Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
  • ORUC
    • Orucu vacib edən şərtlər
    • Orucun vacib əməlləri
    • Oruc tutan şəxsə məkruh olan işlər
    • Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
    • Orucu bilərəkdən pozmağın kəffarəsi
    • Yalnız orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Təxir kəffarəsi
    • Ata və ananın qəza orucunun hökmləri
    • Müsafir orucunun hökmləri
    • Orucun vacib olmadığı şəxslər
    • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Orucun qisimləri
    • Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
    • Etikaf
      • Etikafın şərtləri
      • Etikafda haram olan işlər, qəza və kəffarə
        Çap versiyası  ;  PDF
         
        Etikafda haram olan işlər, qəza və kəffarə

         

        Məsələ 1003. Etikaf edən şəxsə aşağıdakı işlər haramdır:
        1- Həzz almaq üçün xoş qoxulu şeyləri və ətirli bitkiləri qoxulamaq;
        2- Cinsi əlaqədə olmaq və ehtiyata görə, şəhvətlə həyat yoldaşına toxunmaq və onu öpmək (bu iş haram olmaqdan əlavə, etikafın pozulmasına da səbəb olur);
        3- Ehtiyat-vacibə görə, istimna etmək;
        4- Alış-veriş etmək və ehtiyat-vacibə görə, hər növ sövdələşmə (məsələn, nəyisə icarəyə verib-almaq);
        5- Dünya və din məsələlərində mübahisə etmək (Əlbəttə, əgər məqsəd qarşı tərəfə qalib gəlmək və insanın öz üstünlüyünü və elmini göstərmək olarsa, bu iş haramdır. Amma əgər məqsəd haqqı çatdırmaq və qarşı tərəfi səhv yoldan döndərmək olarsa, mübahisə etməyin maneəsi yoxdur).
        Məsələ 1004. Etikafda haram olan işlər təkcə gündüzə aid deyildir, gecəyə də aiddir və onlardan çəkinmək lazımdır.
        Məsələ 1005. Əgər etikafda olan şəxs yemək və içmək üçün nəyisə alıb-satmaq məcburiyyətində qalsa və bunun üçün özünə bir vəkil tuta bilməsə, yaxud nəyisə alıb-satmadan lazım olan ərzaqları əldə etsə, alıb-satmanın maneəsi yoxdur.
        Məsələ 1006. Əgər vacib etikaf pozularsa, günü müəyyən olan vacib etikaf olduğu təqdirdə, onun qəzası yerinə yetirilməlidir. Amma əgər günü müəyyən olan etikaf olmazsa, onu yenidən yerinə yetirmək lazımdır.
        Məsələ 1007. Əgər etikaf edən şəxs müstəhəb etikafı ikinci gündən sonra pozarsa, onun qəzasını yerinə yetirməlidir. Amma əgər birinci və ya ikinci gün pozarsa, onun qəzası vacib olmur.
        Məsələ 1008. Etikafın qəzası və ya onu yenidən yerinə yetirmək (əvvəlki iki məsələdə qeyd olundu) o halda vacib olur ki, şəxs etikafa başlayarkən hansısa bir üzr ilə qarşılaşdığı zaman etikafı pozacağını şərt etməmişdir.
        Məsələ 1009. Etikafı pozmağın kəffarəsi Ramazan ayında orucu bilərəkdən pozmağın kəffarəsi ilə eynidir. Yəni bir qul azad etmək[1], yaxud iki ay oruc tutmaq (onun otuz bir günü ardıcıl olmalıdır), yaxud da altmış fəqirə yemək verməkdən ibarətdir.
         

        [1] Amma hazırkı dövrdə qul azad etmək məsələsi aradan qalxmışdır.
700 /