Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Mən son vaxtlar ölkədə ortaya çıxmış bu xəstəliklə mübarizədə iştirak edən həkimlərimizə, tibb bacılarına, xəstəxanaların baş həkimlərinə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin ölkəmizin Səhiyyə Nazirinə və nazirliyin bütün əməkdaşlarına da çəkdikləri zəhmətə, gərgin səylərinə görə təşəkkür edirəm. Mən bugünkü görüşü də məhz elə bu məqsədlə təşkil etdim. Tibb Elmləri Akademiyasının prezidenti cənab Mərəndinin timsalında bütün həkimlərimizə, xəstələrin müalicəsində əziyyəti keçən orta və kiçik tibbi personala ürəkdən təşəkkür etmək istəyirdim. İnşallah, əziyyətinizin bəhrəsini görəsiniz. Sizin gördüyünüz iş çox dəyərlidir; həm həkimlərin, tibb işçilərinin cəmiyyətdə dəyərini, məqamını yüksəldir – necə ki, gördüyümüz kimi, elə yüksəldib də – həm də daha önəmlisi, savabdır. Allah-taala bu işinizə görə sizə, mütləq, əcr verəcək, savab yazacaq. Və ümidvaram, gördüyünüz bu şanlı və ağır iş çox çəkməyəcək, inşallah, bu virusun kökü kəsiləcək. Hamınıza uğurlar arzu edirəm.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.