Ali Məqamlı Rəhbərin informasiya bloku

NAMAZ VƏ ORUC RİSALƏSİ

  • NAMAZ
    • Vacib namazlar
    • Gündəlik vacib namazlar
    • Sübh namazının vaxtı
    • Zöhr və əsr namazlarının vaxtı
    • Məğrib və işa namazlarının vaxtı
    • Namaz vaxtlarının hökmləri
    • Namazların ardıcıllığı
    • Müstəhəb namazlar
    • Qiblə
    • Namazda örtünmə
    • Namaz qılınan məkanın şərtləri
    • Məscidin hökmləri
    • Azan və iqamə
    • Namazın vacib əməlləri
      • 1. Niyyət
      • 2. Qiyam
      • 3. Təkbirətul-ehram
      • 4. Qiraət
      • 5. Rüku
        Çap versiyası  ;  PDF
         
        5. Rüku

         

        Məsələ 214. Namazın hər rəkətində “Qiraət”dən sonra, yəni “Həmd” və “Surə” və ya “təsbihati-ərbə`ə” oxunduqdan sonra rüku yerinə yetirilməlidir. Yəni o həddə əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun. Əgər əl barmaqlarının ucu dizlərə çatarsa, bu da kifayət edir.
        Məsələ 215. Ehtiyat-vacibə görə, rüku halında əllər dizlərə qoyulmalıdır.
        Məsələ 216. Rüku – namazın “rükn” qismindən olan vacib əməlidir. Belə ki, rüku bilərəkdən və ya səhvən artırılıb-azaldıldığı təqdirdə namaz pozulur. Deməli, əgər bir şəxs rüku həddində əyildikdən və bədəni hərəkətsiz olduqdan sonra qalxsa və rüku niyyətilə yenidən əyilsə, yaxud da rükunu unutsa və namazın ikinci səcdəsində və ya ikinci səcdədən sonra bunu xatırlasa, onun namazı pozulur.
        Məsələ 217. İmam-camaata tabe olmaq nəticəsində (camaat namazı mövzusunda açıqlanacaq şərtlər daxilində) rükunun artması namazın pozulmasına səbəb olmur. Həmçinin əgər müstəhəb namazda rüku səhvən artıq yerinə yetirilərsə, namaz düzgündür.
        Məsələ 218. Əyilmək rüku niyyətilə olmalıdır. Beləliklə, əgər bir şəxs başqa bir iş üçün, məsələn, yerdən nəyisə götürmək niyyətilə əyilsə, bunu rüku hesab edə bilməz. Əksinə, o, ayağa qalxmalı və rüku niyyətilə yenidən əyilməlidir. Bu halda “rükn” artırılmış hesab olunmur və namaz pozulmur.
        Məsələ 219. Rüku üçün əyilə bilməyən bir şəxs əgər bir şeydən tutub və ya bir şeyə söykənib əyilə bilərsə, bu şəkildə rüku etməlidir. Əgər bir şəxs hətta bir şeydən tutub və ya bir şeyə söykənib əyilə bilmirsə, bacardığı qədər əyilib rüku etməlidir. Bu iki halda şəxs rükunu əyləşən halda yerinə yetirə bilməz, baxmayaraq ki, o, əyləşən halda rüku həddində əyilə bilər. Amma əgər bir şəxs ümumiyyətlə ayaq üstə dayanaraq rüku üçün əyilə bilmirsə, o, rükunu əyləşən halda yerinə yetirməlidir. Ehtiyata görə, namazı təkrar qılmalı və bu namazın rükusunu ayaq üstə dayanaraq işarə ilə yerinə yetirməlidir. Əgər bir şəxs hətta əyləşən halda rüku üçün əyilə bilmirsə, o, ayaq üstə dayanaraq başın işarəsi ilə rükunu yerinə yetirməlidir. Əgər baş ilə işarə edə bilmirsə, rükuya əyilmək niyyətilə gözlərini yummalı və rükudan qalxmaq niyyətilə gözlərini açmalıdır.
        Məsələ 220. Əgər bir şəxs rükunu əyləşən halda yerinə yetirirsə, kifayət edir ki, o, üzü dizlərinin müqabilinə çatacaq həddə əyilsin. Əlləri dizlərə qoymaq isə lazım deyildir.
        Məsələ 221. Əyləşən halda və ya işarə ilə yerinə yetirilən rükunu bilərəkdən və ya səhvən artırıb-azaltmaq namazın pozulmasına səbəb olur.
        Məsələ 222. Rükuda zikr deyilməlidir. Rükunun vacib zikri bir dəfə “Subhanə Rabbiyəl-əzimi və bi-həmdihi” və ya üç dəfə “Subhanəllah”dan ibarətdir. Əgər “Subhanəllah” zikrinin yerinə (səcdənin xüsusi zikrindən qeyri) başqa bir zikr, məsələn, “Əl-həmdu lilləh”, “Əllahu əkbər” və s. üç dəfə deyilərsə, kifayət edir.
        Məsələ 223. Namaz vaxtı dar olduqda və ya məcburiyyət halında “Subhanəllah” zikrini bir dəfə demək kifayət edir.
        Məsələ 224. Rükunun vacib zikri deyildiyi zaman bədən hərəkətsiz olmalıdır. Hətta rüku zikri müstəhəb niyyətilə deyildiyi zaman, məsələn, “Subhanə Rabbiyəl-əzimi və bi-həmdihi” zikri və ya başqa bir zikr təkrar edildiyi zaman, ehtiyat-vacibə görə, bədən hərəkətsiz olmalıdır.
        Məsələ 225. Əgər şəxs bir qədər irəli və ya geri hərəkət etmək istəsə, yaxud bədənini bir qədər sağa və ya sola hərəkət etdirmək istəsə, deməkdə olduğu zikri hərəkət zamanı dayandırmalıdır. Amma hərəkət edərkən “namazın zikri” niyyətilə deyil, “ümumi zikr” niyyətilə zikr deməyin maneəsi yoxdur.
        Məsələ 226. Rükunun zikrini deyərkən bədənin və ya barmaqların və ya bu kimi əzaların cüzi hərəkət etməsinin maneəsi yoxdur.
        Məsələ 227. Əgər rükunun vacib zikrini deyərkən bədən qeyri-ixtiyari olaraq hərəkət etsə, belə ki, vacib olan hərəkətsizlik aradan getsə, bədən hərəkətsiz vəziyyətə gəldikdən sonra vacib zikr təkrar deyilməlidir.
        Məsələ 228. Əgər bir şəxs rükunun zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilsə, amma rüku həddində əyilməmişdən və bədən hərəkətsiz vəziyyətə gəlməmişdən qabaq bilərəkdən rükunun zikrini desə, onun namazı pozulur.
        Məsələ 229. Əgər bir şəxs rüku həddində əyilməmişdən və bədən hərəkətsiz vəziyyət almamışdan qabaq səhvən rükunun zikrini desə, rüku həddində əyildikdən sonra zikri yenidən deməlidir.
        Məsələ 230. Əgər bir şəxs rükunun zikri deyilərkən bədənin hərəkətsiz olmasının vacibliyini bilsə, amma rükunun vacib zikrini tamamlamamışdan qabaq bilərəkdən rükudan qalxsa, onun namazı pozulur. Lakin əgər bu işi səhvən etsə, bu halda əgər rüku həddindən xaric olmamışdan qabaq zikri tamamlamadığını başa düşsə, həmin vəziyyətdə dayanmalı və rükunun zikrini deməlidir. Amma əgər rüku halından xaric olduqdan sonra zikri tamamlamadığını başa düşsə, onun namazı düzgündür.
        Məsələ 231. Əgər bir şəxs xəstəliklə və ya bu kimi başqa bir səbəblə əlaqədar olaraq üç dəfə “Subhanəllah” zikrini demək ölçüsündə rükuda qala bilmirsə, onun bir dəfə “Subhanəllah” deməsi kifayət edir. Əgər o, yalnız bir an rükuda qala bilirsə, ehtiyat-vacibə görə, həmin an zikri deməyə başlamalı və rükudan qalxa-qalxa zikri tamamlamalıdır.
        Məsələ 232. Rükunun zikrini dedikdən sonra qalxıb ayaq üstə dayanmaq və bədən hərəkətsiz vəziyyət aldıqdan sonra səcdəyə getmək lazımdır. Əgər bir şəxs bilərəkdən qalxıb ayaq üstə dayanmadan və ya bədən hərəkətsiz vəziyyət almadan səcdəyə gedərsə, onun namazı pozulur.
        Məsələ 233. Əgər bir şəxs rüku etməyi unutsa və səcdəyə getməmişdən qabaq bunu başa düşsə, o, ayağa qalxıb dayanmalı və ayaq üstə dayandığı halda rükuya getməlidir. Əgər o, tam ayağa qalxmamış və əyilmiş vəziyyətdə ikən rükuya gedərsə, bu, kifayət etmir. Belə rüku ilə kifayətləndiyi təqdirdə, onun namazı düzgün deyildir.
        Məsələ 234. Əgər bir şəxs birinci səcdədə ikən və ya birinci səcdədən sonra və ikinci səcdəyə daxil olmamışdan qabaq rüku etmədiyini xatırlasa, ayağa qalxıb dayanmalı və rüku etməlidir. Rükudan sonra iki səcdəni yerinə yetirməlidir. Namaz tamamlandıqdan sonra isə artıq səcdə üçün iki səhv-səcdəsi yerinə yetirmək ehtiyat-müstəhəbdir.
        Məsələ 235. Rükuya getməzdən qabaq və ayaq üstə dayanan halda “təkbir” (Əllahu əkbər) demək müstəhəbdir. Kişinin rüku zamanı dizlərini arxaya verməsi, başını aşağı salmayıb kürəyi ilə bərabər səviyyədə saxlaması, əllərini dizlərinə qoyması və ayaqlarının ortasına baxması müstəhəbdir. Rükunun zikrindən qabaq və ya sonra salavat demək, rükunun zikrini təkrarlamaq və zikri tək sayda demək müstəhəbdir. Rükudan qalxıb dayandıqdan və bədən hərəkətsiz vəziyyət aldıqdan sonra “Səmiəllahu li-mən həmidəhu” cümləsini demək müstəhəbdir.
        Məsələ 236. Qadının rüku zamanı əllərini dizlərdən yuxarı hissəyə qoyması və dizləri arxaya verməməsi müstəhəbdir.

         

      • 6. Sücud
      • 7- Təşəhhüd
      • 8- Salam
      • 9- Tərtib
      • 10- Muvalat
    • Qunut
    • Namazın təqibatı
    • Namazın tərcüməsi
    • Namazı pozan işlər
    • Namazın şəkləri
    • Səhv-səcdəsi
    • Unudulan səcdə və ya təşəhhüdün qəzası
    • Müsafir namazı
    • Qəza namazı
    • Əcir namazı
    • Ata və ananın qəza namazları
    • Ayat namazı
    • Fitr və Qurban bayramı namazı
    • Camaat namazı
    • Cümə namazı
  • ORUC
700 /