Ali Məqamlı Rəhbərin informasiya bloku

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin “Beynəlxalq Qüds Günü” münasibətilə teleçıxışı

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلا م علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة الله فی الارضین

Salam olsun bu gün sözün həqiqi mənasında qəhrəmanlıq yaratmış əzəmətli İran xalqına. Salam olsun bu mübarək təməlin əbədi banisi olmuş böyük İmama. Bu gün xalqın iştirakı – mən bildiyim və gördüyüm qədər – ölkənin hər yerində, sözün həqiqi mənasında, əzəmətli bir qəhrəmanlıq nümayişi idi. Xalq tam bir coşqu ilə meydana axışmışdı. Xalqın bu əzəmətli hərəkəti böyük və bərəkətli bir işdir. Sizin Qüdsü müdafiə etmək üçün siyasi və ictimai meydanda olmağınız Qüdsün həqiqi müdafiəsidir. Bu müdafiə həqiqidir. Bu gün Qüdsü, Məscidül-Haramı – müsəlmanların ilk qibləsini öz canları və qanları bahasına qoruyan adamlar sizin bu hərəkətinizdən güc-qüvvət, qətiyyət və ilham alırlar. Allaha ümid və Onun yardımı ilə Fələstin hərəkatı və böyük Fələstin mübarizəsi özünün son və mübarək nəticələrinə yaxınlaşacaq.

Mənim bu gün Qüds və Fələstin məsələləri ilə bağlı fələstinli əzizlərim və qardaşlarıma demək istədiyim sözlər var. Ərəbcə danışacam. Bu barədə öz xalqımızla dəfələrlə danışmış, müəyyən məsələləri qeyd etmişik. Bu günkü müraciətim fələstinli qardaşlarıma, bütün İslam dünyasına, xüsusilə ərəb dünyasınadır.

Ərəbcə mətnin azərbaycanca tərcüməsi

بسم الله الرّحمن الرّحیم

الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّد الخلق وأشرف البریة سیّدنا محمّد المصطفی خاتم المرسلین و علی آله الطّاهرین وصحبه المنتجبین ومن تبعهم بإحسان إلی یوم الدین

Dünyanın hər tərəfində yaşayan bütün müsəlman qardaş və bacılara salam olsun! İslam dünyasının gənclərinə salam olsun! Fələstinin cəsur və qeyrətli gənclərinə, bütün Fələstin xalqına salam olsun!

Qüds günü növbəti dəfə yetişdi. Şərafətli Qüds bütün dünya müsəlmanlarını səsləyir. Reallıq ondan ibarətdir ki, Qüds qəsbkar və cinayətkar sionist rejimin əlində olduğu müddətdə ilin bütün günləri Qüds günü hesab edilməlidir. Şərafətli Qüds Fələstinin qəlbidir. Ölkənin dənizdən çaya qədər qəsb edilmiş bütün əraziləri Qüdsün davamıdır. Fələstin xalqı zalımın qarşısında misilsiz bir qəhrəmanlıqla dayandığını və dayanacağını hər gün əvvəlkindən daha çox nümayiş etdirir. Öz fədakar əməliyyatları ilə Fələstinin müdafiə qalxanına çevirilmiş gənclər fərqli bir gələcəyin müjdəsini verirlər. Bu ilki Qüds gününü elə bir şəraitdə qeyd edirik ki, hər şey Fələstinin bu günü və sabahında yeni bir əvəzlənmənin olacağından xəbər verir. Bu gün Fələstin və bütün Qərbi-Asiya regionundakı qırılmaz iradə “məğlubedilməz sionist ordusu” ilə yerlərini dəyişmişdir. Bu gün o cinayətkar ordu öz hücum mövqeyini müdafiə mövqeyi ilə əvəzləmək məcburiyyətində qalmışdır. Bu gün siyasət meydanında qəsbkar rejimin ən önəmli hamisi olan ABŞ özü ardıcıl məğlubiyyətlərə mərzu qalmışdır: Əfqanıstan müharibəsindəki məğlubiyyət, İran İslam dövlətinə qarşı maksimum təzyiq siyasətində məğlubiyyət, Asiya dövlətləri qarşısında məğlubiyyət, dünya iqtisadiyyatına nəzarət sahəsində məğlubiyyət, özünün daxili idarəetmə sahəsində məğlubiyyət, ABŞ hakimiyyəti daxilində dərin bir uçurum yaranması.

Qəsbkar rejim siyasi və hərbi meydanda bir-birinə çulğalaşmış problemlər şəbəkəsi daxilində çabalayır. Rejimin başında duran əvvəlki cinayətkar cəllad (1) Seyfül-Qüds qəhrəmanlığından sonra (2) zibilliyə vasil oldu. Onun bu günkü canişinləri də hər saat başqa bir qəhrəmanlığın iti qılıncını gözləyirlər.

Cenin hərəkatı (3) sionist rejimini dəli edib. Halbuki iyirmi il bundan qabaq qəsbkar rejim Nahariyyədə bir neçə sionistin qətlinə cavab olaraq Cenin problemini həmişəlik həll etmək üçün Cenin düşərgəsində iki yüz nəfəri qətlə yetirmişdi (4).

Sorğular göstərir ki, 1948-ci (5) və 1967-ci (6) il əraziləri, habelə onların xaricindəki düşərgələrdə yaşayan fələstinlilərin təqribən 70%-i fələstinli rəhbərləri qəsbkar rejimin üzərinə hərbi hücumlar etməyə çağırır. Bu mühüm bir hadisədir. Çünki bu, fələstinlilərin qəsbkar rejimlə mübarizəyə tam hazır olduqlarını, lazım bildikləri vaxt əməl meydanına daxil olmaları üçün mücahid təşkilatların əllərini açdığını göstərir.

Fələstin xalqının 48-ci il ərazilərinin şimal və cənub hissələrindəki mücahid fəaliyyətləri, eyni zamanda İordaniya və Şərqi Qüdsdə ağır yürüşlərin keçirilməsi, Fələstin gənclərinin öz canları bahasına Məscidül-Əqsanın müdafiəsinə qalxması və Qəzzadakı hərbi təlimlər göstərdi ki, bütün Fələstin müqavimət meydanına çevrilmişdir. Hal-hazırda Fələstin xalqı cihadın davam etdirilməsi məsələsində yekdil qərara gəlmişdir.

Bu hadisələr və son illər Fələstində baş verənlər sionit düşmənlə olan bütün saziş planlarına ləğv möhürünün vurulması deməkdir. Çünki Fələstinin əsl sahibləri olan fələstinlilərin iştirakı olmadan və ya onların rəylərinin ziddinə olan hər hansı layihə icra edilə bilməz. Bu da o deməkdir ki, bundan əvvəlki bütün razılaşmalar, o cümlədən Oslo (7), İki dövlət layihəsi (8), Əsrin müqaviləsi (9), habelə son təhqiredici adiləşdirmə planı (10) ləğv edildi.

Sionist rejim nəfəsdən düşməsinə baxmayaraq, öz cinayətlərini davam etdirərək məzlum insanlara silah çəkir, qadın, uşaq, qoca və cavan bilmədən sivil insanları qətlə yetirir, həbs edir, işgənclərə məruz qoyur, evləri uçurur, əkin sahələrini yararsız hala salır, mülkləri viran qoyur. Amma Avropa və ABŞ-ın Ukrayna hadisələri ilə bağlı hay-küy qoparmış yalançı insan hüquqları müdafiəçiləri Fələstində baş verən bütün bu cinayətlər qarşısında ağızlarına sükut möhürü vurublar, məzlumu müdafiə etmək əvəzinə qaniçmiş canavara kömək edirlər.

Fələstin başda olmaqla İslam dünyasında baş verən hadisələrdən alınan bu böyük dərs öyrədir ki, bu irqçi və inadkar dövlətlərə güvənmək olmaz. Yalnız Qurani-Kərimin təlimi və əziz İslam hökmlərindən qaynaqlanan müqavimət qüvvəsi ilə başda Fələstin problemi olmaqla İslam dünyasının problemlərini həll etmək olar. Qərbi Asiya regionunda formalaşan müqavimət bu regionun son onilliklərdəki ən bərəkətli hadisəsi olmuşdur. Livanın işğal edilmiş bölglərini sionistlərin murdar varlığından təmizləyən (11), İraqı ABŞ-ın boğazından çəkib çxaran, İraqı İŞİD-in şərindən xilas edən, ABŞ-ın planları qarşısında Suriya müdafiəçilərinə köməklik göstərən müqavimət öndərləri olmuşdur. Müqavimət öndərləri beynəlxalq terrorizmlə mübarizə aparır, Yəmən xalqına məcbur edildikləri müharibədə köməklik göstərir, sionist qəsbkarların Fələstindəki mövcudluğuna zərbə endirir, Allahın köməkliyi ilə onları diz çökdürür, mücahid səyləri ilə Qüds və Fələstin probleminin beynəlxalq səviyyəli gündəmini günbəgün artırırlar.

Siz Fələstin xalqı, Qərb sahilinin və 48-ci il ərazilərinin fədakar gəncləri, Cenin düşərgəsinin mübarizələri, Fələstindən kənardakı Fələstin düşərgələrinin sakinləri müqavimət öndərlərinin aparıcı qüvvələri, mühüm və həssas hissəsisiniz. Bilin ki, “اِنَّ اللَهَ یُدافِعُ عَنِ الَّذِینَ آمَنوا” (Allah iman gətirənləri müdafiə edir), “لَئِن صَبَرتُم لَهُوَ خَیرٌ لِلصّابِرین” (Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir), “وَ اِن تَصبِروا وَ تَتَّقوا فَاِنَّ ذٰلِکَ مِن عَزمِ الاُمور” (Əgər səbr edib təqvalı olsanız, (daha yaxşıdır, çünki) bu, mühüm və etibarlı işlərdəndir) və “سَلامٌ عَلَیکُم بِما صَبَرتُم فَنِعمَ عُقبَی الدّار” (Səbr etdiyinizə görə sizə salam olsun! Axirət evinin sonu necə də gözəldir!).

İran İslam Respublikası müqavimət cəbhəsinin və Fələstin müqavimətinin hamisi və tərəfdarıdır. Bunu həmişə demişəm, buna həmişə əməl etmişəm və üzərində israrla dayanmışam. Biz xəyanətkar adiləşdirmə hərəkatını, itaət (12) siyasətini qınayırıq. Bəzi ərəb hökumətləri ABŞ-ı Fələstin probleminin həllinə tələsməyə çağırıb. Əgər bunu etməkdə məqsədləri ABŞ-ın regionu tərk etməzdən əvvəl qəsbkar rejimin sabitləşməsi yolu üzərində duran bütün maneələri götürməsidirsə, birincisi, xəyanət edib ərəb dünyasına utanc gətiriblər, ikincisi, sadəlövhlük ediblər. Çünki bir kor başqa bir korun əsa tutanı ola bilməz

Sonda fələstinli şəhidlərin ruhuna rəhmət oxuyur, onların səbrli ailələrinə hörmət və ehtiramımı bildirir, möhkəm iradə ilə müqavimət göstərən fələstinli əsirlər və məhbuslara salam göndərir, bu böyük məsuliyyətin böyük bir hissəsini öz çiyinlərinə götürmüş fələstinli müqavimətçi qrupların əlini çıxır, İslam dünyasını, xüsusilə gəncləri bu izzət və şərəf meydanında olmağa çağırıram.

Son duamız Aləmlərin Rəbbi olan Allaha həmd olsun.

Seyid Əli Xamenei

 

(1) Benyamin Netanyahu

(2) Seyfül-Qüds əməliyyatı və ya keçən ilin Ramazan ayında sionist hərbçilərinin namaz qılanların və etikaf saxlamaq istəyənlərin Məscidül-Əqsaya girməsinə maneə yaratmasından sonra baş vermiş 11 günlük döyüş. Bu döyüş zamanı Qəzza zolağında 248 nəfər şəhid olmuşdu.  Əvəzində isə müqavimət qüvvələri 4 mindən artıq raket ataraq döyüşün axarını öz məqsədləri istiqamətində dəyişmişdilər. Nəticədə, sionistlərə misilsiz xəsarətlər yetirilmişdi. Bu döyüşdə fələstinli qruplaşmalar dəmir qalxanı sıradan çıxara bilmiş və bu sistem müqavimət raketləri qarşısında aciz qalmışdı.

(3) Cari ilin fərvərdin ayının axırları Büytü-Ləhm vəl-Xəlildə üç fələstinli sionist rejimin açdığı atəş nəticəsində şəhid oldu. Bu zaman Cenin düşərgəsinin məscidləri sionist rejiminin ordusunun hücumlarına qarşı ümumi səfərbərlik və hazırlıq elan etdi. Bu regionu daim İsrailə qarşı partlamayacaq barıt anbarına bənzədən işğalçılar bu şəhəri və Fələstinin Şərq sahilindəki muxtar təşkilatların nəzarəti altında olan digər regionları yəhudiləşdirmək üçün çalışdılar.

(4) İşğalaçı və qaniçmiş sionist ordusu 9 fərvərdin 1381-ci il tarixində (14 məhərrəm 1423 – 29 mart 2002) Fələstinin şərq sahilində yerləşən Cenin düşərgəsinə doğru genişmiyqaslı hücuma başladı. Cenin düşərgəsinin iki həftəlik mühasirəsindən və Fələstinin müqavimət qüvvələri ilə sionist rejimin qüvvələri arasında baş verən güclü müharibədən sonra işğalçı qüvvələr Şaul Mofazın rəhbərliyi altında tanklarla oraya daxil oldu. Düşərgəyə etdikləri genişmiqyaslı hücumlardan və müqavimət qüvvələrinin silah-sursatı bitdikdən sonra buranı ələ keçirdilər. Sionistlər uşaq, körpə, qadın və yaşlı bilmədən çoxlu sayda məzlum və günahsız insanı qətlə yetirdilər, minlərlə adamı yaralayıb evsiz-eşiksiz qoydular.

(5) 1948-ci ildə İngiltərə və ABŞ-ın himayəsi və dəstəyi ilə Fələstin ərazisində qondarma İsrail dövləti yaradıldı. Sionistlərin Fələstin xalqının üzərinə hücumu yüz minlərlə fələstinlinin öz ata-babalarının yurdundan didərgin düşməsi ilə nəticələndi. 1948-ci ildə Şərq sahili, Qüds və Qəzza zolağı sionistlərin işğalına məruz qalmayıb fələstinlilərin əlində qalsa da, Şərq sahili və Qüds İordaniyaya, Qəzza zolağı isə Misirə tabe edildi.

(6) 1967-ci ildə baş vermiş 6 günlük müharibə ərəblərlə İsrail arasında baş vermiş ən mühüm qarşıdurmalardandır. 1967-vi il iyun ayının 5-dən 10-na qədər davam etmiş və tarixə 6 günlük müharibə və ya İyun müharibəsi kimi düşmüş bu müharibə İsrail, Misir, Suriya və İordaniya arasında baş vermişdi. Sionistlər eyni vaxtda üç ərəb dövlətinin hava limanlarına və strateji obyektlərinə zərbə endirmiş, hərbi hava qüvvələri, mühərrikli və zirehli qüvvələrinin eynivaxtlı birgə hücumunu təşkil edərək 6 gün ərzində Sina səhrasını, Şərq sahilini, İordan çayını, Qəzza zolağını, Colan təpələrini, Quneitra şəhərini işağal etmiş, Beytül-Mqüəddəsi tamamilə öz nəzarəti altına almışlar. 6 günlük müharibənin sonunda İsrailin nəzarəti altına keçmiş ərazilər 3 dəfə artmışdır.

(7) 1987-ci ildə Qərb sahili və Qəzza zolağındakı fələstinlilər sionistlərə qarşı birləşərək qiyam qaldırmış, Fələstin İslami Müqavimət Hərəkatı Qüvvələri (HƏMAS - Hərəkat əl-Müqavimə əl-Islamiyə) İntifadada (müqavimət) fəal şəkildə iştirak etmiş və nəticədə sionistlər ağır təlafatlar vermişdi. Bu da ABŞ-ı 1991-ci ildə regiona sülhü təlqin etmək məqsədilə Madriddə bir konfrans keçirməyə vadar etmişdi. Bu konfransın nəticəsində sionistlərlə FAT (Fələstin Azadlıq Təşkilatı) razılaşması əldə edilmiş və Oslo (1993-cü il) müqaviləsi imzalanmışdır.  

 (8) Bəzi ərəb dövlətlərinin Fələstin probleminin həlli istiqamətində təklif etdikləri həll yollarından biri işğal altında olan ərazilərdə iki müstəqil dövlətin – İsrail və Fələstin dövlətlərinin yaradılması və bu iki dövlətin rəsmi olaraq beynəlxalq səviyyədə tanınması təklifi olmuşdu. Bu layihə Fələstinin sionist qəsbkarları tərəfindən işğalını rəsmiləşdirir və fələstinli qaçqınları öz vətənlərinə qaydış haqqından məhrum edirdi.

(9) Tramp hökuməti tərəfindən Fələstinə təklif edilən və “Əsrin müqaviləsi” adı ilə tanınan layihə. Bu layihə sadə dillə desək, Fələstinin əsl sakinlərinə ödənən bir miqdar pul qarşılığında Fələstinin sionistlərə satılmasını nəzərdə tutur.

(10) Donald Trampın prezidentliyinə qədər ABŞ prezidentləri hesab edirdilər ki, Fələstinlə sionist rejimi arasındakı münaqişənin həlli məsələsi sionist rejimi ilə ərəb ölkələrinin münaqişəsinin həlli məsələsindən öndə gəlir. Tramp bu inancı tamamilə dəyişdi, sionist rejimini birtəfəli şəkildə dəstəkləyib ərəb dövlətlərini təhdid edərək Bəhreyn, BƏƏ, Sudan və Mərakeşi sionist rejimlə əlaqələrin adiləşdirilməsinə sövq edə bildi.

(11) 25 may 2000-ci il tarixində işğalçı sionist rejimi 22 illik işğaldan sonra Livanın cənub regionlarından biabırçı vəziyyətdə geri çəkilmək məcburiyyətində qaldı. Bu geri çəkilmə Livan İslami Müqaviməti və Hizbullah tərəfindən edilən ağır hücumlar nəticəsində baş verdi. Lakin Fələstin, Suriya və Livan arasında üç hissəyə bölünən Şəba əraziləri Təl-Əvivin işğalı altında qaldı.

(12) Bəzi ərəb dövlətlərinin bir miqdar pul və vədlərə aldanaraq qəsbakr sionist rejimlə əlaqələrin adiləşdiriməsi qarşılığında ABŞ və İsrail tərəfindən dəstəklənməyə tamah salması