Qurban bayramı günü qurban kəsmək müstəhəbdir və bu, vacib həcc ziyarətində Mina adlı məkanda kəsilən qurban deyildir. Yaşadığınız yerdə sizin kəsdiyiniz qurbanlıq Qurban bayramının müstəhəb qurbanlığı niyyətilədir.
Boynunda qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Amma əgər oruc tutmağın müstəhəb olduğu günlərdə qəza orucunu tutarsa, həmin günün savabından da bəhrələnər, inşallah.