Əgər sosial şəbəkələrdən fəsad törətmək (məsələn, yalan məlumatlar və şayiələr yaymaq, əxlaqa zidd materiallar yaymaq və s.) məqsədilə istifadə edilərsə, yaxud sosial şəbəkələrdən istifadə zamanı günah etmək qorxusu mövcud olarsa, yaxud da sosial şəbəkələrdən istifadə etmək İslamın və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, bu hallarda sosial şəbəkələrdən istifadə etməyə icazə verilmir.
Naməhrəm kişi və qadın ünsiyyət zamanı şəriətin müəyyən etdiyi hüdudlara (o cümlədən geyim, baxmaq, söhbətin mövzusu, danışıq tərzi və s. baxımından müəyyən edilən hüdudlara) riayət etməlidir. Həmçinin naməhrəmlə ünsiyyət fəsada səbəb olmamalı, bu ünsiyyətdə günah etmək qorxusu mövcud olmamalıdır.