Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Azərbaycan dövlətinin xeyri xalqın dini hisslərinə hörmətdədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşü zamanı qeyd etdi ki, ortaq məzhəb İran İslam Respublikasının Azərbaycan xalqı və bu ölkənin dövlət rəsmilərinə qarşı yaxınlıq və doğmalıq hissi keçirməsinə səbəb olan ən mühüm amildir: “İqtisadi əməkdaşlıqların səviyyəsi hər iki ölkənin potensial və imkanları ilə müqayisədə çox aşağıdır. Mübadilələrin həcmi hazırkı səviyyədən 10 dəfəyə qədər artırılmalıdır”.

Həzrət Ayətullah Xamenei Azərbaycan dövlətinin İran İslam Respublikası ilə bağlı mövqelərini, xüsusilə nüvə müzakirələri məsələsindəki mövqeyini çox yüksək qiymətləndirdi: “Azərbaycan dövləti siyasi dairələrdə həmişə İranın yanında olmuşdur. Bu müsbət mövqelər iki ölkəni bir-birinə əvvəlkindən daha da çox yaxınlaşdırır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İranla Azərbaycanın yaxın əlaqələri düşmənləri qəzəbləndirir: “Bədxah sionist rejimi İranla Azərbaycanın qardaşlıq əlaqələrini zəiflətmək üçün bütün düşmənlərdən daha artıq çalışır. Bunun müqabilində mövcud səmimi münasibətləri qorumaq lazımdır”.

O, habelə Azərbaycan xalqını və onun dini baxışlarını yüksək qiymətləndirərək dedi: “Azərbaycan dövlətinin xeyir və məsləhəti xalqın dini hisslərinə uyğun davranmaqdadır. Bu davranış elə şəkildə olmalıdır ki, xalq dövlətin dini məsələlərə münasibətindən qətiyyən narahatlıq hissi keçirməməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, xalqın razılığının qazanılması və ona arxalanmaq dövlətlər qarşısında toxunulmazlıq əldə eidlməsinin ən mühüm amildir: “Əgər Azərbaycan dövləti xalqa arxalanarsa, heç bir dövlət sizə zərər yetirə bilməz. Biz də Azərbaycan xalqı və dövlətinin uğur qazanması üçün dua edirik”.

Dövlət başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Azərbaycan Respublikasının prezidenti iki ölkənin tarixi, mədəni və dini sahədəki ortaq nöqtələrinə işarə edərək dedi: “İran və Azərbaycan həmişə bir-birinin yanında olmuş və olmaqda davam edirlər. Keçən il ərzində 1 milyon Azərbaycan vətəndaşının İrana səfər etməsi bu mədəni və dini bağlılığın bir göstəricisidir”.

Cənab Əliyev İranla Azərbaycanın arasını vurmaq məqsədilə göstərilən bəzi səylərə işarə edərək dedi: “İki ölkənin əlaqələri yüksək səviyyədədir. Düşmənlərin bu cür addımları nəticəsiz qalacaq”.

Azərbaycan Respublikasının prezidenti Tehran – Bakı əlaqələrinin inkişaf etməkdə olduğunu dedi: “Mən son üç ilə ərzində İrana 3 dəfə səfər etmişəm. Cari ildə də iki ölkə arasında 20 əməkdaşlıq sənədi imzalanmışdır. İki ölkənin ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 70 % artmışdır”.

Ticarət dövriyyəsinin bu həcminin qənaətbəxş olmadığını bildirən cənab Əiyev müştərək dəmiryolu layihəsi kimi icrada olan bəzi müştərək layihələrə işarə edərək dedi: “İki ölkənin dəmiryolunun birləşdirilməsi gerçəkləşmiş mühüm bir işdir. Bundan əlavə, hal-hazırda Şimal-Cənub dəhlizi layihəsi üzərində işləyirik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /