Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 176-cı maddəsinin icrasına müvafiq olaraq, cənab Əli Şəmxaninin Ali Milli Təhlükəsizlik Şurasında 3 il müddətinə öz nümayəndəsi təyin olunması haqqında sərəncam imzaladı.

Sərəncamın tam mətni:


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Cənab Əli Şəmxani,

İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsinin icrasına müvafiq olaraq, Sizi Ali Milli Təhlükəsizlik Şurasında 3 il müddətinə öz nümayəndəm təyin edirəm.

Ali Milli Təhlükəsizik Şurası tərəfindən qəbul olunan qərarların İran İslam Respublikasının milli istiqlal və təhlükəsizliyinin reallaşmasında böyük və müstəsna əhəmiyyət daşıdığını nəzərə alaraq ümid edirəm ki, Siz də şurada fəal iştirak edib mənimlə ardıcıl fikir mübadiləsi apararaq Şanlı İslam Dövlətinin iqtidar və suverenliyinin təmin olunmasına yardımçı olacaqsınız.

Uzun illər boyu sözügedən şurada Ali Rəhbərlik Məqamının nümayəndəsi qismində çəkdiyi zəhmətlərə görə cənab Dr. Ruhaniyə də təşəkkür və qədirdanlığımı ifadə etməyi lazım bilirəm.

Seyid Əli Xamenei
21 şəhrivər 1392-ci il
12 sentyabr 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /