətta ümumi şəkildə olsa belə, təyin edilməsi şərtdir. Amma “naib şəxs”in “naibliyi edilən şəxs”in adını çəkməsi vacib deyildir.
        Məsələ 86. Vaxtın azlığına görə şəri vəzifəsi “təməttu həcci”ndən “ifrad həcci”nə keçmək olan şəxsi əcir tutmaq düzgün deyildir. Amma vaxtın geniş olduğu dönəmdə naib şəxs əcir tutulsa, amma sonra təsadüfən vaxt onun üçün daralsa, o, “təməttu həcci”ndən “ifrad həcci”nə keçməlidir. Onun əməli “naibliyi edilən şəxs”in təməttu həcci üçün kifayət edir və ücrət almaq onun haqqıdır.
        Məsələ 87. Əgər naib şəxs ehram bağladıqdan və hərəmə daxil olduqdan sonra vəfat etsə, “naibliyi edilən şəxs”in boynundan şəri vəzifənin götürülməsi məqsədilə naib tutulduğu təqdirdə – ümumiyyətlə, əcirlik müqaviləsində elə bu məqsəd nəzərdə tutulur – əcir şəxs ücrətin hamısını almaq haqqına malik olacaqdır. Bu zəhmət haqqı onun varislərinə verilməlidir.
        Məsələ 88. Əgər bir şəxs müəyyən məbləğ zəhmət haqqı qarşılığında həcci yerinə yetirmək üçün əcir olsa və bu məbləğ onun xərclərindən az olsa, əcir tutan şəxsin bu xərcləri tamamlaması (yəni çatışmayan məbləği də verməsi) vacib deyildir. Digər tərəfdən, əgər əcir şəxsə verilən məbləğdən artıq qalarsa, əcir tutan şəxsin artıq qalan bu məbləği ondan geri almağa haqqı yoxdur.
        Məsələ 89. “Naib şəxs”in yerinə yetirdiyi həccin “naibliyi edilən şəxs” üçün kifayət etmədiyi vurğulanan hallarda, əgər naib şəxs həmin il həcci yerinə yetirmək üçün əcir tutulubsa, o, aldığı zəhmət haqqını əcir tutan şəxsə geri qaytarmalıdır. Əks halda, sonrakı illərdə “naibliyi edilən şəxs” tərəfindən həcci yerinə yetirməlidir.
        Məsələ 90. Əgər bir şəxs həccin bəzi əməllərini yerinə yetirməkdə üzrlüdürsə, niyabi-həcc üçün əcir ola bilməz. Üzrlü şəxs o şəxsdir ki, həccin “ixtiyari əməlləri”ni yerinə yetirə bilmir, məsələn, “təlbiyə”ni (“Ləbbeyk”i) düzgün şəkildə deyə bilmir və təvaf namazını düzgün şəkildə qıla bilmir, təvafda və səydə öz ayağı ilə yol gedə bilmir, sütuna öz əli ilə daş ata bilmir, təyin edilən vaxtda Ərəfat və Məş`ərdə vuquf edə bilmir, Minada gecələyə bilmir. Yəni onun durumu həccin bəzi əməllərinin yerinə yetirilməməsi ilə nəticələnir. Amma əgər bir şəxsin durumu həccin bəzi əməllərinin yerinə yetirilməməsi ilə nəticələnməzsə və o, yalnız ehramın bəzi haram işlərini görməkdə üzrlü olarsa, niyabi-həcc üçün əcir olması düzgündür.
        Məsələ 91. Əgər naib şəxs niyabi-həcc əsnasında üzrlü vəziyyətə düşərsə, onun durumu həccin bəzi əməllərinin yerinə yetirilməməsi ilə nəticələndiyi təqdirdə, əcirlik müqaviləsinin pozulması uzaq ehtimal deyildir. Ehtiyata görə, “naibliyi edilən şəxs” üçün yenidən həcc yerinə yetirilməli və zəhmət haqqı barəsində “naib şəxs” ilə “naibliyi edilən şəxs” arasında razılaşma əldə edilməlidir.
        Məsələ 92. Məş`ərul-həramda “ixtiyari-vuquf”u yerinə yetirməkdə üzrlü olan şəxsin naibliyi düzgün deyildir. Əgər belə bir şəxs naib olsa, ücrət almağa haqqı yoxdur. Məsələn, zəif insanlara yoldaşlıq etməli olan və ya dəstə üçün bəzi işləri görməkdən ötrü şəri sübh daxil olmamışdan qabaq Məş`ərdən Minaya getməli olan dəstə xidmətçisini nümunə göstərmək olar. Əgər belə bir şəxs niyabi-həcc üçün əcir olsa, Məş`ərul-həramda “ixtiyari-vuquf”u və həcci yerinə yetirməlidir.
        Məsələ 93. Üzrlü olan naibin həccinin kifayət etməməsi məsələsində naibin əcir olması, yaxud da zəhmət haqqı almadan və təmənnasız naib olması arasında fərq yoxdur. Həmçinin naib şəxsin və ya naib tutan şəxsin üzrdən məlumatsız olması arasında fərq yoxdur. Eləcə də naib şəxs və ya naib tutan şəxsin mövcud üzr ilə naibliyin düzgün olmadığını bilməmələri arasında fərq yoxdur. Məsələn, naib şəxs bilmir ki, Məş`ərul-həramda “iztirari-vuquf” ilə kifayətlənə bilməz.
        Məsələ 94. İstər təqlid əsasında olsun, istərsə də ictihad əsasında olsun, naib şəxs öz vəzifəsinə əməl etməlidir.
        Məsələ 95. Əgər naib şəxs ehram bağladıqdan və hərəmə daxil olduqdan sonra vəfat etsə, bu miqdar əməl “naibliyi edilən şəxs” üçün həccin yerinə yetirilməsi baxımından kifayət edir. Amma əgər ehram bağladıqdan sonra, lakin hərəmə daxil olmamışdan qabaq vəfat etsə, ehtiyat-vacibə görə, onun əməli kifayət etmir. Bu hökm baxımından onun naibliyinin pulsuz olması, yaxud da zəhmət haqqı qarşılığında olmasının fərqi yoxdur. Həmçinin həccətul-islam, yaxud da başqa bir vacib həcc üçün naiblik etməsinin fərqi yoxdur.
        Məsələ 96. Başqasının naibi olaraq həccə gedən şəxs əgər özü həccətul-islam yerinə yetirməyibsə, ehtiyat-müstəhəbə görə, həcc əməllərindən sonra Məkkədə olduğu müddətdə mümkün olduğu təqdirdə, özü üçün “mufrədə umrə” yerinə yetirsin.
        Məsələ 97. Naib şəxs naibliyi yerinə yetirdikdən sonra özü və ya başqası üçün təvaf edə, yaxud mufrədə umrə yerinə yetirə bilər.
        Məsələ 98. “İman” (yəni şiə olmaq) ümumi naiblikdə ehtiyat-vacibə əsasən şərt olduğu kimi, naibliyə icazə verilən digər əməllərdə, məsələn, təvaf etmək, daş atmaq və qurban kəsməkdə də, ehtiyat-vacibə əsasən şərtdir.
        Məsələ 99. “Naib şəxs” həcc əməllərini “naibliyi edilən şəxs” tərəfindən yerinə yetirdiyini niyyət etməlidir. Həmçinin “naibliyi edilən şəxs” tərəfindən “Nisa təvafı”nı yerinə yetirməlidir.

         

  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /