Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
      • İmamın (r) silahdaşlarının böyük Dini Rəhbərin fəaliyyəti və şəriət elmi sahəsində məqamı haqda mülahizələri
      • “Onun dini rəhbərlik üçün ictihadı yetərlidir”
      • “Seyid Əli Xameneyi bizim fikrimizcə ən layiqli şəxsdir”
      • İlahinin İmamdan (r) sonrakı ehtiyatı
      • Böyük dini rəhbərin həyat tarixçəsinə qısa bir baxış
        Çap versiyası  ;  PDF
        Böyük dini rəhbərin həyat tarixçəsinə qısa bir baxış:
        Doğulduğu tarix – 28 səfər 1318 h.ş.
        1330-cu ildə Elmi mərkəzdə V sinfə daxil olub və 1336-cı ildə Səth dərslərini başa vuraraq, Xaric dərslərə başlayıb.                   
        1336-cı ildən iki il müddətində Nəcəfdə elmi mərkəzdə dərs alaraq, 1337-ci ilin axırlarından 1343-cü ilədək 6 il müddətində Qumda yaşayıb.
        1341-ci ildən mübarizə meydanına daxil olub və 1342-ci ildə Taşura günündə ilk dəfə şah rejimi tərəfindən həbs edilib.
        1342-ci ilin ramazan ayının 16-da qızğın bir nitq söylədikdən sonra Zahidan cümə məscidində Savak tərəfindən həbs olunaraq, iki ay həbsxanada qalır.
        1343-cü ildə “On nəfər ruhani” təşkilatına daxil olmaq üçün Tehranda Həzrət Ayətullah Haşimi ilə bir il müddətində bir evdə qalırlar.
        1343-cü ildə həzrət 25 yaşında ikən Məşhədə qayıdır.
        1343-1349-cu illərdə bir neçə dəfə Savak tərəfindən tutularaq həbsxanaya salınır.
        1346-cı ilin fərvərdin ayının 14-də Məşhəddə bir neçə dəfə həbs olunaraq həbsxanaya salınır və bu dörd davam edir.
        1346-cı ildə iki dəfə Qumda həbs olunur, ancaq elə həmin gün azadlığa buraxılır.
        1349-cu ildə Ayətullah Həkim vəfat etdikdən sonra, İmamın kursunu və mərcəiyyətini təbliğ etməkdən ötrü həbs olunur və dörd ay həbsxanada saxlanılır.
        1350-ci ildə şahlıq hakimiyyətinin 2500 illiyi təntənəli şəkildə qeyd olunarkən elektrik qüllələrinin partladılması əməliy-yatından sonra həzrət həbs olunur və iki ay azadlıqdan məhrum edilir.
        1350-ci ildə beşinci dəfə həbs olunub  həbsxanaya salınır və bir müddətdən sonra azad edilir.
        1350-1353-cü illərdə Məşhədin üç məscidində – Kəramət, İmam Hüseyn və Mirzə Cəfər məscidlərində təfsirdən və ideologiyadan dərs deyir. 32 yaşında o, artıq möhtərəm bir şəxs idi.
        1353-cü ildə yenidən həbs olunur və Savakın məxfi kamerasında saxlanılır. Bu, onun artıq altıncı dəfə tutulması idi və iki ay davam edir.
        1356-cı ildə həzrət təşkilati işlə əlaqədar dostlarından bir qrupu ilə yola düşəndə həbs olunurlar və bir neçə gün həbsxanada saxlanıldıqdan sonra İranşəhrə sürgün edilirlər. Sürgün 1357-ci ilədək davam edir.
        1357-1358-ci illərdə inqilabın yüksək səviyyəyə çatdığı illərdə yaranmış zərurətlə əlaqədar olaraq İslam Respublikası Partiyası yaradılır.
        1358-ci ilin fərvərdin ayında İmam tərəfindən Sistan və Bəlucistan vilayətlərindəki vəziyyətlə tanış olmaq və adamların tələblərini öyrənmək tapşırığı alır. Həzrət Kirman təyyarə meydanında olarkən İslam respublikası ilə bağlı keçirilən referendumla əlaqədar olaraq bülleteni qutuya atır.
        1358-ci ildə Müdafiə nazirliyində İslam İnqilab Şurasının nümayəndəsi olur.
        1358-ci il mordad ayının 27-də müdafiə nazirinin müavini vəzifəsinin məsuliyyəti də onun öhdəsinə qoyulur.
        1358-ci il azər ayının 10-da Həzrət İmam (r) tərəfindən İslam inqilabının  mühafizəçilər korpusuna rəhbər təyin olunur.
        1359-cu ilin xordad ayında İslam Şurası Məclisinə birinci çağırış seçkilərində iştirak edir və Tehranın bir milyon dörd yüz min nəfəri ona səs verir.
        1359-cu ildə Həzrət İmam (r) tərəfindən Ali Müdafiə Şurasına üzv təyin edilir.
        1359-cu ilin dey ayının 24-də İmamın fərmanı ilə Tehran Cümə məscidinə imam təyin olunur.
        1360-cı ilin şəhrivər ayının 10-da İslam Respublikası Partiyasının üçüncü baş katibi seçilir.
        1360-cı ilin tir ayının 6-da Abuzər məscidində həzrətə qarşı terror həyata keçirilir və o, 42 gün müddətində xəstəxanada yatır. Həmin vaxt o, sağ əlindən yara alır və İslam inqilabının fədaisi olur.
        1360-cı ilin mehr ayının 13-də 16.846996 nəfər səslə İran İslam Respublikasının prezidenti seçilir.
        1360-cı ilin mehr ayının 17-də Fitir bayramı ərəfəsində həzrətin respublika prezidenti seçilməsi barədə fərman Həzrət İmam (r) tərəfindən təsdiq edilir.
        1364-cü ilin mordad ayında həzrət ikinci dəfə 12.203870  nəfər səslə (85,67%) İran İslam Respublikasının prezidenti seçilir.
        1368-ci ilin xordad ayında həzrət prezidentliyinin sonuna bir neçə  ay qalmış Dini İşlər üzrə Ali Mütəxəssislər Məclisi tərəfindən Həzrət İmamın (r) rəhmətə getməsi ilə əlaqədar olaraq İslam respublikasının dini rəhbəri seçilir.
        1368-ci ildən bu günədək, İnşallah, Həzrət Mehdi (ə.c) zühur edənədək və İslam bayrağını onun əsl sahibinə (ə.c) təqdim edənədək  ölkənin rəhbəri olaraq qalacaqdır. İnşallah.

    • İstifadə olunan ədəbiyyat
700 /