Yüklə:
Böyük Dini Rəhbərin həyat və fəaliyyəti
- BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
- Ön sözHəsən Sədri MazandaraniBÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİHəzrət Zəhranın (s) sülaləsinə mənsub olan
Ayətullah Xameneyinin
tərcümeyi-halıBakı – 2008
Tərcümə edən: Seyid Əliəsgər Behbudlu
Ön sözHüseyn (ə) iftixar və izzət ilidir. Hazırda bu qiyamın bayraqdarı olan Seyid Əli Hüseyni Xameneyi Hüseynin qüdrət bayrağını öz əlində tutub. Onun qəlbində Hüseyn eşqi, əməllərində daim İmam Hüseyn (ə) məramı, dilində “Hüseyn” sözü əzbərdir. O, eşqinin sübutunu göstərən yaralı əlləri ilə inqilab bayrağını İmam Hüseynin (ə) qanının qisasçısı olan Mehdi Sahibəzzamana (ə) təhvil verməyə doğru gedir.
Əzizlərim, dövrün Seyid Əli Hüseynisini yaxşıca öyrənməsək, bu ilahi şəxsiyyəti onun layiq olduğu şəkildə müdafiə edə bilmərik. Çünki eşq dərk etmək, tanımaq tələb edir, əlbəttə ki, məşuqu dərk etmək və tanımaq çox çətindir.
Buna görə də biz çalışdıq ki, böyük dini rəhbərin həyatı ilə bağlı xatirələri toplayaq və öz həyatımızı bu əziz insanın xoş xatirələri ilə daha da gözəlləşdirək. Ola bilsin ki, Allahın müqəddəs vücudunun razılığı ilə qarşılansın, o böyük müəllim və qüdrətli filosof İmam Xomeyninin (r) əziz ruhunu şad etsin. Bizim İslam cəmiyyəti inqilabın banisinin müdrik rəhbərliyi və müəyyən etdiyi normalar əsasında bərqərar olmuşdur. Bu cəmiyyət böyük dini rəhbərin rəhbərliyi ilə çox sürətli inkişaf yolu keçmişdir. İmam (r) da onu çox yaxşı tanıyırdı və onu yüksəklərə qaldırmışdı. Həzrət (r) həmçinin onu çox müdrik, sağlam mütəfəkkir və ağıllı bir şəxs kimi qəbul edirdi.
Həqiqətən də böyük və yaddan çıxarılması mümkün olmayan günləri artıq arxada qoymuşuq və çox hörmətli rəhbərimiz İmamın (r) rəhmətə getməsindən sonra həmin təhlükəli və ağır zamanlarda öz ağlı, gücü, dərin dünyagörüşü sayəsində İslam inqilabının sükanı arxasına keçərək onu nicat yoluna tərəf istiqamətləndirmişdir. Məhz o, Həzrət İmamın (r) dünya müsəlmanlarının, xüsusilə böyük İran İslam Respublikasının millətinin qəlbində alovlandırdığı ümid qığılcımını daha da qüvvətləndirdi.
“Həzrət Zəhranın (s) sülaləsinə mənsub olan Ayətullah Xameneyinin tərcümeyi-halı” adı altında sizlərə təqdim olunan bu kitabı da məhz böyük dini rəhbər, müdrik və ağıllı şəxsiyyət olan Həzrət Ayətullah Xameneyinin bütün özünəməxsus keyfiyyətlərinin öyrənilməsində əsas mənbə hesab etmək olar.
Həzrət İmam (r) bu ilahi insanı çox gözəl vəsf etmişdir: “İslam, din və siyasət aləmində yorulmaz mübariz, islama və ölkəsinə xidmət edən, cəbhədə və müharibədə fədakar əsgər, mehrabda öyrədici müəllim, cəmiyyətdə və camaat arasında bacarıqlı natiq və İslam inqilabı meydanlarında özünü fəda edən rəhbər”.
Mən də öz imkanım daxilində istədim ki, həzrəti lazımi səviyyədə tanımayan bugünkü nəslin nümayəndələrinə onun xatirələrindən, hekayətlərindən söz açım. “İkinci Xomeyninin”, İslam inqilabının böyük rəhbərinin əsl simasının təsvir edilməsində öz gücsüzlüyümü qəbul etsəm də, əziz oxucularımızın diqqətinə aşağıdakı məqamları çatdırmağı özümə borc bilirəm:
1. “Həzrət Zəhranın (s) sülaləsinə mənsub olan Ayətullah Xameneyinin tərcümeyi-halı” adlı bu kitab altı fəsildən ibarətdir.
Birinci fəsil: “Günəşin doğması” – Burada həzrətin anadan olduğu vaxtdan 1357-ci hicri şəmsi ilinədək davam edən siyasi mübarizəsindən bəhs edilir.
İkinci fəsil: “İdrakın açarı” – Burada həzrətin mənəvi və ictimai keyfiyyətlərindən söz açılır.
Üçüncü fəsil: “Günəş cəbhədədir” – Bu fəsildə böyük dini rəhbərin dilindən müharibə haqqında deyilməmiş fikirlər oxuculara təqdim edilir.
Dördüncü fəsil: “Dost sözü” – Həzrət İmamın (r) böyük dini rəhbər haqqında söylədiyi fikirlər açıqlanır.
Beşinci fəsil: “Ustadın hüzurunda” – Burada böyük dini rəhbərin Həzrət İmam (r) haqqında dediklərindən bəhs edilir.
Altıncı fəsil: “Şəriət elmində yüksək səviyyəyə çatma” – Bu fəsildə böyük dini rəhbərin fəaliyyəti və şəriət elmi sahəsində məqamı Həzrət İmamın (r) silahdaşlarının dilindən açıqlanır.
2. Bu kitabda qeyd olunan bütün məsələlər etibarlı sənədlərə əsaslanır və onlar şərh və qeydlərdə öz əksini tapmışdır.
3. Məsələlərin açıqlanması zamanı heç bir müdaxilələrə yol verilməmiş və hər şey olduğu kimi çatdırılmışdır.
4. Kitabın yazılmasında yol verilə biləcək səhvlərin çox cüzi olacağına baxmayaraq, sizdən üzr istəyir və deyirik ki, əgər hər hansı bir yanlışlıqla qarşılaşsanız, naşirin ünvanına göndərin. İnşaallah, kitabın yeni çaplarında həmin səhvləri aradan qaldırarıq.Həsən Sədri Mazandarani,
Qum şəhəri, 1381-ci hicri şəmsi ilinin baharı - BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
- Günəşin doğmasıGünəşin doğmasıHəzrət Ayətullah Seyid Əli Xameneyi 1318-ci hicri şəmsi ilində, müqəddəs Məşhəd şəhərində ruhani ailəsində dünyaya göz açmışdır.
Atası Ayətullah Ağa Hacı Seyid Cavad Məşhədin müctəhidlərindən və möhtərəm alimlərindən biri olub, uzun illər sübh çağlarında Gövhərşad məscidində, gündüzlər və axşamlar isə Məşhəd bazarındakı məsciddə camaat namazlarına rəhbərlik edir və dinin təbliği ilə məşğul olurdu.
Onun babası Ayətullah Seyid Hüseyn Xameneyi Nəcəfdə yaşayan azərbaycanlı alimlərdən idi. O, əvvəlcə Təbriz xiyabanı məhəlləsində yaşayırdı, sonra müqəddəs Nəcəf şəhərinə getdi və orada təhsil almağa başladı. O, çox pəhrizkar, elm və din adamı idi və ömrünü qənaətlə keçirirdi.1
Şəhid ruhani Hacı Şeyx Məhəmməd Xiyabani onun bibisinin əri idi və o, Təbriz şəhərinin Xamənə qəsəbəsində dünyaya göz açmasına baxmayaraq, Təbrizin Xiyaban məhəlləsindəki Kərimxan məscidində cümə namazlarına rəhbərlik etdiyindən Xiyabani ləqəbi ilə tanınmışdı. O, Məşrutə dövrünün ən məşhur ruhanilərindən və mübarizlərindən biri olub, Milli Şura məclisində Təbriz əhalisinin nümayəndəsi idi. Xiyabani ölkədəki mövcud özbaşınalığa qarşı qiyam edərək Təbrizdə şəhid oldu.
Bu möhtərəm şəxsin anası, Məşhədin məşhur alimlərindən olan Ağa Seyid Haşım Nəcəfabadi Mirdamadinin qızı idi. O, çox ismətli bir qadın olub, dini məsələlərə yaxından bələd idi və ilahi əxlaqa malik xanım kimi tanınmışdı.
1 Həzrət Ayətullah Xameneyinin ictihada yetişməsi haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.33 - İlk uşaqlıq günləriİlk uşaqlıq günləriOnun uşaqlıq illəri çox ciddi və tələbkar, amma eyni zamanda çox sevimli və mehriban atasının, habelə son dərəcə mehriban və istiqanlı anasının tərbiyəsi altında, ancaq ehtiyac və yoxsulluq şəraitində keçmişdir.
O özü də bu barədə deyir:
– Uşaqlıq illərim həddən artıq ehtiyac içində keçirdi, xüsusilə də ona görə ki, mənim uşaqlığım müharibə illərinə təsadüf edirdi. Məşhəd şəhərinin müharibə gedən döyüş meydanlarına yaxın olmasına baxmayaraq, ölkənin digər şəhərləri ilə müqayisədə orada hər şey ucuz və bol idi. Bununla belə, ailəmizin vəziyyəti elə idi ki, biz hətta həmişə buğda çörəyi ala bilmirdik. Adətən, arpa çörəyi yeyirdik, bəzən də arpa və buğdadan hazırlanmış çörəkdən istifadə edirdik, çox nadir hallarda buğda çörəyi alırdıq.
Mən uşaqlıq illərimin axşamlarını yadıma salanda xatırlayıram ki, o vaxtlar evimizdə şam olmazdı, bəzən isə anam nənəmizin mənə, yaxud qardaş və bacılarımdan birinə verdiyi xırda pulla bir qədər kişmiş və ya süd alırdı, biz də onu çörəklə yeyərdik...
Həzrət atasının evi barədə belə buyurur:
– Mənim də dünyaya gəldiyim atamın evi (mənim 4-5 yaşımadək) Məşhəd şəhərinin yoxsullar yaşayan məhəlləsində 60-70 m2 olan mənzildən ibarət idi, yalnız bir otağı və bir qaranlıq zirzəmisi var idi. Atamın yanına qonaqlar gələndə (bir qayda olaraq, atam ruhani olduğundan və bura insanların müraciət etdiyi ünvana çevrildiyindən onun həmişə qonaqları var idi) biz hamımız qonaqlar gedənədək aşağıda – zirzəmidə qalırdıq. Sonralar atama sadiq olan bir qrup adam bu evin yanındakı kiçik torpaq sahəsini alıb evimizə əlavə etdilər və beləcə bizim mənzilimiz üçotaqlı oldu.
Həzrət evlərində geydikləri paltarlar haqda belə deyir:
– Ailəmizdə geyim baxımından da vəziyyət eyni qaydada idi. Anam atamızın köhnə paltarlarından bizə elə bir şey düzəldirdi ki, çox əcayib və qəribə görünürdü: nə ləbbadə idi, nə də uzunətəkli köynək, dizdən aşağıya düşən uzun bir paltar idi, əksər yerlərində də yamaq var idi. Əlbəttə, deməliyəm ki, atam da tez-tez paltarlarını dəyişdirmirdi. Məsələn, o, bir ləbbadəsini dörd il müddətində geyinmişdi. - Məktəbə və ibtidai təhsilə doğruMəktəbə və ibtidai təhsilə doğruHəzrət 4-5 yaşında böyük qardaşı ilə birgə məktəbə gedirlər ki, burada Quranı öyrənsinlər. Bir müddətdən sonra onların hər ikisini “Darültəalimi diyanəti” adlı ibtidai din məktəbinə göndərirlər.
Rza xanın təlatümlü günlərindən sonra bu cür məktəblər çoxlu adamlar tərəfindən açılmışdı və həmin məktəblərdə daha çox şagirdlərin dini tərbiyəsinə diqqət yetirilirdi. Ancaq onların təhsil haqqında sənəd vermək hüququ yox idi. Bu cür ibtidai məktəblərdə adi ibtidai məktəblərdəki dərslərdən savayi, Quranın qiraəti, habelə “Hilyətul-Muttəqin”, “Hesabe siyağ” və “Nesab-ul səbiyan”dan müxtəlif mövzular tədris edilirdi. - Susuzdan da susuzSusuzdan da susuzHəzrət bu məktəbdə altıncı sinfi bitirdikdən sonra atasının gözündən uzaq axşam sinfinə gedərək həmin sinfi qurtarmaq barədə sənəd alır və bundan sonra gizli şəkildə orta məktəb siniflərində qeydiyyatdan keçib, orta məktəb üzrə təhsilini iki il ərzində başa vuraraq attestat alır.
- Dini dərslərin öyrənilməsiDini dərslərin öyrənilməsiHəzrət həmin islam mədrəsəsində şəriət elmlərini, habelə ərəb ədəbiyyatını öyrənməyə başlayır. Öncədən “Şərhe əmsele”ni anasının yanında öyrənmişdi. “Sərfe mir” və “Təsrif”i atasından mənimsəmişdi və “Əvamel”i, eləcə də “Unmuzəc”i mədrəsədə müəllimlərdən ikisinin yanında mənimsəmişdi. Sonra o, Süleymanxan dini elmlər mədrəsəsinə gedərək, orada “Səmədiyyə”ni, Süyutini və qismən də “Muğni”ni öyrənməyə başlayır.
“Şəraye” dərsini də atasının yanında alır və “Ketabe həcc”ə yetişəndə atası onlara deyir ki, “Şərhe lümə” dərsində həcc mövzusuna çatanda iştirak etsinlər və öz din qardaşları ilə elmi müzakirəyə başlasınlar. O, Süleymanxan mədrəsəsindən sonra Nəvvab dini elmlər mədrəsəsinə gedir və orada “Səth” dərsini başa çatdırır. Bundan sonra mərhum Ayətullah Milaninin “Xaric” dərsində iştirak edir.
Ayətullah Xameneyi məhz atasının sayəsində və onun zəhməti hesabına bu müvəffəqiyyətləri əldə etdiyini bildirir: “Bu nurlu və işıqlı yolu seçməyimin başlıca səbəbkarı atam olmuşdur. Anam da dinə bağlı bir insan idi. Mən dərslərimə başlayanda mənim yaşımla atamın yaşı arasında böyük fərq var idi. Düz qırx beş il, bundan əlavə atam yüksək elmi dərəcəyə çatmışdı və müctəhidlər, ali dərəcəli şagirdlər yetişdirmişdi. Buna görə də belə bir yüksək elmi dərəcəyə malik olan bir şəxsin mənə – ibtidai dini dərslərə başlayan bir şagirdə dərs öyrətməsi düzgün deyildi. Onun bu kimi işlərə hövsələsi də yox idi. Lakin bizim tərbiyəmizə olan diqqət və marağına görə mənə, böyük qardaşıma, eləcə də kiçik qardaşlarımıza dərs verməyə başladı. Qardaşlarımın, xüsusilə mənim təhsilimdə və tərbiyəmdə onun həqiqətən də böyük haqqı vardır. Əgər o olmasaydı, mən dini təhsildə bu qədər böyük uğurlara nail ola bilməzdim.
Əlbəttə, Qum şəhərinə getməmişdən qabaq atamın yanında dini dərs almaqla yanaşı, Məşhəddə ümumi dərslərə də hazırlaşırdım. Yay fəslində bu cür məktəblərdə tətil olanda atam bu dərslərin əvəzində mənə yeni dərslər verirdi və özü də həmin dərsləri keçirdi.
Buna görə də mən yalnız ümumi məktəblərdə dərs alan şagirdlərin əksinə olaraq təhsildə heç bir boşluğa yol verməmişdim və on altı yaşımda ikən bütün “Səth” dərslərini başa vurmuş və “Xaric” dərslərə başlamışdım”.1
1 Həzrət Ayətullah Xameneyinin ictihada yetişməsi haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.35-36 - Tədris kürsüsündəTədris kürsüsündəHəzrət dini elmlər sahəsində verdiyi tədrisdən belə söz açır:
– Rəsmi tələbəlik illərinin əvvəllərindən, yəni ibtidai təhsilimi başa vurandan sonra dərhal tədrisə başladım. İlk tədris etdiyim kitablar “Ketabe əmsele” və “Sərfe mir” idi ki, Məşhəd rövzəxanlarından olan iki yaşlı şagirdə öyrətməyə başladım. 1337-ci ilin yayında Məşhəddə olanda sintaksis və morfologiyanı, habelə stilistikanı, dinin əsaslarını, bəyanı (bəlağət elmini) tədris edirdim.
1336-cı ildə ziyarət məqsədilə imamlarımızın Kərbəla, Nəcəf və Bağdaddakı məqbərələrinə baş çəkdim. Nəcəf şəhərinin səmimi atmosferi məni bu elm mərkəzində qalmağa sövq edirdi, buna görə də Nəcəfdə qalmaq fikrində idim. Bir müddət burada qaldım, ancaq atam orada qalmağıma razı olmadı və mən Məşhədə qayıtdım. 1337-ci ildə atamın icazəsi ilə Qum şəhərinə getdim və 1343-cü ilədək orada qaldım. Həmin il atam göz xəstəliyindən öz görmə qabiliyyətini tamamilə itirdi və mən məcbur olub yenidən Məşhədə qayıtdım. O vaxt Qum şəhərindəki bəzi müəllimlərim də mənim qayıtmağımı istəmirdilər.
Qum şəhərindən Məşhədə qayıtdıqdan sonra (1343-cü ildə) tədris mənim əsas və daimi fəaliyyətimə çevrildi və bu illər ərzində (1356-cı ilədək) ən yüksək səviyyədə tədrislə məşğul oldum. - Ustadların hüzurundaUstadların hüzurundaBöyük dini rəhbər (Allah-Təala xeyir-duasını əbədi etsin) ibtidai təhsilindən ən ali təhsil illərinədək ona təlim verən müəllimləri haqda belə buyurur: “Müqəddəs Məşhəd şəhərində 1343-cü ildən etibarən özüm də təhsilimi davam etdirməyimə baxmayaraq, tədrislə də məşğul olurdum və 1349-cu ilədək fiqh (islam qanunvericiliyi) dərsində iştirak edirdim.
“Unmuzəc” və “Səmədiyyə” kitablarını Məşhəddəki Süleymanxan mədrəsəsində, tibb sahəsində təhsilini davam etdirən Ulum adlı bir alimin yanında oxudum. Ondan sonra yenə də həmin mədrəsədə Məsud adlı bir şəxsin yanında “Süyuti”ni oxudum və qismən də olsa “Muğni”dən təhsil aldım. Böyük qardaşımın Nəvvab mədrəsəsində otağı olduğundan həmin yerə getdim və orada “Süyuti”ni oxumağa, habelə “Muğni”dən dərs almağa başladım.
Həmin vaxt atam təklif etdi ki, Mühəqqiq Hillinin “Şəraye-ul İslam” kitabından mənə dərs versin. Bu kitabın dərslik olmamasına baxmayaraq, atam hiss edirdi ki, mənim irəliyə getməyimdə onun böyük əhəmiyyəti ola bilər və həqiqətən də belə oldu. Yəni o, bu kitabın əvvəlindən “Həcc” kitabınadək mənə dərs verdi. Həmin vaxt atam qardaşıma “Şərhe lümə” dən Həcc bölməsini dərs verirdi və o zaman mənə dedi:
– Gəl, sən də “Şərhe lümə” dərsində iştirak et. Mən dedim ki, axı bu dərsi başa düşə bilmərəm. O isə dedi ki, başa düşə bilərsən. Ona görə də mən də bu dərsi öyrənməyə başladım və təsadüfən başa düşə bildim. Beləcə həmin kitabın dörddə üç hissəsini atamın yanında öyrəndim, qalan hissəsini isə mərhum Ağa Mirzə Əhməd Müdərris Yəzdinin (O, Nəvvab mədrəsəsində “Şərhe lümə” və Qəvanin kitablarının məşhur müəllimi idi.) yanında oxudum. Bu dərsi başa vurduqdan sonra mərhum Ayətullah Hacı Şeyx Haşim Qəzvininin (O, mərhum Ağa Mirzə Mehdi İsfəhaninin şagirdi olub, Məşhədin birinci dərəcəli müəllimlərindən sayılırdı. Son dərəcə möhtərəm şəxs olub, Məşhədin adlı-sanlı adamları arasında çox azad, təmiz qəlbli adam kimi tanınırdı.) yanında “Məkasib” və “Rəsayil” dərslərini oxudum. O, çox bəlağətli və ünsiyyətcil şəxs idi. Mən Nəcəfdə, eləcə də Qumda dərslərin böyük hissəsini başa vurandan sonra da onun kimi natiq görməmişdim.
Beləliklə mən “Məkasib”, “Rəsayil” və “Kifayə” dərslərinin böyük hissəsini onun yanında oxudum. Ona görə böyük hissəsini deyirəm ki, qalanını atamın yanında oxumuşdum. Deməliyəm ki, atamın mənə etdiyi köməkliyin dərslərdə irəlil-əməkdə çox faydası oldu. Mənim rəsmən tələbəliyə qədəm qoyub “Xaric” dərsinə başladığım vaxtadək beş il yarım keçdi. Bu müddətdə “Səth” dövrünü tam beş il yarımda başa vurdum və “Xaric” dərsini Məşhəddə çox bilikli və təhqiqatçı şəxs olan mərhum Ayətullah Milanidən almağa başladım.
1337-ci ilin sonunadək onun yanında bir il dinin Usul və iki il yarım fiqh dəsrlərini öyrəndim və Qum şəhərinə getdim. Onu da qeyd etməliyəm ki, Məşhəddə bir müddət də Ayətullah Hacı Şeyx Haşim Qəzvininin yanında “Xaric” dərsini aldım. Yəni o özü bizim israrımızla Usulun bir dövrə Xaric dərsini tədris etməyə başladı. Mərhum Hacı Şeyx Haşim geniş bir mövzu ilə bütün fikirləri söyləyir sonra isə onları inkar edirdi. Məşhəddə başqa bir dərsə də getdim ki, bu da Ayətullah Mirzə Cavadağa Tehraninin fəlsəfə dərsi idi. O, mərhum Hacı Molla Hadi Səbzevarinin “Mənzumə və mətaleb” kitabından dərs keçərək, onun fikirlərini inkar edirdi. Belə bir vaxtda Qum şəhərində fəlsəfə dərsi keçmiş dostlarımdan biri dedi:
– Sənin Mirzə Cavadağanın “Mənzumə” dərsinə getməyin doğru deyil, çünki onun özü “Mənzumə”ni inkar edir. Buna görə də sən fəlsəfə terminlərini öyrənə bilməyəcəksən, odur ki, fəlsəfəyə inanan bir şəxsin yanına getməli və ondan dərs almalısan. Mən də dostumun sözünü qəbul etdim və Ağa Şeyx Rza İsmi adlı bir şəxsin yanına getdim. Bu şəxs Məşhəddə yaşayırdı və yaşlı, ağıllı bir müəllim idi, fəlsəfəyə də çox bağlı adam idi. Onun yanında “Mənzumə” dərsinə başladım və həmin müəllim fəlsəfəyə kamil etiqadı olan bir şəxs kimi mövzuları şərh edirdi. - Nəcəf elm mərkəzinə yola düşməNəcəf elm mərkəzinə yola düşməBöyük dini rəhbər Nəcəf elm mərkəzinə yola düşməsi müvəqqəti olaraq böyük müctəhidlərin dərslərində iştirak etməsi barədə xatirələrinə belə davam edir:
– Sonra mən Nəcəfə getdim və orada böyük müctəhidlərin – Həkimin, Xoyinin və Şahrudinin dərslərində, habelə Ağa Mirzə Bağır Zəncaninin, mərhum Mirzə Həsən Yəzdinin dərslərində iştirak etdim, bir sözlə, harada dərs var idisə ora gedirdim.
Ancaq bütün bu dərslərin içərisində Ayətullah Həkimin dəsrlərindən daha çox xoşum gəlirdi. Ona görə ki, fiqh elminə baxışları çox yaxşı idi və dərsləri çox aydın və rəvan idi. Bundan əlavə, Tusi məscidində dərs deyən Ayətullah Ağa Mirzə Həsən Becnurdinin dərsləri də xoşuma gəlirdi. Buna görə də Nəcəf şəhərində qalmaq qərarına gəldim, ancaq atama məktub yazıb burada qalmaq istədiyimi bildirəndə razılıq vermədi. - Doğma diyara qayıtmaDoğma diyara qayıtmaHəzrət atasının onun Nəcəf şəhərində qalmaq təklifini qəbul etmədiyindən doğma diyara qayıdır. O, öz xatirələrinin davamı olaraq daha sonra yazır:
– Buna görə də Məşhədə qayıtdım və bir müddətdən sonra Qum şəhərinə yola düşdüm. Qumda belə bir qərara gəldim ki, bütün dərslərə nəzər yetirim və hansı dərsi bəyənsəm, onu da davam etdirim. Belə də etdim və həmin dərslərin içərisində İmamın, Ayətullah Ağa Mortəza Hacı Şeyxin və Ayətullah Bürucerdinin dərslərinə getdim. İmamın Fiqh və Usul dərslərində isə ardıcıl olaraq işrirak edirdim. Fəlsəfə bölməsində isə cənab Təbatəbaidən “Əsfar” və “Şəfa” dərslərini müəyyən qədər öyrənməyə başladım.1
1 Həzrət Ayətullah Xameneyinin ictihada yetişməsi haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.39 - Bilik üçün susayanlarBilik üçün susayanlarHəzrət Ayətullah Haşimi Rəfsəncani böyük rəhbərin elmi uğurları barədə belə buyurur: “Mən bir şahid olaraq deməliyəm ki, 1338, yaxud 1339-cu ildən etibarən onun xidmətində olmuşam, dərslərdə iştirak edir və xeyli mübahisələr edirdik. Bu gün bizim aramızda olanlardan heç biri onun ictihadı barədə tərəddüd etmirlər. Həmin günlər Ayətullah Xameneyi onlardan yüksəkdə olmasa da, aşağı səviyyədə də deyildi. Həm dərsləri yaxşı mənimsəyirdi, həm də yaxşı nəticələr çıxarırdı. Son zamanadək mübarizələrinə baxmayaraq mütaliəni, fiqh işlərini və dərsləri unutmamışdır”.
Həzrətin dərsə və mövzulara marağı elə səviyyədə idi ki, bir dəfə Qum Elmi Mərkəzinin alimlərindən bir neçəsi ondan ölkə rəhbərliyini bitirdikdən sonrakı planları barədə soruşduqda o buyurdu:
– İnşaallah, Qum şəhərinə gələcəyəm və orada illərlə intizarında olduğum işlərlə (dərs və müzakirələrlə) məşğul olacağam. - Böyük dini rəhbərin əsərləriBöyük dini rəhbərin əsərləriHəzrət Ayətullah Xameneyinin qələmə aldığı əsərlər çoxdur və onlardan bəziləri çap olunmuşdur:
– Həzrətin “Əl-cihad” kitabının Xaric dərsi;
– Recal elmi haqda dörd kitab;
– Gələcək İslamın sayəsində;
– Namazın dərinliyindən;
– “Nəhcül-bəlağə”yə qayıdış;
– Beş cilddə sual və cavab;
– “Nəhcül-bəlağə”dən dərslər;
– Əxlaq dərsi;
– İmam Sadiqin (ə) həyatına bir baxış;
– İmam Rzanın (ə) siyasi şəxsiyyəti;
– İmamların həyatında mübarizə elementləri;
– Səbr etmə haqda söhbət;
– Vəhdət və partiyalaşma barədə söhbət;
– Müsəlmanlar Hindistan hərəkatında;
– Ələvi hökuməti haqda söhbət;
– İslam inqilabında və peyğəmbərlərin hərəkatlarında rəqib qruplar;
– Məzlumluq fəryadı;
– Müsahibələr;
– İmam Həsənin (ə) sülhü – tarixin möhtəşəm qəhrəmanlıq səhifəsi;
– Şəhidlik ətri;
– Dini mərkəzin missiyası;
– Cümə məktəbində;
– Qəbəsat ən-Nur;
– İstiftalar;
– Günəşin cilvəsi;
– İmamın yolu bizim yolumuzdur;
– Böyük dini rəhbərin incəsənətə baxışı;
– Doktor Mustafa Çəmranın fəaliyyəti, cihadı və şəhadəti;
– Böyük dini rəhbərin xəbərdarlıqları;
– İlk şəhid – Ayətullah Mustafa Xomeyni;
– İmam Səccadın (ə) həyatı haqda təhqiqatlar;
– Vilayət hədisi (Böyük dini rəhbərin bəyanatlarının toplusu – bir neçə cilddə).
Böyük dini rəhbərin daha bir neçə mühüm əsəri çapa hazırlanmışdır və ümidvarıq ki, bugünkü nəsil onun mənəvi yazılarından lazımınca istifadə edəcək. - Siyasi mübarizələr dövrüSiyasi mübarizələr dövrüBöyük dini rəhbər cəsur və mömin bir mücahid idi və bütün zəngin həyatı boyu həmişə öz qələmi, sözü və silahı ilə cihadda idi, xüsusilə möhtərəm İmamın böyük İslam hərəkatına başladığı 1341-ci ildən etibarən bir an belə səylərini dayandırmamışdır. Əziz rəhbər bu barədə belə deyir:
– Siyasi mübarizə meydanına girdiyim və siyasi məsələlərlə məşğul olduğum 1331-1332-ci illərdə eşitdim ki, mərhum Nəvvab Səfəvi Məşhədə gəlib. O zaman gizli bir qüvvə məni mərhum Nəvvaba tərəf çəkib apardı. Onunla görüşməyə çalışırdım. Həmin vaxt belə bir xəbər gətirdilər ki, Nəvvab Süleymanxan mədrəsəsinə gəlmək istəyir. Mən də həmin mədrəsədə təhsil aldığımdan mərhum Nəvvabın Süleymanxan mədrəsəsinə gəldiyi günü həyatımın unudulmaz günlərindən biri hesab edirəm.
O, başlarına xüsusi dəri papaq qoymuş bir qrup İslam fədailəri ilə mədrəsəyə gələndə həyətdə dayanıb, şüar söyləyə-söyləyə çıxış etməyə başladı. Onun nitqinin başlıca məğzi bu idi ki, İslam mütləq yaşamalı və İslam hakimiyyətdə olmalıdır. Bu məqamda o, onları – şahı, ingilisi və məmləkətin məsul şəxslərini yalançılıqda ittiham edərək dedi: “Bu adamlar müsəlman deyillər”.
Mərhum Nəvvabın dilindən birinci dəfə bu sözləri eşidəndə o qədər ürəyimə yatdı ki, onunla həmişə bir yerdə olmaq istədim. Həmin yerdə bildirildi ki, sabah cənab Nəvvab Mehdiyədən Nəvvab mədrəsəsinə gedəcəkdir. Həmin günün səhərisi mərhum Nəvvab bir qrup adamla Mehdiyədən Nəvvab mədrəsəsinə tərəf hərəkət etdi və yol üstündə camaata müraciət edərək usa səslə şüar səsləndirir və deyirdi:
– Qeyrətli müsəlman qardaşlarım, İslam hakimiyyətdə olmalıdır. Heyət Nəvvab mədrəsəsinə yetişəndə orada da bütün qüvvəsi ilə yığcam və heyrətləndirici bir nitq söylədi. Nitqdən sonra ona camaat namazına rəhbərlik etmək təklif olundu. O da bu təklifi qəbul etdi və biz hamımız onun rəhbərliyi ilə namaz qıldıq. Mərhum Nəvvab Məşhəddən getdikdən sonra biz ondan xəbər tuta bilmədik. Bu xəbərsizlik onun şəhid olmasınadək davam etdi və biz Məşhəddə onun şəhadətə çatması xəbərini eşitdikdə qəzəbdən çox həyəcanlandıq və mədrəsənin həyətində şüarlar söyləyərək, şahı yamanlamağa başladıq. Burada ən maraqlısı odur ki, mərhum Ayətullah Hacı Şeyx Haşim Qəzvini Məşhəddə yeganə ruhani idi ki, öz səmimiliyi və alicənablığı sayəsində mərhum Nəvvabın şəhadəti ilə əlaqədar olaraq etiraz səsini ucaltdı. O, həmçinin dərs zamanı mərhum Nəvvab Səfəvinin və onun tərəfdaşlarının hakim qüvvələr tərəfindən şəhadətə yetirilməsini kəskin tənqid edərək, onların öldürülməsindən çox təəssüfləndiyini bildirib dedi: “Məmləkətimizdə iş o yerə gəlib çatıb ki, peyğəmbər övladını haqqı söylədiyinə görə öldürürlər!” Ona görə də həmin vaxtdan etibarən Nəvvab Səfəvinin vasitəsilə məndə İslam inqilabının qığılcımının əlamətləri yaranmağa başladı.
Heç bir şübhəm yoxdur ki, bizim qəlbimizdə ilk atəşi məhz mərhum Nəvvab alovlandırdı. Buna görə də mərhum Nəvvabın təsiri ilə həmin 1334, yaxud 1335-ci ildə bizim ilk mübarizə hərəkatımız başladı. Belə ki, həmin vaxt Fərrux adlı bir ostandar (vilayətin rəhbəri – Ə.B.) Məşhədə gəlmişdi və bu şəxs heç bir dini qaydalara və əlamətlərə ehtiram etmirdi. O cümlədən məhərrəm və səfər aylarında Məşhəddə kino-teatrlar, bir qayda olaraq, istirahət etməli olduqları halda əvvəlcə məhərrəm ayının 14-dək tətil elan etdi. Sonra bir qədər səs-küy baş verdiyindən məhərrəm ayının 20-dək tətil elan etdi. Buna görə də biz bir neçə nəfər oturub xeyirxah işlərə çağırış və pis əməllərdən uzaqlaşma ilə əlaqədar bir bəyannamə yazaraq poçtla müxtəlif yerlərə göndərdik.1
1 Həzrət Ayətullah Xameneyinin ictihada çatması haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.42-43 - İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələriİmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələriQum Elmi Mərkəzi 1341-ci ildə millətin İmamının səsi ilə ayağa qalxdı və bu elm, dindarlıq, cihad və şəhadət mərkəzində başqa bir narahatçılıq baş verdi. Böyük
dini rəhbər 1342-ci ildə İmam tərəfindən tapşırıq aldı və Məşhədə üç müraciət apardı. Bu üç müraciət taleyüklü məhərrəm ayı ilə bağlı idi və həmin hadisə xordad ayının on beşində baş verdi.
Birinci müraciət din alimləri, minbərlərdə moizə oxuyanlar və dini məzhəblərin rəhbərləri ilə əlaqədar idi və İsrailə hücumu və Feyziyyə məsələlərini nəzərdə tuturdu.
İkinci və üçüncü müraciətlər isə mərhum Ayətullah Milani və Məşhədin dini alimlərindən birinə ünvanlanmışdı, məhərrəm ayının yeddisindən etibarən açıq mübarizəyə başlanması haqda idi.
Bu missiya lazımi səviyyədə yerinə yetirildi və həmin müraciətlər Xorasan vilayətində mübarizənin daha da şiddətlənməsinə gətirib çıxardı.
Böyük dini rəhbərin sayəsində Bircənd şəhəri o vaxtkı baş nazir Əsədulla Ələmin fikrincə, rejimin güc və hakimiyyət mərkəzinə çevrildi. O, Bircənddə məhərrəm ayının üçündən etibarən minbərə çıxır və camaatı məlumatlandıraraq hərəkata başlayır. İnsanların həddən artıq çox olduğu məhərrəm ayının yeddisində isə Feyziyyə mədrəsəsində baş verən həyəcanlı hadisələrdən danışır, adamlar da ağlayırlar. - İşgəncə illəriİşgəncə illəriBöyük dini rəhbər xatirələrinin davamı olaraq deyir:
– O gün ilk olaraq minbərdə olan xətib nitqini çox uzatdı və çox gec aşağı düşdü. Mənim üçün yarım saat vaxt qalmışdı. Mövzuya başlayanda həyəcandan əssəm də, əsla qorxmurdum və insanların vəziyyəti də mənə çox təsir edirdi. İnsanlar yanğı ilə ağlayırdılar və mən minbərdən aşağı düşəndə onlar məni dövrəyə aldılar ki, şahın adamları həbs etməsinlər.
Minbərdəki bu söhbət şəhərdə böyük səs salır və ertəsi gün şəxsi mənzildə növbəti toplantı keçirilir, buraya da xeyli adam gəlir və yenə də gündəlikdə olan məsələ müzakirəyə çıxarılır.
Böyük dini rəhbər bu barədə deyir: “Bircənddə Təhami adlı məşhur bir ruhani həmin gün mənə dedi: Mən bu şəhərdə hamıdan daha çox məlumatlı olmağıma baxmayaraq, bunlardan xəbərim yox idi və əgər sizdən savayı başqa birisi bunları desəydi, inanmazdım. Həm də heç bir hadisə ilə əlaqədar bu qədər ağlamamışam».
Həzrət doqquzuncu günün səhərisi Tasua günü çox gərgin bir vəziyyətdə minbərə çıxır və bundan sonra həbs edilir. Onu iki gün Bircənddə saxlayırlar, sonra isə Məşhədə aparıb SAVAK-a təhvil verirlər. Oradan da hərbi polisin boşaldılmış zindanına aparırlar və o, burada əvvəlki zindandakı imkanlardan da məhrum edilir.
Beləcə, o, on gün bu zindanda qalmalı olur və özü də bu barədə belə deyir: “Pis deyildi, ancaq mənim üçün yeni idi. SAVAK-la, müstəntiqlərlə, mübahisələrlə, narahatedici ovqatlarla, kəskin alçaltmalarla, bir sözlə, siyasi mübarizənin narahatlıqları ilə dolu yeni bir dünya idi mənim üçün”.
Həzrət azadlığa çıxandan sonrakı fəaliyyəti haqda buyurur:
– Azadlığa çıxandan sonra oturduq və dostlarla belə qərara gəldik ki, bu dəfə doğru-düzgün, hesablanmış, ölçülüb-biçilmiş qərarla hər birimiz ölkəmizin bir nöqtəsinə gedək, həqiqətləri bəyan edək, əlbəttə, əks-təsir də çox idi. Dövlət strukturları da bizi məhv etməyə hazır idilər, həmin vaxt adamlar hələ on beş xordad hadisəsinin təsiri altındaydılar. Adamların kəskin şəkildə təzyiq altında saxlanılması, habelə rejimin cinayətləri bəzilərini mühafizəkarlığa vadar edirdi. Bütün bunlara baxmayaraq, bir qisim şəxslər başqa adamları daha çox müqavimət göstərməyə və böyük cihada səsləyirdilər.
1342-ci ilin ramazan ayı bəhmən ayı ilə üst-üstə düşürdü və şah tərəfindən keçirilən saxta referendumun ildönümü idi. İmam Xomeyni təcrid olunmuşdu və mübarək ayla əlaqədar hər hansı bir planlaşdırma da apara bilməmişdi. Ona görə də ruhanilər, xüsusilə də İmama yaxın olan şagirdləri planlaşdırdıqları kimi yola düşdülər.
Həzrət bu barədə belə deyir:
“Qumdan yola düşəndə içərisində otuz nəfər tələbə olan bir avtobusla hərəkətə başladıq. Avtobusda müxtəlif dərəcəyə malik olan tələbələr əyləşmişdi. Həmin qayda ilə yol üstündə onlar avtobusdan düşürdülər. Mən axıra qalmışdım və Kirmanda düşməliydim”.
O, Kirmanda 2-3 gün çıxışlar edir, alimlərlə, tələbələrlə, və mübariz insanlarla müzakirələr aparır, sonra isə maşınla Zahidana gedir. Həhayət, ramazan ayının 15-də, yəni Həzrət İmam Həsən Moctəbanın (ə) təvəllüd günü çox kəskin, məzmunlu və həyəcanlı bir nitq söyləyir. SAVAK-ın məntəqə üzrə yerli nümayəndəliyi həmin günün axşamı, yəni ramazan ayının on altısı axşam onu həbs edib, təyyarə ilə Tehrana göndərirlər. Bir gecə şahlığın qarnizonunda saxlayırlar və ertəsi gün onu Qızılqala zindanına aparırlar. Bu zindanlıq dövrü təxminən iki ay davam edir və o, azadlığa çıxandan sonra əslində Qeytəriyyədə ev dustağı olan İmamın görüşünə gedir və özü də bu barədə deyir:
– Bütün yorğunluğum aradan qalxdı, o qədər zövq almışdım ki, ağlayırdım. İmam isə çox mehribançılıq edirdi. İmama dedim ki, onun olmamasına görə ramazan ayından lazımi səviyyədə istifadə olunmamışdır. Ona görə də indidən gələcək məhrumiyyətlər barədə düşünürdü.
Bundan sonra 1346-cı ilin fərvərdin ayının on dördündə böyük dini rəhbəri “Gələcək İslamın təsiri altındadır” kitabını tərcümə etdiyinə görə yenidən həbs edirlər və zindana salırlar. O, dörd ay zindanda qalır və SAVAK-ın kəskin təzyiqləri ilə üzləşir. Ancaq Allah-Təalanın köməkliyi ilə SAVAK-ı aldadırlar və SAVAK ondan heç bir şey öyrənə bilmir.
Böyük dini rəhbər həmin il, yəni 1346-cı ildə Qumda “İmam Həsənin (ə) sülhü”, “Gələcək İslamın təsiri altındadır” və “Müsəlmanlar Hindistan hərəkatında” kitablarına görə dəfələrlə həbs olunur, ancaq elə həmin gün azad edilir. - Başqa bir cəhdBaşqa bir cəhd1349-cu ildə, yəni Ayətullah Həkimin vəfatından sonra İmamın kursunun və mərcəiyyətinin təbliği və onun ictihada yetişməsi və İslam inqilabının rəhbərinə münasibətdə ona sadiq qalmağın nümayiş etdirilməsindən ötrü növbəti bir fürsət yaranmışdı. Ancaq o, yenə də həbs olundu. Zindandan çıxdıqdan sonra isə yenə də etibarlı adamların, habelə təşkilatçıların yetişdirilməsi ilə məşğul olur, fəal və döyüşkən dəstələrlə əlaqələr yaradır, həmçinin bütün bu işləri asanlaşdırmaq üçün imamlığı və tədris məsələlərini də qəbul edir.1
Əvvəlcə Məşhəd bazarında yerləşən və “Türklər məscidi” kimi tanınana Siddiqilər məscidində “Təfsir” dərsini başladı. Az bir müddətdən sonra adamların sayı xeyli artdığından onlar Mirzə Cəfər mədrəsəsinə, kitabxana salonunun ikinci mərtəbəsinə köçdü və dərsi davam etdirdi. Bu dərsdə tələbələrlə yanaşı, bəzi möminlər və dini məsələlərlə maraqlanan bir qisim şəxslər iştirak edirdilər. 1349-cu ildə baş verən həbslər müvəqqəti olaraq həmin dərslərin dayandırılmasına gətirib çıxardı.
1349-cu ildə baş verən bu həbs dörd aydan çox davam etdi və azadlığa çıxandan sonra yenidən fəaliyyətə başladı. 1350-ci ildə şahlıq rejiminin 2500 illik yubileyi ilə əlaqədar keçirilən təntənələrdə elektrik dirəklərinin partladılması əməliyyatından sonra həzrəti həbs edirlər və bu dəfə onu ağır işgəncələrə məruz qoyurlar. Onu qaranlıq bir zindanda, heç bir işıqlandırma olmadan saxlayırlar və o, təxminən iki aya yaxın burada qalmalı olur. Bundan sonra isə onu azad edirlər.
Həzrət yenidən İmam Həsən (ə) məscidində fəaliyyət göstərməyə başlayır və bir müddətdən sonra onu Məşhəddə Nadir bağının yaxınlığında yerləşən Kəramət məscidinə icma başçısı dəvət edirlər. Bu məntəqə şəhərin ən həssas və ən narahat yerlərindən biri olmasına baxmayaraq, həzrət həmin təklifi qəbul edir. Burada həddən artıq adamların toplaşmasını və onu çoxsaylı insanların qarşılamasını nəzərə alan SAVAK məscidi müəyyən müddətədək bağlayır.
Bütün bunlar ona gətirib çıxardı ki, SAVAK onu nəzarət altına götürür və ardıcıl olaraq ya çağırıb sorğu-sual edir, ya da mənzilini mühasirəyə alıb, adamların gedib-gəlmələrinə maneə törədirdilər. Tədricən SAVAK onun dərslərini də dayandırdı. Nəhayət, 1353-cü ilin dey ayında həbs edib Tehrana gətirdilər və burada zindanda, yəni SAVAK-ın təxribatçı məhbusların saxlanıldığı qorxulu işgəncə məhbəsinə saldılar. Onun zindanda qalması iki aydan da bir qədər çox çəkdi və bu müddət ərzində fərdi, yaxud iki-üç nəfərlik kameralarda ağır işgəncələrə məruz qaldı.
Zindandan azad olunduqdan sonra həzrət yenidən Məşhədə qayıtdı və öz yorulmaq bilməyən mübarizəsinə və cihada başladı. Ancaq bu dəfə daha ağır məsuliyyətin altına girmişdi.
Mübarizə şiddətləndikcə 1356-cı ildə ruhanilərin və adamların islami birlik yaratmaq istəyi ilə Məşhəddə İmamın rəhbərliyi, habelə ruhanilərin idarəçiliyi ilə həmin birliyin ilk özəyi yaradıldı və inqilabi forma aldı.
Həzrət bu barədə deyir:
– 1356-cı ilin yayında Məşhəddə qardaşlarımızdan ikisi ilə oturmuşduq, mərhum Rəbbani Əmləşi və Mövhədi Kirmani bildirdilər ki, nə üçün rejimə qarşı mübarizə aparan əsas qüvvələr, xüsusilə ruhanilər mütəşəkkil deyillər?
Həmin vaxt təklif olundu ki, birlikdə bir təşkilat yaradaq. Həmin iclasda bildirildi ki, əgər cənab Behişti bu təşkilatda olsa, həmin qurumun sonu çox yaxşı olacaqdır və mütləq bir nəticə əldə ediləcəkdir.
Xoş təsadüfdən həmin vaxt cənab Behişti və cənab Bahönər də orada idilər. Ona görə də Məşhəddəki həmin toplantı bu möhtərəm insanların iştirakı ilə keçirildi və islami birliyin bünövrəsi qoyuldu.
Təşkilatın yaranması xəbərini zindanlarda yatan alimlərə, o cümlədən Haşimi Rəfsəncamiyə çatdırdılar və onlar bu birliyi təqdir etdilər.
Şəhid Motəhərri də həmin il İmam tərəfindən göndərilən müraciətə əsasən müəyyən təcrübəsi olan mübariz insanları öz ətrafına topladı. Bu əlaqələr sonradan 1356-1357-ci il hadisələrinin baş verməsinə gətirib çıxardı. Böyük dini rəhbərin bu birliyin yaradılmasında mühüm rolu olmuşdur. Əlbəttə, bu birlik hakimiyyətpərəstlik, yaxud yüksək məqam və vəzifələr əldə etmək üçün yox, Allah-Təala, cihad və şəhadət naminə yaradılmışdı.
1 Bir qayda olaraq 1347-1350-ci illərdə inqilabi mədəni fəaliyyətlər və səylər çox aram idi ki, dini rəhbər bu illəri “məxfi fəaliyyətlərin həyəcanlı illəri” adlandırır - Başqa bir sürgünBaşqa bir sürgünBütün bu fəaliyyətlərin nəticəsində, yəni 1356-cı ildə istibdad rejimi tam qəddarlıqla onu həbs edir və bir neçə gün zindanda saxladıqdan sonra İranşəhrə sürgün edirlər. Bu, 1357-ci ilədək davam edir. Həmin il inqilabın böyük vüsət alması və vəziyyətin rejimin nəzarətindən çıxması nəticəsində həzrət Məşhədə qayıdır və İmamın göstərişi ilə İslam İnqilab Şurasına dəvət olunur. Beləcə, o, Tehrana gəlir.
- Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldıYeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldıİstibdad rejiminin son günlərində kommunistlər belə bir fikrə düşdülər ki, fürsətdən istifadə edib öz nümayəndələrini yaratmaqla İslam inqilabının dəyişdirilib, necə deyərlər, demokratik xalq inqilabına çevrilməsinə nail olsunlar. Bu məqsədlə də yaxşı bir yer – Kərəc yolundakı “General-Motors” zavodunu seçdilər. Ona görə ki, həmin yer Tehrandan uzaqda idi, mərkəzdə isə mömin müsəlmanlar qiyam etmişdilər. Onlar istəyirdilər ki, kommunistləri və başqa əks-inqilabçı qüvvələri mömin şəxslərin gözlərindən uzaq bir yerdə toplasınlar. Bununla da öz xam xəyallarına görə sonradan Tehrana tərəf hərəkət edib, son dərəcə həssas olan bu məntəqəni ələ keçirməyə çalışırdılar. Beləcə, ölkədə kommunist hökumətini bərqərar etmək fikrində idilər. Əlbəttə, bu plan baş tutmadı, ancaq son dərəcə həssas olan günlərdə, yəni bəhmən ayının 19-22-də tamamilə məhv edilməkdə olan rejimə özünün ən böyük köməyini göstərə bilərdi. Bununla da xalqın uğurları əldən gedə və istibdad rejiminə yeni bir fürsət verilə bilərdi ki, özünün növbəti planlarını həyata keçirsin.
Beləcə, onlar kommunist əqidəsinə malik olan təxminən beş yüz tələbəni, qulluqçuları, məmurları və müxtəlif peşələrə malik olan digər şəxsləri zavodda toplayaraq, özlərinin vadaredici çıxışları ilə fəhlələri də ətraflarına yığa bildilər. Həmçinin qəzetlərdə müraciətlərlə çıxış edərək, bütün demokratik və xalq qüvvələrini də dəvət etdilər ki, həmin xalq kütlələrinin inqilabına qoşulsunlar.
Bu xəbər İmamın təbliğat üzrə dəftərxanasına çatanda bir neçə ilahiyyatçı, habelə tir ayının yeddisində şəhid olanlardan cənab Dəyalemə həmin məntəqəyə yollandılar, ancaq onlar bir iş görə bilmədilər.
Belə olduqda böyük dini rəhbər həmin əraziyə getdi. O, günorta vaxtı özü maşını idarə edərək zavoda tərəf hərəkət etdi və çörək yemədiyinə görə yolda bir qədər çörək və pendir alıb, maşını sürə-sürə yeməyə başladı. Zavoda yetişəndə qısa bir çıxış edib geri qayıtdı. Amma bəhmən ayının 20-də vəziyyət çox təhlükəli bir həddə gəlib çatdı. Beş yüz nəfər kommunist, habelə zavodun səkkiz yüz nəfər fəhləsi bir yerə toplaşmışdılar və hətta onların silahlanmaları da tam yəqin idi. Ən qorxulusu isə bu idi ki, onlar silahlanıb rejimlə son mübarizədə ölkə daxilində müharibə törədə bilərdilər. Kommunistlər tərəfindən belə bir xəyanətin törədilməsi istisna deyildi. Buna görə də şəhid Dəyalemə İmamın təbliğat üzrə dəftərxanasına gəlib narahatçılıqla dedi: “Vəziyyət çox təhlükəlidir və mütləq ciddi tədbir görülməli və bu işin öhdəsindən gələ biləcək bir şəxs həmin yerə getməlidir”.
Böyük dini rəhbər şəxsən bu işi öz öhdəsinə götürdü və tələsik zavoda getdilər. Rifah mədrəsəsindən də bir Hizbullah qrupunu onlara arxa olmaq üçün məntəqəyə göndərdilər. Böyük dini rəhbər axşam zavoda çatanda böyük bir zəhmətlə və cəsarətlə tribunaya qalxıb nitq söyləməyə başladı və suallara cavab verdi.
O, suallara cavab verərkən kommunistləri kəskin şəkildə ittiham etdi. Ona görə də onlar bu çıxılmaz vəziyyətdən yaxa qurtarmaq üçün kollektiv şəkildə kommunist nəğmələri oxumağa və əllərini başlarının üstünə qaldırıb möhkəm “əl çalmağa” başladılar. Ancaq həzrət tribunanı tərk etmir və öz çıxışını davam etdirməkdə idi. Axşam düşəndə azan oxundu və camaat namazı qılındı.
Kommunistlər yaranmış vəziyyətin onların xeyrinə olmadığını görüb, həzrətin sözlərini fəhlələrin eşitməməsindən ötrü işığı söndürürlər. Qaranlıqda böyük dini rəhbər səsucaldıcını silahdaşlarından birinə verib, özü uca səslə bildirdi ki, narahat olmayın, heç bir şey yoxdur, mənim sözlərimə qulaq asın. Sonra o, masaların üstündən bir-birinə keçərək şüarlar söyləyir, söhbətlər edir, fəhlələri başa salmağa çalışırdı. O deyirdi: “Hər halda biz camaat üçün namaz qılacağıq”.
Onlar mübahisə etməyə başlayırlar. Fəhlə geyimində olan bir tələbə sual verəndə o, belə buyurur: “Vəsiqəni göstər”. Həmin adam çıxılmaz vəziyyətdə qaldıqda hər şey məlum olur. Daha bir neçə nəfəri də bu qaydada ifşa edir. Sonra isə belə bir fikrə gəlirlər ki, fəhlələrin böyük əksəriyyəti müsəlman olduqlarından onları kommunistlərdən ayırmaq lazımdır. Bunun üçün isə ən yaxşı yol camaat namazıdır.
Buna görə də elan edirlər ki, müsəlman və namaz əhli olan hər bir kəs zavodun həyətində toplaşsınlar. Nəhayət, axşam saat 20:30-da məğrib namazından iki saat sonra camaat həzrətin imamlığı ilə zavodun həyətində toplaşır. Beləcə, fəhlələr namaz qılmağa gəlirlər və kommunistlər zavodun zalında qalırlar. Həzrət uca və ürəyə yatımlı olan səsi ilə fəhlələrin halını dəyişdirir, namazdan sonrakı dualar isə şəraiti tamamilə dəyişdirir. Onlar yaranmış bu fürsətdən istifadə edərək fəhlələri məscidə dəvət edirlər. Sonra hamısı zavodun məscidinə gedir və orada Rifah mədrəsəsindən gətirilmiş hizbullahçılarla birləşirlər. Onlar həzrətin rəhbərliyi ilə kommunistlərin əleyhinə çıxırlar və ertəsi günü fəhlələr kötəklə kommunistləri zavoddan qovurlar. İnqilabın qızğın vaxtında daxili müharibənin başlanmasını və rejimə özünü yenidən qüvvətləndirmək imkanı verilməsini nəzərdə tutan həmin böyük plan həzrətin fədakarlığı və bəsirəti sayəsində aradan qaldırıldı.
Burada ən əhəmiyyətlisi odur ki, həmin axşam Ayətullah Xameneyi yeddi saat ayaq üstdə dayanıb nitq söylədi və sübhədək fəaliyyət göstərdi ki, yaranmış təhlükəni aradan qaldırsın.1
Böyük dini rəhbər həmin günləri belə xatırlayır: “Biz “Ələvi-ye İslami” məktəbində daha bir qərargah yaratdıq ki, onlar təbliğat işləri ilə məşğul olsunlar, yaxud zavodlara nümayəndələr göndərsinlər. Əsas məqsəd isə fəhlələri başa salmaq və onları zavodlardakı dağıdıcı fəaliyyətlə məşğul olan şəxslərin təsirindən qurtarmaq idi. Həmin gün İmamın təbliğat dəftərxanası, İslam Təbliğat Təşkilatı, Şəhid Motəhhəri mədrəsəsi və başqa təşkilatlar öz fəaliyyətləri zamanı məhz bu qərargaha istinad edirdilər.
Bir gün mən bir işi görmək üçün bu məntəqələr arasında gedib-gələrkən dostlardan biri məni saxlayıb dedi: “Siz burada öz işlərinizlə məşğulsunuz. Ancaq kommunistlərin səlahiyyətli nümayəndələri zavodlara gedərək, fəhlələri təhrik edir və dağıdıcı fəaliyyət göstərirlər”. Həmin günlər hər an o qədər böyük hadisələr baş verirdi ki, insanın bütün bunları görməyə və ya onlar haqda məlumat toplamağa belə gücü çatmırdı. Həmin bir neçə gün ərzində ölkədə baş verən hadisələr məhz bu kiçik məkanda özünü büruzə verirdi. Sonra bu məsələlər kiçik bir qrupa tapşırılırdı ki, onlar həmin məsələlərin həlli ilə məşğul olsunlar. Həqiqətən də heç bir kəsin belə bir imkanı yox idi, çünki çox ağır və çətin günlər idi. Ona görə də məsələ mənim üçün o qədər də ciddi görünmədi, həssaslıqla yanaşmadım və həmin məntəqəyə getdim. Ələvi məktəbində həmin qeyd etdiyim qardaşlarımızla bərabər başqa bir şəxs də mənim yanıma gəlib ətraflı məlumat verdilər. Mən hiss etdim ki, nə isə ciddi bir hadisə baş verib. Ona görə də həmin yerə gedib, yaxından vəziyyətlə tanış olmaq istədim. Soruşdum ki, harada vəziyyət daha həssasdır? Bir zavodun adını çəkdilər və bildirdilər ki, orada bir qrup insan vardır. Həmin zavodda səkkiz yüz nəfər fəhlə vardır. Siz də bilirsiniz ki, Tehranda fəhlə məntəqələrinin hər hansı birində çoxlu zavodlar vardır və onlar bir-birinə yaxın olduqlarından hər hansı birində bir hadisə baş verəndə sürətlə başqa zavodlara da bu barədə məlumat yayılırdı və öz təsirini göstərirdi. Məlum olurdu ki, onlar özləri üçün bir dayaq məntəqəsi yaratmaq istəyir və həmin yeri özlərinə qərargah seçirdilər. Onlar həmin zavodların məsul şəxslərini ölümlə hədələyərək qorxudurdular ki, fəhlələr qələbə əhval-ruhiyyəsində olsunlar və onlar öz planlarını həyata keçirə bilsinlər.
Mən gedib vəziyyəti belə gördükdə problemləri həll etməyə başladım”.
1 Həzrət Ayətullah Xameneyinin ictihada çatması haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.61-63
-
- İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
- ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
- DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
- BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
- İstifadə olunan ədəbiyyatİstifadə olunan ədəbiyyat1. Müsahibələr (cildlər) – Həzrət Ayətullah Xameneyinin İİR-in prezidenti olduğu illərdə verdiyi müsahibələr. Tərtib edən: İslam inqilabının Mədəniyyət Sənədləri Təşkilatının nəşriyyatı, 1370-ci il
2. “Həzrət Ayətullah Xameneyinin mərcəiyyəti haqda fəqihlərin və görkəmli şəxslərin fikirləri” kitabı. Tərtib edənlər: Qun Elmi Mərkəzinin ruhani alimləri. Naşir: Qum Elmi Mərkəzinin İslami Təbliğat Şöbəsi. Çap tarixi –13 rəcəb 1415 h. q
3. “Hədise vilayət”. Həzrətin İran İslam İnqilabının müdrik rəhbəri seçilməsindən sonra göstərişlərinin toplusu (cildlər)
4. “Rəhbərin siması”, Böyük dini rəhbər Həzrət Ayətullah Xameneyinin həyatından xatirələr. Savadsızlığın aradan qaldırılması hərəkatı. Tədqiqatlar şöbəsi. Təhsil vasitələrinin planlaşdırılması və istehsalı – 1377
5. “Ba nəvaye karevan”. Yeniyetmələr və uşaqlar üçün. Müqəddəs müdafiə həftəsinin keçirilməsi münasibətilə, “Canbaz”aylıq jurnalının əlavəsi. 1377-ci ilin şəhrivər ayı
6. “Comhuriye İslami” qəzeti
7. “Keyhan” qəzeti
8. “Resalət” qəzeti
9. Xatirələr və hekayətlər (cildlər). Naşir: “Ğədre vilayət” Mədəniyyət Müəssisəsi
10. “Cəbhə məktəbində”, üçüncü cild
11. “Pəyame enqelab” jurnalı. İslam inqilabı mühafizəçilər korpusunun orqanı.
12. “Həmaseye moqavemət”, ikinci cild
13. “Pasdare İslam”, 153-cü nömrə
14. “Səhifeye nur”, Həzrət İmamın (r) müraciətləri və çıxışlarının toplusu
15. “Ettelaat” qəzeti
16. “Celvehaye nur”
17. “Rəhbərin cavablarında faydalı dürrlər” – Ayətullah Xameneyi
18. “Bəsirətin əlaməti”. Həzrət Ayətullah Bəhaəddinin tərcümeyi-halı
19. “Böyük dini rəhbərin həyat və fəaliyyəti”. “Ğədre vilayət”Mədəniyyət Müəssisəsi
20. “Houzə və ruhaniyyət”. Tərtib edən: Böyük dini rəhbərin bürosu. I və II cildlər
21. “Kövsər nəslindən müdrik rəhbər”. İslami Təhqiqatlar Mərkəzi
22. “Əxlaq dərsi” haqda kitabça. 1371-ci ilin xordad ayı
23. “Aşna” jurnalı. İslam inqilabı mühafizəçilər korpusunun orqanı
24. “Tarix yaradan insanlar və anlar”. I cild
25. “Canbaz” jurnalı. № 22-23. 1379-cu il
26. “Günəşin kölgəsində”. Həzrət İmamın (r) haqqında qeydlər və xatirələr. Höccətülislam vəl-Müslimin Rəhimian. Cəbhə gündəliyi. Nəşrin birinci nömrəsi
-