Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
    • İKİNCİ FƏSİL: EHRAM
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
      • Səyin müxtəlif məsələləri
        Çap versiyası  ;  PDF
         
        Səyin müxtəlif məsələləri

         

        Məsələ 357. Səy də təvaf kimi, umrənin vacib əməlidir. Səyi bilərəkdən və ya səhvən tərk etməyin hökmü təvafı tərk etməyin hökmü ilə eynidir və bir qədər əvvəldə onun hökmü açıqlandı.
        Məsələ 358. Əgər bir şəxs səyi yerinə yetirməyi unudub, umrənin ehramından xaric olarsa və öz həyat yoldaşı ilə cinsi əlaqədə olarsa, səyin qəzasını yerinə yetirməli, bundan əlavə, ehtiyat-vacibə görə, bir inək kəffarə verməlidir.
        Məsələ 359. Əgər bir şəxs səyi yerinə yetirərkən unutqanlıq üzündən bir və ya daha çox gediş artıq yerinə yetirərsə, səyi düzgündür və ona kəffarə vacib olmur. Burada məsələni bilməyən şəxs məsələni unudan şəxs hökmündədir.
        Məsələ 360. Əgər bir şəxs yeddi gediş artıq yerinə yetirsə, yəni hər bir gediş-qayıdışın “bir gediş” sayıldığını düşünsə, onun səyi düzgündür və səyi yenidən yerinə yetirməsinə ehtiyac yoxdur. Həmçinin əgər səyi yerinə yetirərkən yeddi gedişdən artıq yerinə yetirdiyini xatırlasa, onun səyi düzgündür, amma bunu xatırladığı an artıq olan miqdarı davam etdirməməlidir.
        Məsələ 361. Əgər bir şəxs səhvən səyi naqis yerinə yetirsə, bunu xatırladığı zaman səyi tamamlamalıdır. Əgər vətənə qayıtdıqdan sonra bunu xatırlasa, səyi tamamlamaq üçün Məkkəyə geri qayıtmalıdır. Amma əgər bu iş onun üçün olduqca çətin və əziyyətli olsa, naib tuta bilər.
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /