Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
  • ORUC
    • Orucu vacib edən şərtlər
    • Orucun vacib əməlləri
    • Oruc tutan şəxsə məkruh olan işlər
    • Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
    • Orucu bilərəkdən pozmağın kəffarəsi
    • Yalnız orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Təxir kəffarəsi
    • Ata və ananın qəza orucunun hökmləri
    • Müsafir orucunun hökmləri
    • Orucun vacib olmadığı şəxslər
    • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Orucun qisimləri
    • Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
    • Etikaf
      • Etikafın şərtləri
        • 1- Ağıl
        • 2- Niyyət
        • 3- Oruc tutmaq
        • 4- Eyni məsciddə qalmaq
        • 5- Etikafın üç gün ardıcıl davam etməsi
        • 6- Məsciddə davamlı surətdə qalmaq
          Çap versiyası  ;  PDF
           
          6- Məsciddə davamlı surətdə qalmaq

           

          Məsələ 997. Əgər etikaf edən şəxs bilərəkdən və ixtiyari şəkildə (zəruri hallar istisna olmaqla) məsciddən xaric olsa, onun etikafı pozulur, baxmayaraq ki, o, bu hökmü bilməyibdir.
          Məsələ 998. Əgər etikaf edən şəxs unutqanlıq üzündən, yaxud məcburi şəkildə, yaxud məntiqi, ya ürfi və ya şəri baxımdan zəruri sayılan iş üçün məsciddən xaric olsa, onun etikafı pozulmur. Burada işin vacib və ya müstəhəb olmasının, yaxud dünya və ya axirət işi olmasının bir fərqi yoxdur.
          Məsələ 999. Əgər etikaf edən şəxs zərurət üzündən məsciddən xaric olmaq məcburiyyətində qalsa, yersiz yubanmalardan, o cümlədən əyləşmək, kölgədə dincəlmək və bu kimi işlərdən çəkinməlidir. Zərurət həddindən artıq məsciddən kənarda qalmamalıdır.
          Məsələ 1000. Əgər zərurət halında məsciddən kənarda qalmaq etikafın surətini pozacaq həddə uzun çəkərsə, etikaf pozulur.

           

        • 7- Etikaf etmək üçün icazənin olması
      • Etikafda haram olan işlər, qəza və kəffarə
700 /