
Fiqh və şəri hökmlər


Ödəniş yubadıldığına görə alınan cərimə
Əgər malın alğı-satqısı zamanı malın son qiyməti müəyyən edilibsə və kreditlərə bölünübsə, bu alğı-satqı düzgündür.

Nisyə satış
Malın nisyə şəklində onun nağd qiymətindən baha qiymətə satılıb-alınmasının maneəsi yoxdur. Nağd ilə nisyə arasındakı qiymət fərqi riba sayılmır.

İpoteka və kredit ilə ev almaq və ya təmir etmək
Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur.

Lombard
Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir.

Bank kartında saxlanılan vəsaitə görə bankın ödədiyi faiz
Əgər bankın verdiyi faiz təşviq və mükafat ünvanında olsa, maneəsi yoxdur.

Banka depozit qoymaq
Əgər bank müsəlmanlara aid olarsa və şəri müqavilələrdən biri əsasında sizə faiz ödəyərsə, bu faizi almağın maneəsi yoxdur. Amma əgər bank kafirlərə aid olarsa, kafirlərdən faiz almağın maneəsi yoxdur. Qeyd edək ki, əgər verilən faiz inflyasiya miqdarından çox olmazsa, onu almağın maneəsi yoxdur. Həmçinin əgər siz faiz almaq niyyətində olmadan banka pul qoysanız, amma bank sizə faiz versə, onu almağın maneəsi yoxdur.

Bankdan pul krediti götürmək
Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir. Əlbəttə, əgər alınan əlavə məbləğ inflyasiya və pulun dəyərdən düşməsi miqdarından çox olmazsa, bu, riba sayılmır və onu ödəmək haram deyildir.
