Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
      • Yetmiş dördüncü dərs: Ənfal
        Çap versiyası  ;  PDF
         
        Yetmiş dördüncü dərs: Ənfal

         

        Ənfalın mənası
        Ənfal – Həzrət Peyğəmbərin (s) və onun məsum canişinlərinin (ə) ixtiyarında olan ümumi sərvətdir. Qeyb dövründə bu sərvət “müsəlmanların vəliyyi-əmri”nin ixtiyarındadır (başqa sözlə, İslam hökumətinin istifadəsindədir) və cəmiyyətin ümumi xeyrinə olan işlərə sərf olunmalıdır.
         
        Ənfalın mənbələri
        Ənfalın mənbələri aşağıdakılardır:
        1- Fəy: Qoşun çəkmədən və döyüş aparmadan müsəlmanların əlinə keçən qənimət, istər torpaq olsun, istərsə də torpaqdan qeyri bir şey olsun;
        2- Becərilməmiş xam torpaqlar: Belə ki, bu torpaqlar məhsuldar vəziyyətə gətirilmədən və abad edilmədən istifadəyə yararlı deyildir;
        3- Tərk edilmiş şəhər və kəndlər;
        4- Dənizlərin və böyük çayların sahilləri;
        5- Meşəliklər, təbii qamışlıqlar, dərələr, dağların zirvələri;
        6- Döyüşlərdə müsəlmanların əlinə keçən şahların seçilən və qiymətli əşyaları;
        7- Dəyərli və seçilən qənimətlər, məsələn cins at, qiymətli paltar və s.;
        8- Müsəlmanların rəhbərinin izni olmadan aparılan döyüşlərdə ələ keçən qənimətlər;
        9- Varisi olmayan mərhumun əmlakı;
        10- Mədənlər.
         
        Diqqət:
        • Kərpic zavodlarının kənarında torpağının satılması məqsədilə alınan ərazi əgər abad olarsa və şəri baxımdan satıcının xüsusi mülkü hesab olunarsa, baxmayaraq ki, alğı-satqı nəticəsində bu torpaq sahəsi alıcının xüsusi mülkü olur və ənfaldan hesab olunmur, amma oranın torpağının satılmasından əldə edilən gəlirin vergisini ödəmək (İranda) İslam Şurası Məclisinin təsdiq etdiyi qanuna əsaslandığı və bu qanun Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiqləndiyi təqdirdə, bu vergi ödənməlidir və dövlətin onu tələb etməyə haqqı vardır.
        • Şəhər İcra İdarəsi çayların dibindəki daşlardan və qumlardan şəhərlərin salınması və abadlaşdırılması üçün istifadə edə bilər. Ayrı-ayrı şəxslər tərəfindən böyük və ümumi çayların yatağına sahiblik iddiası məqbul deyildir.
        • Heç zaman heç kimin şəxsi mülkü olmayan təbii otlaqlar ənfal və ümumi sərvət hesab olunur və bu ərazilər müsəlmanların vəliyyi-əmrinin ixtiyarındadır. Onların alğı-satqısı heç bir vəchlə düzgün deyildir. Həmçinin köçəri həyat tərzi sürən tərəkəmələrin oralardan get-gəl etməsi onların bu ərazilərə sahiblənməsinə səbəb olmur.
        • Heç zaman heç kimin şəxsi mülkü olmayan təbii və ümumi otlaqların otu şəxsi mal deyildir və şəxslər tərəfindən onun satılmasına icazə verilmir. Amma dövlət tərəfindən təyin edilən kəndin icra başçısı həmin otlaqlarda öz heyvanlarını otarmağa icazəli olan şəxslərdən kəndin ümumi işləri üçün müəyyən məbləğ pul ala bilər.
        • Əgər bir şəxsin şəxsi mülk olan ərazilərin qonşuluğunda yerləşən otlaqlarda öz heyvanlarını otarmaq icazəsi vardırsa, bu o demək deyildir ki, bu şəxs şəxsi mülk olan ərazilərə daxil ola və oradakı sudan istifadə edə bilər. Bu ərazilərin sahibinin icazəsi olmadan ora daxil olmaq və oradakı sudan istifadə etmək icazəli deyildir.
        • Şəri baxımdan “vəqf”in düzgünlüyü vəqf olunan şeyin “qanuni şəxsi əmlak olması” ilə şərtlənir, necə ki, hansısa bir əmlakın irs yolu ilə başqa bir şəxsin mülkiyyətinə keçməsi həmin əmlakın mərhumun “şəxsi əmlakı olması” ilə şərtlənir. Odur ki, indiyədək heç kimin şəxsi əmlakı olmayan və heç kim tərəfindən abadlaşdırılmayan təbii meşələr və otlaqlar şəxsi əmlak hesab olunmur, buna görə də vəqf oluna və ya irs ötürülə bilməz. Hər halda, ayrı-ayrı şəxslərin meşələrdə şəri və qanuni icazə ilə saldıqları əkin sahələri, tikdikləri yaşayış evləri və s. şəxsi əmlak olduğuna görə, həmin ərazilər vəfq olunduğu təqdirdə vəqfin şəri sahibləri onlardan istifadə edə bilərlər. Əks təqdirdə, bu əmlak öz sahibinin ixtiyarındadır. Amma meşələrin təbii meşəlik və otlaq şəklində qalan hissələri ənfal və ümumi sərvət hesab olunur və bu ərazilər qanunlara müvafiq olaraq İslam dövlətinin ixtiyarındadır.
         
        Suallar:
        1- Ənfal nədir?
        2- Ənfalın mənbələri hansılardır?
        3- Əgər bir şəxs kərpic zavodlarının kənarında torpağını satmaq məqsədilə ərazi alarsa, bu ərazi ənfaldan hesab olunurmu? Əgər ənfaldan hesab olunmazsa, on faiz nisbətində Şəhər İcra İdarəsinə vergi verildiyini nəzərə alaraq, dövlətin də satılan bu torpaq üçün vergi tələb etməyə haqqı varmı?
        4- Şəhər İcra İdarəsi çayların dibindəki daşlardan və qumlardan şəhərlərin salınması və abadlaşdırılması üçün istifadə edə bilərmi? İstifadə etdiyi təqdirdə, ümumi çayların yatağına ayrı-ayrı şəxslərin sahiblik iddiası məqbuldurmu?
        5- Tərəkəmələrin otlaqlarının alğı-satqısı nə zaman düzgündür?
        6- Şəxsi əkin sahələrinin qonşuluğunda yerləşən otlaqlarda öz heyvanlarını otarmaq icazəsi olan heyvandarlar bu əkin sahələrinin suyundan özləri və heyvanları üçün istifadə etmək məqsədilə sahibinin icazəsi olmadan ora daxil ola bilərlərmi?
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /