Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
    • Hamiləliyin qarşısının alınması
    • Uşaq saldırmaq
    • Süni mayalanma
      Çap versiyası  ;  PDF
       
      Süni mayalanma

       

      Sual 1272:
      1) Toxum (sperma) və yumurta hüceyrəsi şəri nikahlı ər və arvaddan götürüldüyü təqdirdə, laboratoriya şəraitində süni mayalanma əməliyyatının aparılmasına icazə verilirmi?
      2) İcazə verildiyi təqdirdə, bu iş xarici həkimlər tərəfindən həyata keçirilə bilərmi? Bu yolla dünyaya gələn uşaq toxum və yumurta hüceyrəsinin sahibi olan ər və arvada aiddirmi?
      3) Bu işə icazə verilmədiyi təqdirdə, ailə həyatını qurtarmağın bu işə bağlı olduğu hal istisna hal hesab olunurmu?
      Cavab:
      1) Bu işin öz-özlüyündə maneəsi yoxdur, amma haram müqəddimələrdən, məsələn, haram toxunuş və baxışdan çəkinmək vacibdir.
      2) Bu yolla dünyaya gələn uşaq toxum və yumurta hüceyrəsinin sahibi olan ər və arvada aiddir.
      3) Qeyd olundu ki, sözügedən işə icazə verilir.

       

      Sual 1273: Bəzi ər-arvadlar qadında yumurta hüceyrəsinin əmələ gəlməməsi (folekulun partlamaması) səbəbilə - belə ki, mayalanma üçün yumurta hüceyrəsinin əmələ gəlməsi zəruridir – ayrılmaq məcburiyyətində qalırlar. Yaxud bu xəstəliyi müalicə etdirməyə maddi imkanları çatmadığına və övlad sahibi olmadıqlarına görə, ailədə çətinliklər və psixoloji problemlər yaşayırlar. Belə durumda elmi üsullardan istifadə edərək başqa bir qadının yumurta hüceyrəsi ana bətnindən kənarda ərin sperması ilə mayalandırıla və mayalanmış sperma bu kişinin arvadının uşaqlığına ötürülə bilərmi?
      Cavab: Sözügedən işin öz-özlüyündə maneəsi yoxdur, amma bu yolla dünyaya gələn uşaq sperma və yumurta hüceyrəsinin sahibinə aid olacaqdır. Bu uşağı uşaqlığın sahibi olan qadına aid etməyin maneəsi vardır. Odur ki, əsl-nəsəbə aid şəri hökmlər barəsində ehtiyata riayət olunmalıdır.

       

      Sual 1274: Əgər ərin nütfəsi (sperması) götürülsə və ər vəfat etdikdən sonra onun zövcəsinin yumurta hüceyrəsi ilə süni mayalanma əməliyyatı aparılaraq qadının uşaqlığında yerləşdirilsə:
      1) Şəri baxımdan bu işə icazə verilirmi?
      2) Dünyaya gələn uşaq həmin kişinin övladı hesab olunurmu və şəri baxımdan ona aid olurmu?
      3) Dünyaya gələn uşağa nütfə sahibindən irs düşürmü?
      Cavab: Sözügedən işin öz-özlüyündə maneəsi yoxdur və dünyaya gələn uşaq yumurta hüceyrəsi və uşaqlığın sahibinə aid olur. Həmçinin nütfə sahibinə aid olması da uzaq ehtimal deyildir, amma nütfə sahibindən ona isr çatmır.

       

      Sual 1275: Başqa bir kişinin nütfəsi övlad sahibi olmayan kişinin arvadının uşaqlığına yeridilərək mayalandırma aparıla bilərmi?
      Cavab: Qadının başqa bir kişinin nütfəsi ilə mayalandırılmasının öz-özlüyündə maneəsi yoxdur, amma haram müqəddimələrdən, məsələn, haram baxışdan, haram toxunuşdan və bu kimi başqa işlərdən çəkinmək lazımdır. Hər bir halda, bu yolla dünyaya gələn uşaq həmin qadının ərinə aid olmayacaqdır. Əksinə, nütfənin sahibi olan kişiyə və uşaqlıq və yumurta hüceyrəsinin sahibi olan qadına aid olacaqdır.

       

      Sual 1276:
      1) Əgər ərli bir qadında yaisəliyə və ya başqa bir səbəbə görə yumurta hüceyrəsi əmələ gəlmirsə, kişinin ikinci arvadının yumurta hüceyrəsi ərin nütfəsi ilə mayalandırıla və bu qadının uşaqlığına ötürülə bilərmi? Bu halda bu qadının və ya kişinin ikinci arvadının daimi zövcə, yaxud müvəqqəti zövcə olmalarının bir fərqi vardırmı?
      2) Bu iki qadından hansı biri uşağın anası olacaqdır? Yumurta hüceyrəsinin sahibi olan qadın, yoxsa uşaqlığın sahibi olan qadın?
      3) Əgər bu iş uşaqlıq sahibi olan qadının yumurta hüceyrəsinin zəif olduğuna görə kişinin o biri arvadının yumurta hüceyrəsinə ehtiyac olduğu bir halda həyata keçirilərsə - belə ki, əgər ərin nütfəsi zəif yumurta hüceyrəsi ilə mayalanarsa, uşağın qüsurlu dünyaya gəlməsi qorxusu mövcuddur – bu işə icazə verilirmi?
      Cavab:
      1) Sözügedən işin şəri baxımdan maneəsi yoxdur və bu hökm baxımından zövcələrin nikahının daimi, yoxsa müvəqqəti olması arasında, yaxud da birinin nikahının daimi və digərinin nikahının müvəqqəti olması arasında bir fərq yoxdur.
      2) Uşaq nütfənin və yumurta hüceyrəsinin sahibinə aiddir və uşağın uşaqlığın sahibinə aid edilməsinin maneəsi vardır. Odur ki, bu qadınla əlaqədar əsl-nəsəbin şəri hökmləri baxımından ehtiyata riayət olunmalıdır.
      3) Bu işə icazə verilir.

       

      Sual 1277: Aşağıdakı hallarda qadın vəfat etmiş ərinin nütfəsi ilə mayalandırıla bilərmi?
      1) Ər vəfat etdikdən sonra, amma vəfat iddəsi tamamlanmamışdan qabaq;
      2) Ər vəfat etdikdən sonra, amma vəfat iddəsi tamamlandıqdan sonra;
      3) Əgər bu qadın əri vəfat etdikdən sonra başqa bir kişi ilə izdivac edərsə, birinci ərinin nütfəsi ilə özünü mayalandıra bilərmi? İkinci əri vəfat etdiyi təqdirdə, bu qadın özünü birinci ərinin nütfəsi ilə mayalandıra bilərmi?
      Cavab: Bu işin öz-özlüyündə manəesi yoxdur və vəfat iddəsi tamamlanmamışdan qabaq, yaxud tamamlandıqdan sonra olması arasında fərq yoxdur. Həmçinin qadının yenidən izdivac etməsi, yaxud izdivac etməməsi arasında fərq yoxdur. İzdivac etdiyi təqdirdə də, ikinci əri vəfat etdikdən sonra, yaxud həyatda ikən özünü birinci ərinin nütfəsi ilə mayalandırması arasında fərq yoxdur. Amma əgər onun ikinci əri həyatda olarsa, bu iş onun icazəsi və izni ilə həyata keçməlidir.

       

      Sual 1278: Hazırkı dövrdə uşaqlıqdan kənarda mayalandırılmış yumurta hüceyrələrini xüsusi şəraitdə və aparatlarda canlı saxlamaq və ehtiyac olduğu təqdirdə onları yumurta hüceyrəsinin sahibinin uşaqlığında yerləşdirmək mümkündür. Bu işə icazə verilirmi?
      Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur.

       

    • Cinsiyyəti dəyişdirmək
    • Meyitin yarılması və üzv köçürülmə
    • Sünnət etmək
    • Tibbi təhsil
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /