Ümumiyyətlə, qadının rəng, model və ya tərz baxımından naməhrəmin diqqətini çəkən, yaxud fəsada və günaha zəmin yaradan geyimlər geyinməsinə icazə verilmir.
İslam dinində kişinin geyimi barəsində müəyyən bir tərz və model göstərilməyibdir. Sadəcə fəsada səbəb olmayan və ya qərbin azğın mədəniyyətinin təbliği sayılmayan geyimlər geyinməlidir.