Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • MÜQƏDDİMƏ
  • BİRİNCİ HİSSƏ: HƏCCƏTUL-İSLAM VƏ NİYABİ-HƏCC
  • İKİNCİ HİSSƏ: UMRƏNİN ƏMƏLLƏRİ
    • BİRİNCİ FƏSİL: EHRAMIN MİQATLARI
      • Miqata aid məsələlər
        Çap versiyası  ;  PDF
         
        Miqata aid məsələlər

         

        Məsələ 112. Miqat və ya miqatın paralelinin sübutu üçün elm mövcud olmadıqda, “şəri-bəyyinə”yə, yəni iki ədalətli şahidin şahidliyinə, yaxud da əminlik yaradan şöhrətə əsaslanmaq lazımdır. Yəqinliyin hasil olması üçün araşdırma aparmaq lazım deyildir. Əgər elm, bəyyinə və şöhrət mövcud olmazsa, insan bu məkanlar barəsində məlumatı olan şəxslərdən soruşmaq nəticəsində hasil olan zənn ilə kifayətlənə bilər.
        Məsələ 113. Miqata çatmamışdan qabaq ehram bağlamaq düzgün deyildir. Amma əgər bir şəxs miqatdan qabaq yerləşən müəyyən bir yerdə, məsələn, Mədinədə və ya öz şəhərində ehram bağlayacağını nəzir etsə, bu halda o, həmin yerdə ehram bağlamalıdır və onun ehramı düzgündür.
        Məsələ 114. Əgər bir şəxs bilərəkdən və ya diqqətsizlik ucbatından və ya məsələni bilmədiyinə görə ehram bağlamadan miqatdan ötüb keçsə, ehram bağlamaq üçün miqata geri qayıtmalıdır.
        Məsələ 115. Əgər bir şəxs diqqətsizlik ucbatından və ya unutqanlıq üzündən və ya məsələni bilmədiyinə görə ehram bağlamadan miqatdan ötüb keçsə və vaxt dar olduğuna, yaxud da başqa bir üzrə görə miqata geri qayıda bilməsə, hərəmə daxil olmadığı təqdirdə, o, ehtiyat-vacibə görə, mümkün olduğu qədər miqata tərəf geri qayıtmalı və orada ehram bağlamalıdır. Amma əgər hərəmə daxil olubdursa və ehram bağlamaq üçün hərəmdən xaric ola bilərsə, ehram bağlamaq üçün hərəmdən xaric olmalıdır. Əgər vaxtın darlığına və bu kimi bir üzrə görə hərəmdən xaric ola bilmirsə, hərəmin daxilində üzrünün aradan qalxdığı yerdə ehram bağlamalıdır.
        Məsələ 116. Miqatda ehram bağlamağı ixtiyari şəkildə yubatmaq – istər qarşıda başqa bir miqat mövcud olsun, istərsə də mövcud olmasın – olmaz.
        Məsələ 117. Əgər bir şəxsə hansısa bir miqatda ehram bağlamaq qadağan edilsə, o, digər miqatda ehram bağlaya bilər.
        Məsələ 118. Əgər bir şəxs miqatda ehram bağlamağı bilərəkdən tərk etsə və vaxtın darlığına və ya başqa bir üzrə görə miqata geri qayıda bilməsə, qarşıda da başqa bir miqat olmasa, nəticədə umrəni yerinə yetirmək üçün vaxt daralsa, bu şəxsin umrəsi əldən çıxır və həcci düzgün deyildir. Həcc onun boynuna gəldiyi və ya o, mustəti olduğu təqdirdə, növbəti il həcci yerinə yetirməlidir.
        Məsələ 119. Ciddə şəhəri miqat hesab olunmur, eləcə də heç bir miqatın paraleli deyildir. Odur ki, təməttu umrəsi üçün Ciddədə ixtiyari şəkildə ehram bağlamaq düzgün deyildir. Əksinə, ehram bağlamaq üçün miqatların birinə getmək lazımdır. Əgər bir şəxs miqatların heç birinə gedə bilmirsə, ehtiyat-vacibə görə, nəzir etmək vasitəsilə Ciddədə ehram bağlamalıdır.
        Məsələ 120. Əgər bir şəxs miqatda ehram bağladıqdan və miqatı ötüb keçdikdən sonra ehramının düzgün olmadığını başa düşsə, miqata geri qayıda bildiyi təqdirdə, o, miqata geri qayıtmalı və orada ehram bağlamalıdır. Amma əgər miqata geri qayıtmaq yalnız Məkkəyə gəlməklə mümkün olarsa, Məkkəyə daxil olmaq üçün Ədnəl-hilldə “mufrədə umrəsi” niyyətilə ehram bağlamalı, mufrədə umrənin əməllərini yerinə yetirdikdən sonra miqatların birinə geri qayıtmalı və təməttu umrəsi üçün ehram bağlamalıdır.
        Məsələ 121. Təməttu həccini yerinə yetirmək üçün Məkkəyə geri qayıda biləcəyinə əmin olan şəxs təməttu umrəsini yerinə yetirdikdən sonra və həcc əməllərindən qabaq Məkkədən xaric ola bilər. Amma ehtiyac və zəruri iş istisna olmaqla, Məkkədən xaric olmaması ehtiyat-müstəhəbə müvafiqdir. Bu halda o, ehtiyata görə, əvvəlcə Məkkədə həcc üçün ehram bağlasın, daha sonra Məkkədən xaric olsun. Əgər ehramda olmağın onun üçün çətinliyi olarsa, işlərini görməkdən ötrü ehram bağlamadan Məkkədən xaric ola bilər. Bu ehtiyata əməl etmək niyyətində olan və bir və ya bir neçə dəfə Məkkəyə daxil olub-xaric olmaq məcburiyyətində olan şəxslər, məsələn, həcc dəstəsinin xidmətçiləri, Məkkəyə daxil olmaq üçün əvvəlcə mufrədə umrəni yerinə yetirə, təməttu umrəsini isə təxirə sala bilərlər. Əlbəttə, o vaxtadək təxirə sala bilərlər ki, təməttu umrəsini həcc əməllərindən qabaq yerinə yetirə bilsinlər. Bu halda təməttu umrəsi üçün miqatda ehram bağlamalıdırlar. Təməttu umrəsini yerinə yetirdikdən sonra Məkkədə həcc üçün ehram bağlamalıdırlar.
        Məsələ 122. “Təməttu umrəsi ilə həcci arasında Məkkədən xaric olmaq” dedikdə, hazırkı Məkkə şəhərindən xaric olmaq nəzərdə tutulur. Deməli, hal-hazırda Məkkə şəhərinin ərazisi sayılan məkanlara getmək – baxmayaraq ki, keçmişdə bu məkanlar Məkkənin ərazisi sayılmırdı – Məkkədən xaric olmaq hesab edilmir.
        Məsələ 123. Əgər bir şəxs təməttu umrəsini yerinə yetirdikdən sonra ehram bağlamadan Məkkədən xaric olsa, umrəni yerinə yetirdiyi ayda Məkkəyə qayıtdığı təqdirdə, Məkkə şəhərinə daxil olmaq üçün ehramı yeniləməsinə ehtiyac yoxdur. Amma əgər umrəni yerinə yetirdiyi aydan sonrakı ayda Məkkəyə qayıtsa, məsələn, umrəni zil-qədə ayında yerinə yetirsə və Məkkədən xaric olsa, sonra zil-hiccə ayında Məkkəyə qayıtsa, yaxud da umrəni zil-qədə ayında yerinə yetirsə və zil-hiccə ayında Məkkədən xaric olub, yenidən Məkkəyə qayıtsa, Məkkəyə daxil olmaq üçün umrə yerinə yetirməkdən ötrü yenidən ehram bağlamalıdır. Onun həccə birləşən təməttu umrəsi həmin ikinci təməttu umrəsi olacaqdır. Əgər o, yenidən ehram bağlamasa və ikinci umrəni yerinə yetirməsə, onun təməttu həcci düzgün deyildir.
        Məsələ 124. Ehtiyat-vacibə görə, təməttu umrəsi yerinə yetirildikdən sonra və təməttu həcci yerinə yetirilməmişdən qabaq “mufrədə umrə” yerinə yetirilməməlidir. Amma əgər kimsə bunu edərsə, onun təməttu umrəsi və həccinə xələl gəlmir.

         

    • İKİNCİ FƏSİL: EHRAM
    • ÜÇÜNCÜ FƏSİL: TƏVAF VƏ TƏVAF NAMAZI
    • DÖRDÜNCÜ FƏSİL: SƏFA VƏ MƏRVƏ ARASINDA SƏY ETMƏK
    • BEŞİNCİ FƏSİL: TƏQSİR
  • ÜÇÜNCÜ HİSSƏ: HƏCCİN ƏMƏLLƏRİ
  • HƏCC VƏ UMRƏ BARƏSİNDƏ SUAL-CAVAB
700 /