Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
  • ORUC
    • Orucu vacib edən şərtlər
    • Orucun vacib əməlləri
      • 1- Niyyət
        • a) Ramazan ayının orucunun niyyəti
          Çap versiyası  ;  PDF
           
          a) Ramazan ayının orucunun niyyəti

           

          Məsələ 805. Nəzərə alsaq ki, oruc “sadiq fəcr” doğan andan etibarən başlanır, orucun niyyətini etməyin vaxtı da həmin an başa çatır. Daha yaxşı olar ki, fəcr yaxınlaşmamışdan qabaq orucun niyyəti edilsin.
          Məsələ 806. Oruc tutan şəxs Ramazan ayının hər gecəsində sabahkı günün orucu üçün niyyət edə bilər. Amma yaxşı olar ki, ayın birinci gecəsi bütün ayın orucu üçün niyyət etsin və hər gecə niyyətini yeniləsin.
          Məsələ 807. Əgər bir şəxs gecənin əvvəlində sabah oruc tutacağını niyyət etsə, daha sonra yatsa və sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, yaxud da bir işlə məşğul olduğuna görə sübh namazının vaxtının daxil olduğundan xəbərsiz olsa və bunu sonradan başa düşsə, onun orucu düzgündür.
          Məsələ 808. Ramazan ayında Ramazan orucundan qeyri bir orucun niyyətini etmək olmaz. Ramazan ayının orucunu tuta bilməyən müsafir şəxs isə istisna təşkil edir, belə ki, o, səfərdə müstəhəb oruc tutacağını nəzir etmişdir və buna görə də Ramazan ayında onun tutduğu müstəhəb oruc düzgündür[1].
          Məsələ 809. Əgər bir şəxs Ramazan ayının gecəsində bilərəkdən fəcr doğanadək oruc niyyəti etməsə, o, gün əsnasında oruc niyyəti etsə belə, orucu düzgün deyildir. Amma həmin gün məğribədək orucu pozan bütün işlərdən çəkinməli və Ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.
          Məsələ 810. Əgər bir şəxs Ramazan ayında unutduğuna və ya məsələni bilmədiyinə görə oruc niyyəti etməsə və bunu gün əsnasında başa düşsə (istər şəri zöhrdən qabaq başa düşmüşdür, istərsə də şəri zöhrdən sonra başa düşmüşdür), orucu pozan bir iş gördüyü təqdirdə, oruc niyyəti edə bilməz. Amma əgər orucu pozan bir iş görməyibdirsə, zöhrdən sonra başa düşdüyü təqdirdə, oruc niyyəti etməsi düzgün deyildir. Buna baxmayaraq, məğribədək orucu pozan işlərdən çəkinməlidir. Amma əgər zöhrdən qabaq başa düşsə, ehtiyat-vacibə görə, oruc niyyəti edib oruc tutmalı və sonradan həmin günün orucunun qəzasını tutmalıdır.
           

          [1] Bunu da bilməlisiniz ki, Ramazan ayında tutulan nəzir orucu Ramazan ayının orucu hesab olunmur və onun qəzasını sonradan tutmaq lazımdır.
        • b) Ramazan ayının orucundan qeyri bir orucun niyyəti
        • Niyyətin davam etməsi
      • 2- Orucu pozan işləri yerinə yetirməmək
    • Oruc tutan şəxsə məkruh olan işlər
    • Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
    • Orucu bilərəkdən pozmağın kəffarəsi
    • Yalnız orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Təxir kəffarəsi
    • Ata və ananın qəza orucunun hökmləri
    • Müsafir orucunun hökmləri
    • Orucun vacib olmadığı şəxslər
    • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Orucun qisimləri
    • Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
    • Etikaf
700 /