Ali Məqamlı Rəhbərin informasiya bloku

Eksklüziv

Mühakimə
Mühakimə
​​​​​​​Qəzzada fələstinlilərin soyqırımı cinayətinə görə

Fələstin hadisəsində qəsbkar rejim bütün dünyanın gözləri önündə soyqırım cinayəti həyata keçirir. Bunu bütün dünya müşahidə etməkdədir. Ölkəmizin məsul şəxsləri ilə danışıqları zamanı sionist rejimi müdafiə edən bəzi ölkələrin məsul şəxsləri etiraz ediblər ki, nə üçün fələstinlilər sivil insanları öldürüblər? Birincisi, bu doğru deyil;  yəni qəsəbələrin sakinləri bunlar kimidirlər, sivil deyillər, hamısı silahlıdır. Tutaq ki, sivildirlər, nə qədər sivil insan öldürülüb? Qəsbkar rejim onlardan yüz dəfə çox sivil qadın, uşaq, qoca, cavan öldürüb. Qəzzadakı binalarda hərbçilər yaşamırlar. Hərbçilər öz yerlərindədirlər, onlar bunu bilirlər. Bunlar həmin insanlardır.

İnsanların daha sıx olduqları mərkəzləri seçib vururlar. Bu vaxta qədər Qəzzada neçə min nəfər fələstinli qətlə yetirilib! Bu cinayət bütün dünya əhalisinin gözləri önündə baş verir. Bunlar mühakimə olunmalıdırlar. Qəsbkar sionist rejim bu gün mütləq mühakimə edilməlidir. Onlar mühakimə edilməlidirlər. ABŞ hökuməti də bu hadisədəki məsuliyyətini etiraf etməlidir.

Əldə etdiyimiz müxtəlif məlumatlara əsasən, bu günlərdə, yəni son həftə ərzində cərəyan edən hadisələr fonunda sionist rejim amerikalılar tərəfindən idarə edilir. Yəni siyasi idarəçilər onlardır. Baş verən bu hadisələr amerikalıların siyasətidir. Amerikalılar cavab verməlidirlər, məsuliyyət daşıyırlar. Qəsbkar sionist rejim bu gün mütləq mühakimə edilməlidir.
Unutmayın!
Unutmayın!
İslam dünyası unutmamalıdır ki, bu mühüm və həlledici məsələdə İslama qarşı, müsəlman bir xalqa qarşı, məzlum Fələstinə qarşı duran ABŞ, Fransa, İngiltərə idi!
İslam dünyası bunu unutmamalıdır, bunu anlamalıdır!
Mübadilə, təhlil və analizlərində məzlum fələstinlilərə, bu məzlum xalqa təzyiq göstərəni unutmamalıdırlar; bu təkcə sionist rejim deyil.
Əlbəttə, şübhə etmirik ki, «اِنَّ وَعدَ اللَهِ حَق وَ لا یَستَخِفَّنَّکَ الَّذینَ لا یوقِنون‌‌ » “Allahın vədi haqdır və Allahın vədinə imanı olmayanlar (öz neqativ fikirləri ilə) sizdə tərəddüd yaratmasınlar, sizi zəiflətməsinlər”. (1) İnşallah, elə də uzaq olmayan son qələbə Fələstin və Fələstin xalqının olacaq.

1. Rum surəsi, 60-cı ayə
İslam ümmətinin səbir kasası
İslam ümmətinin səbir kasası
Fələstin hadisəsində qəsbkar rejim bütün dünyanın gözləri önündə soyqırım cinayəti həyata keçirir. Bunu bütün dünya müşahidə etməkdədir. ... Müsəlman xalqlar hiddətlənib, həqiqətən, hiddətlənib. Əlamətlərini görməkdəsiniz. Təkcə İslam ölkələrində deyil, Qərb ölkələrində, müsəlman və qeyri-müsəlman ölkələrində xalq kütlələri etiraz aksiyaları keçirirlər. İnsanlar hiddətlənib... Hiddətləndikdə isə heç kəs bunların qarşısını ala bilməz.
Bioqrafiya
Həzrət Ayətullah Seyid Əli Xamenei hicri-şəmsi təqvimi ilə 1318-ci ildə tir ayının 24-də, hicri-qəməri təqvimi ilə 1358-ci ildə səfər ayının 28-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir. O, mərhum Höccətül-İslam vəl-müslimin Hacı Seyid Cavad Hüseyninin övladı və ailənin ikinci oğlu idi. Seyid Cavad Xamenei digər İslam alimləri kimi çox sadə həyat tərzi keçirmişdir. Onun həyat yoldaşı və övladları da qənaətlə keçinib, sadə yaşamağı ondan öyrənmişlər. O, ailəsinin vəziyyəti haqqında söylədiyi xatirələrdən birində belə demişdir: “Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”.
İmam Xomeyninin baxışı ilə
VƏLİYYİ-FƏQİHİN ŞƏRTLƏRİ
İki əsas şərt

Bildiyiniz kimi, uzaqgörənlik və idarəçilik bacarığı hər bir hökumət başçısı üçün əsas şərtlərdir. Lakin İslam hökumətinin başçısı, yəni vəliyyi-fəqih üçün başqa zəruri şərtlər də vardır ki, onlardan ən əsası aşağıdakı iki şərtdir:
1) İlahi qanunları bilmək;
2) Ədalətli olmaq.