Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
    • BİRİNCİ FƏSİL: HƏCCƏTUL-İSLAM
    • İKİNCİ FƏSİL: NİYABİ-HƏCC
      • Naib şəxsin şərtləri
        Çap versiyası  ;  PDF
         
        Naib şəxsin şərtləri

         

        Məsələ 79. Naib şəxs aşağıdakı şərtlərə malik olmalıdır:
        1- Ehtiyat-vacibə görə, həddi-büluğa çatan şəxs olmalıdır. Deməli, həddi-büluğa çatmayan şəxsin həcc üçün naibliyi “həccətul-islam”, ümumiyyətlə, vacib həcc üçün kifayət etmir.
        2- Ağıllı şəxs olmalıdır. Deməli, dəli şəxsin – dəliliyi istər daimi olsun, istərsə də dövri olsun – dəli vəziyyətində yerinə yetirdiyi əməllər düzgün deyildir.
        3- İmanlı şəxs olmalıdır (yəni on iki imam şiəsi olmalıdır). Ehtiyat-vacibə görə, qeyri-möminin naibliyi kifayət etmir.
        4- Həccin hökmlərini və əməllərini bilən bir şəxs olmalıdır. Belə ki, həccin əməllərini – hətta əməl zamanı başqalarının yönəltməsi ilə olsa belə – düzgün yerinə yetirməlidir.
        5- Həcci yerinə yetirdiyi ildə naib şəxsin boynuna vacib həcc gəlməməlidir. Amma əgər o, həccin ona vacib olmasından xəbərsiz olsa, onun niyabi-həccinin düzgün olması uzaq ehtimal deyildir.
        6- Naib şəxs həccin bəzi əməllərini tərk etməkdə üzrlü olmamalıdır. Bu şərtin izahı və ona aid hökmlər sonrakı məsələlərdə[1] açıqlanacaqdır.
        Məsələ 80. Niyabi həcc ilə kifayətlənmək üçün “naib şəxs”in həcci “naibliyi edilən şəxs”in əvəzindən yerinə yetirdiyinə əminlik hasil olmalıdır. Amma “naib şəxs”in həcci yerinə yetirdiyi dəqiqləşdikdən sonra onun həcci düzgün yerinə yetirdiyinə dair əminlik əldə etmək lazım deyildir. Əksinə, onun əməlinin düzgün olduğunu qəbul etmək lazımdır.
         

        [1] Məsələ 90-dan başlayaraq bir neçə məsələ
      • Naibliyi edilən şəxsin şərtləri
      • Həcc üçün naibliyə aid məsələlər
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /