Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
    • Təqlidin şərtləri
    • İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları
    • Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək
    • Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq
    • Müxtəlif məsələlər
    • Mərcəiyyət və rəhbərlik
      Çap versiyası  ;  PDF
       
      Mərcəiyyət və rəhbərlik

       

      Sual 52: Siyasi, ictimai və mədəni məsələlərdə vəliyyi-fəqihin (müsəlmanların rəhbəri) fətvası ilə mərcəyi-təqlidin fətvası bir-birinə zidd olduqda, müsəlmanların şəri vəzifəsi nədir? Elə bir meyar vardırmı ki, onun əsasında hansı məsələdə vəliyyi-fəqihin və hansı məsələdə mərcəyi-təqlidin verdiyi hökmə əməl edəcəyimizi bilək? Məsələn, əgər musiqi məsələsində mərcəyi-təqlidin nəzəri ilə vəliyyi-fəqihin nəzəri bir-birinə zidd olarsa, kimin nəzərinə əməl etmək vacibdir və kifayət edir? Ümumiyyətlə, vəliyyi-fəqihin nəzəri mərcəyi-təqlidin nəzərindən önəmli olduğu hökumət əmrləri hansılardır?
      Cavab: İslam ölkəsinin idarə edilməsinə və bütün müsəlmanlara aid olan məsələlərdə vəliyyi-fəqihin nəzərinə əməl olunmalıdır. Amma sırf fərdi məsələlərdə hər bir mükəlləf öz mərcəyi-təqlidinin fətvasına əməl etməlidir.

       

      Sual 53: Bildiyiniz kimi, “Usuli-fiqh” elmində “mutəcəzzi ictihad”[1] adlı bir məsələdən bəhs olunur. İmam Xomeyninin (r.ə) mərcəiyyəti rəhbərlikdən ayırması, “mutəcəzzi ictihad” məsələsinə aiddirmi?
      Cavab: Vəliyyi-fəqihin rəhbərliyi ilə mərcəyi-təqlidin mərcəiyyətinin bir-birindən ayrılmasının, “mutəcəzzi ictihad” məsələsinə aidiyyatı yoxdur.

       

      Sual 54: Əgər mən mərcəyi-təqlidlərdən birinə təqlid edirəmsə və bu halda vəliyyi-fəqih zalım kafirlərə qarşı müharibə və ya cihad əmri verərsə, lakin mənim mərcəyi-təqlidim müharibədə iştirak etməyə icazə vermirsə, mən mərcəyi-təqlidimin nəzərinə əməl etməliyəmmi?
      Cavab: İslam ölkəsinin ümumi məsələlərində - belə ki, bu məsələlərdən biri kafirlər və təcavüzkar hegemonlar qarşısında İslamı və müsəlmanları müdafiə etməkdir – vəliyy-fəqihin əmrinə əməl etmək vacibdir.

       

      Sual 55: Vəliyyi-fəqihin əmrinə və ya fətvasına əməl etmək nə dərəcədə əhəmiyyətlidir? Əgər vəliyyi-fəqihin nəzəri ilə ə`ləm mərcəyi-təqlidin nəzəri bir-birinə zidd olsa, kimin nəzəri önəmlidir?
      Cavab: Vəliyyi-fəqihin əmrinə əməl etmək hamıya vacibdir və mərcəyi-təqlidin fətvası vəliyyi-fəqihin əmrinin qarşısını ala bilməz.
       

      [1] Yəni fiqhin müəyyən bir bölümündə və ya bölümlərində ictihada çatmaq.
    • Vəliyyi-fəqih və hakimin hökmü
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /