Oxu / Yüklə:
Böyük Dini Rəhbərin həyat və fəaliyyəti
- BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
- Ön sözHəsən Sədri MazandaraniBÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİHəzrət Zəhranın (s) sülaləsinə mənsub olan
Ayətullah Xameneyinin
tərcümeyi-halıBakı – 2008
Tərcümə edən: Seyid Əliəsgər Behbudlu
Ön sözHüseyn (ə) iftixar və izzət ilidir. Hazırda bu qiyamın bayraqdarı olan Seyid Əli Hüseyni Xameneyi Hüseynin qüdrət bayrağını öz əlində tutub. Onun qəlbində Hüseyn eşqi, əməllərində daim İmam Hüseyn (ə) məramı, dilində “Hüseyn” sözü əzbərdir. O, eşqinin sübutunu göstərən yaralı əlləri ilə inqilab bayrağını İmam Hüseynin (ə) qanının qisasçısı olan Mehdi Sahibəzzamana (ə) təhvil verməyə doğru gedir.
Əzizlərim, dövrün Seyid Əli Hüseynisini yaxşıca öyrənməsək, bu ilahi şəxsiyyəti onun layiq olduğu şəkildə müdafiə edə bilmərik. Çünki eşq dərk etmək, tanımaq tələb edir, əlbəttə ki, məşuqu dərk etmək və tanımaq çox çətindir.
Buna görə də biz çalışdıq ki, böyük dini rəhbərin həyatı ilə bağlı xatirələri toplayaq və öz həyatımızı bu əziz insanın xoş xatirələri ilə daha da gözəlləşdirək. Ola bilsin ki, Allahın müqəddəs vücudunun razılığı ilə qarşılansın, o böyük müəllim və qüdrətli filosof İmam Xomeyninin (r) əziz ruhunu şad etsin. Bizim İslam cəmiyyəti inqilabın banisinin müdrik rəhbərliyi və müəyyən etdiyi normalar əsasında bərqərar olmuşdur. Bu cəmiyyət böyük dini rəhbərin rəhbərliyi ilə çox sürətli inkişaf yolu keçmişdir. İmam (r) da onu çox yaxşı tanıyırdı və onu yüksəklərə qaldırmışdı. Həzrət (r) həmçinin onu çox müdrik, sağlam mütəfəkkir və ağıllı bir şəxs kimi qəbul edirdi.
Həqiqətən də böyük və yaddan çıxarılması mümkün olmayan günləri artıq arxada qoymuşuq və çox hörmətli rəhbərimiz İmamın (r) rəhmətə getməsindən sonra həmin təhlükəli və ağır zamanlarda öz ağlı, gücü, dərin dünyagörüşü sayəsində İslam inqilabının sükanı arxasına keçərək onu nicat yoluna tərəf istiqamətləndirmişdir. Məhz o, Həzrət İmamın (r) dünya müsəlmanlarının, xüsusilə böyük İran İslam Respublikasının millətinin qəlbində alovlandırdığı ümid qığılcımını daha da qüvvətləndirdi.
“Həzrət Zəhranın (s) sülaləsinə mənsub olan Ayətullah Xameneyinin tərcümeyi-halı” adı altında sizlərə təqdim olunan bu kitabı da məhz böyük dini rəhbər, müdrik və ağıllı şəxsiyyət olan Həzrət Ayətullah Xameneyinin bütün özünəməxsus keyfiyyətlərinin öyrənilməsində əsas mənbə hesab etmək olar.
Həzrət İmam (r) bu ilahi insanı çox gözəl vəsf etmişdir: “İslam, din və siyasət aləmində yorulmaz mübariz, islama və ölkəsinə xidmət edən, cəbhədə və müharibədə fədakar əsgər, mehrabda öyrədici müəllim, cəmiyyətdə və camaat arasında bacarıqlı natiq və İslam inqilabı meydanlarında özünü fəda edən rəhbər”.
Mən də öz imkanım daxilində istədim ki, həzrəti lazımi səviyyədə tanımayan bugünkü nəslin nümayəndələrinə onun xatirələrindən, hekayətlərindən söz açım. “İkinci Xomeyninin”, İslam inqilabının böyük rəhbərinin əsl simasının təsvir edilməsində öz gücsüzlüyümü qəbul etsəm də, əziz oxucularımızın diqqətinə aşağıdakı məqamları çatdırmağı özümə borc bilirəm:
1. “Həzrət Zəhranın (s) sülaləsinə mənsub olan Ayətullah Xameneyinin tərcümeyi-halı” adlı bu kitab altı fəsildən ibarətdir.
Birinci fəsil: “Günəşin doğması” – Burada həzrətin anadan olduğu vaxtdan 1357-ci hicri şəmsi ilinədək davam edən siyasi mübarizəsindən bəhs edilir.
İkinci fəsil: “İdrakın açarı” – Burada həzrətin mənəvi və ictimai keyfiyyətlərindən söz açılır.
Üçüncü fəsil: “Günəş cəbhədədir” – Bu fəsildə böyük dini rəhbərin dilindən müharibə haqqında deyilməmiş fikirlər oxuculara təqdim edilir.
Dördüncü fəsil: “Dost sözü” – Həzrət İmamın (r) böyük dini rəhbər haqqında söylədiyi fikirlər açıqlanır.
Beşinci fəsil: “Ustadın hüzurunda” – Burada böyük dini rəhbərin Həzrət İmam (r) haqqında dediklərindən bəhs edilir.
Altıncı fəsil: “Şəriət elmində yüksək səviyyəyə çatma” – Bu fəsildə böyük dini rəhbərin fəaliyyəti və şəriət elmi sahəsində məqamı Həzrət İmamın (r) silahdaşlarının dilindən açıqlanır.
2. Bu kitabda qeyd olunan bütün məsələlər etibarlı sənədlərə əsaslanır və onlar şərh və qeydlərdə öz əksini tapmışdır.
3. Məsələlərin açıqlanması zamanı heç bir müdaxilələrə yol verilməmiş və hər şey olduğu kimi çatdırılmışdır.
4. Kitabın yazılmasında yol verilə biləcək səhvlərin çox cüzi olacağına baxmayaraq, sizdən üzr istəyir və deyirik ki, əgər hər hansı bir yanlışlıqla qarşılaşsanız, naşirin ünvanına göndərin. İnşaallah, kitabın yeni çaplarında həmin səhvləri aradan qaldırarıq.Həsən Sədri Mazandarani,
Qum şəhəri, 1381-ci hicri şəmsi ilinin baharı - BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
- İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
- ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
- İslamın öhdədarı və millətin xidmətçisiİslamın öhdədarı və millətin xidmətçisi*Siz bütün dünya üzrə ölkə prezidentlərinin, sultanlarının və onlar kimi başqa insanların arasında cənab Xameneyi kimisini tapa bilməzsiniz ki, həm onun qədər İslama öhdədar olsun, həm də tam qəlbi ilə millətinə xidmət etsin. Mən onu uzun illərdir ki, tanıyıram və hərəkatın ilk günlərindən bizimlə bir yerdə olaraq, tapşırıqların ətrafa çatdırılmasında yaxından iştirak etmişdir. İnqilab özünün ən yüksək mərhələsinə çatdıqdan sonra isə o, hər zaman yerində olmuşdur və inşallah axıradək də belə olacaqdır. O, Allah-Təalanın bizə bəxş etdiyi bir nemətdir.1
1 “Səhifeye nur”, XVII cild, səh.170, 10/11-1361 - Mərhum İmamın kəlamında üç dostMərhum İmamın kəlamında üç dost*Allah inhisarçılara, yəni Behiştini, Xameneyini, Rəfsəncanini və onun kimi başqa şəxsləri meydandan çıxarmaq istəyənlərə insaf versin.1
*Mən cənab Xameneyini, Haşimini və cənab Behiştini göylərə yüksəltdim. Mən gördüm ki, bunlar əvvəldən axıradək, onların çoxunu mən yaxşı tanıyırdım, bu adamlar başqalarının dediyi kimi, inhisarçı deyillər.
Əlbəttə, inhisarçılıq dedikdə, ancaq İslam başa düşülürsə, onda bizim hamımız inhisarçıyıq və İslam öz mahiyyəti etibarilə bu cürdür.
İslam Peyğəmbəri (s) də “La ilahə illəllah” deməklə inhisarçıdır, yəni yalnız İslam, başqa heç bir şey yox. Bizim də sözümüz budur ki, yalnız İslam və yenə də İslam.
Deyilən inhisarçılıq əgər budursa, onda bütün müsəlmanlar inhisarçıdır. Bütün peyğəmbərlər də inhisarçıdır. Allah-Təala da inhisarçıdır, bu doğrudur.2
1 “Səhifeye nur”, XV cild, səh.46, 8/4-1360
2 “Səhifeye nur”, XV cild, səh.139, 17/6-1360 - Elmdə və əməldə qabiliyyətliElmdə və əməldə qabiliyyətli*Cənabınız Allaha şükürlər olsun ki, elmdə və əməldə qabiliyyətli olduğunuza görə Tehran Cümə məscidinə imam təyin olunursunuz.1
1 “Səhifeye nur”, XI cild, səh.245, 24/10-1359 - Cənab Ağa Seyid ƏliağaCənab Ağa Seyid Əliağa*“Əlbəttə, danışa bilən şəxslər universitetə gəlməlidirlər və mən təklif edirəm ki, cənab Ağa Seyid Əliağa gəlsin, cənab Xameneyi. Siz onun yanına gedin və mənim adımdan deyin, o, cənab Mütəhhərinin əvəzinə gəlsin. O, çox yaxşıdır, təfəkkürlüdür, söhbət edə bilər, danışa bilər”.1
1 “Səhifeye nur”, V cild, səh.105-106, 23/3-1358 - Mən Seyid Əliağanı ədalətli insan hesab edirəmMən Seyid Əliağanı ədalətli insan hesab edirəm*Gedin, buraya gəlib danışmağı bacaran şəxsləri tapıb gətirin. Gedin, onları universitetə dəvət edin. Gözləməyin ki, mən onları təyin edim. Əlbəttə, mən Seyid Əliağanı bu iş üçün ədalətli şəxs hesab edirəm. Lakin oturub gözləməyin ki, mən onları dəvət edim.1
1 “Səhifeye nur”, V cild, səh.105-106, 23/3-1358 - Cənab Xameneyi SəlləməhullahCənab Xameneyi Səlləməhullah*Mən indi böyük zəhmətlə təşrif gətirən bu möhtərəm cənabın gəlişindən çox xoşhalam. Çünki təşrif gətirən cənab Xameneyi Səlləməhullahdır.
Axı o, nə etmişdi?
Yaxşı, deyin, axı o, nə iş görmüşdür, nə etmişdir ki, siz onu öldürmək istəyirdiniz. Allaha şükürlər olsun ki, buna nail ola bilmədiniz.1
1 “Səhifeye nur”, XV cild, səh.83, 11/5-1360 - Prezidentin sərəncamını təsdiq etməPrezidentin sərəncamını təsdiq etməHəzrət İmam Xomeyni (r) prezidentin – böyük dini rəhbərin sərəncamının təsdiq olunması barədə deyir:
*“Allah-Təala bizə minnət qoydu ki, ümumi fikri birbaşa İslam, din və siyasət aləmində öhdədar və mübariz olan bir prezidentin seçilməsi istiqamətində yönəltdi. Biz ümidvarıq ki, böyük millətimizin dəstəyi ilə problemlər bir-birinin ardınca aradan qaldırılacaq və İslamın müqəddəs normaları bütün ölkə miqyasında yerinə yetiriləcəkdir”.1
1 “Səhifeye nur”, XV cild, səh.179-180, 17/7-1360 - Danışan dilDanışan dil*“Mən əllərində qələm olan və danışan dilləri olan bütün şəxslərə bildirmək istəyirəm ki, onların qələmi və dilləri Allah-Təalanın hüzurundadır və sabah onlar cəzalandırıla bilərlər. Burada dövlətdən və ya ölkə prezidentindən söhbət getmir. Söhbət quruluşla bağlıdır, İslam quruluşu ilə. Cənab Xameneyi prezident olsun, ya başqa birisi, cənab Musəvi baş nazir olsun, yaxud başqa birisi, bu məsələ müzakirə olunmur. Müzakirə olunan İslam respublikası sistemidir. Onu qorumaq bizim vəzifəmizdir, bütün yazıçılar da bu quruluşu qorumalıdırlar”.1
1 “Səhifeye nur”, XX cild, səh.36-37, 8/6-1365 - Mərhum İmamın əziz rəhbərimiz haqda duasıMərhum İmamın əziz rəhbərimiz haqda duası*“Allah-Təaladan cənabınıza sağlamlıq və səadət diləyirəm və ümid edirik ki, sizin kimi başqa şəxslər də öz ali məqsədlərinə çatmaq yolunda uğurlar qazanacaq və başlarını uca tutacaqlar”.1
1 “Səhifeye nur”, XX cild, səh.171, 16/10-1366 - İslamın xidmətçisiİslamın xidmətçisi*“İnşallah, Allah-Təala həyatını yalnız İslama xidmət etməyə həsr edən sizin kimi şəxsləri öz pənahında qoruyub saxlayacaqdır”.1
1 “Səhifeye nur”, səh.173, 21/10-1366 - Möhtərəm alimMöhtərəm alim*“Böyük millətimizin möhtərəm seçkisinə və hörmətli alimimizin öz məqamı və göstərəcəyi xidmətlə tanışlığına əsaslanaraq millətin seçdiyi ideal şəxsiyyət olan Höccətülislam Seyid Əli Xameneyinin hazırkı mərhələsinin başa çatması ilə əlaqədar olaraq onu təsdiq edir və İran İslam Respublikasının prezidenti postuna təyin edirəm. Allah-Təaladan İslama, müsəlman ölkəsinə və millətinə xidmət yolunda ona uğurlar diləyirəm”.1
1 “Səhifeye nur”, XIX cild, səh.222, 13/6-1364 - Mütəfəkkir və alimMütəfəkkir və alim*“Mən böyük millətimizin seçkisini və möhtərəm alim, mütəfəkkir, ideal şəxsiyyət Höccətülislam Seyid Əli Xameneyinin tutacağı məqam və postla bağlı məlumatlılığını əldə rəhbər tutaraq millətimizin rəyini təsdiq edir və onu İran İslam Respublikasının prezidenti vəzifəsinə təyin edirəm”.1
1 “Mütəfəkkir və alim”, XV cild, səh.179, 17/7-1360 - “Nə üçün özünüz bilmirsiniz?”“Nə üçün özünüz bilmirsiniz?”Həzrət Ayətullah Haşimi Rəfsəncani deyir:
– Üç qüvvənin başçılarının, cənab baş nazirin və Hacı Əhmədağanın iştirakı ilə İmamın yanında iclas keçirilirdi. Bizim Həzrət İmama (r) sözümüz bundan ibarət idi ki, biz sonradan Konstitusiyada çətinliklərlə qarşılaşacağıq. Çünki rəhbərliyin ləğv olunması məsələsi ortaya çıxa bilər. İmam (r) dedi: “Rəhbərliyin ləğvi məsələsi ortaya çıxmayacaq və sizin adamınız vardır”.
Soruşduq ki, o kimdir?
O, Ayətullah Xameneyinin yanında dedi: “Bu, cənab Xameneyi”.
Bir gün mən məxsusi olaraq İmamın yanına getdim və rəhbərliyi əvəz edəcək şəxs barədə və yarana biləcək çətinliklərlə bağlı onunla açıq şəkildə söhbət etdim.O, yenə də çox aydın şəkildə dedi:
– Siz çıxılmaz vəziyyətdə qalmayacaqsınız, Ayətullah Xameneyi kimi bir şəxs sizin aranızdadır. Nə üçün özünüz bilmirsiniz? - O, həqiqətən də rəhbərliyə layiqdirO, həqiqətən də rəhbərliyə layiqdirHacı Əhmədağa belə nəql edir ki, Ayətullah Xameneyi Şimali Koreyaya səfər edərkən İmam həmin səfər haqqında məlumatları televiziyada seyr edirmiş. Səfər zamanı Şimali Koreyada cənab Xameneyinin qarşılanması, adamlarla görüşü, çıxışları, aparılan müzakirələr və s. İmamın diqqətini cəlb etdiyindən həzrət buyurur: “Həqiqətən də o, rəhbərliyə layiqdir”.
Nəticədə İmamın (r) Həzrət Ayətullah Xameneyiyə xitabən dediyi “Hər zaman sən səfərə gedəndə oradan qayıdanadək mən çox narahat oluram, tez-tez səfərə getmə” fikri diqqəti cəlb edir.1
1 Həzrət Ayətullah Xameneyinin ictihada yetişməsi haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.70 - Cənab Xameneyi kimiCənab Xameneyi kimi*Bütün dünya əlləri, qələmləri ilə bizim əleyhimizə olan tərəfdədir. İndi bizim özümüz də oturaq və hər kim hər nə istəyirsə desin, bu doğrudur, ya yox?
Mən ümidvaram ki, cənablar da öz danışıqlarında cənab Xameneyi, cənab Rəfsəncani kimi hər bir kəsə nəsihət verərlər, bütün adamlara nəsihət verərlər ki, məsələlərə yanaşma mövqelərini bir qədər dəyişdirsinlər. Hər kəs yalnız eyblərdən bəhs etməsin. Yaxşı! Bir qədər də etdikləri xidmətlərdən danışsınlar.
Bəziləri həmin xidmətlər haqqında ümumiyyətlə heç bir kəlmə belə yazmır, əvvəldən başlayıb yalnız eyb, eyb deyirlər. Bəs bunlar haradadır, haradadır, haradadır... Bütün bu müddətdə bəziləri İslamın heysiyyatına, bəziləri isə İslam quruluşuna zərər vururlar.1
1 “Səhifeye nur”, XX cild, səh.39, 8/6-1365 - İmamın böyük xəbərdarlığıİmamın böyük xəbərdarlığı*Hərəkatın əvvəlindən və inqilabın ilk günündən bir tendensiya özünü göstərməkdə idi və bu, təsadüfi deyildi, etibarlı, nüfuzlu adamları, bu millət üçün qiymətli olan isanları bir-birinin ardınca ya şəhid edirdilər, ya da şəhid etmək istəyirdilər. Ancaq Allah-Təala bu şəxsləri qoruyub saxlayırdı.
Əlbəttə, bir şəxsin mərhum Mütəhərrini, yaxud mərhum Mufəttihi terror etməsi təsadüfi də ola bilməzdi. Cənab Haşimi, cənab Xameneyi və ya mərhum Behişti, bir sözlə, onların hər biri İslam üçün dəyərli şəxsiyyətlər idilər.
Məsələ tənzimlənmiş bir məsələ idi və indi də belədir, bu, elə bir məsələ idi ki, artıq inqilabın formalaşdığı bir vaxtda başladı.1
1 “Səhifeye nur”, XVI cild, səh.63, 4/-1360 - Ruhanilərin müqəddəs işiRuhanilərin müqəddəs işi*Bu ölkəni həmin dəstəyə məxsus olan insanların idarə etdiyini və onların ruhani olmadıqlarını başa düşdüyümüz hər bir gün cənab Xameneyi təşrif gətirir və öz böyük ruhanilərinin, eləcə də digər şəxslərin işləri ilə maraqlanır və onların işlərinə nəzarət edirdi.1
1 “Səhifeye nur”, XVI cild, səh.211, 30/-1361 - İmamın müşaviriİmamın müşaviriHəzrət İmam Xomeyni (r) özünün bir fərmanı ilə böyük dini rəhbəri Milli Ali Müdafiə Şurasının təşkil olunması üçün müşavir təyin etdi:Bismillahir-Rəhmanir-RəhimCənab Höccətülislam Hacı Seyid Əli Xameneyi (Allah iltifatını artıq etsin!)
İran İslam Respublikasının Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Ali Müdafiə Şurasının təşkil olunması məqsədilə siz mənim tərəfimdən müşavir təyin edilirsiniz. İndi biz elə bir vəziyyətdə yaşayırıq ki, hər həftə siz ordunun müxtəlif idarələrinin daxilində baş verən bütün hadisələri mükəmməl şəkildə araşdırıb mənə dəqiq məlumatlar çatdırmalısınız.1Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh
Ruhulla Musəvi Xomeyni
1 “Səhifeye nur”, XII cild, səh.78, 20/2-1359 - Fədakar əsgər və öyrədən müəllimFədakar əsgər və öyrədən müəllimHəzrət İmam Xomeyni (r) Tehranın Abuzər məscidində böyük dini rəhbərə qarşı törədilmiş sui-qəsddən sonra belə bir açıqlama verir:Bismillahir-Rəhmanir-RəhimCənab Höccətülislam Hacı Seyid Əli Xameneyi (Allah iltifatını artıq etsin!)
Allah-Təalaya şükürlər olsun ki, İslamın düşmənləri axmaq şəxslərdən və qruplardan ibarətdir. Allah-Təalaya şükürlər olsun ki, böyük İslam inqilabının ilk günlərindən etibarən düşmənlərimizin hazırladıqları bütün planlara, bütün sui-qəsdlərə və çıxışlara baxmayaraq, fədakar millətimiz daha da birləşdi, daha da möhkəmləndi və beləcə “Bu din həmişə mənəviyyatsız insanların axmaq hərəkətləri vasitəsilə güclənər” fikri öz təsdiqini tapdı.
Bunlar harada danışdılarsa özlərini rüsvay etdilər. Hər nə məqalə yazdılarsa milləti daha da oyatdılar. Hər nə qədər görkəmli şəxsiyyətləri terrora məruz qoydularsa millətimizin müqavimət gücünü daha da artırdılar.
İndi inqilabımızın düşmənləri sizə – Peyğəmbərin (s), Hüseyn ibn Əlinin (ə) nəslindən olan bir insana, həyatını İslama və İslam ölkəsinə xidmətə sərf edən bir şəxsə, müharibə meydanında fədakar bir əsgərə, mehrabda öyrədən müəllimə, cümə və camaat namazında bacarıqlı natiqə, inqilab meydanında qayğıkeş rəhbərə, öz siyasi təfəkkürünü, millətə sədaqətli olduğunu və zülmkarlara qarşı daim müxalifətdə qalacağını sübuta yetirən bir şəxsə qarşı sui-qəsd etməklə nəinki ölkəmizdə, eləcə də bütün dünyada yaşayan milyonlarla insana əzab verdilər.Onlar siyasətdə o qədər binəsibdirlər ki, sizin məclislərdə, cümə namazlarında və xalq qarşısında etdiyiniz söhbətlərdən sonra bu cinayətə əl atdılar və elə bir şəxsə qarşı sui-qəsd törətdilər ki, onun çağırışının səsi dünyanın milyonlarla müsəlmanının qulaqlarında indi də əks-səda verməkdədir. Onlar bu qeyri-insani əməlləriylə milyonlarla insanı qorxutmaq istəsələr də, əksinə onların sıralarını daha da möhkəmləndirdilər, daha da sıxlaşdırdılar.
Görəsən, bu vəhşi əməllərdən və onların dərslərindən sonra aldadılmış gənclərimizin həmin adamların xəyanət tələsindən qurtulmalarının, ataların və anaların öz əziz gənclərini cinayətkarların əməllərinə fəda etməmələrinin, eləcə də onların cinayət əməllərində iştirak etmələrinin qarşısını almağın vaxtı gəlib çatmamışdırmı?
Məgər valideynlər bilmirlər ki, gənclərin müxtəlif cinayətlərə vadar edilməsi onları pis yollara aparıb çıxarır və bununla da gənclərin həyatı cinayətkarların əlində məhv olub gedir? Biz Allah-Təalanın qarşısında və onun haqq vəlisi olan Həzrət Bəqiyyətullahın qarşısında (Canımız ona fəda olsun!) ön və arxa cəbhədə gecələri mehrabda ibadətlə, gündüzləri isə həqiqət yolunda mübarizə aparmaqla keçirən əsgərlərimizlə fəxr edirik.
Əzizim Xameneyi, sizi təbrik edirəm ki, döyüş cəbhələrində əsgər paltarı ilə, arxa cəbhədə isə ruhani paltarı ilə bu xalqa xidmət edirsiniz. Allah-Təaladan İslama və müsəlmanlara xidmət etmək yolunda sizə cansağlığı arzulayıram.1Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh
Ruhulla Musəvi Xomeyni
1 “Səhifeye nur”, XV cild, səh.41, 7/4-1360 - İmamın başsağlığı verməsiİmamın başsağlığı verməsiAllahın adı ilə!
Cənab möhtərəm prezident, Höccətülislam Hacı Seyid Əli Xameneyi (Allah iltifatını artıq eləsin!)
Ömrünü elmə, dinə həsr etmiş möhtərəm atanızın rəhmətə getməsi məni də təəssüfləndirmişdir.Bu müsibətlə əlaqədar olaraq sizə, möhtərəm qardaşlarıma və ailə üzvlərinizə başsağlığı verir və Allah-Təaladan sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.1Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh1 “Səhifeye nur”, XX cild, səh.93, 15/4-1365 - İnqilab və İslamın qayğıkeşiİnqilab və İslamın qayğıkeşiBismillahir-Rəhmanir-Rəhim
Mədəniyyət məsələləri üzrə Ali İnqilab Şurasının rəhbəri cənab Höccətülislam Xameneyi (Allah iltifatını artıq eləsin!)
Höccətülislam Seyid Həmid Ruhaninin məktubu ürəyi İslam və inqilabla birgə çırpınan hər bir kəs üçün bir xəbərdarlıqdır. İran İslam Respublikasının təhsil sisteminin mərhum Behbəhaniyə (r) belə münasibət bildirməsi bizi təəccübləndirir və təəssüf hissi doğurur. Hətta İslama zidd keçmişi olan Kəsrəvi də onunla bağlı belə bir pis münasibət bildirməmişdir. Din əleyhinə çıxan Kəsrəvi Behbəhani və Təbatəbayini göylərə qaldırdıqdan sonra onların xalqa xarici dövlətlərdən birinə pənah aparılması barədə təklifini rədd etmişdir.
İnqilab və İslamın qayğıkeşi olan cənabınızdan çox ciddi şəkildə istəyirəm ki, məsul bir şəxs bütün bu işləri bir daha araşdırıb sizi hər bir məsələ ilə yaxından tanış etsin.Cənab Ruhaninin məktubunun digər məqamları da ona diqqət yetirilməsini tələb edir və bu işlə bağlı məlumatın mənə çatdırılmasını xahiş edirəm.1Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhBütün bunlar İran İslam inqilabının rəhbəri, şiəliyin görkəmli nümayəndəsi, Həzrət Ayətullah Hacı Seyid Əli Xameneyinin həyat və fəaliyyəti haqqında müxtəsər şəkildə qeyd olunan fikirlərdir. Həzrət İmam (r) onu çox yaxşı tanıyırdı və onu özünün də dediyi kimi göylərə ucaltmışdır. Həzrət Xameneyi Peyğəmbərin (s) və Hüseyn ibn Əlinin (ə) nəslindən idi. O, əməlisaleh bir insan, böyük alim və mütəfəkkir, son dərəcə müdrik və ağıllı, İslam dini və siyasət sahəsində yenilməz mübariz, elm və əməldə ləyaqətli, İslam və İslam ölkəsinin xidmətçisi, müharibə meydanlarında fədakar əsgər, mehrabda öyrədici müəllim, cümə və camaat namazlarında gözəl natiq və inqilab yolunda qayğıkeş rəhbər idi.
1 “Səhifeye nur”, XXI cild, səh.102, 4/12-1367 - Həzrət İmam Xomeyninin (r) Həzrət Ayətullah Xameneyiyə ünvanladığı fərman və müraciətlərin tarixiHəzrət İmam Xomeyninin (r) Həzrət Ayətullah Xameneyiyə ünvanladığı fərman və müraciətlərin tarixiMövzu:Tehran Cümə məscidində imamlıq, 24/10-1358, “Səhifeye nur”, c.11, səh.245;
Milli Ali Müdafiə Şurasında müşavir, 20/2-1359, “Səhifeye nur”, c.12, səh.78;
Ali Müdafiə Şurasına təlimat, 20/7-1359, “Səhifeye nur”, c.13, səh.117;
Peyğəmbərin (s) cövhərinə sui-qəsd, 7/4-1360, “Səhifeye nur”, c.15, səh.41;
Prezidentin ilk dövründə onun fərmanının təsdiqi, 17/7-1360, “Səhifeye nur”, c.15, səh.179-180;
Döyüşçülərin qələbəsinin ardınca rəhbərin müraciətinə cavab, 8/9-1360, “Səhifeye nur”, səh.235-236;
İnqilabın mədəniyyət məsələləri qərargahının gücləndirilməsi, 19/9-1363, “Səhifeye nur”, c.19, səh.81;
Prezidentin ikinci dövründə onun fərmanının təsdiqi, 13/6-1364, “Səhifeye nur”, c.19, səh.221-222;
Həzrətin atasının vəfat etməsi, 15/4-1364, “Səhifeye nur”, c.20, səh.93;
İslam Respublikası Partiyasının uğurları, 11/3-1366, “Səhifeye nur”, c.20, səh.9;
Hökumətin səlahiyyətləri və mütləq dini rəhbərliyin mənası, 21/10-1366, “Səhifeye nur”, c.20, səh.173;
Mütləq dini rəhbərliyin himayəçisi, 16/10-1366, “Səhifeye nur”, c.20, səh.170-171;
İslam quruluşu məsləhətinin müəyyənləşdirilməsi, 17/11-1366, “Səhifeye nur”, c.20, səh.176;
Hökumətin cəzalandırma haqqının ləğv olunması, 13/6-1367, “Səhifeye nur”, c.21, səh.6
Cənab Seyid Həmid Ruhanidən gələn məktubun araşdırılması, 4/12-1367, “Səhifeye nur”, c.21, səh.102;
Konstitusiyanın başa çatdırılması, 4/2-1368, “Səhifeye nur”, c.21, səh.122.
-
- DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
- BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
- İstifadə olunan ədəbiyyatİstifadə olunan ədəbiyyat1. Müsahibələr (cildlər) – Həzrət Ayətullah Xameneyinin İİR-in prezidenti olduğu illərdə verdiyi müsahibələr. Tərtib edən: İslam inqilabının Mədəniyyət Sənədləri Təşkilatının nəşriyyatı, 1370-ci il
2. “Həzrət Ayətullah Xameneyinin mərcəiyyəti haqda fəqihlərin və görkəmli şəxslərin fikirləri” kitabı. Tərtib edənlər: Qun Elmi Mərkəzinin ruhani alimləri. Naşir: Qum Elmi Mərkəzinin İslami Təbliğat Şöbəsi. Çap tarixi –13 rəcəb 1415 h. q
3. “Hədise vilayət”. Həzrətin İran İslam İnqilabının müdrik rəhbəri seçilməsindən sonra göstərişlərinin toplusu (cildlər)
4. “Rəhbərin siması”, Böyük dini rəhbər Həzrət Ayətullah Xameneyinin həyatından xatirələr. Savadsızlığın aradan qaldırılması hərəkatı. Tədqiqatlar şöbəsi. Təhsil vasitələrinin planlaşdırılması və istehsalı – 1377
5. “Ba nəvaye karevan”. Yeniyetmələr və uşaqlar üçün. Müqəddəs müdafiə həftəsinin keçirilməsi münasibətilə, “Canbaz”aylıq jurnalının əlavəsi. 1377-ci ilin şəhrivər ayı
6. “Comhuriye İslami” qəzeti
7. “Keyhan” qəzeti
8. “Resalət” qəzeti
9. Xatirələr və hekayətlər (cildlər). Naşir: “Ğədre vilayət” Mədəniyyət Müəssisəsi
10. “Cəbhə məktəbində”, üçüncü cild
11. “Pəyame enqelab” jurnalı. İslam inqilabı mühafizəçilər korpusunun orqanı.
12. “Həmaseye moqavemət”, ikinci cild
13. “Pasdare İslam”, 153-cü nömrə
14. “Səhifeye nur”, Həzrət İmamın (r) müraciətləri və çıxışlarının toplusu
15. “Ettelaat” qəzeti
16. “Celvehaye nur”
17. “Rəhbərin cavablarında faydalı dürrlər” – Ayətullah Xameneyi
18. “Bəsirətin əlaməti”. Həzrət Ayətullah Bəhaəddinin tərcümeyi-halı
19. “Böyük dini rəhbərin həyat və fəaliyyəti”. “Ğədre vilayət”Mədəniyyət Müəssisəsi
20. “Houzə və ruhaniyyət”. Tərtib edən: Böyük dini rəhbərin bürosu. I və II cildlər
21. “Kövsər nəslindən müdrik rəhbər”. İslami Təhqiqatlar Mərkəzi
22. “Əxlaq dərsi” haqda kitabça. 1371-ci ilin xordad ayı
23. “Aşna” jurnalı. İslam inqilabı mühafizəçilər korpusunun orqanı
24. “Tarix yaradan insanlar və anlar”. I cild
25. “Canbaz” jurnalı. № 22-23. 1379-cu il
26. “Günəşin kölgəsində”. Həzrət İmamın (r) haqqında qeydlər və xatirələr. Höccətülislam vəl-Müslimin Rəhimian. Cəbhə gündəliyi. Nəşrin birinci nömrəsi
-