Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
    • Həccin dəyəri və əhəmiyyəti
      Çap versiyası  ;  PDF
       
      Həccin dəyəri və əhəmiyyəti

       

      Həcc – müqəddəs İslam şəriətində xüsusi ayinlərin məcmusudur. Həcc ziyarəti İslam dininin təməl sütunlarından sayılır. Hədislərin birində İmam Baqir (ə) buyurub:
      بُنِیَ الْاِسلَامُ عَلَیٰ خَمْسٍ، عَلَی الصَّلَاةِ وَ الزَّکَاةِ وَ الصَّوْمِ وَ الْحَجِّ وَ الْوِلَایَةِ.
      “İslam beş sütun üstündə qurulub: Namaz, zəkat, oruc, həcc və vəlilik.”[1]
      İstər vacib həccin, istərsə də müstəhəb həccin böyük dəyəri və çoxlu mükafatı vardır. Həccin dəyəri barəsində Həzrət Peyğəmbərdən (s) və onun pak Əhli-beytindən (ə) çoxsayda hədis nəql olunubdur. İmam Sadiq (ə) buyurub:
      اَلْحَاجُّ وَ الْمُعْتَمَرُ وَفْدُ اللهِ، إِنْ سَأَلُوهُ أَعْطَاهُمْ، وَ إِنْ دَعُوهُ اَجَابَهُمْ، وَ إِنْ شَفَعُوا شَفَّعَهُمْ، وَ إِنْ سَکَتُوا اِبْتَدَأَهُمْ، وَ یُعَوِّضُونَ بِالدِّرْهَمِ أَلْفَ أَلْفَ دِرْهَمٍ.
      “Həcc və umrə yerinə yetirənlər Allah yoluna çıxan müsafirlərdir. Əgər onlar Allahdan bir şey istəsələr, Allah bu şeyi onlara əta edər. Əgər onlar Allahı çağırsalar, Allah onlara cavab verər. Əgər onlar şəfaət etsələr, Allah onların şəfaətini qəbul edər. Onlar sakit olduqda, Allah onlarla (ünsiyyətə) başlayar. Onlar (həcc səfərində xərclədikləri) hər dirhəmin əvəzində min-min dirhəm geri alarlar.”[2]
       

      [1] “Əl-Kafi”, c. 2, səh. 18, hədis: 1; “Vəsailuş-şiə”, c. 1, səh. 7, hissə: 1, hədis: 1
      [2] “Əl-Kafi”, c. 4, səh. 255, hədis: 14
    • Həcci tərk etməyin hökmü
    • Həcc və umrənin qisimləri
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /