Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
- İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
- ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
- Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
- Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
- Həddi-büluğa çatmayan və əqli qüsuru olan şəxslərin xümsü
- Altıncı fəslin xülasəsi və diqqətəlayiq məqamlar
Altıncı fəslin xülasəsi və diqqətəlayiq məqamlar
Xümsün müxtəlif məsələləri
- Xümsün hökmlərini bilən, amma əmlakına xümsün düşüb-düşmədiyini bilməyən şəxsin öhdəsində şəri vəzifə yoxdur. Amma əgər bu şəkk məsələnin hökmünü bilməməkdən irəli gələrsə, bu barədə araşdırma aparması vacibdir.
- Bir şəxsin yanında əmanət qoyulan pulun xümsünü ödəmək həmin şəxsə vacib deyildir.
- İslam Respublikasının dövlət qanunları əsasında təyin edilən vergiləri ödəmək qanunun şamil olduğu bütün fərdlərə vacibdir və ödədikləri vergi onların məunəsindən (məişət xərclərindən) hesab edilir. Amma ödədikləri dövlət vergiləri “xüms” və “zəkat”ı əvəz etmir. Buna görə də xüms ilinin sonunda ilin gəlirinin məişət xərclərindən artıq qalan hissəsinin xümsünü ayrıca olaraq verməlidirlər.
- Xümsü mərcəyi-təqlidin vəkilinə və nümayəndəsinə verdikdən sonra mükəlləf onu geri tələb edə və ya ondan istifadə edə bilməz.
- Xümsü bank vasitəsilə ödəməyin iradı yoxdur.
- Həddi-büluğa və şəri vəzifə yaşına çatmayan uşağa zəkat vacib olmur. Amma əgər onun malına xüms düşərsə (məsələn, onun mədənindən faydalı qazıntı çıxarılarsa, yaxud halal malı harama qarışarsa), xümsü ödəmək onun “şəri sahibi”nə vacibdir. Amma belə uşağın əmlakı ilə edilən ticarətin gəliri və özünün əldə etdiyi iş gəliri istisnadır. Belə ki, bu gəlirlərin xümsünü ödəmək uşağın “şəri sahibi”nə vacib deyildir. Həmin gəlir qaldığı təqdirdə, uşaq şəri vəzifə yaşına çatdığı zaman onun xümsünü vermək ehtiyata görə onun özünə vacib olacaq.
- Əgər bir şəxs şəri vəzifənin onun boynundan götürüləcəyi həddə şüurunu itirmişdirsə, onun öz əmlakından istifadə etməsi, o cümlədən xüms ödəməsi düzgün deyildir. Amma həmin şəxs vəfat etdikdə onun xüms borcunu irsdən ödəmək varislərinin vəzifəsidir və yalnız bundan sonra irsdən istifadə edə bilərlər.
Bir neçə terminin izahı
1. Maliyyət: Satışı mümkün olan əmtəə, cins, mal və əmlakın üzərinə qoyulan ad. Bu tərifə görə, bir ədəd buğda dənəsinin “maliyyət”i yoxdur. Həmçinin qiyməti çox az olduğuna görə satılmayan şeylərin, məsələn, küçələrin torpağının, maliyyəti yoxdur.
2. Ehtiyat vacib: Təqlid mərcəsi qəti və yəqini fətva vermək üçün dəlil tapmayanda “ehtiyat vacibə əsasən” hökmünü bəyan edir. Belə halda müqəllid həm öz mərcəsinin göstərişinə və həm də həmin məsələdə konkret fətva verən mərcənin hökmünə müraciət edə və onun nəzəri əsasında əməl edə bilər.
3. Məunə: Bir nəfərin özünün və ailəsinin dolanışığı üçün lazım olan zəruri xərclər, o cümlədən yemək, libas və ev xərcləri...
4. Nəfəqə: Bir nəfərin gündəlik xərclərinin ödənişi üçün verilən pul, əmtəə. Kişinin arvadına, valideynin övladına, övladın valideynə verdiyi gündəlik dolanışıq xərcləri kimi. Kişiyə arvadının, övladlarının və imkansız valideynlərinin dolanışıq xərclərini vermək vacibdir.
5. Ürfi şə`n: Hər bir kəsin ictimai mövqe və durumu baxımından insanların nəzərində özünəməxsus bir rəftar tərzi və görünüşü olmalıdır. Bu hala “ürfi şə`n” deyilir. Buna görə də bir nəfər kasıbdırsa, həftəlik dolanışıq xərclərini verib arvadı üçün qızıl alarsa, cəmiyyət onu qınayacaq. Çünki o, bu halda öz ürfi şəninə uyğun rəftar etməyib.
6. Ribh (gəlir): Ticarətdən əldə edilən qazanc və gəlir.
7. Hibə: hədiyyə.
8. Əhvət: Fəqihlər arasında yayılmış termindir və iki yerdə işlənilir: 1. Ehtiyat vacib; 2. Ehtiyat müstəhəb. Ehtiyat müstəhəbdə fəqih və müctəhid bir məsələyə icazə fətvası verir və sonra müqəllidə tövsiyə edir ki, bu işi görməkdə ehtiyat etsin.
-