Mərhəmətli və Bağışlayan Allahın adı ilə
یا مقلّب القلوب والابصار، یا مدبّر اللیل و النّهار، یا محوّل الحول و الاحوال، حوّل حالنا الی احسن الحال
(Ey qəlbləri və gözləri dəyişən, ey gecə və gündüzü idarə edən, ey hal və əhvalları dəyişən, halımızı ən yaxşıya doğru dəyiş!)
Hər bir İran vətəndaşını, xüsusilə izzətli şəhid ailələrini, veteranları, fədakarları, xalqın məişətinin yaxşılaşmasına xidmət göstərən insanları, habelə Novruza əhəmiyyət verib onu qeyd edən digər xalqları Novruz bayramı münasibət ilə təbrik edirəm. İnşallah ki, bu bayram sizin hamınıza mübarək olar.
Bu il təbiətin baharı mənəviyyat baharı və Ramazan ayı ilə üst-üstə düşür. Bahar haqqında: “Bahar küləyindən örtünməyin” (1) deyildiyi kimi, Ramzan ayının mənəviyyat baharı haqqında da bu cumləyə istinad etməliyik: “ألا فتعرّضوا لها“; ”إنّ فی ایّام دهرکم نفحات ألا فتعرّضوا لها“ (2)”. Mübarək Ramazan ayında mənəviyyat mehi hamının halına şamil olur; özümüzü hazır etməliyik. Qəlbimizi bu mənəvi, ilahi və ətirli mehə doğru çevirməliyik.
Mən bu saat etdiyim bu çıxışda 1401-ci ilə qısa, artıq başlamaqda olan 1402-ci ilə ötəri bir ekskursiya edirəm. Ümumi anlamda insan həyatının bütün illəri, İran xalqının xüsusilə inqilabdan sonrakı illərində olduğu kimi, 1401-ci il iqtisadiyyat, siyasət və sosial sahələrdə bəzisi şirin, bəzisi də acı olan müxtəlif hadisələrə şahidlik etdi. Mənim nəzərimdə 1401-ci ildə ən mühüm məsələ xalqın məişəti ilə birbaşa əlaqəsi olan ölkə iqtisadiyyatı oldu. Burada - iqtisadiyyat sahəsində də həm şirin, həm acı hadisələr oldu. İndi qeyd edəcəyim bəzi sahələrdə də acı, nəticəsi iqtisadiyyatla bağlı olan bəzi məqamlarda da şirin hadisələr oldu. Bunları birlikdə görmək, məcmu şəkildə hesablamaq lazımdır. Acı hadisələr, əsasən, inflyasiya və bahalıq idi. Həqiqətən, acıdır. Xüsusilə qida maddələrinin və əsas məişət vasitələrinin qiymətinin bahalşaması acıdır. Belə ki, qida məhsullarının və əsas məişət vasitələrinin qiyməti artdıqda ağırlığı cəmiyyətin aşağı gəlirli təbəqələrinin üzərinə düşür. Çünki onların məişət səbətinin əsas hissəsi həyatın əsas, zəruri vasitələri və qida məhsullarının payına düşür. Buna görə daha çox onlar sıxıntıya məruz qalırlar. Bu, acı hadisələrdəndir. Mənim nəzərimcə, ölkənin əsas iqtisadi məsələləri arasında bu nüans acı verən ən mühüm və əsas nöqtədir.
Sözügedən iqtisadiyyat sahəsində yaxşı işlər də görülüb, iqtisadiyyatla yekunlaşan quruculuq işləri aparılıb. Bu quruculuq işləri davam etdirilərək xalqın həyatı və məişətinə sirayət etdirilməlidir. İndi həmin işləri qeyd edəcəyəm: İstehsala dəstək verilib. Məndə olan məlumata görə, 1401-ci il ərzində ölkədə istehsala dəstək verilib. Fəaliyyətini tam və qismən dayandırmış bir neçə min müəssisə işə başlayıb. Elm təməlli şirkətlərin sayı artıb. Əlbəttə, keçən il mənim artırılmasını istədiyim qədər artım olmayıb. Amma bu şirkətlərdə böyük bir artım baş verib. Sözügedən şirkətlərin istehsalat dəyəri də yüksəlib. Məşğulluq sahəsində təkan baş verib. İşsizlik 1% (bu faiz hal-hazırda az olsa da) azalıb. Məşğulluq bir qədər artıb. Bu, qənimətdir. Dövlət və özəl sektor istehsalçılarının təşkil etdiyi sərgi, habelə ölkənin əsas istehsalçılarının Hüseyniyyədə təşkil edilən toplantıda iştirak edərək bəzi məsələləri müzakirə etməsi, həqiqətən, sevindirici hal idi. Mənim ölkə istehsalçılarının istehsalı ilə bağlı rəyim müsbətdir; yaxşı bir iş görülüb. Bəzi iqtisadi sahələr inkişaf edib. Sığorta sahəsindəki göstəricimiz yaxşıdır. Quruculuq, su, qaz, yol, ekologiya sahələrində yaxşı işlər görülmüşdür. Əlbəttə, işarə etdiyim kimi, indi də israrla deyirəm, bu işlər əhalinin həyatı ilə əlaqləndirilməli, xalqın həyatını yaxşılaşdırmaqla nəticələnməlidir. Bu iş nə zaman reallaşacaq? Bu vəziyyət nə zaman gerçəkləşəcək? Davam etdiriləcəyi, dəqiq proqramlar davamlı şəkildə həyata keçiriləcəyi təqdirdə. İnşallah, bu il, yəni 1402-ci ildə bu fəaliyyətlər davam etdirilməlidir ki, qurucu fəaliyyətlər əhalinin həyatının yaxışlaşması, xüsusilə az təminatlı ailələrin süfrəsinin açılması ilə nəticələnsin.
Əlbəttə, bu məsələ də diqqət mərkəzində olmalıdır: İqtisadi problemlər təkcə bizə aid deyil. Dünyanın çox ölkələri, bəlkə də, demək olar ki, bütün dünya ölkələri özlərinə məxsus iqtisadi çətinliklər yaşayırlar. Hətta varlı dövlətlər, güclü və mütərəqqi iqtisasiyyatları olan dövlətlər, həqiqətən, bir çox problem və çətinliklərə məruz qalıblar. Bu cəhətdən çoxlarının vəziyyəti bizim vəziyyətimizdən daha ağırdır. Güclü iqtisadiyyatlar bankların inflyasiyasına məruz qalır. Son günlər xəbərini almısınız. Əlbəttə, bəzisi haqqında xəbər verib, bəzisin haqqında xəbər verməyiblər. Onların da xəbəri yayımlanacaq. Banklar inflyasiyaya uğrayır, trilyonluq borcları yaranıb. Bəzi ölkələrdə bu prolemlər var; oralarda da var, buralarda da. Onlar da problemləri ortadan qaldırmağa çalışrlar, biz də çalışmalı, iş görməliyik. Məsul şəxslər çalışmalıdırlar. Bütün dövlət məsulları, onlarla yanaşı iqtisadi, siyasi və mədəni fəallar çalışmalıdırlar ki, 1402-ci ili İran xalqı üçün şirin bir ilə çevirək. Yəni iş görməliyik. Hamımızın üzərinə vəzifə düşür. İnşallah xalq üçün şirin bir olacaq, acılar azalacaq, şirinlər artacaq. İnşallah uğurları arıtracağıq.
Hesab edirəm ki, 1402-ci ilin də əsas məsələsi iqtisadiyyatdır. Bizim problemimiz az deyil. Mədəni və siyasi sahədə müxtəlif problemlərimiz var. Lakin bu ilin də əsas məsələsi iqtisadiyyatdır. Yəni biz, inşallah, iqtisadi problemləri azalda bilsək, məsul şəxslər səy göstərsələr, diqqətli olsalar, bu sahəyə daha çox əhəmiyyət versələr, ölkənin digər problemləri də həll olar. Həm hökumət, İslam Şurası Məclisi, həm iqtisadi fəallar, həm də xalqın gənc və motivasiyası yüksək olan təbəqəsi – onların çoxunu tanıyıram və çox sevirəm – iqtisadiyyat sahəsində çox yaxşı işlər görüblər. Bunlar hamısı səylərini ölkənin və xalqın problemlərinin həlli üçün səfərbər etməlidirlər. Bu problemlərin ortadan qaldırılması bəzən iqtisadiyyatda fundamental bir fəaliyyət olan istehsal vasitəsilə həyata keçirilir. İstehsalat iqtisadiyyatın əsas sahələrindəndir. Problemlərin ortadan qaldırılması bəzən əhali arasında qarşılıqlı yardımlaşma və cəmiyyətin zəif təbəqələrinə köməkliklər göstərilməsi ilə gerçəkləşir.
Mən istehsaldan danışıb, istehsal üzərində kökləndim, amma istehsalla yanaşı investisiya da mühümdür. Buna həm dövlətin möhtərəm rəhbərliyi, həm də özəl sektorlar diqqət yetirməlidir. 1390-cı illərdə biz investisiya baxımından çox geri idik. Ölkəmizin mühüm boşluqlaırndan biri investisiya məsələsidir. İnvestisiya yatırımı edilməlidir. Bu da çox mühüm bir məsələdir.
Mən bütün cəhətləri, həm inflyasiyanı, həm daxili istehsalı nəzərə alıram. Bunlar çox mühüm məsələlərdir. İnflyasiya əsas problemdir. Daxili istehsal ölkənin iqtisadi problemlərdən xilasının açarlarından biridir. Bütün bunları nəzərə alaraq ilin şüarını bu şəkildə elan edirəm: “İnflyasiyanın qarşısının alınması, istehsalın artımı”. Bu, ilin şüarıdır. Yəni məsul şəxlərin bütün səyləri bu iki məsələyə köklənməlidir. İlk növbədə məsul şəxslər, ondan sonra, qeyd etdiyim kimi, iqtisadi fəallar, sosial fəallar, əlindən iş gələn hər kəs, mədəni fəallar, bu sahələrdə təbliğat aparmalı olan tele-radio şirkəti, hamısı bu iki əsas məsələyə köklənməlidir. Birinci növbədə inflayasiyanın qarşısı alınmalıdır, yəni iflyasiya, həqiqətən, kontrol edilməli, azalmalı, mümkün olduğu qədər minimumlaşdırılmalı və istehsal artırılmalıdır. Buna görə də ilin şüarı inflyasiyanın qarşısının alınması və istehsalın artırılması oldu.
Hamıya Allah-taaladan uğur diləyirəm. Salamımızı, sevgimizi və ixlasımızı varlıq aləminin ruhu olan Həzrət Bəqiyyətullaha (ruhumuz ona fəda olsun) təqdim edirəm. Böyük imamımızın və şəhidlərimizin pak ruhuna Allah-taaladan uca dərəcələr diləyir, İran xalqının xoşbəxtliyini, şadlığını və novruzunu Allah-taaladan istəyirəm.
Başqa məsələlər də var ki, inşallah, çıxışımda qeyd edəcəyəm.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
__________________
1. Mövləvinin “Məsnəvi”si, I dəftər: “Peyğəmbər böyük səhabələrinə buyurdu ki, bədənlərini bahar mehindən gizlətməsinlər”.
2. Əvaliulləyali, c.4, s.118: “Ömrünüz boyu Rəbbiniz tərəfindən mehlər əsir. Özünüzü ona tərəf doğruldun”.