Ali Məqamlı Rəhbərin informasiya bloku
Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüş
İnqilabın Rəhbəri Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşdə dedi:

İlahi vəd və meydan təcrübəsinə əsasən, Müqavimətin qələbəsi qətidir

Son xəbərlər

Fiqh və şəri hökmlər

Sosial şəbəkələrdən istifadə
Sosial şəbəkələrdən istifadə
Əgər sosial şəbəkələrdən fəsad törətmək (məsələn, yalan məlumatlar və şayiələr yaymaq, əxlaqa zidd materiallar yaymaq və s.) məqsədilə istifadə edilərsə, yaxud sosial şəbəkələrdən istifadə zamanı günah etmək qorxusu mövcud olarsa, yaxud da sosial şəbəkələrdən istifadə etmək İslamın və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, bu hallarda sosial şəbəkələrdən istifadə etməyə icazə verilmir.
Naməhrəmlə ünsiyyətin hüdudları
Naməhrəmlə ünsiyyətin hüdudları
Naməhrəm kişi və qadın ünsiyyət zamanı şəriətin müəyyən etdiyi hüdudlara (o cümlədən geyim, baxmaq, söhbətin mövzusu, danışıq tərzi və s. baxımından müəyyən edilən hüdudlara) riayət etməlidir. Həmçinin naməhrəmlə ünsiyyət fəsada səbəb olmamalı, bu ünsiyyətdə günah etmək qorxusu mövcud olmamalıdır.