Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
      • Camaat namazının müstəhəbliyi
      • Camaat namazının icazəli olduğu hallar
      • Camaat namazının icazəli olmadığı hallar
      • İmam-camaatın şərtləri
      • Camaat namazının şərtləri
      • İmam-camaata tabe olmaq baxımından məmumun vəzifələri
      • Namazın müxtəlif rəkətlərində iqtida edərkən məmumun vəzifələri
        • Birinci rəkətdə iqtida etmək
        • Rükuda iqtida etmək
        • İkinci rəkətdə iqtida etmək.
        • Üçüncü və dördüncü rəkətlərdə iqtida etmək
          Çap versiyası  ;  PDF
           
          Üçüncü və dördüncü rəkətlərdə iqtida etmək

           

          Məsələ 747. Əgər məmum imam-camaatın üçüncü və ya dördüncü rəkətlərində ona iqtida etsə, “Həmd” və “Surə”ni oxumalıdır. Əgər “Surə”ni oxumağa vaxt çatmazsa, təkcə “Həmd”i oxumalı və rükuda özünü imam-camaata çatdırmalıdır.
          Məsələ 748. Əgər məmum bilsə ki, “Surə”ni oxuduğu təqdirdə rükuda imam-camaata çatmayacaqdır, “Surə”ni oxumamalıdır. Əgər oxusa və rükuda imam-camaata çatmasa, onun namazı furada namaza çevrilir.
          Məsələ 749. Əgər imam-camaat namazın üçüncü və ya dördüncü rəkətində olsa və məmum bilsə ki, iqtida edib “Həmd”i oxuduğu təqdirdə rükuda imam-camaata çatmayacaqdır, ehtiyat-vacibə görə, imam-camaat rükuya gedənədək gözləməli və rükuda ikən ona iqtida etməlidir.
          Məsələ 750. Əgər bir şəxs imam-camaat namazın axırıncı rəkətinin təşəhhüdünü oxuyarkən camaat namazına çatsa, camaat namazının savabına nail olmağı istədiyi təqdirdə niyyət etməli və təkbirətul-ehramı deyib əyləşməli, namazın təşəhhüdünü imam-camaatla birlikdə oxumalıdır. Daha sonra ayağa qalxıb namazını davam etdirməlidir, yəni “Həmd” və “Surə”ni oxumalı və bunu öz namazının birinci rəkəti hesab etməlidir. Bu əməl camaat namazının axırıncı təşəhhüdünə aiddir və camaat namazının savabına nail olmaqdan ötrüdür. Bu əməli üçrəkətli və dördrəkətli namazların ikinci rəkətinin təşəhhüdündə etmək olmaz.

           

      • Niyyəti camaat namazından furada namaza dəyişmək
      • Camaat namazının müstəhəb və məkruh əməlləri
    • Cümə namazı
  • ORUC
700 /